Sahib parazitin qida mənbəyi və ya yaşayış mühiti kimi istifadə etdiyi
orqanizmdir. Parazitin bioloji növ kimi mövcud olması üçün əhəmiyyətindən asılı
olaraq spesifik və qeyri - spesifik sahiblər ayııd edilir. Yaşayış mühiti - bioloji
növün həyat fəaliyyətini təmin edən şəraitlərin cəmidir. Bioloji növün
saxlanmasında iştirakına görə infeksion xəstəlik törədiciləri üçün əsas (spesifik),
əlavə və təsadüfi yaşayış mühiti fərqləndirilir.
Parazitizm. Makro- və mikroorqanizmin müxtəlif simbiotik münasibətləri -
bir-birinə faydalı (mutualizm) və antoqonist (parazitizm) - vardır.
Makroorqanizmin vəziyyətindən və mikroorqanizmin viru- lentliyindən asılı
olaraq, parazitlə orqanizm arasındakı qarşılıqlı əlaqə müxtəlif cür nəticələnə bilər.
Parazit - digər canlı orqanizmlərdən yaşayış mühiti və qidalanma mənbəyi
kimi kimi istifadə edən orqanizmdir, parazitizm isə növarası münasibətlərin
forması olub bir canlı orqanizmin digəri tərəfindən qidalanma mənbəyi və yaşayış
mühiti kimi isttifadə etməsi ilə səciyyələnir. «Parazit» anlayışına ekoloji baxımdan
müxtəlif orqanizmlər daxildir. Parazitizmin dərəcəsi onların mövcud olmasının
parazitik və qeyri-paıazitik mərhələlərinin nisbəti ilə müəyyən olunur. Parazitlərin
3 kateqoriyası ayırd edilir: obliqat, fakültativ və təsadüfi. Həqiqi-obliqat parazitlər
yalnız sahibin orqanizmi ilə bağlıdırlar, onlar digər qidalanma tipləri ilə qidalanma
qabiliyyətini itirmişlər, ona görə də ətraf mühitdə məskunlaşa bilmirlər. Bu qrupa
insana hemokontakt, cinsi, transplascntar, laktasiya yolu ilə ötürülən parazitlər
daxildir.
İnfeksion prosesdə makroorqanizmin və mikroorqanizmin rolu
Mikroorqanizm ilə makroorqanizmin görüşməsinin nəticəsi sonuncunun
ümumi immunoloji reaktivliyindən əhəmiyyətli dərəcədə asılıdır.
İnfeksion xəstəliklərin inkişafını və gedişini öyrənərkən raakro- orqanizmin
vəziyyətini həmişə nəzərə almaq lazımdır. Təbii rezistentliyin və spesefik
immunitetin yüksək səviyyəsi orqanizmin patogen mikroba münasibətdə mütləq və
ya nisbi davamlılığını təmin edir. Müəyyən vəziyyətlər, məsələn, dərman yuxusu
və s. orqanizmin ümumi rcaktivliyini aşağı saldığı üçün infeksion prosesi dəf edir
və hətta qarşısını alır.
Məlumdur ki, epidemiyalar zamanı və ya kollektivdə infeksion xəstəlik baş
verdikdə heç də mikroorqanizmlə görüşmüş bütün şəxs-
27
downloaded from KitabYurdu.org
lər xəstələnmirlər. Burada orqanizmin fərdi həssaslığının böyük əhəmiyyəti vardır.
Foıdlik amili geniş hüdudda variasiya edir və infeksiyanın xüsusiyyətlərindən
asılıdır. Təbii çiçək, qızılca və s. infeksiyalar zamanı kontagiozluq indeksi vahidə
yaxınlaşır, törədicilərlə yoluxmuş və immunizasiya olunmamış şəxslər tez
xəstələnirlər. Əksinə, poliomiclit, difteriya zamanı və ya digər xəstəliklərdə
infeksiya mənbəyi ilə təmasda olmuş şəxslərin az bir hissəsi xəstələnirlər
(kontagiozluq indeksi 0,01 - 0,1%) . Belə hallarda yalnız bəzi səbəblərə görə
(həmin şəxsin mikrob və ya onun toksininə qarşı həssaslığının artmasını müəyyən
edən səbəblərə görə) infeksiyaya qarşı daha həssas olan şəxslər xəstələnirlər.
Şübhəsiz, bu zaman orqanizmə düşmüş infeksion agentin dozası da mühüm rol
oynayır.
İnfeksion prosesin gedişinə törədicinin do müxtəlif xüsusiyyətləri təsir
göstərir.
Patogenlik törədicinin təkamül prosesində parazitik xassələri ilə bağlı olan
bioloji xüsusiyyəti hesab edilir. Bu xüsusiyyətinə görə mikro- orqanizmlər insan
üçün patogen və qeyri-patogen növlərə bölünürlər. Həmçinin şərti-patogen
törədicilər do ayırd edilir ki, onlar yalnız «müəyyən şəraitlərdə», yəni
makroorqanizmin təbii rczistentliyinin zəifləməsi zamanı, immundcfisitli
insanlarda xəstəlik törətməyə qabildirlər.
Törədicinin patogenliyinin səciyyələndirilməsi infeksion prosesin ümumi
qiymətləndirilməsindən kənarda mümkün deyildir. Məsələn, yüksəkpatogen təbii
çiçək virusu qısa müddətdə xəstəliyin yüksək letallığa malik ağır formalarını
törədir. Lakin epidemiya zamanı xəstələnənlərin yalnız 1/3-i ölür. İnsanın
immundefisit virusu (İİV) bu cəhətdən xeyli geridə qalır, 7-10 il ərzində bu virusla
yoluxmuş şəxslər
zahirən sağlam olaraq qalırlar. Lakin zaman keçdikcə xəstəlik bütün
_ •
şəxslərdə 100% ölümlə nəticələnən QIÇS mərhələsinə keçir. Xəstəliyin nəticəsinə
əsasən qiymətləndirdikdə IIV patogenlik həddinə çatmışdır və bütün yoluxan
şəxslərin ölməsinə baxmayaraq, epidemik proses inkubasiya dövründən QİÇS
mərhələsinə (illərlə sürən) qədər törədici tərəfindən sahibin dəyişilməsi hesabına
davam edir.
Virulenilik - mikroorqanizmlərin patogenliyinin kəmiyyət ölçüsü və ya
dərəcəsidir. Onun maddi daşıyıcısı mobil genetik elementlərin (plazmidləı*,
transpozonlar, orta-bakteriofaqlar və s.) tərkibinə daxil olan genlərdir. Bir qayda
olaraq, virulcntlik hər hansı növün davamlı əlaməti sayılmır. Məsələn,
korinobakteriyaların, eşerixiya- ların, stafilokokların, streptokoklaıın və bir çox
digər mikroorqa-
28
downloaded from KitabYurdu.org
nizmlərin toksin ifraz edən şlamları fenotipik və ya praktiki olaraq həmin növün
avirulcnt ştamlarından fərqlənmirlər.
İnvazivlik (makroorqanizmin toxumalarında törədicinin yayılma qabiliyyəti)
və müxtəlif uyğunlaşma mexanizmləri (məsələn kap- suləmələgətirmə, mimikriya
və s.) virulcnlliyin, o cümlədən pato- genliyin amilləri sayılırlar.
Mikroorqanizmlərin virulentliyi qeyri- hossas orqanizmlərdə passaj edildikdə artır
və ya həssas orqanizmlərdə isə tamamilə əks hal baş verir.
Toksigenlik - mikroorqanizmlərin toksin hasil etmək qabiliyyətidir.
Toksigenlik və virulentlik çox vaxt paralel baş verən hadisələrdir. Bu zaman
virulentlik daha çox törədicinin orqanizmə daxil olmasını, məskunlaşmasını və
invaziyanı, toksigenlik isə infeksiyanın manifestliyini və ağırlığını müəyyən edir.
EPİDEMİK PROSES HAQQINDA TƏLİM
Epidemik proses, onu təşkil edən və inkişafına təsir göstərən amillər
Epidemik proses haqqında təlim ümumi epidemiologiyanın əsas hissəsidir.
Epidemik proses epidemologiyanın predmetini təşkil edir.
L.V.Qromaşevski göstərmişdir ki, epidemik proses bir-birinin ardınca davam
edən infeksion hallar zənciridir. Və ya «Epidemik proses bir-birinin ardınca
qanunauyğun şəkildə baş verən yoluxucu xəstəlik hadisələrindən ibarət olub, bütün
yoluxucu xəstəliklərin (paıazitar xəstəliklərin) yeganə real saxlanma formasıdır».
V.D.Belyakov (1964, 1976) isə epidemik prosesi xarakterizə edərək
söyləmişdir ki, o, populyasiya-növ səviyyəsində törədici- paıazit və insan
orqanizminin qarşılıqlı təsirinin özünütənzimləmə prosesi olub labüd və kifayət
qədər sosial və təbii şəraitlərdə infeksiyanın manifest və simptomsuz formalan ilə,
tək-tək və çoxlu xəstələnmələrlə təzahür edir.
Epidemik prosesin inkişafının əsasında 3 başhca halqa durur: infeksiya
mənbəyi, yoluxma mexanizmi, həssas orqanizm.
29
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |