Dərs vəsaiti Əliyev Hamlet Heydərov Nizami



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə28/32
tarix14.03.2018
ölçüsü3,72 Kb.
#31414
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   32

104
Son orta əsrlər
• Sultan I Süleymanın dövründəki Osmanlı işğallarını xəritə üzərində göstərin.
• Nə üçün Sultan I Süleyman Fransa krallığı ilə “Kapitulyasiya” müqaviləsi 
imzaladı?
Cavablandırın
və  bir  sıra  ərazilər  fəth  edildi.  Apardığı  qalibiyyətli  müharibələr,  uğurlu 
xarici  siyasət,  dövlətin  mənafeyinə  uyğun  ittifaqlar  qurması,  müqavilələr 
imzalanması  onun  nüfuzunu  xaricdə  də  artırmışdı.  Böyük  coğrafi  kəşflər 
nəticəsində Aralıq dənizində zəifləmiş ticarəti yenidən canlandırmaq və Av-
ropa  dövlətlərinin  Osmanlı  dövlətinə  qarşı  ittifaq  qurmasına  mane  olmaq 
üçün bir sıra Avropa dövlətlərinə ticarətdə güzəştlər edildi. 1535-ci ildə Fran-
sa ilə bağlanan “Sülh, dostluq və ticarət müqaviləsi” belə müqavilələrdən 
idi. Müqavilə fəsillərə bölündüyü üçün “kapitulyasiya” (fəsil) adlanırdı.
“Türk ordusunda hərbi səfərə çıxarkən 40 minə yaxın at və dəvə olur. Bu hey-
vanlar çadır, silah və başqa ləvazimatların daşınmasına xidmət edir.”
Avstriya səfiri Busbekin Osmanlı ordusu haqqında yazılarından
Müzakirə edin
Necə fikirləşirsiniz – mənbə etibarlı ola bilərmi?


105
Osmanlı  dövlətinin  fəthləri, 
sultanların elmə, incəsənətə bö-
yük  dəyər  verməsi  nəticəsində 
mədəniyyətdə  çiçəklənmə  baş 
verdi.  Türk  dənizçisi  Piri  Rəis 
Dünyanın  böyük  xəritəsini  və 
“Bəhriyyə”  adlı  dəniz  atlasını 
çəkərək I Səlimə təqdim etmiş-
di.  Ən  məşhur  türk  memarla-
rından  olan  Sinan  Xoca  Süley-
maniyyə  və  Səlimiyyə  məscid-
lərini  inşa  etmişdir.  Osmanlı 
memarlığı bu gün də öz möhtəşəmliyi ilə insanları heyran edir.
• Nə üçün Osmanlı mədəniyyəti XVI əsrdə yüksək inkişaf mərhələsi keçmişdir?
• Osmanlı elm və mədəniyyət xadimləri haqqında materiallar toplayın və re-
ferat hazırlayın.
• Azərbaycanda İntibah mədəniyyəti ilə XVI əsr Osmanlı mədəniyyətini Venn 
diaqramı əsasında müqayisə edin.
Cavablandırın
Elm və mədəniyyət
Piri Rəisin Dünya xəritəsi
• Qanunlar yaradan dövlət başçılarından biri kimi Süleyman Qanuninin por-
treti ABŞ Konqresinin Nümayəndələr Palatasında asılmışdır.
• Piri Rəisin tərtib etdiyi xəritə ilk Dünya xəritəsi hesab edilir və bu xəritənin 
müasir dövrdə Dünyanın kosmosdan çəkilən şəkilləri qədər mükəmməldir.
Öyrənin
Axtarın
I Süleyman Qanuni, Xeyrəddin Barbaros, Piri Rəis 
Şərq və Türk dünyası


106
Son orta əsrlər
1368-ci ildə qalibiyyətlə başa çatmış Qırmızısarıqlılar üsyanı nəticəsində 
Çində monqol ağalığına son qoyuldu və Min sülaləsinin hakimiyyəti başladı.
Çin  təsərrüfatı  və  mədəniyyəti  XVII  əsrədək  “çiçəklənmə  dövrü”nü 
yaşadı. Müasir Çinin daxili əyalətlərini əhatə edən Min sülaləsi XV əsrdə 
Birma və Vyetnami işğal etdi, Koreyanı özündən asılı hala saldı.
Çində  xarici  ölkələrlə  fərdi  ticarətə  qadağa  qoyulmuşdu.  Bütün  xari-
ci ticarət səfirliklər vasitəsi ilə dövlət tərəfindən həyata keçirilirdi. Daxili 
ticarətdə fəallıq edən dövlət, bazardan ucuz qiymətə mallar alır və bu mal-
lar dövlət emalatxanalarında emal edilib bazara çıxarılırdı. Bunların emalı 
və satışı ilə məşğul olmaq üçün pulla xüsusi icazə almaq lazım idi. Belə-
liklə, hakimiyyət tərəfindən Çində inhisar – istehsal və ticarət üzərində va-
hid nəzarət sistemi yaradılırdı.
XVI əsrin sonu, XVII əsrin əvvəllərində Min dövləti tənəzzül dövrünə 
qədəm  qoydu.  İmperatorların  qətiyyətsizliyindən  istifadə  edən  saray 
əyanları  dövləti  idarə  edirdilər.  Zəif  imperator  hakimiyyəti,  əyalətlərdə 
Şərq ölkələri
Qədim Şərqdə 
yaranmış bu siviliza-
siyalar müasir dövrdə 
dünyanın ən çoxsaylı 
əhalisinə malik ilk iki 
dövlətidir.
www.historik.ru
1. Yuxarıdakı şəkildə gördüklərinizi şərh edin.
2. Veb saytından götürülmüş məlumatda nəzərdə tu-
tulan iki dövlət sizcə hansılardır?
3. Yuxarıdakı açar sözlər sizlərdə hansı fikir yaratdı?
Düşünün
Çin
Pekin
Mancur
Panipat
Aqra
Tac-Mahal
Açar sözlər
21
1. I və II Göytürk dövlətləri necə süquta uğramışdı?
2. XIII əsrdə dünyada hansı yeni dövlətlər yaranmışdı?
Yada salın


107
XVI  əsrin  əvvəllərində  Hindistanda  vahid  dövlət  yox  idi.  Ölkədə 
olan  dövlətlərdən  ən  böyüyü  Dehli  sultanlığı  idi.  Hindistanda  yaranmış 
vəziyyətdən istifadə edən Kabil hakimi, türk sərkərdəsi Babur bura hücum  
etdi. Babur 1526-cı ildə Panipat döyüşündə Dehli sultanlığının ordusunu 
məğlub etdi və Böyük Moğol dövlətinin əsasını qoydu.
Böyük  Moğol  imperatorluğu  mərkəzləşdirilmiş  feodal  dövlət  idi
İmperatorun hakimiyyəti qeyri-məhdud idi. Dövlətdə xidmət müqabilində 
şərti  torpaq
  – 
cagir  verilirdi.  Babur  şah  Hindistanda  İslam  dininin 
yayılmasında yenilik etdi: cizyə vergisi ləğv olundu, hinduslara hakimiyyətin 
ən yuxarı vəzifələrinə qədər yüksəlməyə icazə verilmişdi.
Dövlətin  “qızıl  əsri”  Əkbər  şahın  (1556-1605)  hakimiyyəti  dövrünə 
təsadüf edir. Dövləti daxilən möhkəmləndirməklə məşğul olan Əkbər şah 
bütün  ölkə  üçün  vahid  qanunlar  müəyyənləşdirdi,  vergi  sistemi  nizama 
salındı.
Fəal  işğalçılıq  siyasəti  yürüdən  Əkbər  şah  Mərkəzi  Hindistanı,  müasir 
• Necə oldu ki, Çində “çiçəklənmə dövrü” baş verdi?
• Sizcə, inhisar sisteminin yaradılmasının çinlilərin vəziyyətinin ağırlaşmasına 
hansı təsiri ola bilərdi?
• Min sülaləsinin süqutunun səbəbləri hansılardır?
Cavablandırın
Hindistan
Min sülaləsinin imperatoru
güclü ailələrin hökmranlığı, xa-
rici  təhlükənin  artması,  təbii 
fəlakətlər  ölkənin  vəziyyətini 
ağırlaşdırdı,  ölkəni  aclıq  bürü-
dü.  Nəticədə  imperiyanı  əhatə 
edən  kəndli  üsyanları  başlandı. 
1644-cü  ildə  üsyançılar  Çinin 
paytaxtı  Pekini  tutdular.  Min 
sülaləsinin  hakimiyyətinə  son 
qoyuldu.  Öz  var-dövlətini  itir-
məkdən  qorxuya  düşən  iri  feodallar  üsyanı  yatırtmaq  üçün  çjurçjenləri 
(sonralar mancurlar adlandırıldılar) ölkəyə dəvət etdilər. Çin feodallarının 
köməyi ilə mancurlar üsyanı yatırtdı. Ölkəni işğal edən mancurlar burada 
Tsin sülaləsinin hakimiyyətini (1644-1911) qurdular.
Şərq və Türk dünyası


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə