Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə6/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   117

3)
 
Qədim  dünyada  yaranmış  və  Frakastıo  və  Samoyloviç  tərəfindən 
inkişaf etdirilən kontagioz hipotcza 
4)
 
Bir sıra infeksion  xəstəliklərin epidemiyalarının  öyrənilməsi (E.Cenner, 
L.Paster, R. Kox, T.İ.Meçnikov və s.) 
5)
 
Bir sıra qeyri-infeksion xəstəliklərin epidemiyalarının öyrənilməsi. 
II
 
dövr. Bakteriologiya dövrünün ilk onilliyi ( X I X  əsrin sonu və XX əsrin 
əvvəli) 
Epidemiologiyanm  inkişafının  tənəzzülü.  Mikrobiologiyanın  formalaşması 
və inkişafı. 
III
 
dövr.  İntibah  dövrü  və  epidemiologiyanm  yeni  elmi  əsaslar  üzərində 
inkişafı (XX əsrin ikinci rübünün əvvəli - hazırkı vaxta qədər) 
1)
 
Epidemiologiyanm epidemik proses haqqında elm kimi nəzəri cəhətdən 
əsaslandırılması. D.K.Zabolotnı - sovet epidemio- logiyasınm banisidir. 
2)
 
20-30-cu  illərdə  epidemiologiya  kafcdralarınının  yaradılması  (D. 
K.Zabolotnı, L.V. Qromaşevski) 
3)
 
L.V.Qromaşevski,  V.A.Başenin,  E.N.Pavlovskinin  epidemio-  loji 
məktəbləri. 
IV
 
dövr. Müasir dövr 
1)
 
Epidemiologiyanm ümumtibb elmi kimi inkişafı 
2)
 
Bir  çox  ölkələrdə,  o  cümlədən  Azərbaycanda  epidemiologiyanm 
epidemik  proses  haqqında  elm  kimi  inkişafı  (özünütənzimləmo  mexanizmlərinin 
aşkarlanması əsasında) 
3)
 
Tibb  ali  təhsil  müəssisələrində  epidemiologiya  kafedralarının 
yaradılması. 
Epidemiologiyanm metodları 
Epidemik proses elə mürəkkəb hadisədir ki, onu tək bir metodla öyrənmək 
qeyri-mümkündür. Epidemik prosesin inkişaf səbəblərini təhlil edərkən bəzən eyni 
vaxtda  bir  neçə  metoddan,  məsələn,  epidemioloji  müayinə  (müşahidə)  tarixi, 
statistik,  mikrobioloji,  immunoloji,  eksperimental  metoddan  istifadə  etmək  lazım 
gəlir.  Bundan  başqa,  epidemiologiya  ilə  yanaşı  digər  elm  sahələrində  (biologiya, 
parazitologiya, coğrafiya və s.) işlədilən metodlar tətbiq olunur. 
Bu müayinə metodlarının ən başlıcası epidemioloji müayinə metodudur. Bu 
metod onunla qiymətlidir ki, yoluxucu xəstəliklərin əmələ gəlməsini və inkişafını 
hərtərəfli öyrənməyə imkan verir. 
18 
downloaded from KitabYurdu.org


Yoluxucu  xəstəliklərə  qarşı  mübarizədə  tətbiq  olunau  epidemioloji  müayinə 
metodunun  yüksək  effektivliyi  sayəsində  ondan  son  zamanlar  geniş  yayılmış 
somatik xəstəliklərin təhlilində də istifadə olunur. Epidemioloji müayinə (müşahidə) 
metodu  -  epidcraiologi-  yanın  əsas  metodudur.  O,  əhali  arasında  həm  yoluxucu 
xəstəliklərin  tək-tək  xəstələnmə  hadisələrinin  (ocaqlar),  həm  də  çoxlu  əhali  qrup-
larının  xəstələnməsinin  (epidemiyalar)  müayinəsində  istifadə  edilir.  Epidemioloji 
müayinə  yoluxucu  xəstəliklərin  baş  vermə  səbəblərini  öyrənməyə  imkan  verir, 
xarici mühitin müxtəlif amillərinin rolunu, xəstəliyin yayılmasında bu və ya başqa 
şərtlərin  təsirini,  epidemik  prosesin  inkişafında  onların  əhəmiyyətini  açıqlamağa 
kömək edir. Bu usulun başlıca əhəmiyyəti ondadır ki, epidemioloji müayinə zamanı 
konkret  müəyyən  məlumatlar  alınır  və  onun  əsasında  ocağı  məhv  etmək  üçün 
əksepidemik  tədbirlər  planı  işlənib  hazırlanır.  Beləliklə,  epidemioloji  müayinə 
metodu nəinki yoluxucu xəstəliklərin epide- miologiyasının, həm də qeyri-infeksion 
xəstəliklərin əsas metodudur. 
Tarixi metod (tarixi təsviri, tarixi fərqləndirmə) epidemiologiyada qədimdən 
istifadə  olunur.  O,  bu  və  ya  başqa  yoluxucu  xəstəliklərin  vaxtı,  olduğu  yeri  və 
müxtəlif tarixi dövrlərdə yayılması haqqında fikir yürütməyə imkan verir. Keçmişdə 
bizim  eramızdan  əvvəl  XII  əsrdə  Şərqdə  təbii  çiçək,  bizim  eranın  XI  yüzilliyində 
Qədim  Romada  taun  xəstəliyinin  olması  haqqında  məlumatlar  bizim  dövrümüzə 
məhz tarixi mənbələr sayəsində gəlib çatmışdır. Tarixi metod yoluxucu xəstəliklərin 
təkamülü haqqında fikir yürütməyə də imkan verir. 
Statistik  metod  başqa  elmlərdə  olduğu  kimi,  epidimiologiyada  da  geniş 
istifadə  edilir.  Statistik  müayinə  metodu  xəstələrdən  yığılmış  ilkin  məlumatlarla 
başlanır  (məs:  ocağın  epidemioloji  müayinə  kartası;  təcili  bildiriş  vərəqəsi). 
Ocaqlarda müayinə apararkən və ya epidemiyanı təhlil edərkən toplanan məlumatlar 
cədvəllərdə  cəmlənir  və  statistik  üsullarla  işlənir.  Epidimiologiyada  çox  vaxt  sadə 
statistik  üsullardan  istifadə  olunur.  Əsas  etibarilə  xəstələnmə,  ölüm,  lctallıq 
göstəriciləri hesablanır və onların vasitəsilə xəstələnmənin operativ və ıetrospcktiv 
təhlili aparılır. 
Mikrobioloji metod. Müasir dövrdə mikrobioloji müayinə metodundan nəinki 
yoluxucu  xəstəliklərin  eliologiyasının  təyin  edilməsində,  həm  də  törodəcinin 
yoluxmuş  orqanizmdən  ifraz  edilməsi  yollarını,  xaric  edilməsinin  vaxtını  və 
şiddətini,  törədicilərin  xarici  mühitdə  davamlılığını  və  s.  müəyyən  etmək  üçün 
istifadə  olunur.  Bu  zaman  bir  çox  epidemioloji  məsələlər  (infeksiya  mənbəyinin 
rolu, törədicinin yoluxma mexanizmi və s.) öyrənilir. 
19 
downloaded from KitabYurdu.org


 
İmmunoloji metod. Müasir cpidiraiologiyada geniş istifadə edilən immunoloji 
müayinələrin  əsas  məqsədi  əhalinin  müxtəlif  .  yoluxucu  xəstəliklərə  qarşı 
immunitetinin  vəziyyətini,  eləcə  do  immunoloji  amillərin  epidemik  prosesdə 
əhəmiyyətini açıqlamaqdan ibarətdir. Bundan başqa, bu müayinələrin (başlıca olaraq 
seroloji) köməyi ilə peyvənd edilmiş kollektivlər arasında immunitetin səviyyəsi və 
vaksinasiyanın effektivliyi öyrənilir. 
Eksperimental metod (eksperimental epidemiologiya). Epidemio- logiyanın 
ən  mürəkkəb  məsələlərinin  həllində  istifadə  olunur.  Müasir  dövrdə  peyvənd 
preparatlarının,  immunoqlobulinlərin,  dezinfeksiya,  deratizasiya  maddələrinin 
keyfiyyəti,  yoluxucu  xəstəlik  törədicilərinin  virulentliyi  və  s.  eksperimental 
metodun vasitəsilə təyin edilir. 
Eksperimentdə  müşahidədən  fərqli  olaraq  hadisə  (onun  hissələri)  süni 
yaradılır və ya təbii prosesin gedişinə süni şəkildə müdaxilə olunur. 
Epidemiologiyada  eksperiment  dedikdə  fərdin  öyrənilən  prosesə  süni 
müdaxilə  edilməsi  başa  düşülür.  Təbii  şəraitdə  həyat  özü  müəyyən  edir:  kim 
amillərin təsirinə məruz qalır, kim yox. Tədqiqatçının vəzifəsi ondan ibarətdir ki, 
bu  əlamətə  görə  fərqi  görsün  və  nəticəni  fərqləndirsin.  Eksperimental  tədqiqat 
zamanı  isə  tədqiqatçı  özü  müəyyən  edir:  kim  amillərin  təsirinə  məruz  qalır,  kim 
yox.  Epidemiologiyada  tətbiq  olunan  eksperimental  müayinənin  müxtəlif 
variantları  vardır:  nəzarət  olunan  epidemiloji  eksperiment,  nəzarət  olunmayan 
epidemioloji  eksperiment,  təbii  eksperiment,  epidemik  prosesin  fiziki 
modelləşdirilməsi, eksperimentin epizotologiyası. 
Epidemiologiyada işlədilən anlayışlar və terminlər 
Antropogen  amillər  -  insanın  fəaliyyəti  nəticəsində  törənən  amillər  olub 
biosenotik əlaqələrin pozulmasına gətirib çıxarır. 
İnfeksiya  -  makro-  və  mikroorqanizmin  qarşılıqlı  əlaqəsinin  mürəkkəb 
patofizioloji 
proses 
olub 
geniş  diapazonda  dəyişir  -  simptomsuz 
törodicigəzdirənlikdən  yoluxucu  xəstəliyin  ağır  formalarına  qədər.  Bu  termin 
həmçinin  yoluxucu  xəstəliyin  törədicisini,  onun  makıoorqanizmə  daxil  olmasını, 
orqanizmdə törədicinin lokalizasiyasını ifadə etmək üçün işlədilir. 
İnfeksiya  mənbəyi  -  patogen  mikıoorqanizmlərin  çoxaldığı  və  toplandığı 
insan və ya heyvan orqanizmi olub, buradan törədicilər ətraf mühitə xaric edilir və 
həssas orqanizmə daxil ola bilirlər. 
20 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə