Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə116/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   109   110   111   112   113   114   115   116   117

cəhətləri  vardır.  Məsələn,  qadın  cinsiyyət  üzvlərinin  şişönü  xəstəliklərini  aşkar 
etmək  üçün  onlarda  profilaktiki  sitoloji  müayinələrin,  ağciyər  və  ürək-damar 
sisteminin xroniki xəstəliklərini aşkar etmək üçün kütləvi profilaktiki flüoroqrafiya 
və renlgenoloji müayinələrin aparılması, həmçinin ürək-damar xəstəliklərinin erkən 
diaqnostikası  məqsədi  ilə  qan  təziqinin  ölçülməsi,  göz  dibinin  vəziyyətinin 
öyrənilməsi,  endokrin  sistemin  funksiyalarının  pozulmasına  qiymət  vermək  üçün 
əhalinin  ayrı-ayrı  qruplarında  hormonal  balansın  müəyyən  edilməsi  və  s.  tətbiq 
edilir. 
QİXE-nin  öyrənilməsində  osas  rol  retrospektiv  müayinələrin  payına  düşür. 
Bu  müayinələr  öyrənilən  amillərin  kompleks  təsirinə  məruz  qalmaları  baxımından 
xəstə  və  sağlam  şəxslərin  kontrol  qruplarının  məlumatlarının  tutuşdurulmasına 
əsaslanmışdır.  Hesablama  texnikasından  istifadə  edilməsi  riyazi  analiz  aparmağa, 
sağlam  və  xəstə  qruplar  arasında  fərqlərin  səbəblərini  aşkar  etmək  üçün  bir  çox 
göstəricilərin  müqayisə  edilməsinə,  başqa  sözlə,  xəstələr  üçün  xarakter  olan  və 
kontrol  qrupun  şəxslərində  rast  gəlinməyən  və  ya  nadir  hallarda  rast  gələn  əlamət 
(amil) və onların komponentlərini aşkar etməyə imkan verir. 
QİXE-  nin  tədqiqat  kompleksinə  bir  neçə  illər  ərzində  illik  xəstələnmə  və 
ölüm  haqqında  olan  məlumatların  dinamikasının  analizi,  həmçinin  göstəricilərin 
meylini  qiymətləndirmək,  proqnozların  tərtibi  və  risk  amillərini  aşkar  etmək 
məqsədi  ilə  bütün  məlumat  mənbələrinin  diqqətlə  yoxlanması,  müxtəlif  əraziləridə 
əhalinin  seçmə  qruplarının  dərinləşdirilmiş  göstəricilərinin  hesablanması  daxildir. 
Həmçinin bu kompleksə istehsalat və məişət zəhərlərinin, iqlim- coğrafi amillərinin 
təsirinin  öyrənilməsi,  iqlim  şəraiti  dəyişdikdə  orqanizmin  uyğunlaşma 
mexanizmlərinin  dərəcəsinin  və  təzahürünün  qiymətləndirilməsi  daxildir.  Bundan 
başqa, irsi amillərin roluna, ayrı- ayrı əhali qruplarında müxtəlif xəstəliklərin əmələ 
gəlməsinin sürətlənməsinə şərait yaradan hormonal, mübadilə və digər funksiyaların 
pozulmasına diqqət verilir. 
Epidemioloji  müayinə  metodunun  iki  komponentini  mütləq  nəzərə  almaq 
lazımdır.  Birinci  komponent  əhalinin  epidemioloji  vəziyyətini  xarakterizə  edən 
faktiki  materialların  toplanması,  başqa  sözlə,  patologiyam  və  risk  amillərini  əks 
etdirən göstəricilərlə əlaqədardır. İkinci toplanmış  materialların təhlilinə aiddir.  Bu 
tədqiqatlarda  həkim  -  gigiyenistlər,  klinisistlər,  həmçinin  meteoro-  loqlar, 
coğrafiyaşünaslar və digər mütəxəssislər iştirak edə bilər. 
342 
downloaded from KitabYurdu.org


QİXE  -  nin  epidemioloji  təhlili  üçün  məlumatların  əsas  mənbəyi 
miqrasiyanın  dərəcəsini  xarakterizə  edən  demoqrafik  göstəricilər,  həmçinin 
öyrənilən qrupların yaşadığı rayonların iqtisadiyyatına dair məlumatlardır. Buraya 
ətraf  mühitin  çirklənməsinə  dair  göstəricilər,  məişət  və  istehsalat  allergenlərinin 
olması,  həmçinin  əhalinin  sağlamlığına  təsir  edən  sosial  -  gigiyenik  şəraitin 
xüsusiyyətləri daxildir. Beləliklə, həmin yerin geoloji-coğrafi xarakteristatikasını 
ö>- rənmək, torpaq və suyun kimyəvi tərkibini, radiasiyasının dərəcəsini, iqlim və 
meteoroloji  amilləri,  qidalanmanın  xüsusiyyətlərini  (onun  hazırlanması 
xarakterini)  qiymətləndirmək  laznndır.  Bu  məlumatlar  xüsusi  seçmə  müayinələr 
zamanı alına bilər. 
Xəstəliklərə meyllilik əlamətinə görə, populyasiyanın quruluşunu müəyyən 
edən genotipik amil  və bu xüsusiyyətlərin ontogenez prosesində və fərdin həyat 
fəalliyyətində dəyişilməsi ilə əlaqədər olan fenotipik amil təsr göstərir. Əhalinin 
xəstələnməsini müəyyən edən üçüncü amil isə ətraf mühitdir. 
Epidemioloji tədqiqatın gedişində hər üç amilə dinamiki vəhdətdə baxılır. 
Fenotipik  xüsusiyyətlər  mühitlə  qarşılıqlı  təsir  nəticəsində  formalaşır,  bu  və  ya 
digər fonda baş verir. Bununla yanaşı, xarici mühit genotip və fenotiplərə seçici 
təsir  göstərir.  Epidemiologiyada  qəbul  edilmiş  risk  amili  anlayışını  amillərin 
göstərilən qruplarına uyğun tərzdə difeıensasiya etmək lazım gəlir. 
Ürək  və  damar  xəstəliklərinin  epidemiologiyasını  öyrənən  zaman 
qidalanmanın  xarakterinin  və  psixikanın  vəziyyətinin  miokard  infarktının 
inkişafında,  atcrosklerozda,  ürəyin  işemik  xəstəliklərində  rolunu  göstərən  bəzi 
mühüm məlumatlar alınmışdır. Əhalinin bir kontingentində göstərilən xəstəliklər 
az, digər hallarda tez - tez rast gəlir. 
Bədxassəli  şişlərin  epidemiologiyasını  öyrənən  zaman  xarici  mühitin 
müxtəlif amilləri və onkoloji xəstəliklərin aşkar edilməsi tezliyi arasında düz və 
dolayı  əlaqə  aşkar  edilir.  Belə  ki,  ağciyər  xərçənginin  etiologiyasında  atmosfer 
çirklənməsinin və siqaret çəkmənin əhəmiyyətli rol oynadığı müəyyən edilmişdir. 
Ağciyərin  başqa  xəstəliklərinin  epidemioloji  tədqiqatı  zamanı  selikli  qişaların 
xəstəlikönü  vəziyyətinin  və  xərçəngin  inkişafında  ayıı-ayrı  xalqların  istifadə 
etdikləri müxtəlif qarışıqların rolu aydınlaşdırılmışdır. Bu nəticələr eksperimental 
yolla  sübut  olunmuşdur.  Dəri  xəstəliklərinin  aşkar  edilməsi  tezliyinin  günəşin, 
həmçinin dərinin açıq sahələrinin profilaktiki müdafiəsi olmadıqda ultrabənövşəyi 
spektrin aktivli- 
343 
downloaded from KitabYurdu.org


yindən  asılılığı  müəyyən  edilmişdir.  Bundan  başqa,  süd  vəzilərinin  xərçənginin 
əmələ  gəlməsinin  qadının  cinsi  həyalının  xüsusiyyətlərindən,  uşağın  südlə 
əmizdirilmə  müddətindən  asılı  olması  aşkar  edilmişdir.  Bodxassoli  şişlərin  bəzi 
formalarının,  ürək  -  damar,  sinir  xəstəliklərinin  inkişafında  bir  çox  istehsalat 
zərərlərinin  əhəmiyyəti  göstərilmiş,  onların  qarşısının  alınması  yollan  müəyyən 
edilmişdir.  Epidcmioloji  metodun  köməyi  ilə  əhalinin  müxtəlif  sosial  -  iqtisadi 
qrupunda mədə xəstəliklərinin müxtəlif tezlikdə olması aşkar edilmişdir. Bu da hər 
iki  xəstəliyi  müxtəlif  nozoloji  vahid  kimi  qiymətləndirməyə  və  onların  əmələ 
gəlməsinə  şərait  yaradan  amilləri  dəqiqləşdirməyə  əsas  verir.  Statistika  və 
diaqnostika 
metodlarından 
istifadə 
etməklə 
revmatizm 
xəstəliyinin 
cpidemiologiyasının  öyrənilməsi  xəstəliyin  təbiətinin  dəqiqloşdirilməsinə  kömək 
etmiş, diaqnostika və profilaktikanın imkanlarını genişləndirmişdir. 
QİX -nin ayıı-ayrı nozoloji formalarının inkişafında qeyri- əlverişli amillərin 
təsirinin  aradan  qaldırılmasına  və  ya  maksimal  zəiflədilməsinə  dair  tövsiyələr 
işlənib  hazırlanmışdır.  Hal  -  hazırda  QİE  tibb  və  biologiya  elmlərinin  inkişafı 
sayəsində  tam  bir  konsepsiyaya  əsaslanır.  Bu  konsepsiya  sosial  qarşılıqlı 
münasibətləri  və  bio  -  ekoloji  qanunauyğunluqları  nəzərə  almaqla,  populyasiya 
səviyyəsində nəzəri və ümumi tədqiqatlar aparmağa imkan verir. 
Xalqın  sağlamlığı  uğrunda  mübarizədə  aparılan  tədbirlərdən  biri  də  tibbi  - 
profilaktiki  istiqamətin  gələcəkdə  aktiv  şəkildə  inkişaf  etdirilməsidir.  O, 
fundamental  və  populyasion  epidcmioloji  tədqiqatlarda  alınan  məlumatlara 
əsaslanır.  Epidcmioloji  tədqiqatların  populyasion  xarakteri  onları  digər 
tədqiqatlardan  əsaslı  surətdə  fərqləndirir.  G.A.Rose  və  əməkdaşları  (1984) 
populyasion tədqiqatların aşağıdakı əsas vəziyyətlərini ayırd edir: 1. populyasiyada 
xəstəliklərin  miqdarca  qiymətləndirilməsi;  2.  populyasiyada  xəstəliklərin  yayılma 
intensivliyinin  öyrənilməsi;  3.  xəstəliyin  təbii  inkişafının  öyrənilməsi;  4. 
populyasiyanın  sağlam  şəxslərinin  xarakteristikasının  verilməsi;  5.  etioloji 
hipotezlərin formalaşdırılması və onların yoxlanması. 
Bu  məsələlərin  aydınlaşdırılması  kütləvi  QlX-nin  etiologi-  yasının, 
patogenezinin, həmçinin profilaktikasının öyrənilməsinin yeni perspektivlərini açır. 
344 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə