Dərs vəSAİTİ Bakı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə64/67
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35191
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   67

 
 
217 
 
X =320 
Göstərilən  misaldan  aydın  olur  ki,  satışın  zərərsizliynə 
yalnız  həcmin  320  ədəd  olduğu  halda  nail  olunur.  Zərərsizlik 
nöqtəsini  pul  ifadəsində  də  hesablamaq  olar.  Bunun  üçün 
zərərsizlik nöqtəsində olan məhsul vahidinin miqdarını məhsul 
vahidinin qiymətinə vurmaq lazımdır: 
750x =750x320 =240500 manat 
Tarazlıq  metodunun  növlərindən  biri  də  marjinal  gəlir 
metodudur.  Marjinal  gəlir  metodunda  zərərsizlik  nöqtəsi 
aşağıdakı düsturla hesablanır. 
                     
               
                      
 
Zərərsizlik  nöqtəsini  tapmaq  üçün  aşağıdakı  misaldan 
istifadə edək. 
Tikiş  fabriki  kişi  kostyumu  hazırlamaq  və  satmaq  üçün 
aşağıdakı göstəricilərə malikdir: 
Satışdan pul gəliri – 375000 manat 
Dəyişən məsrəflər – 250000 manat 
Sabit məsrəflər – 80000 manat 
Mənfəət – 45000 manat 
Məhsulun həcmi – 500 ədəd 
Məhsul vahidinin qiyməti – 750 manat 
Marjinal gəlir məbləğini hesablayaq: 
375000 – 250000 =125000 manat 
Marjinal gəlirin əmsalını hesablayaq: 
125000:375000 =0.33 
Zərərsizlik nöqtəsini məbləğ ifadəsində hesablayaq: 
80000:0.33 =240000 manat 
Zərərsizlik nöqtəsini cinsi ifadədə hesablayaq: 
240000:750 =320 ədəd 
 
 


 
 
218 
 
 
 
 


 
 
219 
 
                                                    Zərərsizlik nöqtəsinin qrafiki                                        
Sxem 12. 
       
 
 
 
          
 
   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Satışın həcmi, cinsi ifadədə 
375 
350 
325 
300 
275 
250 
225 
200 
175 
150 
125 
100 
80 
75 
50 
25 
 
 
min man.                                
 
p
u
l g
əli
ri, m
əsr
əfl
ər
 
0       50         100         150         200         250         320         350         400         450         500         550         600
 

zərər 


mənfəət 
zərərsizlik nöqtəsi 
astana pul gəliri 
satışın astana həcmi 




 
 
220 
 
15.4. “Məsrəflər – Həcm – Mənfəət”in qarşılıqlı 
əlaqələrinin təhlilində davamlılığın marjinal ehtiyatlarının 
və istehsalat levericinin rolu 
 
Davamlılığın  marjinal  ehtiyatları  dedikdə  -  məhsul  (iş, 
xidmət)  satışından  alınan  faktiki  pul  gəlirinin  satışın 
zərərsizliyini  təmin  edən  astana  (zərurilik  nöqtəsindən) 
səviyyəsindən artıq olması başa düşülür. Bu göstərici aşağıdakı 
düsturlarla hesablanır: 
Davamlılığın marjirnal ehtiyatları 
 
                                                              
                                         
 
Davamlılığın  marjinal  ehtiyatı  nə  qədər  yüksəkdirsə, 
müəssisə  üçün  o  qədər  yaxşıdır.  Əvvəlki  misalımız  üçün 
davamlılığın  marjinal  ehtiyatı  36%  [(375000  –  240000)  : 
375000  x  100%].  Davamlılığın  marjinal  ehtiyatının  36% 
olması  onu  göstərir  ki,  əgər  bazarda  vəziyyətin  (situasiyanın) 
dəyişildiyi  (təklifin  aşağı  düşməsi  rəqabət  qabiliyyətinin 
pisləşməsi)  nəticəsində  müəssisənin  satışdan  pul  gəlirinin 
azalması  36  faizdən  aşağı  olarsa,  müəssisə  mənfəət,  yuxarı 
olarsa,  zərər  əldə  etmiş  olacaqdır.  Zərərsiz  satış  şəraitində 
məhsulun satış qiymətini təyin etmək üçün aşağıdakı düsturdan 
istifadə edilir: 
                   
 
                       
                                                    
 
 
Əvvəlki  misalımızda  məhsul  vahidinin  zərərsizlik 
qiyməti 480 manatdır (240000 : 500 ədəd) 
Zərərsizlik  qiymətinin  düsturunu  bilməklə  müəyyən 
edilmiş  məbləğdən  mənfəət  almaq  üçün  zəruri  olan  satış 
qiymətini təyin etmək olar. 


 
 
221 
 
İstehsal  leverici  (ingiliscə  “leverage”  -  vasitə,  rıçaq)  – 
müəssisənin mənfəətinin idarə edilməsi mexanizmidir ki, bu da 
sabit  və  dəyişən  xərclərin  nisbətinin  optimallaşmasına 
əsaslanır.  İstehsalat  levericinin  köməkliyi  ilə  məhsulun 
həcminin dəyişilməsindən asılı olaraq müəssisənin mənfəətinin 
dəyişilməsini  proqramlaşdırmaq  və  zərərsizlik  nöqtəsini  təyin 
etmək olar. 
İstehsal  levericinin  mexanizminin  tətbiqinin  mühüm 
şərtlərindən biri də marjinal metodun istifadəsi hesab olunur ki, 
bu  da  məsrəflərin  sabit  və  dəyişən  xərclərə  bölünməsinə 
əsaslanır.  Müəssisənin  məsrəflərinin  ümumi  həcmində  sabit 
xərclərin  xüsusi  çəkisi  nə  qədər  aşağı  olarsa,  mənfəət  də  o 
qədər çox dəyişilmiş olacaqdır. 
İstehsalat leverici aşağıdakı düsturla hesablanır: 
 
E
il
 = 
     
   
  
 
 v  yaxud 
     
   
    
 
 = 1 + 
      
 
  
 
E
il
 – istehsal levericinin effektivliyi
M
g
 – marjinal gəlir; 
M – mənfəət; 
S
x
 – sabit xərclər 
Yuxarıda  göstərilən  düsturun  köməkliyi  ilə  hesablanan 
leveric  effektivliyinin  qiyməti  müəssisənin  satış  pulunun 
dəyişməsindən asılı olaraq gələcəkdə mənfəətin dəyişilməsinin 
proqnozlaşdırılması üçün istifadə edilir. Bunun üçün aşağıdakı 
düsturdan istifadə edilir: 
E
m
 = 
      
       
      
 
ΔM – mənfəətin dəyişilməsi, faizlə; 
ΔS
pd
 – satış pulunun dəyişilməsi, faizlə. 
Əyani olmaq üçün istehsalat levericinin səmərəliliyini 
aşağıdakı misalla izah edək. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə