Dərs vəsaiti Əliyev Hamlet Heydərov Nizami



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə24/32
tarix14.03.2018
ölçüsü3,72 Kb.
#31414
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   32

90
Klassik orta əsrlər
Sənət  və  ticarətin 
mərkəzi  olan  şəhərlərin 
meydana gəlməsi ilə orta 
əsr  mədəniyyəti  tarixin-
də  yeni  mərhələ  başlan-
dı.  Erkən  orta  əsrlərə 
nisbətən  klassik  feo-
dalizmdə  məktəb,  elm, 
incəsənət  xeyli  inkişaf 
etdi. XII əsrdə Avropada 
universitetlər  meydana 
gəldi. İlk universitetlərdən biri 1200-cü ildən fəaliyyət göstərən Paris Uni-
versiteti idi. XIII əsrdə İngiltərədə Oksford Universitetinin professoru Ro-
cer Bekon maqnitli əqrəblə təcrübələr aparmışdı. XI əsrdə Avropada böyük 
tikinti  işlərinə  başlanıldı.  Əvvəllər  Roma  üslublu,  XII  əsrdən  isə  Şimali 
Fransada başlamış qot üslublu binalar inşa edildi. 
• XI-XV əsrlərdə İngiltərə və Fransada mədəniyyət necə inkişaf etmişdir?
• XII əsrdə Avropada hansı universitetlər mövcud idi?
Cavablandırın
Elm və mədəniyyət
Axtarın
İngiltərə Parlamenti, “Böyük azadlıq xartiyası”
• Fransa kralı IV Gözəl Filippi “dəmir kral” adlandırmışlar.
• Kəndliləri zülmdən, ölkəni yadellilərdən qoruyan “Kral Artur” əfsanəsi 
İngiltərədə yaranmışdır.
• İngiltərə kralı Şirürəkli ləqəbini daşıyan II Riçard III Səlib yürüşündə məğlub 
olub geri qayıdarkən Avstriya hersoqu tərəfindən həbs edilmiş, Alman im-
peratoru tərəfindən həbsxanaya salınmışdır.
Öyrənin
Oksford Universiteti


91
Kordova xilafətinin müsəlman əhalisi mavrlar və Şimali Afrikadan gələn 
bərbərlərdən  ibarət  idi.  Ərəblər  müsəlman  İspaniyasını 
Əndəlis
  adlan-
dırırdılar. XI əsrdə Kordova xilafətinin zəifləməsindən istifadə edən xristian 
kilsəsi 
rekonkista
  hərəkatı  ilə  Pireney  yarımadasının  müsəlman  əhalisini 
buradan zorla çıxarırdı. Bu hərəkat özünəməxsus səlib yürüşü hesab olu-
nur. Rekonkistada iştirak edən feodallar yeni torpaq sahələri ələ keçirməyə 
çalışırdılar.  Bu  mübarizədə  iştirak  edən  kəndlilər  şəxsi  azadlıq  əldə  edir, 
mavrların əlindən alınmış şəhərlər isə özünüidarə hüququ qazanırdılar.
Bu  zaman  Pireney  yarımadasında  bir  neçə  xristian  dövləti  yarandı. 
Onların ən güclüləri Kastiliya, Araqon və Portuqaliya  krallııqları idi.
Səlibçilər,  daxili  müharibələrdə  zəifləmiş  müsəlman  əmirlikləri  üzərində 
asan lıqla qələbə qazanırdı. 1212-ci ildə mavrlar Las-Navas de Tolosa kəndi ya-
xın lığındakı döyüşdə ağır məğlubiyyətə uğradı. Ərəblərin Əndəlisdəki qüvvələri 
sar sıldı. XIV əsrdə İspaniyada ərəblərin əlində yalnız Qranada əmirliyi qalmışdı.
Avropanın cənubunda
1. Yuxarıdakı xəritə və onun üzərində qeyd olunan 
məkanlar haqqında nə demək istəyərdiniz?
2. Necə fikirləşirsiniz, Siseron doğru deyibmi?
3. Yuxarıdakı açar sözlərdən hansıları haqqında fikir 
söyləyə bilərsiniz?
Düşünün
Rekonkista
Kortes
Əlhambra
Manufaktura
Marko Polo
Açar sözlər
18
İspaniya
“Tarixin ilk vəzifəsi 
həqiqəti gizlətməmək, 
ikincisi yalandan 
qaçmaq və üçüncüsü 
düşmənçilik 
mövqeyindən 
yanaşmamaqdır!”
Siseron
(Qədim Roma alimi)
1. Bizans imperatoru Yustinianın işğal etdiyi “barbar krallıqları” hansılar idi?
2. Ərəblər Avropada hansı əraziləri işğal etmişdilər?
Yada salın


92
Klassik orta əsrlər
Rekonkista hərəkatı Pi -
reney yarımadasında mər-
kəz ləşdirilmiş 
dövlətin 
ya    radılmasına  gətirib  çı-
xar  dı.  1479-cu  ildə  Kasti-
li ya  hökmdarı  İzabella  ilə 
Ara qon  kralı  Ferdinandın 
ev lənməsi  nəticəsində  iki 
döv lət birləşdi və vahid İs-
pa  niya  krallığı  meydana 
gəl  di.  İspaniyada  kral  və 
kor  tes
  tərəfindən  idarə  edi-
lən silki monarxiya quruldu. Mərkəzləşdirilmiş dövlətin yaradılması xris-
tianlara  müsəlmanlar  üzərinə  qəti  hücuma  keçmək  üçün  şərait  yaratdı. 
1492-ci ildə İspaniya ordusu Qranadanı işğal etdi. Qranadanın süqutu ilə 
Portuqaliyadan  başqa  bütün  Pireney  yarımadası  İspaniyanın  əlinə  keçdi. 
Müsəlmanlar yarımadanı tərk etməli oldular. İspaniya güclü katolik ölkəsinə 
çevrildi.
“1085-ci  ildə  kral  Alfons  böyük  ordu  ilə  Toledonu  mühasirəyə  aldı.  Güclü 
müdafiə  sisteminə  malik  olmasına  baxmayaraq  şəhər  əhalisi  təslim  olmağa 
qərar verdi, çünki əhalinin sayı çox olduğuna görə şəhərdə ərzaq tükənmişdi. 
Mavrlar kraldan əhaliyə və onların əmlakına toxunmamağı,...məscidlərinə zi-
yan  vurmamağı...xahiş  etdilər.  Alfons  mavrlara  toxunmadı,  üzərlərinə  əlavə 
vergilər qoydu və onların məscidini ömürlük özlərinə bəxş etdi.”
“Ümumi İspaniya salnaməsi”( XI əsr)
Müzakirə edin
Necə fikirləşirsiniz – mənbə etibarlı ola bilərmi?
• Rekonkista hərəkatında hansı qüvvələr və nə üçün iştirak edirdi?
• İspaniya, Fransa və İngiltərədə mərkəzləşdirilmiş dövlət yaradılması uğrunda 
mübarizəni cədvəl quraraq müqayisə edin.
Cavablandırın

 Əndəlis 
– İspaniyanın cənubunda tarixi vilayət. Ərəblər bütün müsəlman 
İspaniyasını belə adlandırırdılar
• 
Rekonkista 
– Əndəlisin müsəlman əhalisinin Pireney yarımadasından zorla 
çıxarılması hərəkatı
• 
Kortes 
– kral sarayı deməkdir. İspaniyada ali qanunverici orqan, parlament
Las-Navas de Tolosa döyüşü
Lüğət


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə