Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə112/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   109   110   111   112   113   114   115   116   117

məqsədi  vəbanın Asiya ocaqlarından  ziyarətçilər vasitəsilə  Avropaya keçməsinin 
qarşısını  almaq  idi.  XIX  əsrin  ortalarında  epidemiyalardan  qorunmaq  üçün 
beynəlxalq tədbirlərin hazırlanması üçün zəmin yarandı, iri kapitalist dövlətləri bu 
məsələni  həll  etmək  üçün  beynəlxalq  sanitariya  konfranslarının  çağın  İması 
qəranna gəldilər. 
ilk  belə  konfrans  Fransa  hökumətinin  təşəbbüsü  ilə  1851-ci  ildə  Parisdə 
çağırıldı. Onun məqsədi beynəlxalq ticarətə maneçilik törədən arasıkəsilməz vəba 
epidemiyalarına  qarşı  milli  karantin  siyasətində  dəyişiklik  etməkdən  ibarət  idi. 
Sonralar  ikinci  dünya  müharibəsinə  qədər  vəba,  taun,  san  qızdırma,  çiçək  və 
səpgili  yatalağa  qarşı  mübarizə  və  profilaktika  tədbirləri  üzrə  beynəlxalq 
qaydaların işlənib hazırlanmasına həsr olunmuş 13 beynəlxalq sanitariya konfransı 
keçirilmişdir. 
Venesiyada 1892-ci ildə keçirilmiş konfransda vəbaya qarşı dəniz karantini 
qaydalannı tənzim edən ilk müqavilə bağlandı. 
1903-cü ildə Parisdə keçirilmiş XI konfransda toplanmış elmi məlumatlara 
əsaslanaraq taun, vəba və sarı qızdırmanın gətirilməsinin və yayılmasının qarşısını 
almaq üçün 184 maddədən ibarət beynəlxalq sanitariya konvensiyası imzalandı. 
XIII  Paris  sanitariya  konfransı  (1926)  ümumdünya  miqyasında  istifadə 
edilmək üçün yeni beynəlxalq sanitariya konvensiyasını qəbul etdi. Burada təkcə 
taun,  vəba  və  sarı  qızdırma  deyil,  təbii  çiçək  və  səpgili  yatalağa  qarşı  mübarizə 
tədbirlərinin də həyata keçirilməsini nəzərdə tuturdu. XIII konfransın işində MDB 
nümayəndəsi  vəba  və  təbii  çiçəyin  spesifik  profilaktikası  və  sərhəd  sanitariya 
qaydaları  haqqında  təkliflər  verdi.  Müasir  beynəlxalq  səhiyyə  -  sanitariya 
qaydaları  1973-cü  ildə  beynəlxalq  tibb  assambleyasında  qəbul  edilərək  1974-cü 
ilin yanvarında qüvvəyə mindi. 
Bu  qaydalarda  vəba  (El-Tor  daxil  olmaqla),  təbii  çiçək,  taun,  sarı 
qızdırmaya  qarşı  tədbirlər  nəzərdə  tutulmuşdu.  Bu  xəstəliklərə  1971-ci  ilə  qədər 
karantin xəstəlikləri deyilirdi, hazırda isə beynəlxalq sanitariya qaydalarının təmsil 
etdiyi  xəstəliklər  adlanır.  Səpgili  və  qayıdan  yatalaqlar  bu  xəstəliklər  sırasından 
çıxarılıb,  poliomelit,  qrip  və  malyariya  ilə  birlikdə  Ümumdünya  Səhiyyə 
Təşkilatının epidemioloji nəzarətində olan xəstəliklər qrupuna daxil edilib. 
Yeni qaydalar beynəlxalq əlaqələrə (yük, sərnişin daşınması və s.) çox cüzi 
dərəcədə  mənfi  təsir  etməklə  beynəlxalq  miqyasda  əhalinin  təhlükəli 
xəstəliklərdən  etibarlı  qorunması  məqsədini  güdür.  Bu  qaydalar  xəstəliyin  qeyd 
edilən  ölkələrdən  digər  ölkələrə  keçirilməsi  və  gətirilməsi  zamam  onun 
yayılmasının qarşısını almağa yönəldilib. 
330 
downloaded from KitabYurdu.org


Ümumdünya  Səhiyyə  Təşkilatının  (ÜST)  bütün  üzvləri  (Cənubi  Afrika 
respublikası, Avstraliya və Sinqapurdan başqa) qaydaların yerinə yetirilməsinə ciddi 
əməl  etməyi  öhdələrinə  götürmüşlər.  Qaydalar  bütün  ölkələrdən  dövlət  səhiyyə 
idarələrinin aşağıdakı hallarda ÜST-ə təcili (24 saat ərzində) məlumat verməyi tələb 
edir: 
a)
 
xəstəliklərin  insanlar  arasında  baş  verməsi  (gətirilmə  və  ya  yerli 
xəstələnmə hadisələri, eləcə də gəmi və ya təyyarə ilə gətirilməsi), 
b)
 
Sarı  qızdırma  virusunun  ağcaqanadlarda  və  onurğalılarda  tapılması, 
vəhşi və sinantrop gəmiricilərin taun mikrobları ilə yoluxması haqqında, 
c)
 
yoluxmuş  ərazinin  sərhədlərinin  müəyyən  edilməsi  haqqında;  bu, 
epidemioloji mülahizələrə əsaslanaraq təyin edilir və ölkənin inzibati ərazi bölgüsü 
ilə uyğun gəlməyə bilər (burada ancaq yerli yoluxma nəzərə alınır), 
ç)  xəstəliyin  mənbəyi  və  yayılma  şəraiti,  xəstələrin  və  ölənlərin  sayı, 
epidemiya əleyhinə aparılan tədbirlər haqqında, 
d)
 
yoluxmuş  rayonun  infeksiyadan  azad  olunması  haqqında  (o  şərtlə  ki, 
vəba, taun və təbii çiçəklə xəstələnmə və ölümdən sonra tam sağalma baş versin və 
ya sonuncu xəstənin təcrid edilməsindən sonra 
inkubasiya dövründən 2 dəfədən az oimamaqla vaxt keçsin). 
>* 
UST alman məlumatın tezliklə yayılması üçün məsuliyyət daşıyır. 
“Beynəlxalq tibbi sanitariya qaydalarf’ndan (burada yalnız taun, vəba və sarı 
qızdırmaya tədbirlər nəzərdə tutulmuşdur) fərqli olaraq, “MDB ərazisinin sanitariya 
mühafizəsi  qaydaları  nəinki  karantin  xəstəliklərinə  (taun,  vəba,  təbii  çiçək,  sarı 
qızdırma),  həmşinin  xaricdən  gətirilməsi  və  yayılması  mümkün  olan  yoluxucu 
xəstəliklərə  -  Lass,  Ebol,  Marburq  kontagioz  virus  hemorragik  qızdırmaları; 
malyariya və ağcaqanadlarla yayılan təhlükəli xəstəliklər (denge qızdırması, yapon 
ensefaliti)  və  s.  (səpgili  və  qayıdan  yatalaq,  qara  yara,  brüselyoz,  dabaq,  manqo, 
meliodoz, quduzluq, psittakoz) aiddir. 
Qaydalar  digər  ölkə  və  ərazilərdən  yuxanda  qeyd  edilən  xəstəliklərin 
gətirilməsinin  qarşısını  almaq  üçün  MDB  ərazisinin  sanitariya  mühafizəsinin 
ümumi  dövlət  tədbirlər  sistemidir.  Qeyd  etmək  lazımdır  ki,  MDB  ərazisinin 
sanitariya mühafizəsi profilindən, yerləşməsindən və b. səbəblərdən asılı olmayaraq 
bütün müalicə-profilaktika və sanitariya- epidemiya əleyhinə mübarizə idarələrinin 
əsas vəzifəsidir. 
Sanitariya  -  karantin  tədbirləri  (daha  doğrusu  milli  səviyyədə  epidemioloji 
nəzarət)  MDB-nin  bütün  ərazisində  daim  aparılır,  ilk  növbədə  bu  iş  beynəlxalq 
dəniz və çay limanlarında, aeroportlarda, 
331 
downloaded from KitabYurdu.org


sərhədi  keçən  dəmiryol  və  avtomobil  yollarında,  eləcə  də  xaricdən  gələn  nəqliyyat 
vasitələri üzərində aparılır. 
Bu tədbirləri həyata keçirmək üçün dövlət sərhəddindəki məntəqələrdə MDB 
Səhiyyə  Nazirliyi  yerli  GEM-lərin  nəzdində  sanitariya-karantin  şöbələri  SKŞ 
(beynəlxalq  dəniz  və  çay  limanlarında),  sanitariya-karantin  məntəqələri  SKM 
(beynəlxalq  aeroport  və  avtomobil  yollarında,  sərhəd  dəmiryol  stansiyalarında) 
yaradır. 
Qaydalara əsasən sərhəd keçdikdə SKŞ və SKM aşağıdakı tədbirləri görür: 
a)
 
xaricdən gələn və xaricə gedən (ancaq MDB-dən gedənlər üçün) nəqliyyat 
vasitələri,  heyət,  sərnişinlər  və  yüklər  tibbi  baxışdan  keçirilir,  bununla  yanaşı 
səyahətçilər  sorğu-sual  edilir,  lazım  gələrsə  onlar  tibbi  müayinədən  keçirilir  və 
xaricdən  MDB-yə  gələnə  qədər  hərəkət  marşrutunu  öyrənmək  üçün  pasportu 
yoxlanılır; 
b)
 
sanitariya  sənədlərinin  olması  və  düzgün  doldurulması  yoxlanılır 
(peyvəndlər  haqqında  beynəlxalq  şəhadətnamə,  dəniz  sanitariya  bəyannaməsi,  baş 
təyyarə  bəyannaməsinin  sanitariya  hissəsi,  deratizasiya  və  ondan  azad  olmaq 
haqqında şəhadətnamə); 
c)
 
karantin  xəstəlikləri  ilə  xəstələnənlərin  (xəstəliyə  şübhələli  şəxslərin) 
aşkar edilməsi, eləcə də təcrid olunması və ya tibbi nəzarətə alınmalı şəxslərin aşkar 
edilməsi; 
ç)  nəqliyyat  vasitələri,  yük  və  baqajın  (göstəriş  olarsa)  dezinfeksiya, 
dezinseksiya və deratizasiyasının təşkili. 
MDB  ərazisinin  sanitariya  mühafizəsi  qaydaları  nəzərdə  tutur  ki,  beynəlxalq 
yük daşınması ilə məşğul olan idarələr aşağıdakıları etməlidir: 
a)
 
SKŞ  və  SKM-nin  yerləşməsi  üçün  pulsuz  bina  verir  ki,  onlar  sanitariya-
karantin  nəzarətini  aparmaq  üçün  əlverişli  yerdə  yerləşdirilməlidir;  bu  zaman 
sanitariya  sənədlərini  doldurmaq,  bakterial  və  dezinfeksiya  preparatlarını  saxlamaq, 
aşkar  edilmiş  tək-tək  xəstələrin  xəstəxanaya  göndərilənə  qədər  təcrid  etmək  üçün 
müvafiq şərait olmalıdır; 
b)
 
ərazi,  obyektlər  və  nəqliyyat  vasitələri  lazımi  sanitariya  vəziyyətində 
saxlanılmalıdır; 
c)
 
ətraf mühitin müxtəlif tullantılarla (təsərrüfat, nəcis, ballast, su, zibil və s.) 
çirklənməsinin qarşısı alınmalıdır; 
ç) obyekt və nəqliyyat vasitələri keyfiyyətli su ilə təmin olunmalıdır; 
332 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə