Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə18/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   117

neçə  qitəni  əhatə  edir.  Xəstəliyin  belə  yayılmasına  pandemiya  deyilir.  Başqa  sözlə 
desək,  pandemiya  müəyyən  ölkədə  və  ya  eyni  zamanda  bir  neçə  ölkədə  yoluxucu 
xəstəliklərin qeyri-adi yüksək səviyyədə epidemik yayılmasıdır (İ.İ.Yolkin, 1973). 
Epidemik  prosesin  bu  cür  inkişafına  xüsusi  təhlükəli  yoluxucu  xəstəliklər 
səbəb  ola  bilər,  belə  xəstəliklərdə  törədici  ilə  həssas  orqanizmin  görüşü  adətən 
xəstələnmə ilə nəticələnir. Bu xəstəliklərdən XIX əsrdə vəba 5 dəfə, XX əsrin ikinci 
yarısında isə qrip xəstəliyi bir neçə dəfə pandemiya şəklində yayılmışdır. 
Endemiya (yunanca «endomos» - yerli). Endemiya - müəyyən ərazi üçün xas 
olan  və  ya  daim  rast  gələn  xəstələnmə  səviyyəsi  olub,  konkret  ərazidə  epidemik 
prosesə təsir göstərən təbii, bioloji və sosial amillərdən asılıdır (məsələn - təbii-ocaqlı 
xəstəliklər). 
Epidemioloji  cəhətdən bu kateqoriya müəyyən ərazidə yerləşən  və epidemik 
prosesin  gərginliyindən  asılı  olmayaraq,  əhali  arasında  yoluxucu  xəstəliyin  məhdud 
(lokal) şəkildə yayılmasını ifadə edir. Başqa sözlə desək, müəyyən ərazidə yaşayan 
əhali arasında uzun müddət ərzində hər hansı yoluxucu xəstəliyin müxtəlif miqdarda 
daima baş verməsi endemiya adlanır. 
Xəstəliyin  məhdud  yayılmasını  adətən  coğrafi  mühitin  xüsusiyyətləri  ilə 
əlaqələndirirlər:  gah  daimi  abiotik  yoluxma  amilləri  ilə  ha-  zırki  yerə  xas  olan 
infeksiya  törədicisinin  mənbəyindən  (leptospi-  rozlar,  tulyaıcmiya,  toksoplazmoz), 
gah  spesifik  canlı  keçiricidən  (malyariya,  pappataçi  qızdırması),  nəhayət  mühitin 
spesifik  keçiriciləri  və  abiotik  amillərlə  infeksiya  mənbəyi  arasındakı  mürəkkəb 
biosenotik  münasibətlərdən  (lcyşmanioz,  gənə  və  ağcaqanad  ensefalitləri,  bəzi 
hclmintozlar, hemorıagik qızdırmalar və s.) asılıdır. 
Qeyd edilən xəstəliklər ancaq infeksiya mənbələri və ya spesifik keçiricilərin 
arealında yayılırlar. Bəzən isə onlar elə iqlim zonalarında yayılırlar ki, orada patogen 
parazitin  fazalı  inkişafı  üçün  şərait  yaradan  xarici  mühitdə  abiotik  amillərin 
(temperatur,  rütubət,  torpağın  strukturu  və  s.)  daim  təsir  etdiyi  yoluxucu  xəstəlik 
törədicisinin mənbəyi olsun (məsələn, ankilostomidozlarda). 
L.V.Qromaşevski (1965) endemiya anlayışını iki yerə: «tobii endemiklik» və 
«statistik endemiklik»liyə bölür. Birinciyə zoonoz və zooantıoponozlar, ikinciyə isə 
bütün antroponozları daxil edir. 
Ekzotik xəstəliklər - həmin ərazi üçün xas olmayan (orada epidemik prosesin 
saxlanması  üçün  lazımi  şəraitin  olmaması  ilə  əlaqədar)  yoluxucu  və  parazitar 
xəstəliklərdir. Ekzotik xəstələnmə bu infek- 
55 
downloaded from KitabYurdu.org


siyanm rast gəlmədiyi əraziyə  törədicinin xaricdən  gətirilməsi hesabına inkişaf edir. 
Yoluxma  həmin  ərazidən  kənarda  baş  verir.  Yoluxucu  xəstəliyin  ekzotik  yoluxma 
hadisəsi  həmişə  gətirilmə  sayılır,  lakin  heç  də  gətirilmə  xəstəliklər  hamısı  ekzotik 
deyildirlər. MDB hüdudlarında dəri leyşmaniozu halları - gətirilmədir, lakin ekzotik 
deyildir, san qızdırma halları isə eyni zamanda həm gətirilmə, həm də ekzotikdir. 
Epidemik ocaq 
L.V.Qromaşevski  epidemik  ocaq  (onun  terminologiyasına  görə  -  yoluxucu 
xəstəlik  ocağı)  dedikdə,  infeksiya  mənbəyinin  olduğu  yer  və  törədicinı'nin  ötürülə 
biləcəyi (mümkün) yoluxma mexanizminin realizasiya olduğu ərazini nəzərdə tutur. 
Populyasiya  yanaşmasında  anlroponozlar  zamanı  epidemik  ocaq  -  törədici 
populyasiyası- nm və onun mövcud olmasını təmin edən insanların yaşayış mühitidir. 
Bu halda epidemik ocağın məkan və zaman sərhədləri insanların ərazi, sosial, məişət 
və yaş qruplarının həyat fəaliyyətlərinin xüsusiyyətləri ilə müəyyən olunur; bu ocaq 
daxilində xəstəlik törədicilərinin sirkulyasiyası mümkündür. 
Epidemik  ocaq  epidemik  prosesin  ilkin  elementidir.  Epidemik  ocağa 
məzmunca  fərqlənən  bir  neçə  müxtəlif  tərif  verilmişdir.  L.V.Qromaşevskiyo  görə, 
epidemik ocaq müəyyən şəraitdə hazırki xəstəliyi keçirmək qabiliyyətinə malik olan 
infeksiya  mənbəyinin  yerləşdiyi  yer  və  onu  əhatə  edən  ətraf  mühitdir 
(L.V.Qromaşevski, 
19
65). 
İ.İ.Yolkinin fikrincə, epidemik ocaq infeksiya mənbəyi, onun ətrafında olan 
sağlam  şəxs,  törədicilərin  ötürülməsinin  konkret  təbii  və  sosial  elementləri  olan 
yerdir.  Baş  vermiş  yoluxucu  xəstəlik  ona  xas  olan  maksimal  inkubasiya  müddəti 
ərzində öz təsirini göstərir (İ.İ.Yolkin,1973). 
Başqa  sözlə  desək,  epidemik  ocaq  yoluxucu  xəstəliyin  baş  verdiyi  və  ya 
onun  yayılma  ehtimalı  olan  müəyyən  ərazidə  və  kollektivdə  fəaliyyət  göstərən 
epidemik  prosesin  əsas  şərtlərinin  (infeksiya  mənbəyi,  yoluxma  amilləri,  həssas 
orqanizm) cəminə deyilir (D.V.Vinoqradov-Voljinski,1973). 
Bu anlayış həm sporadik şəkildə baş vermiş xəstəlik hallarına, həm də çoxlu 
xəstələnmələrə aiddir. Bu kateqoriyanın əhəmiyyəti çox böyükdür. Belə ki, yoluxucu 
xəstəliyin xüsusiyyətlərini nəzərə alaraq, epidemik ocağın sərhədlərini təyin edir və 
həmin ərazidə lazımi əksepidemik tədbirlər həyata keçirilir. 
56 
downloaded from KitabYurdu.org


Epidemik  ocaq  yoluxucu  xəstəliyin  aşkar  edildiyi  kollektiv  olub  onun 
üzvləri  arasında  həmin  infeksiyanm  yayılma  təhlükəsi  vardır.  Epidemik  ocağın 
sərhədləri yoluxucu xəstəlik törədicilərinin yoluxma mexanizminin xüsusiyyətləri və 
təbii-sosial  mühitin  konkret  şəraitləri  (hansı  ki,  bu  mexanizmin  realizasiyasının 
miqyasını  müəyyən  edir)  ilə  bağlıdır.  Məsələn,  antroponozlarda  epidemik  ocaq 
epidemik  prosesin  başlıca  halqası  sayıhr.  Bildiyimiz  kimi,  epidemik  proses  bir-biri 
ilə  bağlı  və  biri  digərindən  törənən  epidemik  ocaqlardan  ibarətdir.  Belə  ki,  qızılca 
zamanı xəstənin və ya virus gəzdirənin yaşadığı mənzil epidemik ocaq sayıla bilər. 
Zoonozlarda  isə  əksinə,  xəstə  şəxsin  yaşadığı  yer  epidemik  ocaq  deyildir,  belə  ki, 
insan, bəzi hallar istisna olunmaqla (taun, sarı qızdırma) infeksiya mənbəyi sayılmır. 
Ona  görə  də,  zoonozlarda  epidemik  ocaq  ayrı-ayn,  bir-biri  ilə  bağlı  olmayan 
xəstliklərlə səciyyələnir ki, onların sayı ocaqla olan əlaqənin intensivliyi ilə müəyyən 
edilir. Zoonoz infeksiyada epidemik ocağın mövcud olması insanın epizootik ocaqla 
əlaqəsi kəsilən kimi dayanır. 
Epidemik ocağın yaranması həmişə infeksiya mənbəyinin əmələ gəlməsi ilə 
bağlıdır. Ocağın yaranmasında ancaq kontagioz xəstələr rol oynayırlar. Əksər zoonoz 
xəstəliklər, şərti-patogen mikroblarla törədilən toksikoinfeksiyalar, tetanus və bir çox 
başqa xəstəliklərlə yoluxmuş xəstələr epidemik ocağın əmələ gəlməsinə səbəb olmur. 
Epidemik  ocaq  müəyyən  zaman  müddətində  fəaliyyət  göstərir  ki,  onun 
davametmə  müddəti  xəstənin  təcrid  edilməsi  anından  və  yekun  dezinfeksiyanın 
aparılmasından  sonra  xəstəliyin  maksimal  inkubasiya  müddəti  sayılır.  Bu  dövrdə 
ocaqda  yeni  xəstələrin  yoluxması  mümkündür.  Epidemik  ocağın  fəaliyyət  müddəti 
ən əvvəl infeksiya mənbəyinin yoluxduruculuq dövrünün müddətindən asılıdır. Belə 
ki,  kəskin  yoluxucu  xəstəliklərdə  o,  həftələr  və  aylarla,  xroniki  sürən  yoluxucu 
xəstəliklərdə (vərəm, qann yatalağının xroniki törədicigəzdirənliyi və s.) isə on illərlə 
saxlanıla bilər. Ocaq o zaman sönmüş hesab edilir ki, xəstənin sağalması, hospitallaş- 
dırılması və ya ölüm nəticəsində ocaqda törədicinin ifrazı dayanır, yoluxma amil rolu 
oynayan bütün əşyalar zərərsizləşdirilir, canh keçiricilər məhv edilir və təmasda olan 
həssas əhalinin maksimal inkubasiya dövrü başa çatır. 
Epidemik  ocağın  sərhəddi  xəstəliyin  kontagiozluğundan,  törədicinin 
yoluxma  mexanizmindən  və  ocağın  sanitar-gigiyenik  xarakteristikasından  asılıdır. 
Göyöskürək zamanı epidemik ocağın 
57 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə