Dərs vəsaiti m £


N.  C əfərov,  M .  Ç oban ov,  Q.  P a şa yeva



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə22/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   18   19   20   21   22   23   24   25   ...   83

N.  C əfərov,  M .  Ç oban ov,  Q.  P a şa yeva
bunun  nəticəsidir  ki,  o,  Ana  dilimizin  varlığı  və  dünya  dilləri 
arasındakı yüksək mövqeyi ilə fəxr etmişdir.
Deməli,  müasir xalqımız və  gəncliyimiz,  ilk  növbədə,  öz Ana 
dilində  danışmalan  və  təhsil  almaları  ilə  fəxr  edə  bilərlər;  Ulu 
Öndərimiz  Heydər  Əliyev  danışırdı:  «Birincisi,  xalqımızın  «ən 
böyük  sərvəti»  ana  dilimizdir.  Deməli,  biz-hamımız  xalqımızın 
Milli  sərvəti  olan  Ana  dilimizin  keşiyində  ayıq-sayıq  durub,  onu 
qoruyub  yaşatmalıyıq.  İkincisi,  biz  Ana  dilimizi  bundan  sonra  da 
«ilbəil zənginləşdirməliyik».
Nizami 
Cəfərov 
demişkən, 
«Azərbaycan 
Prezidenti 
(H.Əliyev.-  M.Ç.)  dil  quruculuğu  sahəsində  həqiqətən  tarixi 
xidmətlərini  görmüşdür...  dilimizin  inkişaf  yoluna  yaşıl  işıq 
yandırmışdır».  Bu  yaşıl  işığın  parlaq  şüalan  altında  xalq  şairi, 
professor B.Vahabzadə, akademik Z.Bünyadov, xalq şairi  və alovlu 
tribun  Xəlil  Rza  Ulutürk,  xalq  şairi  N.Həsənzadə,  xalq  yazıçısı 
Y.Səmədoğlu  kimi  yüzlərlə  Milli  ruhlu  ziyalılar  ordusu  Bakının 
Azadlıq meydanında yüz minlərlə, hətta, bir milyondan çox adamın 
iştirak  etdiyi  mitinqlər  dalğasında  «Ana  dili»ndə  söylənilən  nitq 
sədalan  altında  Milli  Azadlıq  hərəkatı  başlandı  və  Azərbaycan 
Respublikasının  müstəqilliyi  uğrunda  aramsız  davam  edən 
mitinqlərdə  natiqlər  bir-birini  əvəz  edirdi...  Nəticədə  isə, 
Azərbaycan  xalqı  təxminən 
160  ildən  sonra  yenidən  öz 
müstəqilliyini  və  Milli  Dövlətçiliyini  bərpa  etdi.  Müstəqil 
Azərbaycan Respublikası yaradıldı.
«Bizim  üçün  həyat,  yaşayış  nə  qədər  çətin  olsa  da,  Milli 
azadlıq  şəraitində  yaşamaq,  müstəqil  olmaq;  müstəqil  Dövlətdə 
yaşamaq,  hər  şeydən  əzizdir,  üstündür».  Ulu  öndərin  proqram 
xarakterli  bu  kəlamı  ümumi  ictimai  rəyin,  ümumxalq  rəyinin 
bilavasitə  gələcəyə  tuşlanmış  ümumi  ifadəsi  və  təcəssümü  idi.
88
A zərbaycan şü n aslığın   əsasları
Nəhayət,  Ulu  Öndərimiz  Heydər Əliyev  yuxanda  qeyd  olunanlan 
və  ədəbi  dilimizin  müasir  problemlərini  nəzərə  alaraq,  XX  əsrin 
90-cı  illərindən  sonra  Azərbaycanda  Dövlət  dili  siyasətini  daha  da 
gücləndinniş  və  bu  sahədə  bir  sıra  tədbirlər  görülməsini  məsləhət 
bilmişdir. Bu münasibətlə Heydər Əliyev demişdir:
«Hər bir xalqın  milliliyini, mənəvi  dəyərlərini yaşadan,  inkişaf 
etdirən onun dilidir».  Çünki  dil həm cəmiyyət üzvlərinin bir-biri ilə 
ünsiyyətdə  olması,  həm  də  cəmiyyətin  siyasi,  iqtisadi,  mədəni  və 
mənəvi,  elmi  tərəqqisinin  inkişafını  təmin  edən  bir körpüdür,  həyat 
körpüsüdür, gələcək köıpüsüdür.
Ədəbi dilimizin bu  fövqəltəbii funksiyasını və dilimizin müasir 
problemlərini  nəzərə  alaraq,  sabiq  Prezidentimiz  Heydər  Əliyev 
dilimizin  gələcək  inkişaf  yollarını  tənzimləmək  məqsədilə  Dil 
siyasətinin ikinci  mərhələsinə yeni ton, yeni status verilməsini daim 
diqqət  mərkəzində  saxlamışdır.  Bu  məqsədlə,  Ulu  Öndərimiz 
dilimizin gələcək inkişafı naminə bir sıra Fənnanlar vermişdir:
1.  «Dövlət  dilinin  tətbiqi  işinin  təkmilləşdirilməsi  haqqında» 
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (18 iyun 2001-ci il).
2.  «Azərbaycan  Əlitbası  və  Azərbaycan  Dili  Gününün  təsis 
edilməsi haqqında»  Azərbaycan  Respublikası Prezidentinin  Fənna- 
ııı  (1  avqust 2001-ci  il);
3.  «Azərbaycan  Respublikasında  Dövlət dili  haqqında»  Azər­
baycan  Respublikası  Qanunu»nun  tətbiq  edilməsi  barədə»  Azər­
baycan Respublikası  Prezidentinin Fərmanı (4 yanvar 2003-cü il).
89


N.  C əfərov,  M .  Ç oban ov,  Q.  P a şa yeva
«Ə sl yiiksək əxlaqlı, xeyirxah  adam, 
ya ln ız  o  adam  hesab  edilə  bilər  ki,  o, 
özünün  biitün  hərəkət  və  davranışlarını 
əsl vətənpəı-vərliklə uyğunlaşdırsın».
M. Ғ. Axundzadə
MÜASİR AZƏRBAYCAN DÖVLƏTİNİN BANİSİ 
HEYDƏR ƏLİYEVDƏN 
ONUN DAVAMÇISI  İLHAM ƏLİYEVƏ...
Ümummilli  lider,  görkəmli  strategiyaçı,  təcrübəli  dövlət 
xadimi  Heydər  Əliyev  çağdaş  Azərbaycan  dövlətini  qurmaq 
missiyasına  «Öz  ömrümün  qalan  hissəsini  xalqıma  bağışlayıram» 
kəlamı ilə başlamışdır.
XX  əsrin  sonuncu  onilliyində  Azərbaycanın  Müstəqilliyi  nə 
yaxşı  ki,  Heydər  Əliyev  kimi  böyük  mütəfəkkirin  hakimiyyətə 
gəlməsi  ilə  nəticələndi  və  o,  xalqını  da  öz  arxasınca  bu  işıqlı yolla 
apara  bildi...  Onu  da  qeyd  edək  ki,  xalq  seçdiyi,  ümidvar  olduğu 
Ulu  Öndərin  bu  tarixi  quruculuq  missiyasından  Azadlığını  və 
liderini qazandı...  Bununla da, xalqımız ən yeni  Dövlət qurumunun 
və dövlətçiliyin «Ən yeni  tarixi»  də  məhz, həmin  andan yazılmağa 
başlandı...  Tariximizin  yeni  mərhələsini  yaradan  da,  yazan  da, 
bilavasitə,  Heydər  Əliyev  özü  oldu...  Bizə  isə,  ancaq,  həyatı  və 
tarixi  müşahidələrimizi  söyləmək  və  qeyd  etmək  qaldı...  Bu  yol
9 0
Л zərbaycan şü n aslığın   əsasları
siyasətçilərin,  toplumun  düşüncəsi  deyil,  zamanın,  dövrün  qənaəti 
belədir  ki, 
Heydər  Əliyev  yaratdığı  müasir  Azərbaycan 
dövlətçiliyinin özü kimi əbədi olacaqdır. Əbədi yaşayacaqdır...
Xalqımızın  qədim  və  zəngin  tarixinə  nəzər  saldıqda  məlum 
olur  ki,  Millətin  mübarizələrlə  zəngin  salnaməsində  qeyd  olunan 
qazancı  da,  itkisi  də  yalnız  Azadlıq  idealı  kimi  böyük  olub...  XX 
əsrin  sonuncu  onilliyinin  əvvəllərində  xalqımız  milli  əhəmiyyətli 
problemlərlə 
üz-üzə  qaldı:  bir  tərəfdən 
ölkədə  vətəndaş
müharibəsinin başlanması təhlükəsi, ikinci tərəfdən ölkənin yenidən 
parçalanması 
qorxusu 
(kiçik  dövlət  qurumlarına  bölünmə 
təhlükəsi),  üçüncü  tərəfdən  isə,  Rusiya  imperiyasının  ermənilərin 
əli  ilə  Azərbaycanı  yenidən  işğal  etməsi  təhlükəsi  reallaşmaq 
astanasında  idi...  Belə  bir  böhranlı  vəziyyətdə  xalqımız  son 
dərəcədə müdriklik nümayiş etdirdi...
Onu  da  qeyd  edək  ki,  ölkədə  baş  verən  hadisələr  XX  əsrin 
əvvəllərində  (1918-1920)  olduğu  kimi,  XX  əsrin  sonlarında  da, 
demək  olar  ki,  eyni  ssenari  üzrə  edilirdi.  Lakin,  bu  hadisələrin  və 
verilən  qərarların  arxasında  xalqın-millətin  qiiaıru  və  müdrikliyi 
dayanmışdır...  Sovetlər  birliyinin  dağılması  ilə  eyni  zamanda 
Azərbaycanın  qürur  və  qətiyyət  sahibləri  bütün  vəziyyətlərdə 
reallığı  nəzərə  alaraq,  öz düşüncəsilə,  iradəsilə hərəkət edərək  ürək 
sözünü  dedi:  Ölkəni  bu böhranlı vəziyyətdən yalnız  Heydər Əliyev 
iradəsi,  dövlətçilik  siyasətinin  mahir ustadı  azad  edə bilər.  Odur ki, 
xalqın təkidli  tələbi  ilə  Heydər Əliyev yenidən  Azərbaycana rəhbər 
vəzifəyə  gətirildi...  O,  əvvəlcə  Milli  Məclisin  sədri,  sonralar  isə 
Azərbaycan  prezidenti  seçildi  və önrünün sonuna kimi  bu vəzifəni 
şərəflə  yerinə  yetirdi...  Bir  sözlə,  Heydər  Əliyev  özünün  intel­
lektual  potensialından,  həyat  və  dövləti  idarəetmə  təcrübəsindən, 
hələ,  1960-cı  illərdən formalaşmağa başlayan strateji görüşlərindən,
91


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə