Dərs vəsaiti m £


N.  C əfərov,  M.  Ç obaııov,  Q.  P a şa yeva



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə74/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   70   71   72   73   74   75   76   77   ...   83

N.  C əfərov,  M.  Ç obaııov,  Q.  P a şa yeva
“Haçan görsə, o tiirkdür,
Xalq ona deyəcəkdir:
“Buna ululuq yaraşır!”
Onda hər iş bitəcəkdir”
M.  Kaşğarlı
V  BÖLMƏ
ÜMUMİ TÜRKOLOJİ  PROBLEMLƏR 
TÜRKLÜYÜMÜZÜN YENİDƏN OYANIŞI
Şumerlərdən üzü bəri  Şumerlər və Türklər Bəşəriyyət tarixində 
mədəniyyətin əsas özül və təməl daşım cilalamış və beləliklə də,  ilk 
yazmı  - əlifbanı  yaratmışlar.  Onların  bu  "Böyük  mədəniyyət ağacı" 
sonrakı  minilliklərdə  yeni  -  yeni  budaqlar  atmış,  şaxələnmiş  və 
müasir  əlifbaların  -  yazı  sisteminin  yaradılması  üçün  ilk  cığırlar 
olmuşdur...  Bu  baxımdan,  dünya  xalqlarının  əksəriyyəti  qədim 
Şumerlərə və Türklərə borcludurlar...
Türklüyümüzün  yenidən  oyanışı  dedikdə,  hər  şeydən  əvvəl, 
türk  xalqlarının  yeni  ümumi  türk  təfəkkürünə,  türk  düşüncəsinə, 
türk amalına, türk əqidəsinə, türk inamına və inancına, türk birliyinə 
qayıdışı,  oyanışı  nəzərdə  tutulur.  Əlbəttə,  bu  uzun  müddətli,  həm 
də,  maddi  və  mənəvi,  etik  və  elmi  baxımdan,  müəyyən  qədər 
çətinliklərlə,  türk  xalqları  arasında  düşüncə  və  fikir birliyi,  güc  və 
qüdrət  birliyi  nəticəsində  həyata  keçirilə  bilər.  Ancaq,  bu  birliyə 
hamılıqla  (bütün  Türk  dünyasının)  eyni  vaxtda  cəhd  etməklə,  bu 
sahədə qızğın  təbliğat və  təşviqat  işləri  aparmaqla,  ilk növbədə  isə, 
iqtisadi  və mənəvi əlaqələri, elm və təhsil əlaqələrini müasir dövrün
302
A zərb a yca n şü n a slığ ın   əsasları
tələbləri  baxımdan  əlaqələndinnəklə,  qədim  soy  ənənələrini 
dərindən öyrənməklə, ona sadiqlik göstərməklə nail olmaq olar.
Bu baxımdan, türklüyümüzə qayıdışın və türklüyün oyanışı, ilk 
növbədə,  vahid  türkşünaslığın,  həmçinin,  azərbaycanşünaslığın 
(eləcə  də,  ayrı-ayrı  türk  xalqlarının  bu  yönümlü  fəaliyyətinin)  əsas 
atributlarını  və  ya  tərkib  hissəsini,  onun  mahiyyətinə  və 
məzmununa görə üç sahəyə bölmək olar:
1.  Xalqımızın  tarixən  təşəkkül  tapmış  milli  sərvəti  -  Ana 
dilimiz  (Ana  dillərimiz.  Bütün  Türk  dilləri  nəzərdə  tutulur).  Bu 
yönümdə,  Ana  dilimizin  gələcəkdə  yenidən  təşəkkül  tapmasına 
ümid bəslənən vahid türk ədəbi dilinin yaranması  və öz mənşəyi və 
tipologiyası üzərində inkişaf etdirilməsi;
2.  Xalqımızın  tarixi  (eləcə  də,  bütün  türk  xalqlarının) 
ünvanının  müəyyən  edilməsi,  Azərbaycan  türklərinin  tarixi 
ərazisini  təşkil  edən  Azərbaycan  torpaqlarının  tarixi  ətraflı 
öyrənilməlidir.  Ümummilli  liderimiz  Heydər  Əliyev  xalqımızın 
tarixi  ilə  maraqlanıb,  müəyyən  araşdırmalar apararkən  demişdir ki, 
Azərbaycan  Respublikası  da,  Cənubi  Azərbaycan  (İran  tabeliyində 
qalan  Azərbaycan  -   M.Ç)  da,  Dərbənd  də,  Kərkük  də,  Borçalı  da 
bir  bütövün  parçalarıdır.  Odur  ki,  tarixi  Azərbaycan  ərazisi 
gənclərimizə bu yönümdə bütövlükdə aşılanmalıdır.
Bu  mənada. Türk  xalqlarının  tarixi  qədim  dövrlərdən  üzü  bəri 
xalqlarımızın açıq səma altındakı etnoqrafik muzeylərin (qəbiristan­
lıqların-kurqanların),  xalqlarımızın  tarixi  möhürü  olan  tarixi 
toponimlər və xalqlarımızın  ümumi  folklor (şifahi  xalq  ədəbiyyatı, 
xalq  musiqisi, 
xalq  rəqsləri)  materialları 
əsasında 
ətraflı 
araşdırılmalı və geniş mənada təbliğ olunmalıdır...
3.  Xalqımızın  tarixi  tərcümeyi-halı  və  ya  həyatnaməsi  həm 
milli  etnik  tariximiz  əsasında,  həm  türk  xalqlarının  tarixi  çərçivə-
303


N.  C əfərov,  M .  Ç o b a n o v,  Q.  P a şa yeva
sində,  həm  də  bütün  türk  xalqlarının  ümumi  tarixi  çərçivəsində 
dərindən  araşdırılmalı,  ümumiləşdirilməli  və  ümumtəhsil  və  ixtisa­
sından  asılı  olmayaraq,  ali  məktəblərin  bütün  fakültələrində  geniş 
miqyaslı  tədris  olunmalıdır  ki,  gənclərimiz  xalqımızın,  eləcə  də, 
türk xalqlarının tarixi həqiqətləri  ilə yaxından tanış ola bilsinlər.
Əlbəttə,  bunlardan  başqa  türklüyün  oyanışı  üçün  mədəni  və 
mənəvi  birlik,  din  birliyi  də  zəruri  hesab  olunan  sahələrdəndir. 
Həmçinin,  siyasi  və  iqtisadi  əlaqələr  birliyi,  siyasi  və  təhlükəsizlik 
baxımdan həmrəylik də əsas şərtlərdəndir.
Bu  da,  şübhəsiz  ki,  Heredotun  yazdığı  kimi,  «Skiflərin 
(quz/oğuz)  öz  ənənələrinə  sadiq»  olmaları  kimi  müsbət  insani 
keyfiyyətlərin  gənclərimizə  aşılanmasında  əhəmiyyətli  rol  oynaya 
bilər.  Burada yeri  gəlmişkən,  tarixə  bir qısa  ekskursiya  etmək olar. 
Eramızdan  əvvəl  Çin  tarixçisi  Sma  Syan  əsərində  yazmışdır: 
«Hunlar  ona  görə  mövcuddurlar  ki,  öz  çörəkləri  və  paltarları 
ilə  kifayətlənirlər  və  heç  kimdən  yardım  istəmirlər».  Buradan 
göründüyü  kimi,  hunlar  və  onların  varisləri  olan  müasir  türklər də 
bu ənənəyə sadiq qalır, heç kəsdən maddi yardım umub, ondan asılı 
vəziyyətə  düşmək  istəmirlər.  Orxon-Yenisey  kitabələrində  qeyd 
olunmuş  Bilgə  xaqanın  türklüyün  Ilimni  kimi  səslənən  bir 
kəlamını  xatırlamaq  yerinə  düşərdi:  "Ey  Türk,  titrə  və  özünə 
dön, sən özünə dönəndə güclü və basılmaz olarsan!"...
304
Л zərb a yca ıtşü n a slığ ııt  ə sa sla n
"Tarix Şumerdən başlanır"
S.N  Kramer
TARİXƏ  Ö Z  İM ZASINI A TM IŞ QƏDİM  XALQ LAR: 
ŞU M ERLƏ R , TÜ R K LƏ R
Amerikanın  məşhur  Şumcroloq  alimi  S.N.Kramer  dünyada 
geniş yayılmış tədqiqat əsərini  - kitabını  "Tarix  Şumerdən başlanır" 
(M. 1965)  adlandırmışdır.  Bu,  heç  də,  təsadüfi  deyil.  Çünki  uzun 
əsrlərin  tarixi  araşdırmaları  göstərir ki,  əsl  həqiqət,  tarixə  obyektiv 
baxışın,  hələlik,  ilkin  nəticələri  belə  bir  qənaətə  gəlməyə  imkan 
verir.  Başqa  sözlə  desək,  bəşəriyyət  tarixində,  insanlıq  tarixində, 
ictimaiyyət  tarixində  ilk  intibahın,  ilk  sivilizasiyanın  yarandığı  və 
dünyaya  yayıldığı  məkan  İkiçayarası  -   Şumerdə  ilk  qığılcımlarını 
saçmış  və  tezliklə  min  illər  boyu  söndürülməyən  bir  oda-alova 
çevrilmişdir.  Aradan  bir  neçə  minilliklər  keçsə  də  həmin  od-alov 
indi  də  dünya  alimlərinin  diqqət  mərkəzindən  yayınmayıb,  bizə 
belə  gəlir  ki,  bundan  sonra  da  Şumer  mədəniyyəti,  Şumer 
sivilizasiyasının araşdırılması daim diqqət mərkəzində olacaqdır...
"Tarix  Şumerdən  başlanır"  ifadəsinin  arxasında  isə,  "Hər  şey 
şumerdən  başlanır"  kimi  insan  təfəkkürünün  və  düşüncəsinin  çox 
geniş  məzmunlu  və çox  əhatəli  ümumiləşdirilmiş  məntiqi  nəticələr 
gizlənir:  İlk  insan  cəmiyyətinin  də,  ilk  dövlət  qanunlarının  və 
dövlətçilik  ənənələrinin  yaradılması  da,  yaşadılması  da  və  əsrlərlə 
ilk  rəsmi  Dövlət  dilinin  -  ədəbi  dilin  də,  ilk  mədəniyyət 
nümunələrinin  də,  ilk  yazının  da,  ilk  məktəblərin  də,  ilk  elmi  və
305


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə