Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə109/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   105   106   107   108   109   110   111   112   ...   117

edilməlidir.  Xəstə  heyvanlar  saxlanan  təsərrüfatlarda  ümumi  zootexniki  qaydalar 
gözlənilməli, deratizasiya aparılmalıdır. 
HOSPİTAL (XƏSTƏXANADAXİLİ, NOZOKOMİNAL) 
İNFEKSİYA 
Hospital,  xəstəxanadaxili  və  ya  nozokominal  (latınca  «noso-  comium»  - 
xəstəxana  və  ya  yunanca  «nosokomeo»  -  xəstələrə  qulluq)  infeksiya  -  uozoloji 
formaların  dəqiq  siyahısı  olmayan  anlayışdır.  ÜST-ün  tərifinə  görə,  nozokominal 
infeksiya  -  pasiyentin  xəstəxanaya  tibbi  yardım  üçün  müraciət  etməsi  və  ya  orada 
qalması  zamanı  inkişaf  edən  klinik  cəhətdən  aşkar  olunan  istənilən  yoluxucu 
xəstəlikdir.  Həmçinin  simptomların  əmələ  gəlmə  vaxtından  asılı  olmayaraq, 
(xəstəxanada  olduqda  və  ya  oradan  getdikdən  sonra)  xəstəxana  işçisinin  həmin 
idarədə  işləməsi  ilə  əlaqədar  inkişaf  edən  istənilən  yoluxucu  xəstəlikdir.  Digər 
təriflərə  əsasən  nozokominal  infeksiyalara  -  pasiyentin  müəyyən  edilmiş  infeksiya 
ilə təkrarən daxil olması zamanı baş verən bütün xəstəlik halları (hansı ki, o, əvvəlki 
hospitallaşdırmanın  nəticəsi  kimi  inkişaf  edir)  aiddir,  və  ya  əgər  xəstə  daxil  olma 
anında  inkubasiya  mərhələsində  deyildirsə  və  infeksiya  hospitalaşdırmadan  48 
saatdan tez olmayaraq inkişaf etmişdirsə. 
Xəstəxanadaxili  infeksiya  həm  stasionarın  xəstələri,  poliklinikaya  gedənlər 
arasında, həm də tibb heyəti arasında inkişaf edir. Yoluxma xəstələrlə təmas zamanı, 
müalicə-profilatika 
müəssisələrində 
əksepidemik 
rejim 
pozulduqda, 
zərərsizləşdirilməmiş  alətlərdən  istifadə  etdikdə,  peşə  fəaliyyəti  nəticəsində 
(cərrahların B və C viıuslu hepatitləri, İİV ilə yoluxması), laboratoriyalarda qəzalar 
zamanı baş verir. 
L.P.Zuycvanın  (1999)  məlumatlarına  görə,  Sankt-Peterburq  şəhərinin 
stasionarlarında xəstəxanadaxili infcksiyalarla xəstələnmə 1998-ci ildə 1000 xəstəyə 
7,2 hadisə təşkil etmişdir. 
Hospital bağırsaq infeksiyalan ilə ümumi xəstələnmə göstəricisi 1998-ci ildə 
evə  yazılan  hər  1000  nəfərə  2,9  təşkil  etmişdir  (çoxprofıli  stasionarlarda  -  1,02; 
xüsusi stasionarlarda -2,9). 
Stasionarlarda  xəstəxanadaxili  infeksiyalar  əsasən  Fleksner  və  Zonne 
şigelyozları, A, B və C viruslu hepatitləri, sidik-cinsiyyət yollarının, aşağı tənəffüs 
yollarının irinli-septiki xəstəlikləri, qan dövranının infeksiyalan ilə təmsil edilir. 
321 
downloaded from KitabYurdu.org


Uşaq  stasionarlarında  xəstəxanadaxili  infeksiyalar  kimi  eşerixi-  ozlar  (055, 
075,  0144  daha  çox  yayılmışdır)  rast  gəlir.  Cərrahi  uşaq  stasionarlarında 
xəstoxanadaxili infeksiyalar arasında sepsis, pncv- moniya, mədə-bağırsaq yolunun 
infeksiyalar],  omfalit  (göbək  nahiyəsində  dəri  və  dorialtı  toxumanın  iltihabı), 
konyunktivit,  dərinin  in-  feksiyaları,  sidik-  cinsiyyət  yolarının  infeksiyaları  daha 
çox rast gəlir. 
Böyüklər üçün çoxprofilli stasionarlarda infeksion mononuk- leoz, epidemik 
parotit,  məxmərək,  su  çiçəyi,  qızılca,  meninqokokk  infeksiyası,  vərəm  kimi 
infeksiyaların sporadik halları qeydə alınır. 
Xəstəxanadaxili  infeksiyaların  inkişaf  etməsinə  aşağıdakılar  səbəb  olur:  a) 
yüksək virulent xüsusiyyətlərinə və dərman davamlılığına malik stafilokokların və 
müxtəlif  qram-mənfi  baktcriyaların  hospital  ştamlarının  formalaşması;  b)  tibb 
heyəti arasında törədici- gəzdirənlik (patogen stafilokokların daimi gəzdirənlərinin 
payı  tibb  heyətinin  40%-ni  təşkil  edir);  c)  zərərsizləşdirilməmiş  xəstələrin  qulluq 
əşyaları  və  alətlərindən  istifadə  olunması,  xəstəxana  müəssisələrində  sanitar-
gigiyenik  rejimin,  şəxsi  gigiyena  qaydalarının  pozulması.  Xəstəxanadaxili 
infeksiyaların inkişaf etməsinə stasionar müalicəsində olan xəstələrdə infeksiyalara 
qarşı rczistentliyin zəifləməsi də şərait yaradır. 
Xəstəxanadaxili  infeksiyalar  əsas  xəstəliyin  gedişini  ağırlaşdırır,  bəzən 
xəstənin həyatını təhlükə qarşısında qoyur, xəstələrin stasionarda qalma müddətini 
uzadır.  İrinli-septiki  xəstəliklərin  ağır  formaları  ilə  xəstələrin  stasionarlarda  uzun 
müddət  müalicə  alması  ilə  əlaqədar  olaraq  əmələ  gələn  bakteriyaların  hospital 
ştamlaıınm  olduqca  yüksək  patogenliyi  yüksək  İctallığın  yaranmasını  şərtləndirir. 
Əməliyyatdan  sonrakı  İctallığın  40%-i  xəstəxanadaxili  irinli-septiki  infeksiyalarla 
törədilir.  Onların  törədiciləri  -  slafilokoklar,  strepto-  koklar,  qıam-mənfi 
bakteriyalar, klostridiyalar və s. 
Hospital  infeksiyalar  sporadik  hallar  və  alovlanmalar  şəklində  qeydə  alınır, 
onların  sayı  bəzi  regionlarda  artma  meylinə  malikdir.  Orta  hesabla  stasionara 
hospitallaşdırılmış xəstələrin 3-5%-də nozo- kominal infeksiya inkişaf edir. Statistik 
məlumatlara  görə,  ABŞ-da  ölümün  səbəblərinin  arasında  nozokominal  infeksiya 
ürək-damar sistemi xəstəliklərindən, bədxassəli şişlərdən və insultlardan sonra gəlir. 
Rusiyada  2,5  mln.-a  yaxın  şəxs  nozokominal  infeksiyaya  yoluxur,  halbuki  o,  50 
dəfə az qeydə alınır. 
Etioloji  baxımdan  hospital  infeksiya  təqribən  90%-də  bakterial  mənşəlidir, 
az hallarda viruslar, göbələklər və ibtidailər tərəfindən 
322 
downloaded from KitabYurdu.org


törədilir.  Ətraf  mühitdə  şərtı-patogen  mikroorqaırizmlərin  geniş  yayılması  ilə 
əlaqədar  olaraq,  onlar  çox  vaxt  xostəxanadaxili  infeksiyaların  inkişafının  səbəbinə 
çevrilirlər  ki,  buna  əsas  xəstəliyə  görə  stasionara  hospitallaşdırılmış  xəstədə 
immunsupressiyanın inkişaf etməsi şərait yaradır. 
Bir  çox  ölkələrdə  müşahidə  olunan  hospital  infcksiya  ilə  xəstələnmənin 
yüksəlməsi  cərrahi  və  invaziv  müalico-diaqnostik  prosedurlarının,  o  cümlədən 
cərrahi  manipulyasiyaların,  biopsiyaların,  punksiyaların  və  s.  tezliyinin,  həmçinin 
immunsupressiyah  şəxslərin  xüsusi  çəkisinin  artması  ilə  bağlıdır.  Sonuncu  həm 
ekoloji gərginlik, həm də dərman vasitələrinin nəzarətsiz şəkildə tətbiqi nəticəsində 
yaranır. Buna habelə o fakt da təkan verir ki, antibiotikrezistentliyin qlobal inkişaf 
meyli  fonunda  ümumilikdə  son  illərdə  bütün  dünyada  antibakterial  preparatlara 
qarşı  nozokominal  infeksiyaların  törədicilərinin  davamlığmın  xeyli  artması 
müşahidə olunur. 
Xəstəxanadaxili  infeksiyaların  törədiciləri  «lıospital  ştam»  adını  almışdır, 
çünki  stasionarda  epidemik  prosesi  törədən  kulturalar  bir  sıra  xarakter  əlamətlərlə 
fərqlənirlər: virulentliyiıı yüksək olması və nəticədə antibiotiklərə, dezinfektantlara, 
UB-şüalanmava qarşı yüksək rezistentlik, ətraf mühit amillərinə qarşı az tələbkarlıq 
və  tez  böyümə  imkanı.  Məsələn,  psevdomonadlar  və  klebsiellalar  yaş  mühitdə  ~ 
inhalyatorlarda,  duru  dərman  formalarında,  əl-üzyuyanların  sətirində,  kranlarda, 
nəm yığışdırma materialında sürətlə inkişaf edə bilərlər. 
Xəstəxanadaxili infeksiyaların etioloji agenti qismində daha çox 
aşağıdakı törədicilər iştirak edir: 
Mikroorqanizml ərin 
sinifləri 
Mikroorqanizmlər 
Xəstəxanada olan 
pasiyentlər üçün 
patogenliyi 
Qram-müsbət 
• 
Staphylococcus 
aurcus 
Digər 
stafılokoklar və mikrokoklar, 
A qrupu streptokokları, 
B qrupu streptokokları, 
C və G qrupu streptokokları, 
enterokoklar, 
digər qeyri-hemolitik 
strcptokoklar 

ŞP 

ŞP 

ŞP 
ü __________________  
323 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə