Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə10/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   117

Epidemik prosesin strukturu 
EPİDEMİK PROSES 
İnfeksiya mənbəyi (1-ci halqa) 
•yoluxmuş 
insanlar, 
heyvanlar •xəstələr 
• törədici gəzdirəni ər 
 
I
 
faza - törədicinin orqanizmdən xaric edilməsi 
II
 
faza - ətraf mühitdə qalması 
TIT  faza  -  törədicinin  yeni  orqanizmə  daxil 
olması 
 
Epidemik  proses  ardıcıl  baş  verən  və  bir-birilə  qarşılıqlı  əlaqəsi  olan 
yoluxucu xəstəlik hadisələrin zəncirindən ibarət olub xəstə və törədicigozdirən olan 
epidemik ocaq şəklində özünü biruzə verir. Yoluxucu xəstəliyin yayılma prosesini 
sadəcə olaraq estafet şəklində təsəvvür  etmək  olar.  Belə olduqda estafet iştirakçısı 
xəstəliyin törədicisini qəbul edir, sonra onu başqasına ötürür. 
Hər  bir  növbəti  yoluxmanın  baş  verməsi  üçün  ardıcıl  və  qarşılıqlı  əlaqəsi 
olan üç amilin iştirakı mütləqdir: 
a)
 
infeksiya  mənbəyi  -  xarici  mühitə  törədicini  ifraz  edən  yoluxucu 
xəstəliyin mənbəyi (insan, heyvan); 
b)
 
yoluxma mexanizmi - yoluxucu xəstəliyin keçirilmə amilləri (xarici mühit 
obyektləri - su, hava, torpaq və s.); 
c)
 
həssas orqanizm (immuniteti olmayan əhali) 
Bunların  birinin  epidemik  prosesdən  çıxarılması  yoluxucu  xəstəliyin 
yayılmasının  qarşısını  alır.  Epidemik  proses  sosial  və  bioloji  əsası  olan  mürəkkəb 
hadisədir. Sosial nöqteyi-nəzərdən epidemik 
30 
downloaded from KitabYurdu.org


proses insanların cəmiyyətdə yaşayış tərzindən (sıxlıq), su və kanalizasiya ilə təchiz 
olunmasından, peşəsindən, müharibələrdən, tibbi yardımla təchiz olunmasından və 
s. asılılığını göstərir. Bioloji əsası onunla izah olunur ki, yoluxucu xəstəlik törədici 
ilə  insan  orqanizmi  arasında  qarşılıqlı  təsirin  nəticəsidir.  Törədicilərin  insan 
bədəninə daxil olmasına, orada inkişaf etməsinə, digər canlı orqanizmə keçməsinə, 
onların yaşamasına və ya bir növ kimi təbiətdə saxlanmasına şərait yaradır. 
İnfeksiya mənbəyi 
Epidcmik  prosesin  inkişafında  infeksiya  mənbəyi  mühüm  rol  oynayır. 
İnfeksiya mənbəyi - törədicinin çoxaldığı, toplandığı və xarici mühitə ifraz edildiyi 
və  onun  mövcud  olması  üçün  təbii  yaşayış  mühiti  hesab  olunan  yoluxmuş  canlı 
orqanizmdir. 
Müasir  terminologiyada  «İnfeksiya  mənbəyi  dedikdə  -  törədicinin  növ  kimi 
saxlanmasını təmin edən təbii yaşayış və çoxalma mühiti başa düşüliir». İnfeksiya 
mənbəyi bunlardır: 

 
insan- kəskin və xronik infeksiya ilə xəstə, ıekonvalcs- sent və ya 
törədici gəzdirən; 

 
canlı orqanizm, əsasən heyvanlar, nadir hallarda bioplankton 
(zooplankton və ya fitoplankton); 
® abiotik ətraf mühit. 
Yoluxmuş  orqanizmdən  törədicinin  xaric  edilməsi  fizioloji  proseslərlə 
(defekasiya,  sidik,  tənəffüs,  tüpürcək  ifrazı,  epitelinin  dcskvamasiyası  və  s.), 
onların  patoloji  intensivləşməsi  (ishal),  həmçinin  bəzi  patoloji  aktlar  (öskürək, 
zökəm,  asqırma,  qusma)  və  s.  proseslərlə  (dəridə  və  selikli  qişalarda  xoralar, 
eroziyalar)  şərtlənir  ki,  bunlar  xəstəliyi  müşayiət  edirlər.  Törədicilər  qapalı  qan 
sistemində yerləşdikdə onlar orqanizmdən qansoıan buğumayaqlılar vasitəsilə xaric 
edilir. 
31 
downloaded from KitabYurdu.org


Infeksiya mənbələrinin xüsusiyyətləri 
 
Yoluxmuş insanlar və heyvanlar 
Xəstəliyin formaları 
' Cəskin 
Tipik 
yüngül 
orta  ağırlıqda 
asır 
►Atipik 
silinmiş 
abortiv 
Törədici gəzdirmə 
Törədicigəzdirmənin formaları 
Rekonvalessent 
kəskin 
xroniki 
Sağlam 
Tranzitor 
tmrnım törədicigəzdirənlər 
(vaksinasiyadan sonra) 
Xroniki 
Xəstəliyin dövrləri 

 
inkubasiya 

 
prodromal 

 
xəstəliyin əsas əlamətlərinin şiddətlənməsi (qızğın) ~ 
sağalma (rekonvalessensiya) 
Yoluxmuş  orqanizmdən  xaıic  edildikdən  sonra  yoluxucu  xəstəliklərin 
törədiciləri  ətraf  mühitdə  qalırlar,  burada  onlar  nəinki  müəyyən  müddətdə  həyat 
qabiliyyətini saxlayır, həm do bu və ya digər amillərlə yeni orqanizmə daşınırlar. 
Əgər  infeksiya  mənbəyi  insandıısa,  onda  xəstəlik  antroponozlar  qrupuna 
aiddir. Bəzi yoluxucu xəstəliklərdə insan yeganə infeksiya mənbəyi (qarın yatalağı 
və  səpkili  yatalaq,  malyariya,  qızılca,  epidemik  parotit)  ola  bilər.  Çox  vaxt  xəstə 
klinik əlamətlərin şiddətlənməsi dövründə törədiciləri maksimal miqdarda ifraz edir
yəni  xəstəlik  törədicinin  ətraf  mühitdə  yayılmasını  təmin  edən  simptomlarla 
(zökəm,  asqırma,  öskürək,  qusma,  diareya,  tüpürcək  ifrazı,  yerli  zədələnmə 
ocaqlarının möhtəviyyatı) müşayiət edilir. Bu zaman oxşar simptomların yaranması 
yoluxucu xəstəliklə xəstə insanın 
32 
downloaded from KitabYurdu.org


raikroorqanizmdən və onun toksinindən fiziki cəhətdən azad olmasına şoıait yaradır. 
Lakin elə həmin simptomlar törədicinin xeyrmədir, onun ətraf mühitdə yayılmasını 
və bioloji növ kimi saxlanmasını təmin edir. 
Yoluxduruculuq  baxımından  xəstənin  ətrafdakılar  üçün  təhlükəlilik  dərəcəsi 
xəstəliyin müxtəlif dövrlərində eyni deyildir, bu da yoluxucu xəstəliklərin əksəriyyəti 
üçün səciyyəvi olan patogenlik və klinik tsiklilik ilə şərtlənir. İnfeksiya mənbələrinin 
bütün baxılan variantlarından epidemioloji baxımdan on təhlükəsi atipik, çətin aşkar 
edilən formalar və infeksion prosesin müxtəlif dövrləridir. 
Yoluxucu  xəstəlik  aşağıdakı  dövrlərə  bölünür:  inkubasiya  dövrü  -  yoluxma 
anından  etibarən  xəstəliyin  klinik  əlamətləri  meydana  çıxana  qədər  davam  edir, 
xəstəliyin  manifestləşməsi  dövrü,  rekonvalessensiya  dövrü,  sağalma  və  qalıq 
əlamətləri dövrü. 
İnkubasiya  dövrimdə  adətən  törədicinin  ətraf  mühitə  yayılması  müşahidə 
olunmur, lakin bəzi infeksiyalar (qızılca, B və C viıuslu hepatiti) zamanı bu dövrün 
sonunda  törədicinin  ifraz  edilməsi  mümkündür.  Bir  qayda  olaraq,  xəstəliyin 
başlanğıcından  nə  qədər  çox  vaxt  keçmişsə,  xəstə  və  ya  xəstəliyi  keçirmiş  şəxs 
ətrafdakılar üçün bir o qədər az təhlükəsizdir. 
Sağalma  dövründə  törədicinin  ifraz  edilməsi  azalır  və  əksər  yoluxucu 
xəstəliklərdə  tamamilə  kəsilir.  Lakin  bəzən  rekonvalessent  törədicigəzdirənlik 
formalaşır  ki,  bu  halda  ətraf  mühitə  törədicinin  müəyyən  müddət  ifraz  edilməsi 
mümkündür  (difteriya,  streptokokk  infeksiyası,  vəba,  qarın  yatalağı). 
Törədicigəzdirənlər - praktik sağlam şəxslərdir. Törədiciləri ifraz etmə müddətindən 
asılı olaraq törədicigəzdirənliyin kəskin (3 aya qədər - qarın yatalağı və paıatiflərdə) 
və  ya  xronik  formaları  (3  aydan  bir  neçə  on  ilə  qədər)  ayırd  edilir.  Xronik 
töıədicigəzdirənlik  bir  çox  illər  və hətta ömürlük  davam  edə bilər.  Rekonvalessent, 
kəskin  və  xronik  törədicigəzdirənlər  çox  vaxt  böyük  epidemioloji  əhəmiyyət 
daşıyırlar, belə ki, onlar təcrid edilmir, sağlam şəxslərlə aktiv ünsiyyətdə qalırlar. Bir 
sıra  infeksiyalarda  belə  törədicigəzdirənləıin  sayı  (meninqokokk  infeksiyası,  vəba, 
difteriya) manifest formalarla xəstələrin sayından on, yüz, hətta min dəfə çox olur. 
Törədicigəzdirənlik  infeksion  xəstəliklərə  qarşı  əvvəllər  peyvənd  olunmuş 
şəxslərdə və ya həmin xəstəliklərə tutulmuş şəxslərdə, başqa sözlə, immuniteti olan 
şoxlərdə də ola bilər, buna sağlam törədicigəzdirənlik deyilir. 
33 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə