Dərs vəsaiti m £


N.  C əfərov,  M.  Ç obanov,  Q.  P a şa yeva



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə30/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   26   27   28   29   30   31   32   33   ...   83

N.  C əfərov,  M.  Ç obanov,  Q.  P a şa yeva
«Vətənin  qədrini  o  kimsə  bilər ki,  Vətən 
ilə  onun  ruhən  rabitəsi  olsun,  Vətən  ilə  bir 
yerdə ağlasın,  bir yerdə giilsiin».
N.Nərimanov
AZƏRBAYCAN XALQININ TARİXİ... ÜMUMMİLLİ 
İDEALLAR... VƏ AZƏRBAYCANÇILIQ İDEOLOGİYASI
“Azərbaycanlı”  anlayışı.  Azərbaycanın  etnik  tarixi  10-12 
minillik  tarixə  malik  olsa  da,  “azərbaycanlı”  anlayışı  eramızdan 
əvvəlki I minilliyin ortalarından etibarən formalaşmağa başlamışdır. 
Tarixən  Azərbaycan  toponimi  sonrakı  mərhələlərdə  özünün  ilkin 
etimoloji məzmununu dəyişərək “Odlar yurdu” adlandırılmışdır. Bu 
coğrafi  ərazi  500  min  kv.  km.  geniş  bir bölgəni  əhatə  etmişdir.  Bu 
ərazilərdə  isə,  qədim  türk  etnosları  yaşamışlar  və  həmin  etnoslar 
eramızın  əvvəllərindən  Azərbaycan  türkləri  və  Azərbaycan  xalqı 
kimi  təşəkkül  etmişdir.  Məhz  buna  görə  də,  Azərbaycan  xalqı  və 
yaxud  azərbaycanlılar dedikdə,  ilk  növbədə,  öz  tarixi  Vətənlərində 
minillər  boyu  yaşamış  və  türklük  əsasında  birləşmiş  xalqımız 
nəzərdə  tutulur...  Artıq,  XVI  əsrin  başlanğıcından,  yəni  görkəmli 
dövlət və hərbi xadim, böyük şair Şah İsmayıl Xətainin Azərbaycan 
Səfəvilər  dövlətini  yaratdığı  dövrdən  başlayaraq,  Azərbaycan 
xalqının  millət  kimi  təşəkkülünün  əsası  qoyulmuşdur.  Doğrudur, 
XVII  əsrin  birinci  rübündən  sonra  Azərbaycan  Səfəvilər  dövləti 
İran  Səfəvilər  dövlətinə  çevrilir  və  xalqımız  farsların  təsiri  altına 
düşsə  də,  XVIII  əsrdə  Tarixi  Azərbaycan  xanlıqlara parçalansa da, 
XIX  əsrin  ilk  30  illiyində  tarixi  düşmənlərimiz  olan  “  xalqlar
120
A zərb a yca n şü n a slığ ın   əsasları
həbsxanası”  adlanan  Çar  Rusiyası  və  İran  şahlığı  tərəfindən  iki 
müstəmləkə  altında  olsa  da,  tarixi  Vətəninin  bütövlüyünü  itirsə  də 
düşmənlərimiz  Azərbaycan  türkləri  -   Azərbaycan  xalqının 
milli-mənəvi  iradəsini  saraltmaq  mümkün  olmur,  əlbəttə,  xalqı­
mızın  siyasi  baxımdan  özünü  təsdiq  imkanları  məhdudlaşdırılır, 
milli mütəşəkkilliyinə zərbələr vurulur, repressiyalar tətbiq edilir...
Nəhayət,  XIX əsrin  sonu  və  XX əsrin əvvəllərində xalqımızın 
yeni  ziyalı  kütləsi  yetişir,  milli  mətbuat  yaranır,  beləliklə  də,  azər- 
baycançılıq  dünyagörüşü,  azərbaycançılıq  məfkurəsi  təşəkkül  tapır 
və  yeni  bir  ideologiyaya  ,  xalqın  ictimai-siyasi  özünü  ifadəsinə 
çevrilir.
“Vətən”  anlayışı.  “Vətən”  dedikdə,  hər  şeydən  əvvəl,  ulu 
babalarımızın  ilk  olaraq,  yurd-  yuva  saldığı,  mal-qara  və  qoyun 
sürülərini  otardığı,  öz  qanı  bahasına  yadellilərin  hücumundan, 
işğalından  qoruduğu,  müdafiə  etdiyi  bütün  ərazilər  Ulu  babaları­
mızın  Vətəni  olduğu  kimi,  onlardan bizə miras qalan bütün ərazilər 
də  bizim  üçün  doğmadır  və  bizim  müqəddəs  “Vətənimizdir”...  Bu 
mənada,  “Azərbaycan  xalqının  təfəkküründə  “Vətən”  anlayışının 
tarixi  Azərbaycan  xalqının  tarixi  qədər qədim  və  zəngindir”.  Bunu 
ilk  eposumuz  olan  (və  xalqın  təşəkkülünün  ilkin  mərhələlərində 
formalaşan)  “Kitabi-Dədə  Qorqud”  qədim  türklərin  (azərbay­
canlıların) epik dünyagörüşündə vətənpərvərlik hisslərinin nə qədər 
güclü  olduğunu  parlaq  şəkildə  nümayiş  etdirir  ki,  həmin  hisslər 
Azərbaycan  xalqını  heç  bir tarixi  mərhələdə  (dövrdə)  tərk etməmiş 
əksinə  XIX  əsrin  sonu  və  XX  əs'in  əvvəllərindən  etibarən  yeni 
keyfiyyət, yeni siyasi-ideoloji məzmun kəsb etmişdir.
Onu  da  qeyd  edək  ki,  Şərq  xalqlarının  tarixində  Azərbaycan 
Xalq Cümhuriyyəti dövründə (28 may  1918-28  aprel  1920) ilk dəfə 
olaraq azərbaycanlı  anlayışı  siyasi  məzmun daşımağa  - vətəndaşlıq
121


N.  C ə fə r o v ,  M .  Ç ohanov,  Q.  P a şa yeva
mənsubiyyəti  bildirməyə  başlamışdır...  Bu  da,  şübhəsiz  ki, 
azərbaycançılıq  dünya  görüşünün  təşəkkül  etməsinə  müəyyən 
dərəcədə  təsir  göstənnişdir...  Sovet  dövründə  də  Azərbaycançılıq 
ideologiyası qabaqcıl ziyalılarımızın yaradıcılığında dolayısı ilə olsa 
da,  C.  Cabbarlı,  Ü.  Hacıbəyli,  S.  Vurğun,  H.  Hüseynov,  M.  İbrahi­
mov  və  başqalarının yaradıcılığında davam etdirilirdi... Azərbaycan 
müstəqillik  əldə  etdikdən  sonra  isə,  azərbaycançılıq  özünün  pik 
nöqtəsinə  qalxdı...  və  bundan  sonra  da  geniş  miqyasda  davam 
etdiriləcəkdir.
“Azərbaycanlı” anlayışının  mahiyyəti.  Dünyada sayı 55 mil­
yondan  çox  olan  azərbaycanlıları  dil,  din,  mənəviyyat  kimi,  et- 
noqrafık-mədəni  özünəməxsusluqlar  birləşdirir.  Azərbaycanlılann 
təxminən  90%-dən  çoxu  öz  tarixi  Vətənlərində  (Azərbaycan  Res­
publikasında,  Güney Azərbaycanda-İranda,  Dərbənddə,  Borçalıda) 
yaşayır,  10 %-dən azı isə müxtəlif xarici ölkələrdə yaşayır...
“Azərbaycanlı”  anlayışının  mahiyyəti  aşağıdakılardan  ibarət­
dir:
- Azərbaycan türkləri (1937-ci ildən sonra azərbaycanlılar).
-  Azərbaycanda  yaşayan  türkköklü  azərbaycanlılarla  qaynayıb 
qarışmış  Qafqaz  və  İranköklü  milli  azlıqlar  (ingiloylar,  talışlar, 
tatlar...)
-  Özünü  azərbaycanlı  hesab  edən  hər bir şəxs daxildir (burada 
dil, din və adət-ənənələri bir-birinə yaxın olanlar).
Lakin  tarix elə gətirmişdir ki,  Müstəqil  Azərbaycan  Dövlətinin 
ərazisində Dünya azərbaycanlılarının təxminən 20%-i yaşayır.
I. 
Azərbaycanlı-vətəndaşların  milli  birliyi.  Müasir  dünyada 
qlobal  dəyərlərin mühüm  bir əhəmiyyət kəsb etdiyi dövrdə azərbay­
canlı  vətəndaşlann  milli  birliyinin  yaranması  və  onun  mil- 
lilik-azərbaycançılıq  ruhunda  təşkilatlanması  Böyük qloballaşmağa
122
A zərb a yca n şü n a slığ ın   ə sa sla n
keçid  mərhələsində  mühüm  əhəmiyyət  kəsb  edə  bilər.  Bunun  ən 
mühüm şərtləri aşağıdakılardan ibarətdir:
-  Azərbaycanlıların  siyasi  iradəsini  ifadə  edən,  milli-mənəvi 
dəyərləri rəhbər tutan müstəqil  dövlətin (Azərbaycan  Respublikası) 
mövcudluğu;
- Xalqın  fonnalaşdığı  (təşəkkül  etdiyi), etnik yaddaşa dərindən 
həkk olunmuş tarixi Vətənin-etnoqrafık coğrafiyanın mövcudluğu;
-  Xalqın  özünəməxsus  adət-ənənələr,  dil,  din,  etnososial 
dünyagörüşü, etnik-mədəni  vərdişlər sisteminin mövcudluğu;
- “Azərbaycançılıq” ideologiyasının geniş miqyasda işləkliyi;
-  Və  nəhayət,  Heydər  Əliyevin  nümunəsində,  şəxsində  (hər 
hansı bir dövrdə) milli  və ya Ümummilli liderin mövcudluğu;
Yuxanda  qeyd  olunanlardan  belə  qənaətə  gəlmək  olur  ki. 
Dünya  Azərbaycanlılarının  Milli  Birliyinin  yaradılması  əsasən,  iki 
mərhələdə  həyata  keçirilməlidir.  Birinci  mərhələdə  hansı  ölkədə  - 
Doğma  Vətənində  və  ya  xarici  ölkələrdə  yaşayan  azərbaycan­
lılar-vətəndaşlar  əvvəlcə  özlərinin  Milli  Birliyi  yaradılmalı;  ikinci 
mərhələdə  isə  Dünya  Azərbaycanlılarının  Milli  Birliyini  yaratma­
lıdır.  Lakin  Dünya  Qloballaşma  Axınına  Dünya  Azərbaycan­
lılarının  Milli  Birliyi  təklikdə  qoşulmamalıdır.  Çünki  belə  hallarda 
Dünya  Azərbaycanlılarının  Milli  Birliyi  Dünya  Qloballaşma  Axı­
nında  məhv  olub  sıradan  çıxa  bilər...Odur  ki,  Azərbaycanlıların 
Milli  Birliyi  də,  öz növbəsində,  Dünya Türklərinin  Birliyinə qoşul­
malı  və vahid Türk  Birliyi  halında Dünya Qloballaşma Axınına qo­
şulmalıdır...
II. Dünya Türklərinin  Milli  Birliyi. Bizim mülahizəmizə gö­
rə,  Türk  Xalqları,  o  cümlədən,  azərbaycanlılar,  qazaxlar,  özbəklər, 
türkmənlər,  qırğızlar,  Krım  tatarları,  başqırdlar,  çuvaşlar,  Kazan 
tatarları,  qaraqalpaqlar,  karaimlər,  kumıklar,  qaraçaylar,  balkarlar,
123


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə