Dərs vəsaiti m £


N .  Cəfərov,  M .  Ç oban ov,  Q.  P a şa y e v a



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə71/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   67   68   69   70   71   72   73   74   ...   83

N .  Cəfərov,  M .  Ç oban ov,  Q.  P a şa y e v a
ni-müqəddərat»mı  yalnız  Cənubi  Qafqazda  -   Rusiyanın  müstəm­
ləkəsi  olan  Azərbaycan  ərazilərində  həyata keçirirdi.  Cənubi  Azər­
baycanda  -   İran  Azərbaycanında  ardıcıl  olaraq  baş  qaldıran  milli 
hərəkatlar  isə  ən  müxtəlif  səbəblərdən  elə  həmin  ardıcıllıqla  da 
boğulurdu...
Azərbaycan  Xalq  Cümhuriyyəti  28  may  1918-ci  il  -  28  aprel 
1920-ci  illərdə  yaşadı.  Cümhuriyyət  liderlərinin  sonralar  mühaci­
rətdə  qeyd  etdikləri  kimi,  AXC  az  yaşasa  da,  xalqa  milli  azadlığın 
nə  demək  olduğunu  göstərdi...  Cümhuriyyətin  süqutundan  sonra 
Azərbaycan yanmmüstəqil  bir respublika şəklində yenicə yaranmış 
Sovetlər  Birliyinin  tərkibinə  daxil  oldu...  Müstəqilliyə  ümidlər, 
nəinki, söndü,  yeni tarixi  şəraitin  tələblərinə uyğun şəkildə yenidən 
alovlanmağa  başladı. 
Sovetlər  dövründə 
Azərbaycan 
dili, 
ədəbiyyatı,  mədəniyyəti  kifayət  qədər  inkişaf  etdi.  Rus-sovet 
ideoloji  basqıları  nə  qədər  güclü  olsa  da,  Azərbaycan  dünyadan, 
eləcə  də,  Türk  dünyasından  nə  qədər  təcrid  olunsa  da,  milli 
intellektualların,  ziyalıların,  mütəfəkkirlərin  sayəsində  Azərbaycan 
xalqı öz mənəvi bütövlüyünü qoruyub saxladı.  II  Dünya müharibəsi 
illərində Azərbaycanın  Şimalı ilə Cənubu arasında qısamüddətli ya­
xınlaşma  baş  verdi.  Bu  qısamüddətli  yaxınlaşma,  əslində,  təmas 
göstərdi  ki,  Şimalla  Cənub  bir-birindən  nə  qədər  ayrılsalar  da 
biri-digərinə sarsılmaz milli kodlarla bağlıdır.
İran  İslam  inqilabının  qələbəsi  Azərbaycanın  Şimalı  ilə 
Cənubu  arasındakı  münasibətlərin  yenidən  dirçəlməsinə  təkan 
verdi...
Azərbaycan  Xalq  Cümhuriyyətinin  məğlubiyyətindən  sonra 
ölkəni  tərk  etməyə  məcbur  olmuş  milli  liderlər  öz  mübarizələrini 
xarici  ölkələrdə  davam  etdirdilər.  Əsasən,  Məmməd  Əmin 
Rəsulzadənin  rəhbərlik  etdiyi  bu  hərəkat milli  müstəqillik uğrunda
290
A zə rb a yca n şü n a slığ ın   ə sa sla n
mücadilənin  elə  bir  simvolu  idi  ki,  Azərbaycandakı  ictimai-siyasi 
həyata da təsirsiz qalmırdı...
Sovet  dövründə  Azərbaycan  xalqının  mədəni  inkişafı,  heç  də, 
sovet  ideoloqlarının  o  zamanlar  iddia  etdikləri  kimi,  «zülmətdən 
işığa», yaxud «ələmdən nəşəyə» fonnulu ilə təyin oluna bilməsə də, 
hər  halda  tamamilə  inkar  oluna  bilməzdi.  Hətta,  etiraf  etmək 
lazımdır  ki,  Sovetlər  Birliyinin  tərkibindəki  digər  türk  respubli­
kalarından fərqli  olaraq, Azərbaycanda, milli  müstəqillik ruhu daha 
güclü idi.  1926-cı  ildə I Türkoloji Qurultay məhz Bakıda keçirilmiş, 
böyük  intellektual-mənəvi  rezonans vermiş və Azərbaycanın bütün 
Türk dünyasındakı mövqeyini yüksəltmişdir.
Azərbaycan  ziyalıları  Sovet  hökuməti  üçün  o  qədər 
arzuedilməz  olmuşlar  ki,  XX  əsrin  20-ci  illərindən,  yəni  Sovet 
dövlətinin  yarandığı  ilk  illərdən  başlayaraq,  ta  60-cı  illərə  qədər 
vaxtaşırı  təqiblərə  məruz  qalmış,  sürgünlərə  göndərilmiş  və  məhv 
edilmişlər  (Bu  dövrdə  Azərbaycanın  29  min  ziyalısı-alimləri, 
yazıçılan,  incəsənət  xadimləri,  ictimai  xadimlər  və  2  min  nəfər 
general  və  zabitləri  məhv  edildi).  Lakin  mənsub  olduqlan  xalqın 
ruhunu  daşıyan,  ideallannı  nümayiş  etdirən  bu  insanlar heç  zaman 
susmamışlar.
Azərbaycan  xalqının  avanqard  dəstəsinin-ziyalıların  kütləvi 
halda  məhv  edilməsinin  (repressiyalann)  qarşısını  almaq  və 
qabaqcadan  xalqın  gələcək  taleyini  müdrikcəsinə  müəyyənləşdirən 
onlarla  tanınmış  ziyaldan  sovet  repressiyasından  yayındınnaq  və 
milli  ruhlu  ziyalıları  qorumaq  məqsədi  ilə  sovet  ideologiyasını 
qəbul  etsələr  də,  Azərbaycan  xalqının  azadlığı,  milli  müstəqilliyi, 
milli  ruhunu  da  heç  vaxt  unutmamışlar,  daim  qəlblərində 
yaşatmışlar...  Odur ki, həmin ziyalılar həyatda sovet  ideologiyasına
291


N .  C əfərov,  M .  Ç o b a n o v,  Q.  P a şa yeva
xidmət etsə də, dolayısı ilə azərbaycançılıq ideyasını fasiləsiz olaraq 
davam etdirmişlər.
Şəxsiyyətin  ictimai-siyasi  mühitə  uyğun  mövqe  tutması, 
Azərbaycan  Xalq  Cümhuriyyəti  dövrünün  və  ideologiyasının  ən 
gözəl  əsərlərini  yaradan  Cəfər Cabbarlı  eyni  zamanda  Azərbaycan 
sovet  ədəbiyyatının  banisi  olmuşdur.  Yaxud,  AXC-  nin  Himninin 
musiqisini  bəstələyən  Üzeyir  Hacıbəyli  Azərbaycan  SSR-nin 
Himninə  də  musiqi  bəstələməli  olmuşdur.  Yaxud,  kommunist 
partiyasına  «Bəşərin  vicdanı,  eşqi,  ürəyi,  zehni,  düşüncəsi,  fikri 
diləyi,  bütün  yer  üzünün  xoş  gələcəyi,  hər  zövqü,  səfası 
partiyamızdır»,  -   deyən  Səməd  Vurğun  Azərbaycan  haqqında 
bütün  dövrlərin,  zamanlann  ən  gözəl,  ən  məzmunlu  və  ən  kütləvi 
və əbədiyaşar şeirini yazmışdır:
“E l bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən,
Aynlarm ı könül candan,
Azərbaycan! Azərbaycan! ”
Azərbaycan sovet ədəbiyyatının yaradıcılan öz əsərlərini məhz 
Ana dilində yaratmaqla milli mədəniyyətin və təfəkkürün inkişafına 
böyük töhfələr verirdilər.
Beləliklə,  orta  əsrlərin  sonu  və  yeni  dövrün  əvvəllərində 
təşəkkül  tapıb  formalaşmış Azərbaycan xalqı  özünəməxsus İntibah 
ovqatı  keçirərək,  XIX  əsrin  sonu  və  XX  əsrin  əvvəllərinə  milli 
demokratik ideyalarla və müstəqil  dövlət qurmaq  ideallan ilə gəldi. 
İlk  müstəqil  dövləti  çox  az  yaşadı...  Bununla  belə,  xalq  milli 
bütövlük və müstəqillik iddialanndan heç bir tarixi və siyasi-coğrafi 
şəraitdə imtina etməmişdir.
292
A zərb a yca n şü n a slığ ın   əsasları
III. 
Müstəqil  Azərbaycan  dövlətinin  qurulması  və  Azər­
baycan xalqının milli birlik (və dövlətçilik) ideallarının təntənə­
si.  Azərbaycan  Xalq  Cümhuriyyətindən  sonra  sabiq  SSRİ 
imperiyasının tərkibində yarımmüstəqil  Azərbaycan  Sovet Sosialist 
Respublikası  yaradıldı.  Azərbaycan  xalqının  milli  dövlətçilik 
(müstəqillik) idcallannın inkişafına, bütün siyasi-ideoloji maneələrə 
baxmayaraq,  geniş  imkanlar  açdı...  Ən  mühüm  məsələlərdən  biri 
böyük maarifçilik hərəkatının  güclənməsi  və inkişafı,  kifayət qədər 
güclü  ziyalılar  potensialının  hazırlanması  idi.  Cəlil  Məm­
mədquluzadə,  Üzeyir  Hacıbəyli,  Hüseyn  Cavid,  Məmməd  Səid 
Ordubadi,  Cəfər  Cabbarlı  və  başqalan  sovet  dövründən  əvvəlki 
ziyalılarla  yanaşı,  XX əsrin  30-cu  illərində  Səməd Vurğun,  Heydər 
Hüseynov,  Süleyman  Rüstəm,  Mirzə  İbrahimov,  Mehdi  Hüseyn, 
Rəsul  Rza kimi «sovet ziyalılan» yetişmişdir.
Yarımmüstəqil  dövlətin  başında  uzun  müddət  şəxsiyyəti, 
ictimai-siyasi  fəaliyyəti  və  idarəçilik  üslubu  «mübahisəli»  olan 
(sovet  ideologiyasına  xidmət  etsə  də,  nəticə  etibarilə,  məhz  həmin 
ideologiyanın  yalnız  mənəvi  deyil,  həm  də  fiziki  qurbanına 
çevrilən)  Mir Cəfər Bağırovdan  sonra  ümumən  Sovetlər Birliyində 
olduğu  kimi,  Azərbaycanda  da  müəyyən  qədər  siyasi  iqlimin 
yumşaldılması  özünü  göstərməyə  başladı.  Həmin  illərdə  ölkəni 
idarə  edəcək,  Mərkəzdən əvvəlki  dövrlərə nisbətən  müəyyən  qədər 
az  asılı  olan  milli-siyasi  xadimlər  yetişməyə  başlandı  ki,  onlardan 
ən  qüdrətlisi  və  ən  təcrübəlisi  Heydər  Əliyev  idi.  Xalqın  milli 
ruhunun  daşıyıcısı  olan,  yüksək  intellektə,  güclü  siyasi  iradəyə 
malik  (və  sovet  təhlükəsizlik  orqanında  uzun  illər  çalışdığı  üçün 
dövlətin  sirlərinə  bələd  olan)  Heydər  Əliyev  mərkəzlə  hər  bir 
sahədə  diplomatik  dil  tapa  bildi.  Onun  uğurla  apardığı  milli  dövlət 
(və  ümumən  millət)  quruculuğu  siyasəti  öz  bəhrələrini  verirdi.
293


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə