Dərs vəsaiti Əliyev Hamlet Heydərov Nizami



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə26/32
tarix14.03.2018
ölçüsü3,72 Kb.
#31414
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   32

97
• Qrünvald döyüşünün səbəb və nəticələrini müəyyən edin.
• Monqolların və alman cəngavərlərinin Polşaya hücumunun nəticələrini 
müəyyənləşdirin. Oxşar və fərqli cəhətlər hansılardır?
Cavablandırın_Litva_və_Polşa__Polşada_mərkəzləşdirilmiş_dövlətin_yaradılması_kral_III_Kazimirin_adı_ilə_bağlıdır._1385-ci'>Cavablandırın
Litva və Polşa
Polşada  mərkəzləşdirilmiş  dövlətin  yaradılması  kral  III  Kazimirin  adı 
ilə  bağlıdır.  1385-ci  ildə  Polşa  ilə  Litva  arasında 
uniya
  bağlandı.  Polşa 
kraliçası ilə evlənən Litva knyazı Yaqaylo Polşanın da kralı oldu. Polşanın 
güclənməsi,  eləcə  də  litvalılar  arasında  xristianlığın  polyaklar  tərəfindən 
yayılması ilə barışmayan alman cəngavərləri Polşa üzərinə hücum etdilər. 
Beləliklə, 1410-cu ildə Qrünvald deyilən yerdə polyak, rus və litvalıların 
birləşmiş qoşunu ilə alman cəngavərləri arasında döyüş baş verdi. Alman 
cəngavərləri  məğlub  oldular.  Qrünvald  qələbəsi  alman  cəngavərlərinin 
Şərqə hücumlarına son qoydu.
• 
Boyar Duması
 – rus cəmiyyətində yüksək zümrədən təşkil olunmuş məclis.

 Uniya
 – latınca “birlik” deməkdir. Dövlətin bir monarxın hakimiyyəti 
altında birləşdirilməsi
Rus torpaqlarının birləşdirilməsi
Qızıl  Ordu  dövlətinin  tabeçiliyinə  düşən  rus  knyazlıqları  illik  vergilər 
müqabilində  daxili  müstəqilliklərini  qoruyub  saxlamışdılar.  Tədricən 
təsərrüfatın  inkişafı  və  ticarətin  canlanması  rus  torpaqlarının  vahid  döv-
lət  halında  birləşməsinə  şərait  yaratdı.  XIV  əsrdə  Moskva  knyazlığı  güc-
lənməyə  başladı.  Tezliklə  rəqiblərini  sıxışdıran  Moskva  knyazları  Qızıl 
Ordu xanlarından yarlıq aldılar. Get-gedə varlanan Moskva knyazlığı digər 
knyazlıqları  özündən  asılı  hala  salmağa  başladı.  Yaroslavl,  Rostov  knyaz-
lıqları    Novqorod  respublikasının  varlığına  son  qoyuldu.  Qızıl  Orduya 
xərac verilməsi dayandırıldı. Böyük knyaz və
 Boyar duması
 tərəfindən idarə 
olunan müstəqil mərkəzləşdirilmiş dövlət yarandı. 
• Moskva knyazlığının güclənməsinin rus torpaqları üçün əhəmiyyəti nə idi?
• İspaniya və Rusiyada mərkəzləşdirilmiş dövlətin yaranmasının hansı oxşar 
və fərqli cəhətləri var?
Cavablandırın
Lüğət
Avropa dünyası


98
Klassik orta əsrlər
Elm və mədəniyyət
Kiyev knyazları elm və mədəniyyətin inkişafına 
böyük diqqət yetirirdilər. Orta əsr rus memarlığının 
əksər abidələri kilsə binalarıdır. XI əsrin ən gözəl 
abidəsi  Kiyevdəki  Müqəddəs  Sofiya  məbədidir. 
Moskvada – Kremlin mərkəzində tikilmiş Uspen-
ski kilsəsi XV əsrə aiddir.
Tverli tacir Afanasi Nikitin “Üç dəniz arxası-
na  səyahət”  kitabını yazaraq  Hindistan  haqqında 
məlumat vermişdi. 
Polşa kralı III Kazimir də dövlətin inkişafı nami-
nə elmə və maarifə diqqət ayırırdı. Təsadüfi deyil 
ki,  onun  hakimiyyəti  dövründə  Roma  Papasının 
razılığı ilə Krakovda Boloniya universitetinə oxşar 
universitet açılmışdı.
• “Şərqi Avropa mədəniyyəti XI-XV əsrlərdə” mövzusunda əlavə materiallar 
toplayaraq təqdimat hazırlayın.
• Sizcə nə üçün Krakov Universitetinin açılması üçün Papanın razılığı 
alınmışdı? 
Cavablandırın
• Moskvanın köhnə gerbi nizə ilə ilanı öldürən süvarinin şəkli idi. III 
İvan Bizansdan ikibaşlı qartal təsvirini götürüb köhnə gerblə birləşdirdi və 
müasir Rusiyanın gerbinin ilkin variantını yaratdı.
• Kəndliləri feodalların təzyiqindən himayə etdiyinə görə III Kazimirə 
“Xolopların kralı” adını vermişdilər.
• XV əsrdə Rusiyada ustaların böyük tikililər ucaltmaq təcrübəsi 
olmadığından Uspenski kilsəsinin tikilməsi üçün məşhur italyan memarı və 
mühəndisi Aristotel Fiorvantini Moskvaya dəvət etmişdilər.
Öyrənin
Axtarın
“Buz döyüşü”, Moskva knyazlığı, Uspenski kilsəsi
Uspenski kilsəsi


99
1. Klassik feodalizm dövründə “Olub ya Olmayıb” müəyyən edin. 
2. Zaman xəttinə istinad edərək müəyyən edin.
• Dehli sultanlığı ilə eyni zamanda mövcud olmuş dövlətləri.
• Qızıl Ordu dövləti yarandığı zaman mövcud olmuş dövlətləri.
• Klassik feodalizm dövründə yaranmış dövlətləri.
• Teymuri imperatorluğu ilə eyni zamanda mövcud olmuş türk dövlətləri.
• Şərq ölkələrinə qarşı aparılmış səlib yürüşləri dövründə mövcud olmuş 
dövlətləri.
Bəli Xeyr
Hadisələr
Hunların Şərqi Roma imperiyasını asılı vəziyyətə salması
Əmir Teymurla Qızıl Ordu xanı Toxtamış arasında mübarizə
Hindistanda Xarşa dövlətinin mövcud olması
Fransa və İngiltərə arasında Yüzillik müharibənin aparılması
Osmanlı sultanı II Mehmetin Konstantinopolu ələ keçirməsi
Mərkəzi Asiyada ilk türk-müsəlman dövlətinin
 – 
Qaraxanilərin yaranması
İspaniyada Rekonkista hərəkatının başa çatması
300 400 500 600 700 800 900 1000 1100 1200 1300
Şərqi Roma imperiyası (Bizans)
Sasanilər
Kordova xilafəti
Abbasilər xlafəti
Dehli sultanlığı
Xarəzmşahlar
Qəznəvilər
1400
Osmanlı
3. Uyğunluğu müəyyən edin.
1. Kortes
2. Baş Ştatlar
3. Parlament
a) İspaniyada ali qanunverici orqan
b) 1265-ci ildə yaranmışdır 
c)  Ölkə əhalisinin üç silkinin nümayəndələrindən 
təşkil olunması
Özünüzü yoxlayın


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə