mln.-u, hal-hazırda isə ildə 42 mln.-dan yalnız 1 mln.-u məhv olur. Planlı şəkildə
aparılan profilaktik tədbirlərin sayəsində poliomiclit, drakunkulyoz (rişta)
xəstəliklərinin tam ləğv olunması və artıq ciddi problem yaratmayan cüzam ilə
mübarizə məsələləri reallaşmışdır. Keçmişdə geniş yayılan taun, vəba, təbii çiçək,
səpgili və qarın yatalağı, difteriya, malyariya, qrip və digər xəstəliklərin pandemiya
və epidemiyası keçən minillikdə yüz milyonlarla insanların ölümünə səbəb
olmuşdur. XX əsrin əvvəlində yüksək xəstələnmə səviyyəsində ölüm halları taunda -
65-100%, vəbada - 45%, səpgili və qarın yatalağında - 25-40% təşkil etmişdir.
Lakin xəstəliklərin diaqnostikası və müalicəsində əldə olunan
müvəffəqiyyətlərə baxmayaraq, infeksion xəstəliklər insanın mühüm patologiyası
olaraq qalmaqdadır: həkimə müraciət edən hər ikinci pasiyent - yoluxucu
xəstəliklərlə yoluxmuş şəxslərdir, sahə pediatrlarının pasiyentlərinin 70%-i
yoluxucu xəstəliklərdən əziyyət çəkən uşaqlardır.
Yoluxucu xəstəliklərin mənfi təsiri xüsusən müharibə dövründə, təbii fəlakət
və iqtisadi böhranlar zamanı daha qabarıq təzahür edir. Belə ki, 1980-1988-ci illərdə
Əfqanıstanda olan sovet ordusunun əsgərlərinin infeksion xəstəliklərdən itkiləri
sanitar itkilərin tam yarısını təşkil etmişdir. XX əsrdə 80-ci illərin sonu - 90-cı
illərin əvvəlində Rusiyada məlum hadisələrlə bağlı sosial-iqtisadi sarsıntılardan
sonra daha bir epidemioloji problem olan - difteriyanın yenidən alovlanması baş
verdi ki, bu da Avropada qeydə alınan difteriyanın 80%-ni təşkil etmişdir.
Son illər həm yeni aşkar edilən, həm köhnə yaxşı öyrənilmiş infeksion
patologiyaların misli görünməyən fəallaşması müşahidə edilir. Belə ki, infeksion
xəstəliklərin siyahısı əvvəllər məlum olmayan xəstəliklər (Lass, Ebol,
Marburg virus
qızdırmaları, cnterotoksik və enterohemorragik cşcrixozlar, yersinyoz, İİV-
infcksiya, kampilobak- terioz, bir sıra virus bağırsaq xəstəlikləri, C, D, E, F və G
viruslu hepatitloıi, legionelyoz, borrelioz, insanların pıionla törənən və heyvanların
sinir sisteminin xəstəlikləri, xantavirus ağciyər sindromu və s.), eyni zamanda qeyri-
infeksion etiologiyalı xəstəliklərin (xroniki hepatit, xora xəstəliyi, Bcrket limfoması,
Kapoşi sarkoması, T- hüceyrəli leykoz və digər şişlər) hesabına daima artmaqdadır.
Həmçinin son illər immunçatmamazlığa məruz qalan və xəstəxa- nadaxili şəraitdə
yoluxan pasiyentlərdə şorti-patogen törədicilərin rolu artır: bunlardan herpetik və
sitomeqalovirus infeksiyaları,
5
downloaded from KitabYurdu.org
Epidemilogiya kafedrasının tarixindən
ATU-nun epidemiologiya kafedrası 1943-cü ildə məhşur epide- mioloq,
professor İ.Ə.Axundov tərəfindən sanitariya-gigiyena fakültəsinin nəzdində təşkil
olunmuşdur. Kafedra bir müddət Malyariya və tibbi parazitologiya institutunun
bazasında yerləşmişdir.
Yarandığı ilk illərdə kafedranın ştatı 2 nəfər akademik işçidən ibarət olmuşdur
ki, onlar sanitariya-gigiyena fakültəsində həm azərbaycan, həm də rus dillərində
epidemilogiya fənnini tədris edirdilər. Onlardan biri professor ismayıl Əbdülxalıq oğlu
Axundov, digəri isə assistent Məmmədhəsən Məmədhüseyn oğlu Axundov idi.
I.Axundov Almaniyada Münhen tibb institutunda təhsilini başa vurduqdan sonra
orada doktorluq müdafiəsi edərərk vətənə qayıtmış, görkəmli alim-epidemioloq,
malyarioloq və entemoloq kimi Azərbaycanda o zamanlar geniş yayılmış malyariya ilə
mübarizə işində fəal iştirak etmişdir. Professor I.Axundovun 40-dan artıq elmi işinin
əksəriyyəti, o cümlədən monoqrafiyası məhz malyariya probleminə həsr olunmuşdur.
O, elmi-pedaqoji fəaliyyətlə məşğul olaraq, zəngin bilik və bacarığını respublikada
tibbi kadrların hazırlanması işinə sərf etmişdir. Belə ki, 1931-ci ildən 1942-ci ilə qədər
Azərbaycan Tibb İnstitutunun ölkə patologiyası kafedrasının dosenti vəzifəsində
işləmiş, eyni zamanda 1939-1940-cı illərdə Azərbaycan Həkimləri Təkmilləşdirmə
institutunun tropik xəstəlikləri kafedrasına rəhbərlik etmişdir.
N.Nərimanov adma Azərbaycan Tibb institutunda epidemiologiya kafedrasının
təşkilatçısı olan İ.Axundov kafedra yarandığı vaxtdan - 1943-cü ildən ömrünün sonuna
- 1952-ci ilə qədər ona rəhbərlik etmişdir.
Professor Axundovla birlikdə 1943-cü ildən 3948-ci ilə qədər kafedrada
assistent vəzifəsində işləyən M.Axundov və 1945-ci ildən 1948- ci ilə qədər işləyən
Salar Ağarəfi oğlu İmaməliyev sonralar tibb elmləri doktoru, qabaqcıl səhiyyə
təşkilatçıları, Azərbaycan Taun əleyhinə stansiyanın və Epidemiologiya, mikrobilogiya
və gigiyena institutunun rəhbərləri olmuşlar. 1945-ci ildən assistent kimi fəaliyyətə
başlayan Tağı Ələkbər oğlu Tağızadə isə ömrünün sonuna qədər kafedrada çalışmışdır.
Professor İ.Axundovun faciəli vəfatından sonra kafedraya 1952-ci ildən 1964-cü
ilə qədər professor Pyotr Petroviç Popov rəhbərlik etmişdir. O, kafedra müdiri olmaqla
yanaşı, eyni zamanda Malyariya və Tropik təbabət institutunun direktoru vəzifəsini
daşımışdır. Bu dövrdə kafedrada 2 assistent - T.Ə.Tağızadə və Ə.S.Mərdanlı, həmçinin
2
aspirant -
7
downloaded from KitabYurdu.org