Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə12/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   117

Kontakt  (təmas)  yoluxma  mexanizmi  -  xarici  örtüklərin  infeksiyaları  zamanı 
yoluxmuş və həssas orqanizmin dəri örtüyü, selikli qişaları ilə (bilavasitə təmas) və 
ya törədicilərlə çirklənmiş əşyalar vasitəsilə (dolayı təmas) həyata keçir. 
Vertikal yoluxma mexanizmi - dölün bətndaxili dövrdə müxtəlif xəstəliklərlə 
yoluxması zamanı həyata keçir (toksaplazmoz, məx- mərək, İlV-infeksiya). 
Təbii  mexanizmlərlə  yanaşı  süni  yoluxma  mexanizmləri  (artifisial)  də 
mövcuddur. Süni (artifisial) yoluxma mexanizmi daha çox xəstəxanadaxili infeksion 
xəstəliklər zamanı ıealizasiya olur. 
Artifisial mexanizmin yoluxma yollan 
 
Xəstəxanadaxili infeksion xəstəliklərdə törədicinin süni (artifisial) 
mexanizmi 
 
I laza - Törədici qanda bioloji mühitlərdə, dəridə və int'eksiya 
mənbəyinin selikli qişalarında yerləşir 
 
III faza - Tibbi əməliyyatlar apardan zaman törədicinin 
dəri örtükləri və selikli qişaların /ədələııməsi nəticəsində 
daxil olması 
37 
downloaded from KitabYurdu.org


Yoluxma  mexanizmi  haqqında  təlim  L.V.Qromaşevski  tərəfindən  işlənib 
hazırlanmışdır.  O,  törədicinin  yoluxma  mexanizminin  onun  orqanizmdə 
lokalizasiyasına  uyğun  gəlməsi  qanununu  formalaşdırmışdır.  Bu  qanuna  əsasən 
törədicinin yoluxmuş orqanizmdən  xaric  edilməsi  və həssas orqanizmə  daxil olması 
üsulu  onun  sahib  orqanizmdə  lokalizasiyası  ilə  müəyyən  edilir  ki,  bu  da  əksər 
hallarda törədicinin bir fərddən digərinə ötürülməsi mexanizminə müvafiq gəlir. Təbii 
şəraitdə infeksiyanın 4 əsas yoluxma mexanizmi realizə olunur: fckal-oral (bağırsaq 
infeksiyalannda),  aerozol  (tənəffüs  yolu  infeksiyalannda),  transmissiv  (qan 
infeksiyalannda) və təmas (xarici örtüklərin infeksiyalannda). 
Törədici əsasən bağırsaqda lokalizasiya etdikdə yoluxmuş orqanizmdən onun 
xaric  edilməsi  ifrazatlarla  (nəcis,  sidik)  və  ya  qusuntu  kütlələri  vasitəsilə  baş  verir. 
Törədicinin həssas orqanizmə daxil olması ağız vasitəsilə (əsas etibarilə çirklənmiş su 
və ya qidanın qəbulu zamanı) həyata keçir, sonra o, yeni orqanizmin həzm yolunda 
yerləşir.  Ona  görə  də,  bağırsaq  infcksiyalarının  törədicilərinin  yoluxma  mexanizmi 
fekal-oral mexanizm adlanır. 
Əgər  törədici  əsasən  tənəffüs  yolunun  selikli  qişasında  lokalizasiya  edirsə, 
onda  nəfəsvermə  zamanı  aerozolun  tərkibində  xaric  edilir.  Həssas  orqanizmə 
törədicinin düşməsi havanı udulması zamanı baş verir, nəticədə törədici təkrarən yeni 
orqanizmin tənəffüs yollarında yerləşir. Ona görə do, tənəffüs yolunun törədicilərinin 
yoluxma mexanizmini aspirasion (aerozol) mexanizm adlandırırlar. 
Törədici  qan-damar  sistemi  və  limfada  yerləşdikdə,  yoluxmuş  orqanizmdən 
qansoran buğumayaqlılann (həşəratların və gənələıin) vasitəsilə xaric edilir və həssas 
orqanizmin  qan-  damar  sisteminə  yoluxmuş  buğumayaqlılının  qansorması  zamanı 
yeridilir.  Qan  infeksiyalannın  törədicilərinin  yoluxma  mexanizmi  transmissiv 
mexanizm adlanır. 
Törədicinin xarici örtüklərdə (dəri və onun törəmələri, ətraf mühitə çıxışı olan 
selikli  qişalar)  lokalizasiyası  zamanı  resipiyentin  xarici  örtüklərinə  onun  keçməsi 
infeksiya  mənbəyi  ilə  təmas  zamanı  həyata  keçir.  Bununla  əlaqədar  olaraq,  xarici 
örtüklərin  infcksiyalarının  törədicilərinin  yoluxma  mexanizmi  təmas  mexanizmi 
adlanır. 
Bu  əsas  yoluxma  mexanizmlərindən  başqa,  törədicilərin  bir  nəsildən  digər 
nəslin  fərdləri  arasında  ötürülməsi  (horizontal  yoluxma)  beşinci  -  vertikal  yoluxma 
mexanizmi ilə həyata keçir ki, bu 
38 
downloaded from KitabYurdu.org


da törədicinin anadan dölə, yəni bir nəsildən digərinə ötürülməsini təmin edir. 
Beləliklə, müasir dövrdə aşağıdakı yoluxma mexanizmləri məlumdur: l.Fekal-
oral  (alimentar);  2.  Aerozol  (hava-damcı,  hava-  toz);  3.  Transmissiv;  4.  Təmas  (o 
cümlədən hemokontakt); 5. Vertikal (transplasentar). 
Yoluxma  mexanizmi  haqqında  təlimə  görə,  patogen  mikrobların  yoluxma 
mexanizmi xəstəliklərin törədicilərinin parazitik təbiəti ilə bağlı olub onların təbiətdə 
bioloji növ kimi saxlanmasını təmin edir. 
Törədicilər  parazit  sahibin  orqanizmində  özünün  yaşaması  üçün  ən  yaxşı 
əlverişli şərait (lazımi qida, optimal temperatur, rütubət və s.) tapır. Lakin təbiətdə öz 
növünü  saxlamaq  üçün  parazit  hökmən  sahibini  dəyişməlidir.  Törədicinin  başqa 
orqanizmə  keçməsinin  labüdlüyü  ondan  irəli  gəlir  ki,  xəstəlik  zamanı  yoluxmuş 
orqanizmdə immunoloji dəyişikliklər (müdafiə reaksiyaları) baş verir, nəticədə parazit 
həyat  tərzi  keçirən  mikrobun  ölümünə  gətirib  çıxaran  qeyri-əlverişli  şərait  yaranır. 
Bəzi  xəstəliklərdə  (qızılca,  pappataçi  qızdırması  və  s.)  immunitet  elə  sürətlə  yaranır 
ki, törədici xəstəlikdən artıq bir neçə gün sonra məhv olur. Bir qrup xəstəliklərdə isə 
(vərəm,  qarın  yatalağı  və  s.)  immunoloji  cavab  reaksiyanın  zəifliyi  nəticəsində 
törədici yoluxmuş orqanizmdə uzun müddət, bəzən isə bütün ömrü boyu saxlanılır. Bu 
halda  da  törədicinin  bir  orqanizmdən  başqasına  keçməsi  bioloji  cəhətdən  olduqca 
vacibdir,  istənilən  orqanizmin  yaşama  müddəti  məhduddur,  onun  ölməsi  ilə  bərabər 
törədici  də  məhv  ola  bilər.  Beləliklə,  əgər  xastəlikiərin  törədiciləri  özlərinin  bioloji 
fərdi sahiblərini dəyişmək qabiliyyətindən məhrum olsaydılar, onda bu, onların ölümü 
ilə  nəticələnər,  bioloji  növ  kimi  yox  olmasına  və  nəticədə  həmin  yoluxucu 
xəstəliklərin  ləğv  olmasına  gətirib  çıxarardı.  Əslində  isə  göründüyü  kimi,  yoluxma 
mexanizminin sayəsində törədicilər digər sahib orqanizmlərə keçərək öz inkişaflarım 
davam etdirirlər. 
Yoluxucu  xəstəliklərin  törədicilərinin  infeksiya  mənbəyindən  yeni  həssas 
orqanizmə yoluxması prosesi mürəkkəb proses olub 3 mərhələdən ibarətdir:  birinci 
mərhələdə - törədici yoluxmuş 
orqanizmdən xaric olur, ikincidə davamlılığından asılı olaraq xarici mühitdə müəyyən 
müddət yaşayır, üçüncü mərhələdə isə yenidən həssas orqanizmə daxil olur. 
39 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə