Dərs vəsaiti Əliyev Hamlet Heydərov Nizami



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə25/32
tarix14.03.2018
ölçüsü3,72 Kb.
#31414
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   32

93
Katolik  dünyasının 
mər kəzi  hesab  edilən 
İta liya  klassik  feoda-
lizm  dövründə  də  da-
ğı  nıq  halda  qalmaqda 
idi.  İtaliya  şəhərləri  va-
hid  mərkəzləşdirilmiş 
döv   lətin  yaradılma sı na 
dəstək  olmadılar.  X-XI 
əsrlərdən  İtaliya  şə hər-
ləri  əsasən  senyor lara 
qarşı mübarizə aparırdı. 
Bu  mübarizənin  nəticə-
sin də İtaliyanın Milan, Piza, Boloniya kimi varlı şəhərləri 
kommuna
 hüququ 
əldə  etdi.  Azad  kommunalar  bir-birləri  ilə  müharibələr  aparan  şəhər-
dövlətlərə çevrilirdilər. Bu dövrdə İtaliyanın ən varlı şəhəri Florensiya idi. 
XIV  əsrdə  burada  ilk 
manufakturalar 
yarandı.  Belə  müəssisələrdə  çompi 
ad lanan 
muzdlu işçilər
 çalışırdı. 
Şimali  İtaliyada  yerləşən  Venesiya  və  Genuya  şəhərlərində  respublika 
hakimiyyəti  qurulmuşdu.  “Dəniz  kraliçası”  adlandırılan  Venesiya  Aralıq 
də nizində  aparıcı  rol  oynayırdı.  Venesiya  toxuculuq  müəssisələrinin  xam 
ipəyə  olan  tələbatının  ödənilməsində Azərbaycan  ipəyi  mühüm  rol  oyna-
yırdı. Venesiya güzgüləri Azərbaycanda məşhur idi.
İtaliya
Venesiya şəhəri
• İtaliya şəhərlərini Avropanın digər dövlətlərinin şəhərləri ilə müqayisə edin. 
Hansı oxşar və fərqli cəhətlər var?
• İtaliya şəhərlərinin varlanmasına şərait yaradan nə idi?
• Orta əsrlərdə Venesiya
 
– Azərbaycan əlaqələri haqqında məlumatlar toplayın 
və təqdimat hazırlayın.
Cavablandırın
• 
Kommuna 
– şəhərlərin senyorlara qarşı mübarizə ittifaqı
• 
Manufaktura 
– latınca”əl ilə düzəldilən” deməkdir, əl əməyindən 
istifadə edilən, əmək bölgüsü tətbiq edilən müəssisə
• 
Muzdlu işçi 
– müəyyən haqq müqabilində çalışan şəxs
Lüğət
Avropa dünyası


94
Klassik orta əsrlər
Xaç  yürüşləri  zamanı  avropalılar  dünyanın  necə  geniş  və  rəngarəng 
olduğunu gördülər. İnsanların dünya haqqında təsəvvürləri genişləndi. XIII 
əsrdə venesiyalı tacir və səyyah Marko Polo Şərq ölkələrinə səyahət etmiş 
və yazdığı “Marko Polonun kitabı” əsəri uzun müddət Avropada coğrafi-
ya xəritələri çəkmək üçün əsas olmuşdur. Kitabda bir sıra Şərq ölkələri ilə 
yanaşı, Azərbaycan haqqında da qiymətli məlumatlar vardır.
Klassik feodalizmə keçid dövründə Əndəlis Avropanın qabaqcıl hissəsi 
idi. Əndəlisdə elmi biliklər inkişaf edir, nadir memarlıq inciləri yaradılırdı. 
Bunlara  misal  olaraq  Qranada  hakimlərinin  sarayı  Əlhambranı  (XIII-
XIVəsr) və Sevilyada Əlkəsar saray-qalasını (XII əsr) göstərmək olar.
• İspaniyanın bir müddət Avropanın elm və mədəniyyət mərkəzi hesab 
olunmasının səbəbi nə idi?
• Marko Polo haqqında kiçik hekayə hazırlayın və nəzərə alın ki, avropalılar 
onun Şərqlə bağlı söhbətlərinə çox maraqla qulaq asırdılar. 
Cavablandırın
Elm və mədəniyyət
Axtarın
Venesiya Respublikası, Marko Polo, Rekonkista, Kortes
• Florensiya şəhərində bank və emalatxana sahiblərini “piylənmiş
camaat”, sənətkarları və fəhlələri “arıq camaat” adlandırırdılar.
• Avropalıları dondurma ilə tanış edən ilk şəxs Marko Polo olmuşdur.
O, dondurmanın hazırlanması üsulunu Çindən gətirmişdir.
• İtaliya ərazisində ən qədim universitet XII əsrdə yaradılmış Boloniya univer- 
sitetidir.
• İspaniyada bidətçilərin tonqalda yandırılması mərasimi autodafe adlanırdı.
Öyrənin


95
XI  əsrdə  Şərqi  Avropada  ən 
böyük  dövlət  Kiyev  dövləti  idi. 
Knyazların  müstəqilləşməsi  və 
natural  təsərrüfatın  hakim  olma-
sı  nəticəsində  dövlət  zəifləmişdi. 
Knyazlığın  ərazisində  yaranmış 
yeni  şəhərlər  tezliklə  böyüyüb 
Kiyevlə  rəqabət  aparmağa  başla-
dılar.  Belə  şəraitdə  knyazlar  yeni 
yaranmış  şəhərləri  özlərinə  mər-
kəz  seçib  mərkəzi  hakimiyyətə 
tabe  olmaqdan  boyun  qaçırırdılar. 
Ölkə feodal dağınıqlığı dövrünə qədəm qoydu. Öz müstəqilliklərini qanu-
niləşdirməkdən  ötrü  knyazlar  1097-ci  ildə  Lübeçdə  yığıncaq  çağırdılar. 
Moskva birdən-birə yaranmayıb
1. Yuxarıdakı şəkildə gördüklərinizi şərh edin.
2. Knyaz Dimitrini belə sözlər deməyə nə vadar         
    edirdi?
3. Yuxarıdakı açar sözlərdən hansıları haqqında fikir 
yürüdə bilərsiniz?
Düşünün
Veçe
Respublika
Buz döyüşü
Uniya
Knyaz
Açar sözlər
19
Rusiyada feodal dağınıqlığı
Birləşmək üçün 
ailədə, şəhərdə və 
vilayətdə ümumi 
mənafeyimiz 
dəstəklənməlidir. 
Əgər hər yerdə belə 
düşünərlərsə ümumi 
məqsədə çatarıq…
Knyaz Dimitri..
1. Şərq slavyanları kimlərdir və onların yaratdıqları dövlət hansıdır?
2. XI-XV əsrlərdə dünyada hansı dövlətlər mövcud olmuşdur?
Yada salın
Lübeç qurultayı


96
Klassik orta əsrlər
Həmin yığıncaqda Kiyev dövlətinin ayrı-ayrı müstəqil knyazlıqlara parçalan-
ması  rəsmiləşdirildi.  Nəticədə  ölkənin  müdafiə  qabiliyyəti  zəiflədi.  1237-
1240 -cı illərdə keçmiş Kiyev dövlətinin ərazilərinə hücum edən monqollar 
Novqorod və Pskov torpaqlarından başqa digər əraziləri özlərinə tabe edə 
bildilər.
Monqol  hücumlarına  məruz  qalmayan  Novqorod  üçün  təhlükə  İsveç 
tərəfdən  gəldi.  İsveç  kralı  böyük  ordu  ilə  Novqorod  torpaqlarına  hücum 
etdi. Lakin knyaz Aleksandrın başçılıq etdiyi ordu 1240-cı ildə Neva çayı 
sahilində baş vermiş döyüşdə qələbə qazandı və bu qələbəyə görə knyaz 
Aleksandra  “Nevski”  ləqəbi  verildi.  İsveç  təhlükəsi  sovuşduqdan  sonra 
Novqorod üzərinə alman cəngavərlərinin hücumu təhlükəsi yarandı.
1242-ci  ildə  Aleksandr  Nevs-
kinin  başçılığı  ilə  novqorodlular 
düzgün taktika seçərək Çud gölünün 
buzları  üzərində  baş  verən  döyüş-
də cəngavərləri məğlub etdi və bu 
döyüş  Buz  döyüşü  adı  ilə  tarixə 
düşdü. Alman cəngavərlərinin ağır 
silahları  və  zirehli  geyimləri  onla-
rın buz üzərində döyüşməsinə mane 
oldu. Məğlub olan cəngavərlər bir 
daha Novqorod torpaqlarına hücum 
etməyəcəkləri  ilə  bağlı  saziş  imzaladılar.  Qazanılan  qələbələr  nəticəsində 
Pskov və Novqorod torpaqları öz müstəqilliklərini qoruyub saxladı.
“Latınlarla (cəngavərlərlə) döyüş oldu. Knyaz onları məğlub edərək nizəsiylə 
İsveç  sərkərdəsinin  üzünü  yaraladı.  Knyazın  ordusunda  vuruşan  gənc  Qav-
rila  körpü  üzərində  cəngavərləri  məğlub  edərək  gəmiyə  kimi  irəliləmişdi. 
Mühasirəyə düşən Qavrila at belinə qalxaraq, cəngavərlər üzərinə yeriyib çaya 
tullanmışdı. Daha sonra o, yenidən döyüşməyə davam etmişdi. Bütün bunları 
mənə cənab knyaz Aleksandr danışmışdı.”
“Aleksandr Nevskinin həyatından” (XIII əsr əlyazması)
Müzakirə edin
Necə fikirləşirsinizmənbə etibarlı ola bilərmi?
• Lübeç yığıncağı knyazlıqlara nə verdi? Nə üçun feodal dağınıqlığı ölkənin 
müdafiə qabiliyyətinin zəifləməsinə gətirib çıxarır?
• Neva çayı sahilindəki döyüşlə Buz döyüşü arasında hansı oxşarlıqlar var?
Cavablandırın
Buz döyüşünün sxemi


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə