Dərs vəSAİTİ Vəsait Boloniya prosesi, kredit sistemi üzrə ali pedaqoji



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə1/25
tarix11.10.2017
ölçüsü0,63 Mb.
#4200
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   25


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN MÜƏLLİMLƏR İNSTİTUTU

Akif Nəzərov

MÜASİR TƏLİM

TEXNOLOGİYALARI

(Mühazirə xülasələri)

DƏRS VƏSAİTİ

(Vəsait Boloniya prosesi, kredit sistemi üzrə ali pedaqoji

məktəblərin bakalavr pilləsi üçün, habelə magistrlər üçün

nəzərdə tutulmuşdur)

(Vəsait “Müasir təlim texnologiyaları” mövzusunda hazırlanmış

Proqrama uyğun olaraq Azərbaycan Respublikası Təhsil

Nazirliyinin 29.06.2010-cu il tarixli 870 №-li əmrinə müvafiq

olaraq yazılmışdır)

Bakı – 2012

Dərs vəsaiti AMİ-nin Pedaqogika kafedrasında hazırlanmışdır

Müəllif:

Akif Məmmədağa oğlu Nəzərov

Filologiya üzrə fəlsəfə doktoru, dosent

Əməkdar Müəllim

Redaktor:

Rüfət Lətif oğlu Hüseynzadə

Pedaqogika üzrə elmlər doktoru, professor

Əməkdar Müəllim

Rəyçilər:

Akif Nurağa oğlu Abbasov

Pedaqogika üzrə elmlər doktoru, professor

Qabaqcıl Təhsil İşçisi

Ağahüseyn Məmmədhüseyn oğlu Həsənov

Pedaqogika üzrə elmlər doktoru, professor

Əməkdar Müəllim

Mircəfər Mirməsi oğlu Həsənov

Pedaqogika üzrə fəlsəfə doktoru, professor

Əməkdar Müəllim

A.M.Nəzərov. Müasir təlim  texnologiyaları.  Dərs  vəsaiti.

ADPU-nəşriyyatı. Bakı-2012. 103 səh

Pedaqoji texnologiya  dedikdə, əvvəlcədən  verilmiş  xarak-

teristikalar üzrə kompüter təlimi üçün işlənib hazırlanmış optimal

didaktik  proseslər  başa  düşülür.  Dərs  vəsaitində məsələlərin

açıqlanmasına da məhz bu nöqteyi-nəzərdən yanaşılmışdır.



3

ÖN SÖZ

Hazırkı  dövrdə Azərbaycanın  təhsil  sistemində zəruri

islahatın  aparıldığı  bir  şəraitdə tədris  proqramlarının  təkmilləş-

dirilməsinə,  yeni dərsliklərin  yazılmasına böyük ehtiyac duyulur.

Dünyada  gedən  qloballaşma  və Azərbaycan  təhsil  sisteminin

Avropa  təhsil sisteminə inteqrasiyası təhsil sistemində yeni təlim

texnologiyalarından,  fəal  və interaktiv  təlim  metodlarından,  yeni

texnologiyalardan  istifadə edilməsini  tələb  edir.  Bu  baxımdan,

“Müasir  təlim  texnologiyaları”  fənni  üzrə hazırladığımız  dəsr

vəsaiti (mühazirə xülasələri) aktuallığı ilə seçilir.

Bu vəsait “Məktəbəqədər və ibtidai təhsilin pedaqogika və

metodikası”, “Pedaqogika və psixologiya” ixtisasları üzrə təhsilin

bakalavr pilləsi üçün hazırlanmışdır.

Vəsaitdə müasir  təhsil  metod  və texnologiyalardan  isti-

fadənin  nəzəri  və təcrübi məsələlərindən  geniş  bəhs  olunmuşdur.

Burada  pedaqoji  texnologiyalara  tarixi-nəzəri  baxış,  təlim  texno-

logiyaları  haqqında  anlayış,  təlim  texnologiyalarının  struktur  və

funksional komponentləri, təlim texnologiyalarının yaradılması və

tətbiqi  prinsipləri,  fəal  və interaktiv  təlim  metodları,  habelə tər-

biyə texnologiyaları  kimi  aktual  problemlərin  təhlilinə xüsusi

diqqət yetirilmişdir.

Pedaqoji texnologiya dedikdə, əvvəlcədən verilmiş xarak-

teristikalar üzrə kompüter təlimi üçün işlənib hazırlanmış optimal

didaktik  proseslər  başa  düşülür.  Dərs  vəsaitində məsələlərin

açıqlanmasına da məhz bu nöqteyi-nəzərdən yanaşılmışdır.

Həmçinin,  vəsaitdə pedaqoji  texnologiyalarla  təlim  pro-

sesinin idarə olunmasına, təlim texnologiyalarnın spesifik əlamət-

lərinə diqqət yetirilmişdir. Ən nəhayət, vəsaitdə nəzərdə tutulmuş

hər  bir  ayrı-ayrı  mövzunun  sonunda  istifadəsi  zəruri  sayılan ən

vacib pedaqoji-psixoloji ədəbiyyatın siyahısı verilmişdir.

Dərs  vəsaitindən  bakalavr  təhsili  alan  tələbələrlə yanaşı

magistrlər, habelə pedaqoji ictimaiyyət də faydalana bilər.



Rüfət Lətif oğlu Hüseynzadə,

Pedaqogika üzrə elmlər doktoru, professor,

Əməkdar Müəllim

4

I MÖVZU



PEDAQOJİ TEXNOLOGİYALARA

TARİXİ-NƏZƏRİ BAXIŞ

PLAN:

1. Təlim  və tərbiyənin  bəşəriyyətin  mədəni  fəaliyyətinin

ən qədim növü hesab edilməsi

2. Sivilizasiyanın inkişafı tarixində ilk mədəni inqilab

3. Eramızın  bütün əsrlərində təhsil,  təlim,  tərbiyənin

təkamül və inkişafının əsas vasitəsi hesab edilməsi

4. XX əsr  təhsilin  insanları  peşəkar  fəaliyyətə və həyata

hazırlanmasının önə çəkildiyi dövr kimi

5. Hər  bir  ölkənin  özünəməxsus  təhsil  sistemi,  təhsil

siyasəti, təhsil və inkişaf konsepsiyasına malik olması.

Tərbiyə işi  insan  cəmiyyəti  mövcud  olan  gündən  daim

insanların  diqqət  mərkəzində olmuşdur.  Məlumdur  ki,  ibtidai

icma quruluşu dövründə heç bir məktəb, heç bir təhsil sistemi yox

idi.  İnsanlar  hamısı  bir  yerdə müəyyən  mağaralara  toplaşır,  ov-

çuluqla  məşğul  olur  və ehtiyaclarını  ödəməyə çalışırdılar.  Qul-

darlıq  quruluşunda  oğlanların  tərbiyəsi  ilə kişilər,  qızların  tərbi-

yəsi  ilə isə qadınlar  məşğul  olurdular.  Kişilər  oğlanlara  ov  ovla-

mağı  öyrədir,  qızlar  isə mağarada  onlara  məxsus  olan  işlərdə

fəaliyyət göstərməklə məşğul olmuşdular. Lakin təlim isə savadla,

yazı ilə əlaqədar olduğu üçün sonralar meydana çıxmışdır.

Sivilizasiyanın  inkişafı  tarixində ilk  mədəni  inqilab  ya-

zının meydana çıxması ilə yarandı. Çünki yazı meydana çıxandan

sonra  savad  təlimi  yarandı.  Müəllimlər  şagirdlərə dərs  deməyə

başladılar.  Həyat  inkişaf  etdikcə elm,  təhsil,  savad  da  inkişaf

etməyə başlayır. Məktəblərin şəbəkəsi genişlənir. Bu məktəblərdə

dünyəvi  elmlər  və dini  elmlər  öyrədilməyə başlandı.  Qədim

Hindistanda,  Çində,  Yunanıstanda,  Romada  təlim  və təhsil  sahə-

sində olduqca  böyük  uğurlar  və nailiyyətlər əldə edildi.  Qədim

Romada  və Yunanıstanda  Sokrat,  Aristotel  və Platon  kimi  dahi

filosoflar  öz  dövrünün  eradan  qabaq  yaşamış  çox  görkəmli



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə