Dərs vəSAİTİ Bakı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə63/67
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35191
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   67

 
 
213 
 

Ay ərzində istehsalın həcmi, ədəd 
500 
400 

Satış qiyməti, man. 
750 
600 

Məhsul vahidinə düşən dəyişən 
xərclər, man. 
500 
400 

Ay ərzində sabit xərclər 
80000 
 
Fərz edək ki, aşağıdakı göstəriciləri təyin etmək lazımdır: 
a) Ay ərzində mənfəət məbləğini
b) Hər bir məmulat üçün marjinal gəlirin orta məbləğini
c)Hər növ məmulat üçün marjinal gəlirin əmsalını; 
ç)Müəssisə  kişi  kostyumunun  satışını  600  ədədə,  qadın 
kostyumunun  həcmini  500  ədədə  çatdırarsa,  mənfəətin 
həcmini. 
Qoyulmuş  suallara  cavab  almaq  üçün  23  N-li  cədvəlin 
məlumatlarından istifadə edək. 
 
Marjinal gəlirin orta kəmiyyətinin, əmsalının və müəssisənin 
mənfəət məbləğinin hesablanması  
Cədvəl 23. 
S/n 
Göstəricilər 
Məlumat 
Cəmi 
Kişi 
kostyumu 
Qadın 
kostyumu 

Buraxılışın 
həcmi, ədəd 
500 
400 
900 

Satışdan gəlir, 
man. 
375000 
240000 
615000 

Dəyişən xərclər, 
man. 
250000 
160000 
410000 

Marjinal gəlir 
 (2-3) man. 
125000 
80000 
205000 

Sabit məsrəflər, 
man. 
 
 
80000 

Mənfəət (4-5), 
man. 
 
 
125000 


 
 
214 
 

Marjinal gəlirin 
orta kəmiyyəti 
(4:1), man. 
250 
200 
 

Marjinal gəlirin 
əmsalı (4:2) 
0.33 
0.33 
 
Cədvəldən  göründüyü  kimi  ay  ərzində  müəssisənin 
mənfəət məbləği 125000 manat olmuşdur. Marjinal gəlirin orta 
kəmiyyəti  kişi  kostyumu  üçün  250  manat,  qadın  kostyumu 
üçün  200  manat  olmuşdur.  Marjinal  gəlirin  əmsalı  hər  iki 
məmulat üçün 0.33 təşkil edir. 
Müəssisə  satışın  həcmini  genişləndirirsə  aşağıdakı 
həcmdə mənfəət alacaqdır: 
Kişi kostyumunun satışından alınan marjinal gəlir: 
250 manat 
  600 ədəd =150000 manat 
Qadın kostuyumu satışından marjinal gəlirin kəmiyyəti: 
200manat 
  500 ədəd =100000 manat 
Hər iki məmulatın satışından marjinal gəlirin kəmiyyəti: 
150000+100000 =250000 manat 
Müəssisənin sabit məsrəfləri : 80000 manat 
Müəssisənin mənfəəti: 250000 – 80000 =170000 
 
15.3. İstehsalın zərərsizliyinin təyin edilməsi metodları 
 
“Məsrəflər  –  Həcm  –  Mənfəət”in  nisbətlərinin  təhlilini 
təcrübədə bəzən “zərərsizlik nöqtəsi” adlandırırlar. Bu nöqtəni 
həmçinin  “kritik”  və  yaxud  “ölü”  və  yaxud  “tarazlıq”  nöqtəsi 
kimi  işlədirlər.  Zərərsizlik  nöqtəsini  hesablamaq  üçün  üç 
metoddan istifadə edilir: 
a) qrafik metodu
b) tarazlıq metodu; 
c) marjinal gəlir metodu. 
Qrafik 
metodda 
zərərsizlik 
nöqtəsini 
(rentabellik 
astanasını) hesablamaq üçün “Məsrəflər – Həcm – Mənfəət”in 


 
 
215 
 
kompleks qrafikini qurmaq lazımdır. Bunu aşağıdakı misaldan 
daha aydın görmək olar. 
Tikiş  fabriki  kişi  kostyumu  hazırlayır  və  aşağıdakı 
göstəricilərə malikdir (Cədvəl 24) 
 
Tikiş fabrikinin göstəriciləri (man.)  
Cədvəl 24. 
S/n 
Göstəricilər 
İstehsalın həcmi 
Cəmi 
1 vahidinə 

Satışdan gəlir 
375000 
750 

Dəyişən məsrəflər 
250000 
500 

Marjinal gəlir 
125000 
250 

Sabit məsrəflər 
80000 


Mənfəət 
45000 

 
24  N-li  cədvəlin  məlumatlarına  əsasən  zərərsizlik 
nöqtəsinin qrafikini quraq. 
1.  Qrafikdə  satışdan  alınan  pul  gəlirinin  xəttini  çəkirik 
(OA). Məhsulun həcmi 500 ədəd. Satışdan pul gəliri – 375000 
manat (500x750) – A nöqtəsi. 
2. Dəyişən xərclərin xəttini qururuq (013) 
İstehsalın həcmi 500 ədəd olduğu halda dəyişən xərclərin 
məbləği  250000  man.  (500  ədəd 
   500  man.)  təşkil  edir. 
Deməli, B nöqtəsi kordinatları (500; 250000) olacaqdır. 
3. Ümumi xərclərin xəttini qururuq. Bunun üçün əvvəlcə 
sabit  xərclərin  80000  manat  məbləğinə  uyğun  olaraq  sıfır 
kəsişmə nöqtəsindən ayırırıq (OC). Sonra isə dəyişən xərclərin 
(OB)  xəttinə  paralel  olaraq  C  nöqtəsindən  kecməklə  ümumi 
xərclərin  (CD)  xəttini  çəkirik  –  zərərsizlik  nöqtəsi  (E)  satış 
xətti  (OA)  ilə  ümumi  xərclər  (CD)  xəttinin  kəsişdiyi  nöqtə 
hesab  olunur.  E  nöqtəsindən  x  oxuna  çəkilən  şaquli  proeksiya 
cinsi ifadədə 320 ədəd zərərsiz satışın həcmini göstərir. 


 
 
216 
 
E  nöqtəsindən  y  oxuna  üfüqi  proeksiya  məbləğ 
ifadəsində  zərərsiz  satışın  (240000  manat)  həcmini  göstərir. 
Beləliklə,  qurulmuş  qrafikdən  görünür  ki,  zərərsizlik  nöqtəsi 
320 ədəd və yaxud 240000 manat təşkil edir. Bu halda zərərsiz 
satılmış  1  ədəd  məmulatın  qiyməti  480  manat  (240000:500 
ədəd) təşkil edir. 
12  N-li  sxemdə  təsvir  edilmiş  zərərsizlik  nöqtəsi 
(rentabellik  astanası)  – bu satışdan alınan ümumi pul  gəliri ilə 
məcmu  məsrəflərin  qrafiklərinin  kəsişdiyi  nöqtə  hesab  olunur. 
Mənfəət  və  yaxud  zərərin  həcmi  ştrixlənmişdir.  Zərərsizlik 
nöqtəsində  satışdan  alınan  pul  məbləği,  onun  məcmu 
məsrəflərinə bərabərdir. Bu halda mənfəət sıfıra bərabər olur. 
Zərərsizlik nöqtəsinə uyğun olan satış puluna astana satış 
pulu  deyilir.  Zərərsizlik  nöqtəsində  olan  istehsalın  (satışın) 
həcmi  istehsalın  (satışın)  astana  həcmi  adlanır.  Əgər  müəssisə 
məhsulu  satışın  astana  həcmindən  az  satarsa  o  zərər  alır,  əgər 
çox olarsa mənfəət alır. 
Tarazlıq  metodu  müəssisənin  mənfəətinin  aşağıdakı 
düsturu ilə hesablanmasına əsaslanır: 
Satışdan pul gəliri – dəyişən xərclər – sabit məsrəflər  = 
mənfəət 
Düsturun  göstəricilərinin  hesablanma  qaydasını  təfsilat 
ilə göstərsək, onu aşağıdakı kimi təsəvvür etmək olar: 
(vahidin  qiyməti  x  vahidlərin  miqdarı)  –  (vahidə  sərf 
edilmiş  dəyişən  xərc  x  vahidlərin  miqdarı)  –  sabit  xərclər    = 
mənfəət 
Zərərsizlik nöqtəsini tarazlıq metodu ilə təyin etmək üçün 
əvvəlki  misalın  rəqəmlərindən  istifadə  edək,  zərərsizlik 
nöqtəsində (x) mənfəət satışa bərabərdir, ona görə də bu nöqtə 
satışdan  alınan  pul  məbləğinin  sabit  və  dəyişən  məsrəflərin 
məbləğinə bərabərliyi şəraitində tapmaq olar: 
750x =500x+800000; 
250x =80000; 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə