Dərs vəsaiti Əliyev Hamlet Heydərov Nizami



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə29/32
tarix14.03.2018
ölçüsü3,72 Kb.
#31414
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   32

108
Son orta əsrlər
Əfqanıstanın  bir  his  sə-
sini  özünə  ta be  et di.
Əkbər  şah da  n  sonra
onun  va ri s ləri  impe ri-
yanın  əra zilərini  daha 
da  ge nişləndirib  haki-
miy  yətlərini 
demək 
olar  ki,  bütün  Hindis-
tana  yaya  bildilər.  La-
kin,  tədricən  mərkəzi 
hakimiyyət  zəiflədi  və 
ölkədə  yüzlərlə  müs-
 təqil  hakimlər  mey da-
na  gəldi.  Hindis tan-
da  yaranmış  bu  və -
ziyyət  Avropa  müs-
təm lə kəçilərinin  işğal-
larına yol açdı.
• Dövlətin “qızıl əsri” ifadəsini necə başa düşürsünüz?
• Dehli sultanlığı ilə Böyük Moğol imperatorluğunu müqayisə edin. Oxşar və 
fərqli cəhətləri müəyyən edin.
Cavablandırın_Elm_və_mədəniyyət'>Cavablandırın
Elm və mədəniyyət
Min sülaləsinin hakimiyyəti dövründə Çində elm və mədəniyyət yüksək 
inkişaf  dövrü  keçirirdi.  Çinli  dənizçi  Çjen  He  yeddi  dəfə  Hind  okeanına 
səyahət etmişdi. Min coğrafiyaçıları bir çox ölkələrin dəqiq xəritələrini tər-
Hinduslar şimaldan gələn müsəlmanları moğol adlandırırdılar. Maraqlıdır ki, 
Babur və onun ardıcılları heç vaxt özlərini moğol adlandırmamışlar. Sonralar 
Hindistanı işğal edən ingilislər də bu ifadədən istifadə etmişlər. “Moğol” sözü 
monqol sözünün türkcə ifadəsidir. 
wikipedia.org
Müzakirə edin
“Moğol” anlayışı nə deməkdir?


109
• Çində tibb elminin inkişafını erkən orta əsrlərin hansı dövlətinin tibb elmi ilə 
müqayisə etmək olar və nəyə görə?
• Tac-Mahal məqbərəsini hansı abidələrlə müqayisə edə bilərsən?
Cavablandırın
• Hələ V əsrdə Çində “pi” rəqəminin dəqiq mahiyyətini bilirdilər. Avropada 
bu rəqəmi yalnız XVI əsrdə tanıdılar.
• 1519-1522-ci illərdə Hindistanın bir hissəsinin ələ keçirilməsində Babura 
Səfəvilər dövlətinin yaradıcısı Şah İsmayıl köməklik etmişdi.
• Tac-Mahal məqbərəsini Cahan şah sevimli arvadı Mümtaz Mahal 
Banu Bəyimin qəbri üzərində inşa etdirmişdir.
Öyrənək
Axtarın
Tac-Mahal məqbərəsi, Əkbər şah, Min sülaləsi
Tac -Mahal məqbərəsi
tib  etmişdilər.  Təbabətin 
inkişafı  sayəsində  çoxlu 
müalicə  üsulları  tapılmışdı. 
XVII  əsrin  əvvəllərinədək 
Çin  təbabətinə  məlum  olan 
dərmanların  sayı  62  minə 
çatırdı.  Kitablara  illüstrasi-
yalar çəkilməsi və onun qra-
vüralarla bəzədilməsi işi də 
ilk  dəfə  Çində  meydana 
gəlmişdi.
Böyük  Moğol  imperatorluğunda  memarlıq  yüksək  inkişaf  səviyyəsi-
nə  çatdı.  Bu  dövrdə  Hindistanda  bir  çox  saraylar,  məbədlər,  məqbərələr, 
məscidlər inşa edilmişdi. Bu tikililər içərisində gözəlliyinə görə Hindista-
nın incisi adlandırılan Tac-Mahal məqbərəsinin özünəməxsus yeri var. Aqra 
şəhəri yaxınlığında yerləşən bu məqbərə XVII əsrdə tikilmişdir.
Şərq və Türk dünyası


110
Son orta əsrlər
XV-XVI əsrlərdə Avropada za-
man-zaman  toplanmış  təcrübələr 
əsasında  texnikanın  inkişafında 
böyük  nailiyyətlər  əldə  edildi. 
Su  mühərrikləri  təkmilləşdirildi. 
Bu  mühərriklərlə  metal  emalı 
zamanı  ağırlığı  bir  ton  olan 
çəkici  belə  hərəkətə  gətirmək 
mümkün  oldu.  Hələ  XIV  əsrdə 
metal  əridən  sobalar
  – 
domnalar 
yaradılmışdı.  Su  çarxını  böyük 
körüklərə birləşdirməklə sobalara güclü hava vurur və alınan yüksək tem-
peratur nəticəsində çuqun, dəmir və polad alırdılar. Bu isə silah istehsalının 
inkişafına  səbəb  oldu.  Ağır  tüfənglər  olan  və  dayaq  üzərində  qoyulan 
Böyük Coğrafi kəşflər
“Mən gördüklərimin 
yarısını deməmişəm.”
 
Marko Polo
(Avropalı səyyah)
1. Yuxarıdakı şəkildə gördüklərinizi sadalayın.
2. Təsəvvür edin ki, Marko Polo sizsiniz və onun 
Şərqdə gördüklərini davam edin.
3. Yuxarıdakı açar sözlər haqqında nə deyə bilərsiniz?
Düşünün
Texniki kəşflər və ixtiralar
Karavella
Muşket
Ədviyyat
Amerika
Magellan
Açar sözlər
22
1. Səlib yürüşlərinin nəticələri nə olmuşdur?
2. 
Afanasi Nikitinin “Üç dəniz arxasına səyahət” əsəri nədən bəhs edirdi
?
Yada salın
Karavella


111
Böyük Coğrafi kəşflər
muşketlər yaradıldı. Avropada XVI əsrdə həm ağır mühasirə topları, həm 
də  yüngül  səhra  topları  düzəldilir  və  istifadə  olunurdu.  Odlu  silahların 
istehsalı və yayılması nəticəsində zirehli cəngavərlərə ehtiyac qalmadı. Çün-
ki  cəngavərlərin  dəmir  geyimlərini  güllə  dəlib  keçirdi.  Topların  qarşısın-
da  qala  divarları  öz  əhəmiyyətini  itirdi. Avropa  kralları  feodal  qəsrlərini 
asanlıqla yıxaraq onları özlərinə tabe etdilər.
Dənizçilər qədim alimlərin Yerin kürə formasında olması fikri ilə daha 
yaxından  maraqlanmağa  başladılar.  Uzaq  torpaqlara  getmək  üçün  etibarlı 
gəmilər, dəqiq cihazlar, xəritələr və pul lazım idi. Avropalılar xaç yürüşləri 
zamanı ələ keçirdikləri müsəlman torpaqlarında kompasla tanış olmuşdular. 
Onlar kompası daha da təkmilləşdirərək açıq dənizlərə çıxmağa başladılar. 
Nəhayət,  XV  əsrdə  karavella  adlanan  yelkənli  yüngül  gəmilərin  yaradıl-
ması ilə uzaq dəniz səyahətləri gerçəkləşdi.
Qərb yarımkürəsində Atlantik okeanı ilə Sakit 
okean  arasında  yerləşən  quru  ərazi  Amerika 
adlanır. XV əsrdə Amerikanın yerli əhalisi olan 
asteklər, inklər, irokezlər, mayyalar və başqaları 
başlarına gələcək fəlakətlərdən xəbərsiz halda öz 
sakit həyatlarını yaşayırdılar. Mərkəzi Amerika-
da əhalinin əsas məşğuliyyəti əkinçilik idi. May-
yalar  və  asteklər  qarğıdalı,  kartof,  günəbaxan, 
pomidor, kakao, tütün kimi bitkilər becərirdilər 
ki, avropalıların bu bitkilərdən xəbəri yox idi. 
Amerika xalqları Avropa və Asiya xalqlarının 
mədəniyyəti ilə heç bir əlaqəsi olmayan orijinal 
bir mədəniyyətə malik idilər. Mayyalar pilləli eh-
ramlar tikir, heroqlif yazıdan və “0” rəqəmindən 
istifadə  edirdilər.  Onlar  Günəşin  və  Ayın  tutulmasını  əvvəlcədən  xəbər 
verə bilirdilər. İnklərin ölkəsi paytaxtı Kusko olan Peru idi. İnklər dağların 
içərisindən keçən tunelləri, uçurumların üzərində salınmış asma körpüləri 
ilə tanınırdılar.
• XV-XVI əsrlərdə hansı ixtiralar oldu?
• Nəyə görə odlu silah istehsalı cəngavərlərə və möhtəşəm qala divarlarına 
ehtiyac olmaması fikrini formalaşdırdı. Siz bununla razısınızmı? 
Cavablandırın
Amerika xalqları
İnklər
Avropa dünyası


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə