Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə7/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   117

Yoluxucu 
xəstəliklərin 
lörədicigəzdirənliyi 

infeksıon 
prosesin 
formalarından  biridir,  bu  zaman  törədicilərin  insan  və  heyvan  orqanizmində 
parazitlik  etməsi  klinik  təzahürlərsiz  baş  verir  və  törədicilərin  ətraf  mühitə  ifraz 
olunması ilə müşayiət edilir; patogcnin növündən asılı olaraq «bakteriyagəzdirmə» 
(«basilgəzdirmə»), «virusgəzdirmə», «hclmintgəzdirmə» ayırd edilir. 
Pandemiya  (qlobal  epidemiya)  -  dünyanın  bir  çox  ölkələrində  xəstəliyin 
yayılmasına deyilir. 
Skrininq  -  əhalinin  hamısının  və  ya  müəyyən  hissəsinin  (kontingentinin, 
kollektivin) eynianlı müayinəsidir. 
Ekzotik (gətirilmə) infeksiyalar - epidemik prosesin saxlanması üçün labüd 
olan  şəraitin  olmaması  üzündən  həmin  yerə  xas  olmayan  yoluxucu  (parazitar) 
xəstəliklərdir. 
Təcili profilaktika - törədicinin daxil olduğu orqanizmdə infeksion prosesin 
inkişafının  qarşısının  alınması  məqsədilə  qoruyucu  preparatların  (kimyəvi 
preparatların, faqlann, zərdabların və s.) yeridilməsidir. 
Təcili  bildiriş  -  yoluxucu  (parazitar)  xəstəliklərin  qeydiyyatı  zamanı  əsas 
xəbərdaredici  sənəddir,  yoluxucu  xəstəliklə  xəstə  və  ya  tö-  rədicigəzdirən  aşkar 
edildikdə,  həmçinin  qida  və  ya  kəskin  peşə  zəhərlənməsi  olduqda  sanitar-
epidemioloji xidmət idarəsinə göndərilir. 
Endemik infeksiyalar epidemik prosesin saxlanması üçün labüd olan təbii və 
ya  sosial  şəraitlərin  yaranması  ilə  əlaqədar  müəyyən  yer  üçün  xas  olan  yoluxucu 
(parazitar) xəstəliklərdir. 
Epidemioloji  məlumat  -  konkret  ərazidə  epidemioloji  şəraiti  və  yoluxucu 
(parazitar)  xəstəliklərlə  mübarizə  və  profilaktika  tədbirlərinin  vəziyyətini 
səciyyələndirən  qeydiyyat  və  hesabat  məlumatlarının,  arayış,  xəbər,  icmal  və  s. 
kompleksidir. 
Epidemioloji təhlil - epidemioloji diaqnozun qoyulması məqsədilə epidemik 
prosesin öyrənilməsi üçün spesifik üsul və metodların işlədilməsidir. 
Opretativ  epidemioloji  təhlil  -  müəyyən  ərazidə  epidemioloji  şəraitin 
öyrənilməsi  olub  epidemik  prosesin  idarə  edilməsi  üzrə  operativ  qərarların  qəbul 
edilməsi məqsədilə həyata keçirilir. 
Retrospekliv  epidemioloji  təhlil  -  tədqiqat  anından  əvvəlki  müddət  ərzində 
həmin  ərazidə  epidemioloji  şəraitin  öyrənilməsi  olub  profilaktik  və  əksepidemik 
tədbirlərin  təkmilləşdirilməsi  və  epidemioloji  proqnozların  işlənib  hazırlanması 
üçün aparılır. 
Epidemioloji 
metod 

epidemik 
prosesin 
yaranması, 
inkişafı, 
məhdudlaşdırılması  və  ləğv  edilməsinə  dair  məlumatların  təhlilini  və  sintezini 
təmin edən spesifik üsul və vasitələrin cəmidir. 
21 
downloaded from KitabYurdu.org


Epidemioloji  nəzarət  (monitorinq)  -  müəyyən  ərazidə  yoluxucu 
xəstəliklərin  epidcmik  prosesi  üzərində  dinamik  (fasiləsiz)  və  kompleks  izləmə 
sistemidir,  buraya  epidemioloji  məlumatın  toplanması,  verilməsi,  təhlili  və 
qiymətləndirilməsi  daxildir.  O,  profilaktik  və  əksepidemik  tədbirlərin 
təkmilləşdirilməsi  və  effektiliyinin  artırılması  üzrə  tövsiyələrin  işlənib 
hazırlanması məqsədilə aparılır. 
Epidemioloji proqnoz - yoluxucu xəstəliklərin yayılmasının yaxın və uzaq 
gələcəkdə inkişafı (və ya ləngiməsi) haqqında söylənən proqnozdur. 
Epidemioloji  müayinə  (epidemik  ocağın  müayinəsi)  epidcmik  ocağın 
yaranmasının  səbəb  və  şərtlərinin  aşkar  edilməsi,  onun  məhdudlaşdırılması  və 
ləğv edilməsi üzrə hazırlanmış tədbirlər sistemidir. 
Yoluxucu xəstəliklərin epidemiologiyası - epidemik prosesin yaranması və 
inkişaf  qanunauyğunluqları  və  onun  məhdudlaşdırılması  və  ləğv  edilməsi 
haqqında elmdir. 
Qeyri-yoluxucu  xəstəliklərin  epidemiologiyası  -  əhalinin  sağlamlıq 
vəziyyətinə  təsir  göstərən  müxtəlif  mənşəli  qeyri-kütləvi  pozğunluqların  və 
somatik  xəstəliklərin  yaranması  və  yayılmasının  qanunauyğunluqlarını 
epidemioloji metodun vasitəsilə öyrənən istiqamətidir. 
Epidemik proses - əhali arasında spesifik infeksion halların (klinik təzahür 
edən xəstəlik və ya törədicigəzdirənlik) yaranması və yayılması prosesidir. Onun 
bioloji əsasını paıazitar sistem təşkil edir. 
Epidemiya - epidemik xəstələnmənin bir forması olub bütün əhalinin və ya 
onun ayrı-ayrı qruplarının yoluxucu (parazitar) xəstəliklərlə kütləvi yoluxmasıdır. 
Bundan  başqa,  epidemik  alovlanmalar  və  ya  qı  upşəkilli  xəstələnmə  (ailədə, 
məktəb, istehsalatda və s.) ayırd edilir. 
«Epizootiya»,  «panzootiya»  və  «enzootiya»  terminləri  törədicinin 
heyvanlar  arasında  dövranı  prosesində  «epidcmiya»,  «pande-  miya»  və 
«endemiya» terminlərinə uyğundur. 
Epidemiologiyanm tibb elmi və səhiyyə üçün əhəmiyyəti 
Epidemiologiyanın təbabət elmində, xüsusilə, yoluxucu xəstəliklər və peşə 
xəstəlikləri  sahəsində  əhəmiyyəti  böyükdür.  Epidemiologiya  sahəsində  elmi 
yeniliklər  təbabət  elmini  xeyli  zənginləşdirmişdir,  təcrübi  səhiyyədə  yoluxucu 
xəstəliklərə qarşı mühüm tədbirlərin təklif edilməsi 
22 
downloaded from KitabYurdu.org


isə  bu  xəstəliklərin  qarşısının  alınması  sayəsində  minlərlə  insan  həyatının 
qorunması ilə nəticələndi. Epidemiologiya elminin əldə etdiyi nailiyyətlərindən biri 
dünya  miqyasında  təbii  çiçəyin  ləğv  edilməsidir.  Vaxtı  ilə  milyonlarla  insanın 
ölümünə  səbəb  olan  təhlükəli  vəba  və  taun  xəstəlikləri  epidemiologiya  elminin 
təklif  etdiyi  tədbirlər  nəticəsində  bir  çox  ölkələrdə  yox  dərəcəsinə  endirilmişdir. 
Uşaqlar  arasında  ömürlük  əlilliyə  səbəb  olan  poliomielit  xəstəliyi  qısa  müddət 
ərzində  dünya  miqyasında  epidemiyalardan  tək-tək  xəstələnmə  dərəcəsinə 
endirilmişdir. 
Əsrimizin taunu adlandırılan viruslar tərəfindən törədilən insanın qazanılmış 
immunçatışmazlıq  sindromu  (QİÇS)  xəstəliyi  epidemiologiya  elmi  tərəfindən 
əvvəlcədən proqnozlaşdırma yolu ilə aydınlaşdırıldı, sonra isə ona qarşı mübarizə 
tədbirləri  işlənib  hazırlandı.  Epidemiologiya  elminin  mütərəqqi  üsulları  müasir 
təbabətdə  somatik  xəstəliklərlə  mübarizədə  geniş  istifadə  edilir.  Bu  xəstəliklər 
sırasında  bədxassəli  şişlər  və  ürək-qan  damar  sistemi  xəstəlikləri  ilə  mübarizədə 
epidemiologiya elmindən daha geniş istifadə edilir. 
Epidemik prosesin idarə olunmasının elmi və təşkilati əsasları 
və ayrı-ayrı infeksiyaların ləğvi 
Yoluxucu 
xəstəliklərin 
ləğv 
edilməsi 
tibb 
elminin 
mürəkkəb 
problemlərindəndir. Amerikanın Boston şəhərində yerləşən Harvard universitetinin 
profilaktik təbabət və epidemiologiya kafedrasının professoru Qordon qeyd edir ki, 
xəstəliyin ləğv edilməsi o deməkdir ki, yer kürəsinin heç bir  yerində yenidən baş 
verməsin. Xəstəlik yalnız bütün dünyada ləğv edildikdən sonra ona qarşı profilaktik 
tədbirləri dayandırmaq olar. 
Deyildiyi  kimi,  yoluxucu  xəstəliyin  nozoloji  növ  kimi  ləğv  edilməsi 
(devastasiya)  törədicinin  bioloji  növ  kimi  qlobal  miqyasda  məhv  edilməsi 
(eradikasiya)  ilə  təmin  edilir.  Yoluxucu  xəstəliyin  qlobal  ləğv  edilməsi  onun 
regional ləğv edilməsi ilə başlanır. Yoluxucu xəstəliyin regional ləğv edilməsi ərazi 
daxilində törədicinin məhv edilməsi (eliminasiya) və bir daha bu ərazidə gətirilmə 
törədicinin inkişafının qarşısının alınması yolu ilə mümkündür. 
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbərliyi altında dünyanın bir çox 
ölkələrinin səyi nəticəsində dünya miqyasında təbii çiçək xəstəliyi ləğv edilmişdir. 
Uzun müddətdir ki, təbii çiçək xəstəliklər sırasından 
çıxarılmışdır və ona qarşı profilaktik tədbirlər dayandırılmışdır. 
• • 
UST tərəfindən üçgünlük malyariyanın ləğvi proqramı hazırlanmış və dünya 
miqyasında həyata keçirilir. Ancaq bu tədbirlər nəticəsində 
23 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə