Dərs vəsaiti m £


УҮ.  C əfərov,  M.  Ç oban ov,  Q.  P a şa yeva



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə29/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   25   26   27   28   29   30   31   32   ...   83

УҮ. 
C əfərov,  M.  Ç oban ov,  Q.  P a şa yeva
müəyyən elmi məlumatlar çatdırılır, onlar öyrədilir;  ikincisi, onların 
dünyagörüşünün  formalaşması  və  cəmiyyətin  müasir  tələbləri 
baxımdan tərbiyə edilməsinə yaxından kömək edilir.
Heydər Əliyevin həyatında xidməti vəzifəsi ilə əlaqədar olaraq, 
onun  nitqində  ictimai-məişət  xarakterli  çıxışlan  da  özünəməxsus 
yer  tutur.  Onun  nitqində  müəyyən  ictimai  münasibətləri  özündə 
təcəssüm etdirən ictimai-məişət mövzuları da bacanqla şərh olunur. 
Dövrümüzün  görkəmli  natiqi  Heydər  Əliyevin  tanınmış  elm  və 
mədəniyyət  xadimlərinin  yubiley  təntənələrində  söylədiyi  nitqi  də, 
yas  mərasimlərində  söylədiyi  nekroloq  xarakterli  çıxışlan  da  öz 
sadəliyi, ifadəliliyi və ardıcıllığı ilə fərqlənir.
Siyasi-ictimai hadisələrin, ədəbi-bədii  məktəblərin, mədəniyyət 
və elmi müəssisələrin yaradıcılığı, görkəmli ədəbiyyat və incəsənət, 
elm xadimlərinin yubiley təntənələrinin  hazırlanması və qeyd olun­
ması, artıq, dövrümüzdə bir ənənəyə çevrilmişdir.  Belə yubiley şən­
liklərində  söyləniləsi  nitqlər  təntənəli  xarakter  daşıyır.  Məlumdur 
ki, belə nitqlər dinləyicilərdə şən əhval-ruhiyyə oyadır.  Həmin nitq­
lər yalnız emosional  keyfiyyəti  ilə deyil,  həm  də estetik tərbiyə ba­
xımdan  maraqlı  və  əhatəli  olur.  Yubiley  şənliklərindəki  çıxışlar 
zərif və  duzlu,  sərrast  söylənilən  mənalı  kəlamlarla  dolu  olur.  Bu 
baxımdan,  ümummilli  liderimiz  Heydər  Əliyevin  nitqi  müasir  və 
gələcək nəsillər üçün ömək ola bilər.
Məlumdur ki,  hər bir dövlətin  atributlanndan  birini  onun döv­
lət  dili  təşkil  edir.  Bizim  xalqımızın  Ana  dili  də  Azərbaycan  Res­
publikasının  Dövlət  dili  kimi  özünün  yeni  inkişaf mərhələsinə  qə­
dəm  qoymuş,  rəsmi  dil  kimi  dünya  dilləri  arasında  öz  mövqeyini 
möhkəmləndirir və  inkişaf etdirir,  Artıq,  həyatımızın  bütün  sahələ­
rində Azərbaycan dövlət dili kimi geniş şəkildə istifadə olunur...
116
A zərb a yca n şü n a slığ ın   ə sa sla n
Xalqımızın böyük oğlu, dünyanın tanınmış siyasətçisi və təcrü­
bəli  dövlət  xadimi,  Respublikamızın  Prezidenti  Heydər Əliyevi  də 
həyatı  və  fəaliyyəti  boyu  Dilimizin taleyi, Vətənimizin taleyi, Qey­
rətimizin  qüdrəti  düşündürmüş  və  bunlar  onun  əsas  devizi  olmuş­
dur.  O,  bu  münasibətlə  demişdir:  “Milli  vətənpərvərlik  haqqında 
danışarkən  bir  daha  keçmiş  tariximizin  qiymətləndirilməsi 
zərurətini  qeyd  etmək  istəyirəm.  Tariximizin  hər  mərhələsi  bizim 
üçün qiymətlidir.” “Mən əminəm ki, Azərbaycanın gələcəyi  etibarlı 
əllərdədir.  Çünki  bizim  bugünkü  gəncliyimiz  sağlam  düşüncəli 
gənclərdir,  vətənpərvər gənclərdir,  xalqını,  millətini  sevən  gənclər­
dir.  Mən  əminəm  ki.  Müstəqil  Azərbaycanın  gələcəyini  qoruyub 
saxlaya bilən gənc nəsillər yetişir...”.
Müstəqil  Azərbaycan  Respublikası  Gənclərinin  birinci  Foru­
munda  Azərbaycan  Respublikası  Prezidenti  Heydər  Əliyevin 
nitqindən  bir  parçaya  nəzər  salaq:  “Müstəqil  Azərbaycan 
Respublikası  gənclərinin  birinci  Forumu  öz  işini  başa  çatdırır  və 
hesab  edirəm  ki,  müvəffəqiyyətlə  başa  çatdırır.  Bu  gün  səhərdən 
indiyə  qədər  bu  salonda  biz  gəncləri  dinləyirik.  Bu  sarayda  bütün 
söz  gənclərə  verilibdir.  Mən  indi,  Forumun  işi  sona  çatarkən  öz 
təəssüratlarımı 
Sizə  çatdınnaq 
istəyirəm. 
Həddindən 
artıq 
sevindiricidir  ki,  gənclər  sərbəst,  azad,  müstəqil  şəkildə  öz 
fikirlərini  ifadə  edirlər,  öz  sözlərini  deyirlər,  öz  problemlərindən 
danışırlar, xahişlərini edirlər, dərdlərini çatdırırlar”.
Heydər  Əliyev  bütün  şüurlu  fəaliyyətində  Ana  dilimizin 
inkişaf  etdirilməsini,  səlisləşməsini,  təkmilləşməsini  və  dünya 
dilləri  ilə  bir  sırada  qeyd  olunmasını  daim  diqqət  mərkəzində 
saxlamışdır.  Bu  mülahizələr  onun  nitqində  də  aydın  şəkildə  ifadə 
olunmuşdur:
П 7


N.  C əfərov,  M.  Ç ohanov,  Q.  P a şa yeva
“Məni  bu  gün  bu  Forumda  sevindirən  cəhətlərdən  bin  də  o 
oldu  ki,  çıxış  edən  bütün  gənclər  çox  sərbəst,  səlis  Azərbaycan 
dilində danışırdılar.  Bilirsiniz, bir neçə il bundan öncə bunu görmək 
mümkün  deyildi.  Keçmiş  illərin  müəyyən  xüsusiyyətlərinə  görə 
Azərbaycan  dili 
Azərbaycanda  lazımi 
qədər  inkişaf  edə 
bilməmişdir. Doğrudur, biz buna çox çalışmışdıq, 60-cı, 70-ci, 80-ci 
illərdə bu  barədə çox  səylər göstərilmişdir.  Ancaq, Azərbaycan dili 
hakim  dil  ola  bilməmişdir.  Biz  Sovetlər  İttifaqının  tərkibində  idik. 
Sovetlər  İttifaqının  ümumi  dili  -   rus  dili  hakim  dil  idi  və  o  vaxt 
gənclərin,  onların  valideynlərinin  çoxu  öz  övladlarını  rusdilli 
məktəblərə qoyurdu.  Bu da təbii  idi, çünki geniş təhsil  almaq üçün. 
Azərbaycandan  kənara  çıxmaq  üçün  o  dildə  təhsil  almaq  lazım  idi 
və  bunu  da  qınamaq  olmaz.  Ancaq,  bunlar  hamısı  bizim  Azərbay­
can  dilinin  tam  inkişaf etməsinə  müəyyən  qədər  maneçilik  edirdi. 
Bir  də,  açıq  demək  lazımdır,  biz  müstəqil  dövlət  deyildik,  ümumi 
bir  dövlətin  tərkibində  idik,  ümumi  bir  dövlətin  dili  ilə  çoxlan 
danışırdı.  Ona görə də,  bəzi  adamlarda  təəssüf ki, öz dilinə düzgün 
münasibət  çatmırdı.  Mənim  xatirəmdədir,  keçmiş  komsomol 
Qurultaylarında  gənclərin  çoxu  Azərbaycan  dilində  danışmırdı. 
Azərbaycan  dilində  danışmaq  istəyən  də  səlis,  cazibədar  danış­
mırdı.  Amma,  bu  gün  burada  çıxış  edənlər  məni  nə  qədər heyran 
etdilər,  bizim  dilimizin  zənginliyini,  bu  gün  Azərbaycanda  hakim 
dil olmasını nümayiş etdirdilər.
Bilirsiniz,  hər  bir  azərbaycanlı  gənc  çalışmalıdır  ki,  dünyanın 
çox  dillərini  -  rus  dilini  də,  ingilis  dilini  də,  ffans;z  dilini  də, ərəb, 
fars  dillərini  də  mənimsəsin,  öyrənsin.  Bu,  lazımdır,  çünki  müasir 
dünya  ölkələrinin  bir-biri  ilə  sıx  əlaqəsi  bu  gün  və  gələcəkdə 
insanlardan  bir  çox  dili  bilməsini  tələb  edir.  Mən  gənclərimizə  bu 
tövsiyəni  verirəm.  Amma,  bunlarla yanaşı,  bunlardan əvvəl öz Ana
118
A zərb a yca n şü n a slığ ın   əsasları
dilimizi,  Azərbaycan  dilini  mənimsəmək  lazımdır,  bu  dildə  yaxşı 
danışmaq lazımdır, bu dili Ana dili kimi daim duymaq lazımdır, bu 
dili  sevmək lazımdır.  Öz  dilini  bilməyən, öz dilini  sevməyən adam 
öz  tarixini  bilə  bilməz.  Xatirəmdədir,  70-ci  illərdə  mən  bir  neçə 
dəfə  çox  narahatçılıqla  göstərişlər  verdim  ki,  rusdilli  məktəblərdə 
Azərbaycan ədəbiyyatına çox yer verilsin”...
Dövrümüzün  görkəmli  natiqi  H.Ə.Əliyevin  bütün  çıxışlarında 
ifadə  tərzi,  cümlələr,  məzmun  ardıcıllığı,  onun  yığcamlığı  və 
məntiqiliyi  başlıca  rol  oynayır:  “Mən  arzu  edərdim  ki,  Azərbaycan 
gənci  Şekspiri  ingilis  dilində  oxusun,  Puşkini  rus  dilində  oxusun, 
Nizamini, Füzulini, Nəsimini isə Azərbaycan dilində oxusun.
Ümidvaram  ki,  bu  gün  məndə  bu  ümidlər  daha  da  çoxaldı,  - 
bizim  gənclərimiz  bundan  sonra  tariximizi  daha  da  yaxından 
öyrənəcək,  doğma  Azərbaycan  dilimizi  mənimsəyəcək  və  bunlar 
hamısı  hər  bir  gənc  Azərbaycan  övladında  yüksək  vətənpərvərlik 
hissləri yaradacaqdır”.
119


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə