Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə11/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   117

Patogen mikroorqanizmlərin əksəriyyətinin yaşaması və artması üçün yeganə 
təbii  şərait  canlı  orqanizmdir  ki,  o  da  onların  paıa-  zitik  təbiəti  ilə  bağlıdır.  Xarici 
mühit  belə  canlılar  üçün  müvəqqəti  yaşayış  yeri  olaraq  onların  müəyyən  müddət 
saxlanılmasını təmin edir. Həssas insan və heyvan orqanizmində patogen mikrobların 
yaşaması,  onların  nəinki  törəyib  artması  üçün,  eləcə  də,  təbiətdə  bir  növ  kimi 
saxlanması üçün şərait yaradır. Yoluxmuş insan və heyvanlar yoluxucu xəstəliklərin 
amilləri üçün təbii sahibdirlər, onlardan patogen mikroorqanizmlər sağlam insanlara 
keçə bilər, ona görə də onlar yoluxucu xəstəliyin mənbəyi adlanırlar. 
Qeyd  etdiyimiz  kimi,  yoluxucu  xəstəliyin  (infeksiya)  mənbəyi  insanlar  və 
müxtəlif növ heyvanlar ola bilərlər. İnsanlar arasında yayılan yoluxucu xəstəliklərin 
əsas qrupunu antroponozlar (yunanca «antropos» - insan və «nozos» - xəstəlik), yəni 
ancaq  insana  xas  olan  xəstəliklər  təşkil  edir.  Bu  xəstəlik  amillərinin  bioloji  sahibi 
insandır. Elə ona görə də, antroponozlarda infeksiya mənbəyi yoluxmuş şəxs (xəstə 
və törədicigəzdiron) olur. 
Antroponozlara  qızılca,  göyöskürək,  qrip,  dizenteıiya,  viruslu  hepatit,  qarın 
yatalağı  və  s.  yoluxucu  xəstəliklər  aiddir.  İnfeksiya  mənbəyi  (yoluxmuş  insanlar) 
infeksion  prosesin  gedişinin  müxtəlif  formasında  (kəskin,  yüngül  formalar  və 
törodicigəzdirmo) patogen mikrobları ətraf mühitə ifraz edirlər. Patogen mikrobların 
xəstə orqanizmdən ifraz edilməsi müddəti xəstəliyin patogenezi və kliniki dövrləri ilə 
sıx  əlaqədardır.  Adətən  xəstəliyin  inkubasiya  dövründə  törədici  ifraz  olunmur,  bəzi 
xəstəliklərdə  (qızılca,  qarın  yatalığı,  infeksion  hepatit  və  s.)  bu  dövrün  sonunda 
törədicilər  xaricə  ifraz  oluna  bilirlər.  Bəzi  xəstəliklərdə  (qızılca,  göyöskürək, 
infeksion  hepatit  və  s.)  xəstəliyin  prodıomal  dövrü  ən  yoluxucu  dövr  hesab  edilir. 
İnfeksion prosesin şiddətlənmə dövründə xarici mühitə böyük miqdarda törədici ifraz 
olunduğundan bütün yoluxucu xəstəliklər üçün bu dövr ən yoluxdurucu dövr sayılır. 
İnfeksion  prosesin  .sönməsi  və  klinik  simptomların  yox  olması  ilə  bərabər 
törədicilərin ifraz edilməsinin intensivliyini azalır. Xəstələrin əksəriyyətində sağalma 
baş  verdikdə  bu  proses  dayanır.  Bəzi  xəstəliklərdə  (qarın  yatalağı,  dizenteriya, 
skarlatina  və  s.)  isə  klinik  simptomların  yox  olması  orqanizmin  törədicidən  azad 
olmasından  tez  baş  verir,  belə  hallarda  xəstələr  rekonvalessensiya  dövründə  də 
yoluxdurma qabilliyətini saxlayırlar. 
34 
downloaded from KitabYurdu.org


İnfeksiya mənbəyindən törədicilərin ifraz edilməsi yollan, onların inkişafı üçün 
seçdiyi  üzv  və  toxumalardan  asılıdır.  Belə  ki,  tənəffüs  üzvlərinin  yoluxucu 
xəstəliklərində  (qızılca,  göyöskürək,  qrip,  vərəm  və  s.)  mikroblar  bəlğəm  və  selik 
damcılan,  mədə-bağırsaq  üzvlərinin  zədələnməsi  ilə  özünü  göstərən  xəstəliklərdə 
(qarın  yatalağı,  dizentcriya,  vəba  və  s.)  isə  əsasən  qusuntu  kütlələri  və  nəcislə  ifraz 
olunurlar. Bəzi xəstəliklərdə (malyariya, rikketsiozlaı* və s.) törədicilər xariclə əlaqəsi 
olmayan daxili üzv və toxumalarda inkişaf edir, sonra qana keçirlər, ona görə də, bu 
zaman törədicilər sağlam insanlara qansoıan həşəratlar vasitəsilə ötürülürlər. 
Yoluxucu xəstəliklərdə ikinci infeksiya mənbəyi heyvanlardır, belə xəstəliklər 
zoonozlara  aiddir.  İnsanın  yoluxucu  və  invazion  xəstəliklərinin  böyük  bir  qrupunu 
zoonoz  xəstəliklər  (yunanca  «zoon»  -  heyvan  və  «nozos»  -  xəstəlik)  təşkil  edir,  bu 
xəstəliklərdə  infeksiya  mənbəyi  müxtəlif  heyvanlardır.  Heyvanların  əhliləşdirilməsi 
insanlara zoonoz xəstəliklərin keçirilməsində mühüm rol oynayıb. 
Bəzi  zoonozlar  üçün  təbii-ocaqlılıq  xarakterikdir.  Bu  hallarda  biosenozların 
üzvləri  arasında  törədicilərin  təbii  rezcrvuarlan  mövcuddur.  Təbii  ocaqlarda  törədici 
zəncirvari şəkildə: heyvan - biotik keçirici - heyvanlar arasında dövr edir və bununla 
spesifik  yaşayış  mühitinin,  populyasiyasının  və  növünün  saxlanmasını  təmin  edir. 
Təbii  ocaqlar  insandan  asılı  olmayaraq  uzun  müddət  mövcud  ola  bilər.  İnsan  təbii 
ocaqda  yoluxur  və  epidemik  zəncirə  cəlb  edilir  (məsələn,  gənə  ensefaliti,  taun, 
tulyaremiya,  hemorragik  qızdırma).  Bu  zaman  ev  heyvanları  və  kənd  təsərrüfatı 
heyvanları  epidemik  zəncirə  qoşulur.  Əgər  insan,  ev  və  kənd  təsərrüfatı  heyvanları 
sonralar  digərləri  üçün  infeksiya  mənbəyi  kimi  xidmət  edirsə,  onlar  əlavə  infeksiya 
mənbəyi adlanırlar. 
Kənd tosəiTÜfatı heyvanlarının xəstəliklərində (vərəm, qara yara, manqo, sap, 
salmonelyoz,  listerioz,  erizipeloid,  leptospiroz,  toksoplazmoz,  dabaq,  Kü-qızdırması, 
trixinelyoz  və  s.)  xəstə  heyvanlar  çox  vaxt  infeksiya  mənbəyi  rolunu  oynayırlar. 
Bununla  yanaşı,  bir  çox  vəhşi  heyvanlar  da,  onların  içərisində  gəmiricilər  xüsusi 
əhəmiyyət  daşıyırlar,  bir  çox  tobii-ocaqlı  xəstəliklərdə  (tulyaremiya,  gənə  qayıdan 
yatalağı,  gənə  ensefaliti  və  s.)  infeksiya  mənbəyinə  çevrilirlər.  İnsanlarda  rast  gələn 
yoluxucu  xəstəliklərin  təxminən  üçdə  birini  zoonozlar  təşkil  edir.  Bununla  belə, 
əhalinin zoonozlarla yoluxması antroponozlara nisbətən qat-qat azdır. 
35 
downloaded from KitabYurdu.org


Zoonozlann  epidernik  prosesi  epizodik  ocaqda  daima  dövr  edən  törədici 
populyasiyası ilə insan cəmiyyəti arasında qarşılıqlı prosesdir. 
Abiotik  mühit  (torpaq,  su,  yerüstü  ekoloji  sistemlər)  -  üçüncü  infeksiya 
mənbəyidir, belə mühit infeksiya mənbəyi sayıldıqda xəstəliklər sapronoz xəstəliklər 
adlanır.  Sapronozların  törədiciləri  ətraf  mühitdə  (torpaqda,  suda)  daima  və  sərbəst 
şəkildə  yaşayır  və  özlərinin  təbiətdə  mövcud  olması  üçün  epidernik  prosesə  bir  o 
qədər  də  möhtac  deyildirlər.  Bu  törədicilər  insanın  və  heyvanların 
psevdoparazitləridir.  Sapronozların  törədiciləri  sərbəst  yaşayan  saprofitlərdon  və 
bitkilərdən,  buğumayaqlılardan,  hidrobiontlardan  təkamül  etmişdir.  Sapronozlara 
yersiniozlar, lcgionelyozlar, meloidozlar və s. aiddir. Proqnozlara görə sapronozların 
xüsusi çəkisi gələcəkdə yoluxucu xəstəliklərin strukturunda artaracaqdır. 
Beləliklə,  insanlar  infeksiya  mənbəyi  olduqda  belə  xəstəliklər  antroponoz
heyvanlar olduqda - zoonoz xəstəliklər adlanır. 
Törədiciləri ətraf mühitdə əlverişli şəraitdə artıb çoxalan infeksion (parazitar) 
xəstəliklərə sapronoz xəstəliklər deyilir. 
Törədicilər üçün təbii yaşayış mühiti olan və onların təbiətdə mövcud olmasını 
təmin  edən  biotik  insan  və  ya  heyvan  orqanizmi  və  abiotik  (su,  torpaq)  obyektlərin 
cəmi infeksiya törədicilərinin rezervuarı adlanır. 
Yoluxma mexanizmi 
Patogen mikrobların yoluxma mexanizmi tarixi təkamül prosesində yaranmış, 
xəstəlik  törədicisinin  yoluxmuş  orqanizmdən  sağlam  orqanizmə  ötürülməsini  təmin 
edən  bir  vasitədir.  Və  ya  «Yoluxma  mexanizmi  təkamül  prosesində  törədicinin 
formalaşmış  infeksiya  mənbəyindən  həssas  insan  və  ya  heyvan  orqanizminə 
ötürülməsi vasitəsidir». 
Antroponoz  infeksiyalarda  aşağıdakı  yoluxma  mexanizmləri  ayırd  olunur: 
a.spirasion, fekal-oral, transmissiv, kontakt, vertikal. 
Aspirasion (və ya aerozol) yoluxma mexanizmi iki yolla realizə olunur: hava-
damcı və hava-toz. 
Fekal-oral  yoluxma  mexanizmi  -  törədiciləri  insanların  həzm  yolunda  olan 
bağırsaq infeksiyaları üçün xarakterikdir. 
Transmissiv  yoluxma  mexanizmi  -  törədiciləri  qanda  yerləşən  xəstəliklər 
zamanı qansoran həşəratlar (buğumayaqlılar) vasitəsilə həyata keçirilir. 
36 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə