Dərs vəSAİTİ Bakı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə62/67
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35191
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   67

 
 
209 
 
Rentabelliyin  astansı  (zərərsizlik  nöqtəsi)  –  müəssisənin 
məhsul (iş, xidmət) satışından əldə etdiyi pul gəliri onun bütün 
məcmu  məsrəflərinə  bərabər  olduğu  halda  məhsul  satışının 
həcmini xarakterizə edən göstəricidir, yəni o satışın o həcmidir 
ki, müəssisə nə mənfəət nə də zərər alır. 
İstehsalat leverici – məhsul satışının həcminin dəyişilmə-
sindən asılı olaraq müəssisənin mənfəətinin idarə edilməsi me-
xanizmidir. 
Möhkəmliyin  (dayanıqlığın)  marjinal  ehtiyatı  dedikdə  - 
məhsul (iş, xidmət) satışından alınan faktiki pul gəlirinin astana 
(rentabellik  astanası)  pul  gəlirinə  nisbətinin  kənarlaşma  faizi 
başa düşülür. 
İqtisadi nəzəriyyədə və praktikada  “Məsrəflər – Həcm – 
Mənfəət”  qarşılıqlı  əlaqələrinin  təhlilində  bir  çox  düsturlardan 
istifadə edilir. 
Hal-hazırda zərərsizlik nöqtəsini təyin etmək və ona təsir 
edən  amilləri  düzgün  aşkara  çıxarmaq  üçün  aşağıdakı  düstur-
dan istifadə edilir: 
 
 
 
   
   
 
       
         
  
M
h
 – məhsulun həcmi (cinsi ifadədə); 
ÜMG – ümumi marjinal gəlir
OMG – orta marjinal gəlir; 
ÜSM – ümumi sabit məsrəflər
m – mənfəət məbləği; 
MVQ – məhsul vahidinin qiyməti; 
ODM – orta dəyişən məsrəfləri. 
Misal 1
1
. “Xəzər” kiçik müəssisəsi hisə verilmiş kolbasa 
istehsal edir. 
1. Aylıq satış planı – 500 kq 
2. 1 kq satış qiyməti – 10 manat 
                                           
1
 
Misal şərti rəqəmlər 10 dəfə azaldılmaqla müəllifin 
ədəbiyyatında olduğu kimi saxlanılmışdır.
 


 
 
210 
 
3. məhsul vahidinə düşən dəyişən xərc 6 manat 
4. sabit xərc – 15000 manat 
5. planlaşdırılan məbləğ – 5000 manat. 
1) 5000 manat mənfəət məbləği gözlənildiyi halda satışın 
plan həcmini təyin edək: 
 
 
 
       
         
 
           
      
         
Buradan məhsulun zərərsiz satışının həcmi: 
 
 
 
   
         
 
     
      
          
2.  Verilmiş  kardinatlar  daxilində  gözlənilən  mənfəət 
məbləğini təyin edək: 
     
  
                                       
             
3.  Verilmiş  şərtlər  daxilində  sabit  məsrəflərin  məbləğini 
müəyyən edək: 
       
 
                                     
              
4. Planlaşdırılan satış qiymətini təyin edək: 
           
       
 
 
     
            
   
           
5. Məhsul vahidinə düşən dəyişən məsrəflərin məbləğini 
təyin edək: 
           
       
 
 
      
            
   
          
6.  Məhsul  vahidinə  düşən  marjinal  gəlir  məbləğini  təyin 
edək: 
     
       
 
 
 
            
   
          


 
 
211 
 
 
15.2. “Məsrəflər – Həcm – Mənfəət”in qarşılıqlı 
əlaqələrinin təhlilində marjinal gəlir kəmiyyətindən və 
normalarından istifadə 
 
“Məsrəflər  –  Həcm  –  Mənfəət”in  qarşılıqlı  əlaqələrinin 
təhlili metodunun zəruri atributlarından biri də marjinal gəlirin 
kəmiyyəti  və  əmsalı  göstəriciləridir.  Marjinal  gəlir  kəmiyyəti 
müəssisənin  sabit  məsrəflərinin  örtülməsinə  (ödənilməsinə)  və 
mənfəət alınmasına qoyduğu vəsaitdir (qoyuluşdur). 
Marjinal  gəlir  kəmiyyətinin  təyin  edilməsinin  iki  üsulu 
vardır. 
Birinci üsulda müəssisənin satışdan aldığı gəlirdən bütün 
dəyişən xərcləri, yəni bütün müstəqim xərcləri və üstəlik xərc-
lərin  bir  hissəsini  (məhsulun  həcmindən  asılı  olan  və  dəyişən 
məsrəflər kateqoriyasına aid olan) çıxırlar. 
İkinci  üsulda  marjinal  gəlirin  kəmiyyətini  müəssisənin 
bütün sabit xərclərini və mənfəəti cəmləmək yolu ilə alırlar. 
Marjinal gəlirin orta kəmiyyəti dedikdə məhsulun qiymə-
ti ilə orta dəyişən məsrəflərin fərqi başa düşülür. 
Marjinal gəlirin əmsalı dedikdə - marjinal gəlirin satışdan 
alınan pul gəlirində xüsusi çəkisi (payı) və yaxud orta marjinal 
gəlirin əmtəələrin qiymətindəki payı başa düşülür. 
Bu  göstəricilərin  istifadəsi  bir  sıra  məsələlərin  tez  həll 
olunması, məsələn müxtəlif həcmdə məhsul buraxılışı şəraitin-
də mənfəət məbləğinin təyin olunması ilə nəticələnir. 
Misal 2. Tikiş müəssisəsi kişi kostyumu tikir və satır. Bir 
kostyumun  tikilməsinə  və  satılmasına  orta  dəyişən  məsrəfin 
məbləği  500  manat  təşkil  edir.  Kostyum  750  manatdan  satılır. 
Sabit xərclrin məbləği ay ərzində 80000 manat təşkil edir. Əgər 
müəssisə ay ərzində 400, 500, 600 kostyum satarsa alınan mən-
fəət məbləğini hesablayaq. Nə qədər ki, sabit məsrəflər buraxı-
lışın  həcmindən  asılı  deyil,  üç  variant  üçün  marjinal  gəlir  və 


 
 
212 
 
mənfəət məbləğlərini (marjinal gəlirlə sabit məsrəflər arasında-
kı fərq kimi) hesablayaq (Cədvəl 21). Marjinal gəlirin orta kə-
miyyəti  hər  üç  variant  üçün  eyni  olduğunu  nəzərə  alsaq  mən-
fəətin  hesablanmasını  sadələşdirmək  olar.  İstənilən  buraxılış 
həcmi üçün müəssisənin mənfəətini hesablayaq. 
Onun üçün: 
1.  Marjinal  gəlirin  orta  kəmiyyətini  buraxılışın  həcminə 
vurmaqla marjinal gəlirin ümumi məbləğini alırıq; 
2.  Marjinal  gəlirin  ümumi  məbləğindən  sabit  məsrəfləri 
çıxırıq. 
 
Müxtəlif buraxılış həcmi şəraitində müəssisənin mənfəəti  
Cədvəl 21. 
S/n 
Göstəricilər 
Buraxılışın həcmi, ədəd 
400 
500 
600 

Satışdan pul gəliri 
300000 
375000 
450000 

Dəyişən məsrəflər 
200000 
250000 
300000 

Marjinal gəlir (1-2) 
100000 
125000 
150000 

Sabit məsrəflər 
80000 
80000 
80000 

Mənfəət (3-4) 
20000 
45000 
75000 

Marjinal gəlirin orta məbləği 
250 
250 
250 
 
Müəssisə  480  ədəd  kostyum  istehsal  edib  satarsa  nə  qə-
dər mənfəət ala bilər. Bu həcm üçün marjinal gəlirin məbləği: 
250x480 =120000 manat 
Mənfəət: 120000 manat – 80000 manat =40000 manat 
Misal 3. Tikiş müəssisəsi eyni vaxtda iki növ məhsul is-
tehsal edir və satır. Satışın həcmi və məsrəflər haqqında məlu-
mat 22 N-li cədvəldə verilir. 
 
Müxtəlif həcmli buraxılışda müəssisənin mənfəəti  
Cədvəl 22. 
S/n 
Göstəricilər 
Məmulat 
Kişi 
kostyumu 
Qadın 
kostyumu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə