Dərs vəSAİTİ Bakı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə59/67
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35191
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   67

 
 
200 
 
Əlavə məhsulun alınması eyni texnoloji proses şəraitində 
kompleks xammalın emalı ilə əlaqədardır. Burada bir növ əsas 
məhsul  alınmaqla  yanaşı,  çoxlu  növdə  əlavə  məhsullar  və 
müəssisənin  özündə  istifadə  edilən  və  kənar  satılan  tullantılar 
da alınır. 
Əsas  və  yaxud  əlavə  məhsul  ilə  satılan  tullantılar 
arasındakı  fərq  əsas  etibarı  ilə  ondan  ibarətdir  ki,  istehsalını 
başa  çatdırmış  məhsul  və  əmtəə  yarımfabrikatları  vahid 
standartların və yaxud texniki şərtlərin tələblərinə cavab verir, 
tullantılar  isə  belə  keyfiyyətlərə  malik  olmur.  Onların  istifadə 
olunan hissəsi minimum faydalı maddəyə və yaxud maksimum 
zərərli qarışıqlara malikdir. 
Kompleks  istehsala  misal  olaraq  daş  kömürün 
kokslaşdırılmasını, 
neft 
emalını, 
polimetal 
filizlərin 
əridilməsini,  qarışıqların  elektrolizini,  meşə  materiallarının 
mişarlanmasını,  ət  emalını  və  s.  göstərmək  olar.  İlkin 
xammaldan  yeni  komponentlər  əldə  etməyə  imkan  verən 
texnologiyanın  təkmilləşdirilməsi  nəticəsində  əlavə  məhsul 
istehsalı daima artmaqda davam edir.  
Kompleks  xammalın  emalının  texnoloji  prosesi  çox 
müxtəlifdir.  Elə  istehsal  sahələri  vardır  ki,  yanaşı  məhsullar  
başa  çatmış  bir  istehsal  tsiklində  alınır,  məsələn,  domna  peçi. 
Son  məhsulun  maya  dəyəri  kompleks  istehsal  prosesi  ilə 
əlaqədar  olan  xərclərdən  və  fərdi  məhsulun  hazırlanması  üzrə 
məsrəflərdən ibarətdir. 
Kompleks  istehsalatda  məsrəflərin  məhsul  növləri  üzrə 
uçotu  və  yaxud  onların  birbaşa  (müstəqim)  qaydada 
bölüşdürülməsi mümkün deyil. Maya dəyərinin kalkulyasiyası 
xərclərin  cəmini  məhsulun  miqdarına  bölməklə,  mərhələ 
metodu  ilə  aparılır.  Onun  kompleks  istehsalda  tətbiqi 
xüsusiyyəti  məsrəflərin  əsas  və  yanaşı  məhsullar  və  tullantılar 
arasında  bölüşdürülməsi  ilə  bağlıdır.  Məhsul  müxtəlifliyinin 
sayından və onun hazırlanma texnologiyasının mərhələlərindən 


 
 
201 
 
asılı  olaraq  kalkulyasiya  birmərhələli  və  çoxmərhələli    ola 
bilər. 
Kompleks  istehsalatda  yanaşı  məhsulun  maya  dəyərinin 
kalkulyasiyasının üç növündən istifadə edilir: 
1.  Çıxarılma  (istisna)  metodu.  Bu  metodda  yanaşı 
məhsulu  və  satılmış  tullantıları  şərti  olaraq  möhkəm  satış 
qiyməti (topdan buraxılış və yaxud plan-hesablama qiyməti) ilə 
qiymətləndirilir  və  alınan  nəticəni  ümumi  məcmu  məsrəf 
məbləğindən çıxmaqla əsas məhsulun məsrəfləri tapılır. 
2. Əmsal metodu. Bu metodda məsrəfləri məhsul növləri 
arasında əmsallara mütənasib olaraq bölüşdürürlər. 
3.  Kombinələşdirilmiş  metod.  Bu  metodla  yanaşı 
məhsulun  maya  dəyəri  məsrəfləri  möhkəm  satış  qiyməti  ilə 
hesablanan  hissəni  çıxdıqdan  sonra  xərcin  qalan  hissəsini 
əmsal üsulu ilə bölüşdürürlər. 
Kompleks  istehsalda  məqsədli  (əsas)  məhsulun  maya 
dəyərini hesablamaq üçün yanaşı məhsul ilə tullantıları düzgün 
qiymətləndirmək  və  eləcə  də  bölüşdürmə  əmsalı  üçün 
hesablama bazasını iqtisadi cəhətdən əsaslandırmaq lazımdır. 
Yanaşı  məhsulun  maya  dəyərinin  hesablanmasının  qalıq 
dəyər metodundan o halda istifadə edilir ki,  yanaşı  məhsuldan 
bir  əsas  məhsulu  ayırmaq  mümkün  olsun,  qalan  məhsul  əlavə 
məhsul  hesab  edilir.  Əsas  və  yanaşı  məhsulun  maya  dəyərini 
hesablamaq üçün bu istehsal üzrə kompleks məsrəflərdən əlavə 
məhsulun  dəyərini  çıxmaq  və  alınan  nəticəni  əsas  və  yanaşı 
məhsulun miqdarına bölmək lazımdır. 
Bölüşdürmə metodundan o halda istifadə edilir ki, yanaşı 
istehsal  məhsulunu  əsas  və  əlavə  məhsula  bölmək  mümkün 
olmur.  Bu  halda,  istehsal  məsrəflərini  əmsallar  əsasında 
bölüşdürmək lazımdır. 
Yanaşı  məhsulun  maya  dəyərinin  kalkulyasiyasının 
kombinələşdirilmiş  metodunun  qalıq  dəyər  metodu  ilə 
bölüşdürmə  metodu  birləşdirilir  (kombinələşdirilir).  Məcmu 


 
 
202 
 
məsrəflərdən  əlavə  məhsulların  dəyəri  çıxılır,  qalan  məbləğ 
əmsal bölüşdürmə metodu ilə əsas məmulatların bir neçə növü 
arasında bölüşdürülür. 
Yanaşı 
istehsal 
məhsullarının 
maya 
dəyəri 
kalkulyasiyasından  balansda  əmtəəlik  məhsul  ehtiyatlarını 
qiymətləndirmək, 
məqsədli 
məhsulun 
rentabelliyini 
hesablamaq və  onların  buraxılış minimum nisbətinin  müəyyən 
edilməsi üçün istifadə edilir. 
Məsələ  5.4  Əlavə  istehsal  məsrəflərinin  cəmi  84000 
manat,  1000  kq  əsas  (məqsədli)  məhsul,  200  kq  “M”  əlavə 
məhsul,  20  kq  “N”  əlavə  məhsul  alınmışdır.  “M”  əlavə 
məhsulu  bir  kiloqramı  20  manatdan  bazarda  satılmışdır,  hər 
kiloqrama  6  manat  xərc  çəkilmişdir,  “N”  məhsulu  ekoloji 
tələblərə  əsasən  məhv  edilir.  Onun  utilləşdirilməsi  və  
daşınması  xərci  hər  kiloqrama  100  manat  olmuşdur.  Əsas 
məhsulun  və  satılmış  “M”  əlavə  məhsulun  istehsal  maya 
dəyərini hesablayın: 
1. Yanaşı məhsulun ümumi xərci 8400 manat 
2.  “M”  əlavə  məhsulun  dəyəri:  20x200-6x200=2800 
manat 
3. “N” əlavə məhsula çəkilən xərc 100x20=2000 manat 
4. Qalıq xərcləri (1-2+3)=83200 manat 
5.  1  kq  əsas  məhsulun  istehsalat  maya  dəyəri  83200  : 
1000 = 83.20 manat 
6.  “M”  məhsulunun  1  kiloqramının  istehsalat  maya 
dəyəri  2800 : 200 = 14 manat 
 
14.3. Məhsulun maya dəyərinin maşın-saatın maya dəyəri 
əsasında kalkulyasiyalaşdırılması və tədbirlərin dəyərinin 
kalkulyasiyalaşdırılmasının xüsusiyyətləri 
 
Məhsulun 
maya 
dəyəri 
kalkulyasiyasının  xüsusi 
diferensiallaşdırılmış  növlərindən  biri  də  əsas  avadanlıqların 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə