Dərs vəsaiti m £


N.  C əfərov,  M.  Ç o b a n o v,  Q.  P a şa yeva



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə73/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   69   70   71   72   73   74   75   76   ...   83

N.  C əfərov,  M.  Ç o b a n o v,  Q.  P a şa yeva
güclənən  bir Azərbaycan  dövləti  mövcuddur ki,  onun  maraqlan  ilə 
hesablaşırlar.
Azərbaycan  türkləri  ilə yanaşı, bu gün Azərbaycan xalqının və 
ya  millətinin  tərkibinə  ləzgilər,  ruslar,  talışlar,  Ahıska  türkləri, 
avarlar,  kürdlər,  saxurlar,  tatlar,  yəhudilər,  udilər,  ingiloylar  və  b. 
daxildir.  Bu etnoslar milli  özünəməxsusluqlannı  qorumaqla yanaşı, 
bütövlükdə, Azərbaycanı təmsil edirlər.
Azərbaycan  Respublikası  və  dünya  azərbaycanlıları.  Azər­
baycan  xalqının  ümummilli  ideallarının  həm  mənbəyi,  yaradıcısı, 
həm  də  daşıyıcısı,  bütövlükdə,  Azərbaycan  xalqıdır.  Harada  (istər 
Azərbaycan  Respublikasında,  istər tarixi  Azərbaycanda),  istərsə də 
Vətəndən  xaricdə  yaşamasından  asılı  olmayaraq,  hər  bir  azərbay­
canlı Azərbaycan Respublikasına -  azərbaycanlıların müstəqil döv­
lətinə,  milli  idealların  əsas  müdafiəçisi  kimi  baxmaqda  tamamilə 
haqlıdır.
Əlbəttə,  müstəqilliyini  əldə etmiş  Azərbaycan  Respublikasının 
azərbaycanlı vətəndaşlarından  fərqli  olaraq,  öz tarixi  vətənlərində -  
İranda,  Dağıstanda  və Gürcüstanda  yaşayan  azərbaycanlıların  milli 
hüquqları xeyli məhduddur. Xüsusilə, İran əhalisinin təxminən yarı­
sını  təşkil  edən  Cənub  azərbaycanlıları  öz  dilində  təhsil  almaqdan 
məhrumdurlar  ki,  bu,  onların  psixologiyasına,  mentalitetinə,  milli 
mənlik  şüurunun  səviyyəsinə  mənfi  təsir  etməyə,  onda  alçaldıcılıq 
kompleksi yaratmaya bilməz.
Əlbəttə,  55  milyonluq  bir  xalqın  müxtəlif dövlətlər tərkibində 
olmaqla  siyasi-coğrafi  birlikdən  məhrum  edilməsi  onun  mənəviy­
yatına, ideoloji bütövlüyünə öz mənfi təsirini göstərir... Bununla be­
lə,  Azərbaycan  Respublikasını  yaratmış  tarixi  idealların  mövcud­
luğu  həmin  bütövlüyün  zədələnməsinə,  yaxud  təhrif  olunmasına 
imkan vermir.  Son dövrdə -  Azərbaycan  Respublikası yarandıqdan
298
A zərb a yca n şü n a slığ ın   əsasları
sonra  həm  Azərbaycanda,  həm  də  dünyanın  müxtəlif ölkələrində 
azərbaycanlıların  Qurultaylarının,  eləcə  də,  çoxsaylı  toplantılarının 
keçirilməsi  göstərir  ki,  Azərbaycan  xalqı,  nə  qədər  böyük 
maneələrlə  qarşılaşsa  da,  öz  mənəvi-ruhi  bütövlüyünü  heç  zaman 
itirməyəcəkdir.
Azərbaycan xalqının dünyaya inteqrasiyası, eləcə də, dünyanın 
Azərbaycana  çoxtərəfli  marağı  belə  bir  qənaətə  gəlməyə  imkan 
verir  ki,  xalqın  faktik  bütövlüyünə  qovuşacağı  tarix  o  qədər  də 
uzaqda  deyil.  Çünki  bunu  yalnız  daxili  (millətdaxili!)  ehtiyac  yox, 
ümumbəşəri  ideallar,  qloballaşan,  sərhədsizləşən  və  nəticə  etibarilə 
«böyük bir kənd» halına gələn dünyanın maraqlan tələb edir.
Azərbaycan  Respublikasının gücləndiyi, dünya azərbaycanlıla­
rının  müasir  müstəqil  dövlət  ətrafında  mənən,  ruhən  sıx  birləşdiyi 
dövrdə ortaya belə  bir sual  çıxır:  Azərbaycanlı  kimdir, yaxud  kimə 
azərbaycanlı  deməliyik?..  Və  bu  suala  yaşanmış  tarix,  dövr,  zaman 
belə cavab verir:
1)  Türk mənşəli azərbaycanlılar;
2)  Azərbaycan  xalqının  tərkibinə  daxil  olmuş  müxtəlif 
(Qafqaz, iran və s.) mənşəli etnoslar;
3)  nəhayət,  özünü azərbaycanlı sayan hər kəs.
Azərbaycan  xalqı  yalnız  öz  milli  idealları  ilə  fəxr  edən, 
qürurlanan  bir xalq  deyil,  həm  də  kifayət  qədər böyük  beynəlmiləl 
hisslərə malikdir.  Bu gün hər hansı millətə, yaxud dini dünyagörüşə 
mənsub  bir  insan  Azərbaycan  Respublikasında  tamamilə  rahat 
yaşaya,  arzu-istəklərini  həyata  keçirə  bilir.  Bu  isə,  o  deməkdir  ki, 
Azərbaycan xalqı təbiəti etibarilə humanistdir...
ә|с  Л   *
Beləliklə,  Azərbaycan  xalqının  tarixinin  üçüncü  dövrü  davam 
edir.  Milli  müstəqilliyin  və  ya  dövlət  müstəqilliyinin  qazamlma-
299


N.  C əfərov,  M.  Ç oban ov,  Q.  P aşayeva
sından başlayan bu dövr Azərbaycan xalqının siyasi-mənəvi birliyi­
nə,  bütövlüyünə  mane olan  qüvvələrin  aradan  qaldırılmasına  qədər 
davam edəcəkdir.
Azərbaycan  xalqının  «tərcümeyi-halı»nın  -   tarixinin  nəzərdən 
keçirilməsi  göstərir  ki,  bu  xalq  dünyanın  zəngin  həyat  yolu  keç­
miş xalqlarından biridir.  Türk etnosunun bölünməsi əsasında təşək­
kül  tapan  azərbaycanlılar  Qafqaz,  İran  və  s.  mənşəli  etnosları  da 
özündə bu və ya digər dərəcədə ehtiva etməklə (birləşdirməklə) for­
malaşmışdır.  Orta  əsrlərin  sonu  yeni  dövrün  əvvəllərində  mükəm­
məl  bir  ümummilli  İntibah  dövrü  yaşayan  Azərbaycan  xalqı  XIX 
əsrin  əvvəllərindən  etibarən  Şimali  və  Cənubi  olmaqla  iki  hissəyə 
bölünmüş,  Şimalı  Rusiyanın,  Cənubu  isə  İranın  tərkibinə  qatılmış 
və onların müstəmləkələrinə çevrilmişdir...
Azərbaycan  eyni  zamanda  Şərq  və  Qərb  mədəniyyətlərinin 
qovuşağında olan ölkə kimi  hər iki  mədəniyyət (və həyat!)  tərzinin 
təsirinə  məruz  qalmışdır.  Azərbaycan  xalqı  XIX  əsrin  sonu  və  XX 
əsrin  əvvəllərində  öz  böyük  ziyalılarının  şəxsində  dünyanın 
(Qərbin)  mütərəqqi  ideyalannı  mənimsəmiş,  milli  ideallarının, 
maraqlarının  həyata  keçirilməsi  uğrunda  demokratik  üsullarla 
mübarizəyə  qalxmış,  Şərqdə  ilk  Cümhuriyyət  (Respublika) 
yaratmışdır (28 may  191 8 -2 8  aprel  1920).
Cümhuriyyət uzun sürməsə də, demokratik (və milli müstəqil!) 
dövlət  quruculuğu  yolu  ilə  inamla  addımlayan  Azərbaycan  xalqı, 
nəhayət,  XX  əsrin  sonlarında  ümummilli  lider  Heydər  Əliyevin 
rəhbərliyi  ilə  tarixi  ərazisinin  təxminən  beşddə  birində  Müstəqil 
Dövlətini  qurmuşdur.  Dünyada  mövcud  olan  55  milyondan  çox 
azərbaycanlıların  beşdə  birinə  qədərini  əhatə  edən  Müstəqil  Azər­
baycan  hər  bir  azərbaycanlı  üçün  qürur  mənbəyi,  ümummilli 
idealların  müdafiəçisi,  ilhamvericisidir.  Ümummilli  idealı  isə,
з о о
A zərb a yca n şiin a slığ ın   ə sa sla n
Azərbaycan  xalqının  təbii  haqqı  olan  müstəqillik  və  siyasi  bütöv­
lükdür...
Genetik  baxımdan,  Türk  dünyasının;  dini  inam  baxımından 
Müsəlman  dünyasının;  ümumbəşərilik baxımından  Dünyanın  üzvü 
tərkib  hissəsi  olan  Azərbaycan  xalqı  öz  lideri  İlham  Əliyevin 
başçılığı  ilə  öz  tarixi  ideallarının,  «tərcümeyi-hal»ının  -   taleyinin 
qarşıya qoyduğu «layihələr»i uğurla yerinə yetirməkdədir...
Azərbaycan xalqının tarixi üç dövrə bölünür:
I.  Təşəkkül-fonnalaşma  dövrü  (eramızın  ilk  əsrlərindən 
orta əsrlərin sonu -  yeni dövrün əvvəllərinə qədər).
II.  Milli  azadlıq  (müstəqillik),  bütövlük  uğrunda  mübarizə 
dövrü  (orta  əsrlərin  sonu  və  yeni  dövrün  əvvəllərindən  XX  əsrin 
sonlarına qədər).
III.  Milli  azadlıq  (müstəqillik),  bütövlük  ideallarının  həyata 
keçməsi,  yaxud  təntənəsi  dövrü  (XX  əsrin  sonu  və  XXI  əsrin 
əvvəllərindən sonra).
301


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə