Dərs vəsaiti m £


N.  C əfərov,  M .  Ç obatıov,  Q.  P a şa yeva



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə24/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   20   21   22   23   24   25   26   27   ...   83

N.  C əfərov,  M .  Ç obatıov,  Q.  P a şa yeva
XXI  əsrin  əvvəllərində  də  ölkəmizdə  siyasi  varislik  çox  ob ­
yektiv  olaraq,  yenidən  təkrarlandı.  Ümummilli  liderimiz,  M üasir 
Azərbaycan  dövlətinin  banisi  Heydər Əliyev  həyatla  vidalaşdıqdan 
sonra,  onun siyasi varisi  İlham Əliyev Azərbaycan prezidenti  seçil- 
dir....
Ümummilli  lider  Heydər  Əliyevin  siyasi  varisi  İlham 
Əliyev  və  onun  siyasi  baxışları:  İlham  Əliyev  siyasət  sahəsində 
çoxdan olmasa  da,  onun Avropa  Şurasının  Parlament  Assambleya­
sının  nümayəndə heyətinin  rəhbəri  qismində  vətənpərvərlik və  ida­
rəçilik fəaliyyəti tam aydınlığı ilə nəzərə çarpırdı. O, öz fəaliyyətini, 
əsas  etibari  ilə,  erməni  diasporunun  Azərbaycana  qarşı  yönəltdiyi 
təbliğat-terrora  əks  istiqamətində  güclü  hücuma  keçdi  və  beləliklə 
də, az bir dövr ərzində dünyada gedən siyasi  proseslərdən çox düz­
gün  nəticələr  çıxardı...  Sonralar  isə,  xalq  onu  Azərbaycanın  Baş 
Naziri  kimi  qəbul etdi  və az sonra Azərbaycanın  Prezidenti  seçdi... 
Prezident İlham Əliyevin keçdiyi  mənəvi, mədəni,  intellektual siya­
si  məktəb,  əslində,  bütöv bir tarixdir...  Qərbdə,  Avropa  ölkələri  ilə 
münasibətlər  qurmaq,  Azərbaycan  haqqında  sülhsevər  bir  imic 
yaratmaq, ölkənin müstəqilliyini qorumaq kimi  mürəkkəb problem­
ləri  həll etmək lazım gəlirdi...  O, həm də əsası  Heydər Əliyev tərə­
findən  qoyulan  bütün  strateji  planları  və  tövsiyələri  uğurla  həyata 
keçinnəli idi...
Prezident İlham Əliyev: milli birlik, vətənçilik -  vətənpərvərlik 
barədə  məxsusi  düşüncələrini  daha  çevik,  yeni  məcrada  davam  və 
inkişaf etdinnəli  idi...  Millilik,  Azərbaycançılıq  və  Demokratizm 
prezident  İlham  Əliyevin  siyasi  düşüncəsinin,  təfəkkürünün  əsas 
mənbələrini təşkil edirdi...
İlham  Əliyev:  «Biz  çox  təəssüf  edirik  ki,  dünyanın  bəzi 
dairələrində İslamı  terrorla eyniləşdirmək istəyirlər.  Biz bu cəhdləri
96
A zərh aycan şü n aslığu ı  əsasları
pisləyirik.  Müsəlman  ölkələri  tarixdə  bir  neçə  dəfə  terrorun  qur­
banına  çevrilmişdir.  O cümlədən,  Azərbaycan  dəfələrlə erməni  ter­
ror  təşkilatlarının  törətdikləri  terror  aktlarına  məruz  qalmışdır.  Bu 
cəhdlər  uğursuzluğa  məhkumdur.  İslam  sülh,  qardaşlıq,  dözüm­
lülük, tolerantlıq dinidir», -  kəlamı dünyada daha geniş yayılmışdır.
Prezident  İlham Əliyev  idarəçiliyin  elə  demokratik və  optimal 
yolunu  seçmişdir  ki,  hər  bir  zəkalı  ölkə  vətəndaşının  dövlətçiliyin 
inkişafında  yeri  vardır.  Və  dövlət  quruculuğunda  bu  hər  kəskin 
məhz vətənpərvərliyinə, biliyinə, sağlam düşüncəsinə, qabiliyyətinə 
görə müəyyənləşdirilmişdir...
Bu mənada,  Azərbaycanda  idmanın  intibahı, Olimpiya hərəka­
tının  genişlənməsi  və  ölkənin  bütün  bölgələrində  İdman-Olimpiya 
Kompleksinin  tikilməsi,  Avropa  musiqi  yanşında  Azərbaycan  mü­
ğənnilərinin  iştirak  etməsi  və  möhtəşəm  qələbəsi  -   1-ci  yerə  layiq 
görülməsi, cəmiyyətdə H eydər-X alq birliyinin, milli özünüdərkin, 
milli  ruhun,  Vətənçi,  demokratik,  humanist,  prinsipial  obrazın 
özünü  büruzə verməsi, xalqın  sosial  rifahının  ilbəil  yaxşılaşması  və 
s.  birbaşa  Prezident  İlham  Əliyevin  təşkilatçılığı  və  fəaliyyəti  ilə 
bağlıdır...  Prezident  İlham  Əliyevin  Avropa  Şurasında  qazandığı 
sayğı, nüfuz, mötəbər beynəlxalq təşkilatların Parlament Assamble­
yasının Büro üzvü və vitse-prezidenti seçilməsi, onun dünyagörüşü­
nə,  siyasi  istedadına,  bacarığına  söykənsə  də,  eyni  zamanda,  Azər­
baycan  dövlətinin  demokratik  əsaslar üzərində  təşəkkül  tapması  ilə 
əlaqədar olmuşdur.  Onu da qeyd edək ki,  İlham Əliyev bu gün eyni 
demokratizmi  davam  etdirərkən, bəlkə,  bir qədər də artırarkən  sağ­
lam,  milli  ruhlu,  gənc  intellektual  düşüncənin,  qabiliyyətin,  milli 
təəssübkeşliyin yolunu açıq elan etmişdir....
Heydər Əliyev təcrübəsi və İlham Əliyevin dövlət idarəçilik 
sisteminin  mahiyyəti.  Prezident  İlham  Əliyevin  dövlət  idarəçilik
97


N.  C əfərov,  M .  Ç obanov,  Q.  P a şa yeva
sisteminin  mahiyyəti  dedikdə,  hər  şeydən  əvvəl,  ölkənin  daxili  və 
beynəlxalq münasibətlərinə əlavə keyfiyyətlər gətirən  amillər və ya 
etik-əxlaqi keyfiyyətlər nəzərdə tutulur.
Bunlar aşağıdakılardan ibarətdir:
Ləyaqətlilik  -   xalqına  da,  beynəlxalq  aləmə  də,  dosta  da, 
düşmənə  də  münasibətdə,  onun  siyasətini  sevənlə  də,  ona  qarşı 
olaraq  mübarizə  aparanla  da,  davranışında  da  bu  xüsusiyyət,  həm 
də  əlavə  bir  təmkinlə  müşahidə  olunan  etik  və  əxlaq,  davranış 
normalarıdır...
Ümummilli  lider  Heydər  Əliyev  də  və  onun  davamçısı 
prezident  İlham  Əliyev  də  özlərinin  bütün  siyasi  görüşlərində  də, 
adi  söz-söhbətlərində  də  etik  və  əxlaq  normalarına  ləyaqətlə riayət 
etmişdir.  Bu  da,  şübhəsiz ki,  onların xalq  tərəfindən sevilməsinə və 
ləyaqətlə  qarşılanmasına  səbəb  olurdu...  Çünki  prezident  İlham 
Əliyev  çox  yaxşı  bilir  ki,  insanları  sevmək,  onlara  qayğı  və 
xeyirxahlıq  göstərmək,  mənəvi  ruhi-hüquqi,  sosial  baxımdan 
problemlərinin  öz  vaxtında  həll  edilməsi,  dayaq  durmaq,  layiqli 
rəhbər olmaq deməkdir...
Vətənpərvərlik -  Tarixi  Vətənini,  Xalqını,  doğma  milli dilini, 
həmçinin,  xalqının  yaratdığı  bütün  mənəvi  dəyərlərini  (ədəbiyya­
tını,  mədəniyyətini,  incəsənətini),  coğrafiyasını  dərindən  bilmək, 
onu  qəlbən  sevmək,  təbliğ  etmək  və  onu  qoruyub  saxlamaq,  gələ­
cək  nəslə  təbii  halda,  olduğu  kimi  ötünnək  deməkdir.  Bu  mənada, 
istər  ümummilli  lider  Heydər  Əliyevin,  istərsə  də  Prezident  İlham 
Əliyevin  fərdi  vətənpərvərlik  xarakteri-fəaliyyəti  hamıya  nümunə 
ola  bilər...  Onların  hər  ikisinin  dövlət  xadimi  kimi  yeritdiyi  daxili 
və  xarici  siyasətləri  də,  ölkədaxili  islahatlarının  da,  demək  olar  ki, 
hamısı  məhz  Vətənpərvərlik  üstündə  köklənmişdir...  Odur  ki,
98
A zərb a yca n şü n a slığ ın   ə sa sla n
onları  vətənpərvərlik  obrazlarının  bariz  nümunələri  hesab  etmək 
olar...
Prezident  İlham  Əliyev,  hələ,  Millət  vəkili  olaraq,  Avropa 
Şurasında  nümayəndə  heyətinin  rəhbəri  kimi  fəaliyyəti  onda 
vətənpərvərlik  hissi  yaratmışdır.  O,  Avropa  Şurasının  Parlament 
Assambleyasında  çıxışlarında  tez-tez  qeyd  edirdi  ki,  Ennənistan 
terrorçu  dövlətdir,  zəbt  etdiyi  Dağlıq  Qarabağ  və  onun  ətraf 
rayonları  Azərbaycanın  ayrılmaz  hissəsidir.  Onlar  bu  ərazilərdən 
narkotik  maddələrin  tranziti  və  biznesi  məqsədilə  istifadə  edirlər. 
Bu  isə,  yalnız  Azərbaycan,  Cənubi  Qafqaz üçün  yox,  bütün  dünya 
üçün təhlükəlidir.
İlham Əliyev Avropa  Şurasının  iclaslarında  üzünü  Beynəlxalq 
aləmə tutaraq bir çox suallara obyektiv cavab verilməsini tələb edir. 
Həmin suallar bunlardır:
-  «Ennənistan  Avropa  Şurasının  üzvü  ola-ola  beynəlxalq 
hüququn nonnalarına məhəl qoymaya bilərmi?»
-  «Ennənistan  Avropa  Şurasının  üzvü  ola-ola  digər  AŞ 
üzvünün ərazilərini on ildən artıq bir müddətdə işğal altında saxlaya 
bilərmi?»
-  «Ermənistan  on  ildən  artıq  müddətdə  digər  AŞ  üzvünün 
əhalisinin  qaçqın  və  köçkünə  çevrilmiş  bir  milyondan  artıq 
vətəndaşının insan hüquqlarını açıq-aydın poza bilərmi?»
Çox  təəssüflər  olsun  ki,  Dünya  xalqlarına  insan  hüquqları  və 
hüquq bərabərliyi haqqında «dərs verən» Avropa Şurası, hələ də, bu 
suallar qarşısında acizkarcasına susub, suallar ətrafında «düşünmək­
də» davam etməkdədir...
Vətənimizin  ərazi  bütövlüyü  haqqında  Prezidentin  düşüncələri 
sərt  və  haqlıdır.  Azərbaycan  məcburiyyət  qarşısında  qaldıqda  heç 
sülh  danışıqlarına  ehtiyac  da  olmayacaqdır,  öz  doğma  torpaqlarını
99


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə