Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə111/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   107   108   109   110   111   112   113   114   ...   117

zamanda  S.aureus,  xüsusilə  antibaktcrial  preparatlara  qarşı  davamlı  olan  hospital 
ştamların etioloji əhəmiyyəti saxlanır. 
Maraalıq  stasionarında  xəstəxanadaxili  infeksiyalar  hamilə  qadınlarda 
infeksiya  ocaqlarının  yüksək  tezliyi  ilə  müəyyən  edilir  ki,  bu  da  antenatal 
patologiyanın: dölün yoluxucu xəstəliklərinin, ölü doğuşların, yarımçıq doğuşların, 
dölün bətndaxili inkişafının ləngiməsi və inkişaf anomaliyalarının risk amili sayılır. 
Dölün yoluxmasının artmasına reproduktiv yaşda hormonal kontraseptiv vasitələrin 
uzun  müddət  istifadəsi,  ağır  ckstragcnital  patologiya,  hamiləliyin  pozulmasının 
hormonal  və  cərrahi  üsulları,  dölün  bətndaxili  vəziyyətinin  qiymətləndirilməsi 
üçün invaziv metodların işlədilməsi təkan 
 
inkişaf riskini və sonradan dölün yoluxmasını artırır. 
Anadan dölə törədicilərin daxil olmasının 5 yolu mümkündür: qalxan (doğuş 
yollarından), 
transplascntar, 
hematogen, 
enən 
(uşaqlığın 
iltihablaşmış 
əlavələrindən, appeııdiksdən) və qarışıq. Bu halda bətndaxi infeksiya inikşaf edir. 
Yoluxma  zamanı  törədicilərin  yalnız  dölün  orqanizminə  daxil  olması  baş  verir, 
lakin  xəstəlik  inkişaf  elmir,  yəni  xəstəliyin  klinik  təzahürləri  olmur.  Yoluxmadan 
fərqli  olaraq, bətndaxili  infeksiya zamanı xəstəliyin klinikası  müxtəlif  əlamətlərlə 
üzə  çıxır:  piodermiya,  konyunktivit,  rinit,  hepatit,  qastro-  enteıit,  pnevmoııiya, 
meninqocnsefalit, sepsis. 
Çox  vaxt  hamilə  qadının  xəstəlikləri  arasında  (hansı  ki,  dölün  və 
yenidoğulmuşun  yoluxmasına  gətirib  çıxarır)  urogenital  infeksiyalar  böyük  rol 
oynayır  ki,  o  da  kolpit,  servisit,  xronik  və  hestasion  pielonefrit  və  ağciyərlərin 
xronik q əyri-spesifik xəstəlikləri şəklində meydana çıxır. 
Dölün  inkişaf  edən  infcksiyası  həm  kəskin  gedə  bilər,  həm  də  törədicinin 
uzunmüddətli  persistcnsiyası  (latent  və  ya  ləng  gedən  xronik  infeksion  prosesin 
formalaşması) mümkündür. Bəzən bu in- feksion patologiya bətndaxili hipoksiya, 
asfiksiya,  kəllədaxili  tıav-  malar  kimi  inkişaf  edir.  Təəssüf  ki,  indiyə  qədər 
bətndaxili  in-  feksiyanın  antenatal  diaqnostikasının  meyarları,  spesifik  terapiyaya 
göstərişlər, doğuş üsulları kifayət dərəcədə öyrənilməmişdir. 
Xəstəxanadaxili  infeksiyaların  xüsusi  qrupunu  antibiotiklərlə  uzunmüddətli 
müalicə  ilə  əlaqədar  yaranan  xəstəliklər  təşkil  edir.  Onlar  orqanizmin  normal 
mikroflorasımn  pozulması  nəticəsində  inkişaf  edir.  İlk  dəfə  yeni  antibiotiklər 
işlədilən stasionarlarda daha 
327 
downloaded from KitabYurdu.org


yüksək patogenliyə malik antibiotiklərə davamlı bakteriya ştamlan əmələ gəlir. 
Xəstəxanadaxili  infeksiyaların  diaqnostikası  törədicilərin  mik-  robioloji 
metodlarla,  o  cümlədən  molekulyar-genetik  metodların  vasitəsilə  aşkarlanmasına 
əsaslanmışdır.  Törədicilərin  tipləşdirilməsi  alovlanmanı  səciyyələndirməyə,  yəni 
infeksiya  mənbəyini,  yoluxma  mexanizmini  və  onlann  rezervuannı  təyin  etməyə 
imkan  verir.  Əkse-  pidemik  tədbirlər  mərhələsində  mikrobioloji  tədqiqatların 
əsasında nəzarət həyata keçirilir və aparılan işin effektivliyi qiymətləndirilir. 
Xəstəxanadaxili  infeksiyaların  kəskin  alovlanmaları  bir  ştam  tərəfindən 
törədilir,  onlar  alovlanma  ilə  əlaqəsi  olmayan  sporadik  xəstələnmə  hallarından 
fərqlənirlər. Xəstəxanadaxili infeksiyaların törədicilərinin tipləşdirilməsi üçün feno- 
və  genotipik  metodlar  işlədilir.  Fenotipik  metodla  mikroorqanizmlərin  genlərinin 
ekspressiyası, genotipik metodla - DNT-nin strukturu təyin edilir. 
Xəstəxanadaxili  infeksiyaların  qarşısının  alınması  və  onlarla  mübarizə 
məqsədilə  xüsusi  tədbirlər  sistemi  işlənir,  onların  arasında  sanitar-gigiyenik 
tədbirlərə  mühüm  rol  ayrılır.  Bunların  içərisində  xəstəxanalar  üzərində  sanitar 
nəzarətin aparılması, xüsusilə qida blokunun, məhsulların daşınmasını yerinə yetirən 
nəqliyyatın  sanitar-  texniki  vəziyyəti,  inventarın  və  qabların  saxlanması,  qidanın 
hazırlanması  texnologiyasının  gözlənilməsi,  onun  rcalizasiyası  müddətlərinin, 
qabların yuyulması, dezinfeksiya qaydalarının gözlənilməsi vacibdir. 
Hospital  infeksiyanın  profilaktikasının  komponenti  tibb  alətləri  -  onun 
zərərsizləşdirilməsinin keyfiyyəti üzərində daimi nəzarətin aparılmasıdır. Birdəfəlik 
alətlərin  istifadəsi  zamanı  yoluxma  təhlükəsi  minimaldır,  lakin  dəfələrlə  işlədilən 
alətlərin tətbiqi onların ciddi zərərsizləşdirilməsinə və nəzarətə məcbur edir. 
Xəstəxanadaxili  infeksiyaların  profilaktikasının  təşkilində  mühüm  cəhət 
epidemioloji  şəraitin  daima  fəaliyyətdə  olan  monitorinqi  sistemidir.  Hospital 
infeksiya  üzərində  epidnəzarətə  xəstəliklərin  qeydiyyatı,  etioloji  strukturun 
açıqlanması,  patogen  və  qeyri-patogen  mikroorqanizmlərin  dövr  etməsinin 
öyrənilməsi daxildir. Buraya tibb heyətinin sağlamlığı üzərində nəzarət də daxildir. 
Əməliyyat  kabinetində  əksepidemik  tədbirlərin  aparılmasına  da  xüsusi  diqqət 
verilir.  Tibb  heyətinin  paltarı,  rezin  əlcəklər,  stenofonendoskop,  eynəklər  və  digər 
ləvazimatlar  qan  və  ya  ifrazatlarla  çirkləndikdə  dezinfeksiya  aparılır.  Əllər 
dezinfeksiya vasitələri (məsələn, 2%-li hidrogen peroksid məhlulu və 70° etil spirti) 
ilə səylə işlənir, gözlər su 
328 
downloaded from KitabYurdu.org


şırnağı  ilə  yuyulur,  sonra  1%  gümüş-nitrat  məhlulu  (albusid)  damız-  dırılır,  ağız, 
burun  70°  etil  spirti  ilə  işlənir  və  ya  0,05%-li  kalium-  permanqanat  məhlulu  ilə 
yaxalanır. 
Müasir  dövrdə  İİY-nin  xəstəxanadaxili  yoluxmalarının  profilaktikası  akutal 
problem  sayılır.  Əgər  xəstəxanadaxili  infeksiya  aşkar  edilmişsə,  onda  həmin 
pasiyent  üçün  infeksiya  mənbəyi  kimi  xidmət  edən  şəxs  tapılmalıdır.  Xəstəlik 
halları  o  zaman  xəstəxanadaxili  infeksiya  sayılır  ki,  İİV-infeksiya  diaqnozu 
pasiyentdo  (stasionardan  kənarda  İİV-infeksiya  ilə  yoluxmanın  risk  amillərinə 
malik  olmayan)  hospitallaşdırma  anından  etibarən  1-1,5  ay  (minimal  seroncqativ 
dövrün davametmə müddəti) tez olmayaraq qoyulur. Xəstəxanadaxili şəraitdə İİV-
infeksiya ilə yoluxma riskinə malik şəxslərin aşkar edilməsi üçün təmasda olanlar 
müəyyən edilir, onlar İİV qarşı anticisimləıin tapılmasına görə müayinə  olunurlar. 
Xəstələr  arasında  parenteıal  əməliyyatlar  yerinə  yetirən  və  ya  İİV-yoluxmuşların 
bioloji  substratlarının  müayinəsini  aparan  tibb  heyəti,  həmçinin  İİV-  yoluxmuş 
şəxsdə olduğu kimi, həmin gündə və eyni yerdə eyni parenteral müdaxilələrə məruz 
qalan  pasiyentlə  təmasda  olan  şəxslər  sayılırlar.  Təmasda  olanlarda  İİV  qarşı 
anticisimləıin  aşkarlanmasına  görə  İFA  metodu  ilə  müayinələrin  aparılmasının 
təkraıiığı  İİV-  infeksiyalı  pasiyentin  aşkarlanmasının  vaxtından  asılıdır.  Bütün 
hallarda  təmasda  olanlar  üzərində  müşahidə  İİV-infeksiyalı  şəxslərin  təcrid 
edilməsi  anından  etibarən  1  il  ərzində  qoyulur.  Tibb  heyəti  arasında  IlV-
infeksiyanın təcili profilaktikası göstərişlər olduqda təyin edilir. 
Karantin xəstəlikləri, onların ölkə ərazisinə gətirilməsinin və 
yayılmasının qarşısının alınması üzrə ərazinin sanitariya mühafizəsi 
Ticarətin inkişafı, dəniz, dəmir yol və başqa nəqliyyat vasitələrinin meydana 
gəlməsi,  müxtəlif  ölkələr  arasında  əlaqələrin  artması  bütün  dünyada  epidemioloji 
vəziyyətin gərginləşməsinə səbəb olurdu. Müxtəlif yoluxucu xəstəliklərin pandemik 
yayılması  təhlükəsini  törədirdi.  Ona  görə  də,  belə  xəstəliklərə  qarşı  beynəlxalq 
sanitariya qaydalarının müəyyənləşməsi fikri yarandı ki, o da tibb sahəsində müasir 
beynəlxalq əlaqələrə gətirib çıxartdı. 
Dövlətlərarası epidemiya əleyhinə mübarizə tədbirlərinin hazırlanmasında ilk 
addım İskəndəriyyə (1831), İstambul (1839) və Tehran (1867) sanitariya şuralarının 
yaranması ilə atıldı. Bu şuraların 
329 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə