Dərs vəsaiti m £


TV.  Cəfərov,  M.  Ç oban ov,  Q.  P a şa yeva



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə72/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   68   69   70   71   72   73   74   75   ...   83

TV. 
Cəfərov,  M.  Ç oban ov,  Q.  P a şa yeva
Ölkənin  iqtisadi,  ictimai-siyasi  və  mədəni-mənəvi  həyatının 
canlanmasında böyük uğurlar qazanan yeni lider XX əsrin sonlanna 
doğru  milli  (və  dövlət!)  müstəqilliyinin  müəllifi-ümummilli  lider
səviyyəsinə yüksəldi.
...Azərbaycan  xalqının  beşdən  birinin  yaşadığı  coğrafiyada 
Müstəqil Azərbaycan Respublikası quruldu...
Ümummilli  lider,  Azərbaycan  xalqı  və  Azərbaycan  Res­
publikası.  XX  əsrin  sonlannda  Azərbaycan  xalqının  milli  azadlıq 
hərəkatının  güclənməsi  və  sabiq  Sovetlər  Birliyinin  dağılması  nə­
ticəsində  yaranmış  əlverişli  şəraitdən  istifadə  edərək,  Azərbaycan 
Xalq  Cümhuriyyətinin  tarixi  ərazisində  müstəqil  dövlətini  qurdu, 
daha doğrusu, öz dövlət müstəqilliyini bərpa etdi.
Beləcə də,  AXC-nin  114  min  kv.  km-lik ərazisindən Azərbay­
can  Respublikasına  86,6  min  kv.  km  ərazi  qaldı...  Onun  da  20%-i 
sabiq  SSRİ  imperiyası  dağıldıqdan  sonra  Rusiya  Federasiyasının 
siyasi  və  hərbi  -   texniki  yardımı  ilə  Ennənistan  tərəfindən  işğal 
edildi və indi də işğal altında qalmaqdadır...
Artıq,  20  ildən  çoxdur  ki,  BMT  da,  Dünya  ictimayəti  də, 
Dünyanın  apancı  ölkələri  də  “Ədaləf’lə  “Ədalətsiz”liyə  biganəlik 
göstərir,  sehirçi  kimi,  kənardan  baxır,  “ədaləti”  “ədalətsiz”liyə 
“qurban”  verir...  Çünki  xristian  amili  -   xristian  işğalını  ədalətlə 
qəbul etmək istəmir...  Lakin bu, sadə bir məsələ deyildi...
XX 
əsrin  sonlanndan  başlayan  liderlik  missiyası  ilə 
Azərbaycanın  müstəqil  dövlətinin  qurulmasında  və xalqın,  millətin 
bu  hərəkata  səfərbər  etməsində  əvəzolunmaz  şrxsiyyət  Heydər 
Əliyev  idi.  Əlbəttə,  60-cı,  70-ci  və  80-ci  illərin  çoxsaylı  ziyalılan, 
düşüncə-fikir  adamlan,  intellektualları  Azərbaycanın  azadlığı 
uğrunda  özünəməxsus  miqyasda  (və  ümumən  ölkə  miqyasında!) 
mübarizə  aparırdılar.  Mirzə  İbrahimov,  Ziya  Bünyadov,  İsmayıl
294
Azərbaycanşünaslığın əsasları
Şıxlı,  Bəxtiyar Vahabzadə, Əbülfəz Elçibəy və digər onlarla,  hətta, 
yüzlərlə  milli  avtoritetlər  milli  ictimai  şüurun  inkişafına  kömək 
edirdilər.  Ancaq,  öndə  açıq  və  ya  gizli  şəkildə  məhz  milli 
kommunist və demokrat Heydər Əliyev  gedirdi.  O, mənsub olduğu 
millətin  gələcəyi,  müstəqilliyi  naminə  vuruşan  avtoritetləri,  milli 
ideya-fikir  generatorlarını  qoruyur  və  təmkinli,  davamlı,  on  illərlə 
gələcəyə hesablanmış bir siyasət yürüdürdü.
Müstəqil  Azərbaycan  Respublikasının  qurulmasında  biri 
digərinə zidd olan iki faktor iştirak edirdi;
1)  giiclii  (lakin,  xüsusilə,  ilk  illərdə  emosional!)  milli 
müstəqillik enerjisi;
2)  irəmin  enerjiyə  qarşı  yönəlmiş  beynəlxalq  və  daxili 
təxribatlar.
80-ci  illərin  sonu  90-cı  illərin  əvvəllərində bunlardan hansının 
daha güclü olduğunu demək çətindir, lakin 90-cı  illərin ortalarından 
etibarən  Heydər  Əliyevin  rəhbərliyi  ilə  möhkəmlənən  milli 
hakimiyyət  həm  daxili,  həm  də  xarici  (beynəlxalq)  təxribatların 
qarşısını ala bildi...
Həmin  illərdə hakimiyyət başında “Heydər Əliyev olmasaydı 
Azərbaycanı  heç  bir  qüvvə  parçalanmadan  qurtara  bilməzdi”.
Heydər  Əliyevin  çıxışları,  eləcə  də,  adi  söhbətləri  hamı  üçün, 
ictimai,  siyasi,  ideoloji  mübarizəsinin  ən  mükəmməli  idi.  O, 
türkçülük,  Azərbaycanın  Türk  dünyasındakı  yerini  və  rolunu, 
tarixini çox dəqiqliklə müəyyənləşdirirdi...
Heydər  Əliyevin  xarakterində,  şəxsiyyətində  çox  böyük 
liderliyə  məxsus  bir  özəllik  vardır  ki,  o,  qabiliyyətli,  istedadlı, 
bacarıqlı  insanları  qiymətləndirirdi  və  yüksək  vəzifələrə  irəli 
çəkirdi,  insanları  Vətəninə və Xalqına xidmət etməyi öyrədirdi... O,
295


N.  C əfərov,  M.  Ç obaıtov,  Q.  P aşayeva
yalanı  sevməzdi...  Bu  mənada,  Heydər  Əliyev  bu  gün  dövlət 
idarəçiliyində işləyən, xalqı üçün çalışan hər kəs üçün bir örnəkdir...
Ümummilli  lider daxili  stabilliyi  təmin  etdi,  müstəqil  dövlətin 
ilk  Konstitusiyasını,  Parlamentini, 
icra  orqanlannı  yaratdı, 
beynəlxalq  münasibətlərin  normal  inkişafını  təmin  etdi.  Neft  kon­
traktlarının  bağlanılması,  ümumən  Azərbaycan  neftinin  dünya 
bazarlanna  çıxarılması  layihəsinin  uğurla  həyata  keçirilməsi 
Azərbaycan  Respublikasının  iqtisadi  gələcəyini  müəyyənləşdirdi. 
Ölkənin  sosial,  mənəvi  mütəşəkkilliyi  üçün  geniş  perspektivlər 
açıldı...  Heydər Əliyevin vəfatından  sonra ümummilli liderin banisi 
olduğu  inkişaf layihələri  yeni  lider  İlham  Əliyev  tərəfindən  uğurla 
(və  daha  sürətli  bir  şəkildə!)  davam  etdirilməyə  başlandı.  Ölkənin 
maddi  qüdrəti  görülməmiş  bir miqyas  aldı,  xalqın  həyat tərzi  xeyli 
yaxşılaşdı,  şəhər  və  kəndlərin  siması  dəyişdi.  Azərbaycan 
Respublikası  beynəlxalq  miqyaslı  məclislərə  ev  sahibliyi  eləməyə, 
nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunmağa başlandı.
Müstəqil  Azərbaycan  dövlətinin  quaılmasında  Azərbaycançı- 
lıq  ideologiyasının  dirçəldilməsi  (və  ona  yeni  miqyas  verilməsi) 
mühüm  əhəmiyyətə  malik  idi.  XX  əsrin  əvvəllərində  formalaşan 
Azərbaycan  Xalq  Cümhuriyyəti  illərində  rəsmi  nüfuz  qazanan,  so­
vet  dövründə  isə  təqib  olunan  bu  ideologiya  ardıcıl  olaraq  həyata 
keçirilməyə başlandı, hətta, ölkə miqyasından çıxıb ümumən dünya 
azərbaycanlıları  üçün  birləşdirici  mənəvi  amilə  çevrildi.  Azərbay- 
cançılıq  ideologiyası  yalnız  romantik-simvolik  bir  göstərici  olaraq 
qalmadı,  Azərbaycanın  Türk  Dünyası,  İslam  Düm  ısı  və  ümumən 
Dünya ilə əlaqələri genişləndi və genişlənməkdə davam edir.
Sovetlər Birliyinin  dağıldığı,  Azərbaycanın  müstəqillik qazan­
dığı ərəfədə Azərbaycan xalqına ən böyük təxribat, yəqin ki, erməni 
müdaxiləsi idi.  XIX əsrin  sonu və XX əsrin əvvəllərindən (əslində,
296
A zərb a yca n şü n a slığ ın   əsasları
XIX  əsrin  əvvəllərindən,  yəni  Azərbaycanın  Şimalı  Rusiya  tərə­
findən  işğal  olunandan)  etibarən  ermənilər  Azərbaycan  torpaq­
larında  məskunlaşmağa,  get-gedə  qeyri-adi  iddialara  düşərək,  ölkə 
ərazisini  zəbt  etməyə  başladılar.  Hətta,  iş  o  yerə  gəlib  çıxdı  ki, 
Azərbaycan  ərazisində  Ermənistan  dövləti  yaradıldı...  Ermənilər 
bununla  da  kifayətlənməyib,  Rusiyanın  (eləcə  də,  bir  sıra  digər 
imperialist  hamilərinin)  köməyi  ilə  hər  cür  təcavüzkarlıq  nümayiş 
etdirməyə,  Cənubi  Qafqazda  Azərbaycan  xalqına  -   regionun  əsas 
(və köklü!) əhalisinə qarşı soyqırımı törətməyə başladılar. Xüsusilə,
XX  əsrin  əvvəllərində  erməni-bolşevik  quldurlarının  hərəkətləri 
daha amansız, daha kütləvi xarakter almış və demək olar ki, cəzasız 
qalmışdır...  II  Dünya  müharibəsindən  sonra  Ermənistandan  -   süni 
yaradılmış  ölkədən  yerli  əhali-azərbaycanlılar  da  rəsmi  şəkildə 
qovulmuş,  Azərbaycan  Respublikasının  müxtəlif  yerlərində 
məskunlaşdırılmışlar... 
80-ci 
illərin 
sonu  və  90-cı 
illərin 
əvvəllərindən  isə,  Ermənistandan  yerdə  qalan  azərbaycanlılar  da 
qovulmuş,  həmçinin,  Dağlıq  Qarabağ  və  ətraf  rayonlar  işğal 
olunaraq yerli əhali didərgin salınmışdır...
Azərbaycanın  dövlət  müstəqilliyinə  qarşı  təxribatlar  nə  qədər 
müxtəlif,  nə  qədər  güclü  olsa  da,  xalqın  (və  ümummilli  liderin) 
iradəsi  daha  güclü  oldu.  Azərbaycan  xalqının  düşmənləri  güman 
edirdilər  ki,  Ermənistandan,  işğal  olunmuş  Dağlıq  Qarabağdan  və 
ətraf rayonlardan  qovulmuş  azərbaycanlılar  gənc  müstəqil  ölkədə 
hərc-mərcliyin yaranmasına, daxili çəkişmələrə səbəb olacaq, nəticə 
etibarilə, Azərbaycan öz dövlət müstəqilliyini itirib parçalanacaqdır. 
Bu  məqsədlə,  ölkədə  etnik  separatçılıq  da  təşviq  edilirdi...  Lakin 
xalqın  mütəşəkkilliyi,  nəticə  etibarilə,  bir  daha  özünü  göstərdi.  Bu 
gün  regionda  xüsusi  nüfuzu  olan,  beynəlxalq  mövqeyi  sürətlə
297


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə