Dərs vəsaiti Əliyev Hamlet Heydərov Nizami



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə31/32
tarix14.03.2018
ölçüsü3,72 Kb.
#31414
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   32

115
Böyük  Coğrafi  kəşflər  nəticəsində  başlayan  iqtisadi  tərəqqi,  şəhərlə-
rin  inkişafı,  manufakturaların  çoxalması  Avropa  ölkələrində  feodalizm 
quruluşunun dağılmasını sürətləndirdi. Feodallara və katolik kilsəsinə qarşı 
mübarizə gücləndi. Bu mübarizə Almaniyada, xüsusilə kəskin idi. Almani-
yada  reformasiya  başladı.  Reformasiya  feodal  cəmiyyətinin  əsas  dayağı 
olan kilsənin yenidən qurulması uğrunda mübarizə idi.
XVI əsrdə feodal dağınıqlığının olduğu Almaniyada feodal zülmü, ara 
müharibələri və kilsə ağalığı xalqın vəziyyətini ağırlaşdırmışdı. 1517-ci il-
də Martin Lüterin “cənnət qəbzi”nin satışı əleyhinə çıxışı ilə bütün Avropa-
da reformasiya hərəkatı başladı. Knyazlar kilsənin Papaya deyil, onlara tabe 
olmasını, şəhərlilər kilsə vergilərinin ləğvini, cəngavərlər kilsə torpaqlarının 
ələ  keçirilməsini  istəyirdilər.  Kəndlilər  isə  kilsə  zülmü  ilə  yanaşı,  feodal 
qaydalarını da ləğv etməyi tələb edirdilər. Müqəddəs Roma imperatoru 
Avropada kilsə necə yeniləşdirildi?
“Mənim dövlət 
düşmənlərindən 
başqa düşmənlərim 
olmayıb.”
Kardinal Rişelye
(Fransanın dövlət 
xadimi)
1. Yuxarıdakı şəkildə nə təsvir olunub?
2. Kardinal Rişelyeni bu sözləri deməyə nə vadar edə 
bilərdi?
3. Yuxarıdakı açar sözlərdən hansı sizə tanışdır?
Düşünün
Avropada reformasiya hərəkatı
Kapitalist
Reformasiya
Protestant
Duel
İntibah
Açar sözlər
23
1. Feodalizm nə deməkdir?
2. Böyük Coğrafi kəşflər Avropa ölkələrinin inkişafında hansı mühüm rol 
oynayıb?
Yada salın


116
Son orta əsrlər
V Karlın  reformasiyanın qarşısını almağa cəhd etməsi 1524-cü ildə protestant 
(etiraz edən) kilsəsinin meydana gəlməsinə səbəb oldu. Hərəkatın gedişində 
Almaniyada  kəndli  müharibəsi  baş  verdi.  Tomas  Münserin  başçılığı  ilə 
kəndlilər silahlı yolla feodal qaydalarını ləğv etməyə cəhd etsələr də məğlub 
oldular.  Protestant  knyazlarla  katolik  knyazlar  arasında  mübarizə  1555-ci 
ildə Auqsburq müqaviləsinin imzalanması ilə başa çatdı. Şimali Almaniya-
da Lüteran kilsəsi adlanan protestant kilsəsinə etiqad azadlığı verildi.
Böyük Coğrafi kəşflərdən sonra İngil-
tərə  ən  mühüm  dəniz  yollarının  keçdiyi 
ərazilərə  sahib  oldu.Yeni  kəşf  olunmuş 
torpaqlara  Avropadan,  o  cümlədən,  İn-
giltərədən  satış  üçün  sənaye  malları 
göndərilirdi.  Bu  zaman  İngiltərə  yun  is-
tehsal edən ölkə kimi tanınırdı. Əvvəllər 
yunu  və  dəzgahı  kəndlilərə  paylayan  və  
hazır məhsulu isə gəlir kimi götürən sa-
hibkar,  sonralar  emalatxana  düzəldərək 
işçiləri ora yığdı. İşçi öz işinə görə muzd
 
– 
əmək haqqı alırdı. İstehsal olun-
muş məhsul 
kapitalist
 və ya 
burjua 
adlandırılan emalatxana sahibinə qalır-
dı. Kapitalist manufakturası adlandırılan bu cür emalatxanaların işçilərinə 
isə  muzdlu  fəhlə  deyilirdi.  Manufaktura  əl  əməyinə  əsaslansa  da,  sexdən 
fərqli olaraq burada əmək bölgüsü var idi. 
XVI  əsrdə  katolik  kilsəsinin  ağalığına  qarşı  mübarizə  İngiltərədə  də 
yayılmışdır.  Lakin  reformasiyanın  İngiltərədə  böyük  tələfatlar  verəcəyini 
görən  parlament  kralı  “kilsənin  ali  başçısı”  elan  etdi.  Krallar  tərəfindən 
idarə edilən bu kilsə anqlikan kilsəsi adlandı.
Kraliça I Yelizavetanın (1558-1603) zamanında ticarət və sənaye inkişaf 
etdi. Bu dövrün varlı adamları hökumətdən xüsusi hüquqlar alaraq ticarət 
İngiltərə
Kapitalist manufakturası
“İstəyirsən əyan ol, ya tacir, qadın, qız, yeniyetmə və ya qoca!... Bil, kim ki, eti-
raf edibsə, peşman olubsa və yeşiyə keşişin məsləhət bildiyi qədər ianə atıbsa, 
onun bütün günahları bağışlanacaq.”
Məşhur indulgensiya alverçisi İohann Tetselin çıxışı
Müzakirə edin
Dindarları indulgensiya almağa dəvət edən tacir hansı dəlildən istifadə edir?


117
• Kapitalist münasibətləri nə deməkdir və onun feodalizmdən fərqi nədir?
Necə oldu ki, İngiltərə qüdrətli dəniz dövlətinə çevrildi?
Cavablandırın

 Kapitalist 
– müəssisə sahibı, işçilərinin muzdlu əməyi hesabına gəlir əldə 
edən şəxs.
• 
Şirkət 
– ortaq ticarət və istehsal təşkilatı.
• 
Burjua 
– fransızcadan tərcümədə “şəhərli” deməkdir, təbəqə.
La-Manş boğazında döyüş
Fransa
Reformasiya  Fransadan  da  yan  keçmədi.  1572-ci  ildə  protestantların 
kütləvi  qırğını  təşkil  edildi.  “Varfolomey  gecəsi”  adı  ilə  tarixə  düşən  bu 
qırğın zamanı 30 mindən çox adam məhv edilmişdi. Bununla yanaşı, Fransa-
da katolik kilsəsi parçalandı və ölkədə müxtəlif xristian kilsələri yarandı.
XVI  əsrdə  Fransa  həm  əhalisinin  sayına,  həm  də  ərazisinə  görə  Av-
ropada  ən  böyük  dövlət  idi.  Ölkənin  birləşdirilməsindən  sonra  kral  ha-
kimiyyəti  möhkəmlənmişdi.  Kral  bütün  ölkə  üçün  qanun  verir,  orduya, 
məhkəməyə  başçılıq  edir,  əyalət  və  şəhərləri  idarə  edirdi.  Fransada  silki 
monarxiya mütləqiyyətlə əvəz olundu. Fransada mərkəzləşdirilmiş dövlətin 
şirkətləri
 yaradırdılar. Şirkətlərin ən 
varlısı Ost-Hind şirkəti idi.
Dəniz  ticarətində  İngiltərənin 
əsas  rəqibi  İspaniya  idi.  İspaniya 
hökuməti  öz  müstəmləkələri  ilə 
ticarət  etməyi  başqa  ölkələrə 
qadağan etmişdi. Lakin ingilislər bu-
nunla razılaşmırdılar. Bundan başqa, 
dövlət  tərəfindən  himayə  edilən 
ingilis  dəniz  quldurları  Ameri-
kadan qayıdan ispan gəmilərini qarət edirdilər. 1588-ci ildə İspaniyanın 130 
yelkənli gəmidən ibarət “Məğlubedilməz armada”sı La-Manş boğazında in-
gilis donanması ilə üz-üzə gəldi. Yüngül və sürətlə hərəkət edən gəmilərdən 
ibarət olan ingilis donanması qalib gəldi. “Məğlubedilməz armada”nın məhvi 
İspanıyanın  dəniz  qüdrətini  sarsıtdı,  dənizlərdə  hökmranlıq  İngiltərənin 
əlinə keçdi və o, güclü dəniz dövlətinə çevrildi.
Lüğət
Avropa dünyası


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə