Dərs vəSAİTİ Bakı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə60/67
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35191
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   67

 
 
203 
 
növləri  üzrə  maşın-saat  işlərinin  qabaqcadan  maya  dəyərinin 
hesablanmasıdır.  Bir  maşın-saatın  dəyəri  maşın  və 
avadanlıqların işləri ilə bağlı olan məsrəflərin (elektrik enerjisi, 
yağlama materialları, emulsiya, amortizasiya, cari təmir və s.) 
həmin  növ  avadanlıqların  işləmiş  olduqları  maşın-saatların 
sayına  bölməklə  hesablanır.  Maşınların  işi  ilə  bağlı  olmayan 
ümumi  xərclər  birelementli  müstəqim  xərclərə  mütənasib 
olaraq  bölüşdürülür.  Bunun  üçün  bölüşdürmə  dərəcəsi 
hesablanır və o müstəqim məsrəflərin məbləğinə vurulur. 
Məsələn,  istehsal  sahəsində  A  və  B  maşınlarında  ardıcıl 
olaraq  emal  edilməklə  bir  növ  məhsul  istehsal  edilir.  A 
maşınının  işləmə  müddəti  20  dəqiqə,  B  maşınının  işləmə 
müddəti  15  dəqiqədir.  A  maşınının  hesabat  dövründə  istismar 
xərci  36000  manatdır.  B  maşın  üzrə  54000  manatdır,  sahənin 
başqa  xərcləri  –  192000  manatdır.  120000  vahid  məhsul 
istehsal edilmişdir. Əgər onların istehsalına müstəqim xərclər 8 
manat,  satış  xərcləri  1.50  manat  təşkil  edirsə,  bu  məhsul 
vahidinin istehsal maya dəyərini hesablayın. 
Maşın A. 
işlənilmişdir :  
          
  
  = 4000 maşın-saat 
Maşın-saatın maya dəyəri : 36000 : 4000= 9 manat 
Maşın B. 
işlənilmişdir :  
          
  
  = 3000 maşın-saat 
Maşın-saatın maya dəyəri : 54000 : 3000 = 18 manat 
Qalıq məsrəflərin dərəcəsi (stavkası), manatla 
   
 
           
         
  = 200% 
Hazır məhsul vahidinin maya dəyəri, manatla 
Müstəqim məsrəflər (material, əmək haqqı) : 8 
A maşının istismar xərci :  
      
  
  = 3 
B maşının istismar xərci :  
       
  
  = 4.50 


 
 
204 
 
Əsas məsrəflər (8 manatın 200 faizi) : 16.0  
Məhsul vahidinin istehsalat maya dəyəri 31.50 manat 
Satış üzrə müstəqim xərclər : 1.50 manat 
Tam maya dəyəri : 33 manat 
Maşın-saat  maya  dəyərinə  əsasən  aparılan  kalkulyasiya-
laşdırılmanın üstünlüyü ondan ibarətdir ki, məhsul istehsalının 
əmək tutumu və ayrı-ayrı növ avadanlıqların saxlanılmasına və 
istismarına çəkilən xərclər uçotda nəzərə alınır. 
Maşın-saatın maya dəyəri əsasında aparılan kalkulyasiya-
nın çatışmayan cəhəti çoxlu miqdarda müxtəlif növ maşınların 
iş  vaxtının  uçotunun  aparılması  zəruriliyi  və  qalıq  məsrəfləri-
nin şərti bölüşdürülməsidir. Ona görə də müəssisələrdə maşın-
saatın dəyərinə əsasən aparılan kalkulyasiya yalnız qabaqcadan 
kalkulyasiya  tərtib  edilməsi  lazım  olan  hallarda  istifadə  edilir. 
Bu halda maşın vaxtının normativ məsrəflərini və avadanlıqla-
rın  növləri  üzrə  bir  maşın-saatın  dəyərinin  dərəcəsi  (stavkası) 
kimi  göstəricilər  həmin  avadanlıqların  texniki  sənədlərindən 
götürülür. 
Müəssisə  özünün  fəaliyyəti  prosesində  fəaliyyətin  kon-
kret  ölçü  vahidi  olmayan  və  yaxud  işin  həcmi  (istehsalın  mo-
dernləşdirilməsi, marketinq fəaliyyəti, binaların təmiri və s.) ki-
mi kompleks işlər yerinə yetirilə bilər.  
Adətən belə kompleks işləri tədbirlər adlandırırlar. 
Tədbirlərin xərcinin onların həyata keçirilməsindən əvvəl 
yerinə yetirilməsi büdcələşdirmə yolu ilə icra edilir, yəni sme-
tanın müəyyən edilmiş elastik büdcələrə əsasən tərtib edilməsi-
dir.  Elastik  büdcə  müvafiq  məsuliyyət  mərkəzinin  məsrəfləri-
nin həcmini və müxtəlif fəaliyyət həcmləri şəraitində alınan nə-
ticələri xarakterizə edir. Müəyyən edilmiş (təsbit edilmiş) büd-
cə işgüzar aktivlərin səviyyəsi dəyişikliyi hallarda da sabit qa-
lır.  
Elastik  büdcə  tədbirlər  üzrə  iş  vahidinə  düşən  dəyişən 
məsrəflərin dərəcəsinə (stavkasına) əsasən hesablanır.  


 
 
205 
 
Sual-cavab: Bu tədbir neçəyə başa gələcəkdir? – qarşıda-
kı  xərclərin  planlaşdırılması,  onların  maliyyələşmə  mənbələri-
nin təyin edilməsi üçün zəruridir. Bu sualların xarakteri müxtə-
lif ola bilər. Məsələn, sovet məhəlləsində aparılan abadlıq işləri 
neçəyə başa gələcəkdir, şəhidlər xiyabanında aparılan yenidən-
qurma  işləri  neçəyə  başa  gələcəkdir,  yeməkxananın  saxlanıl-
ması  universitetə neçəyə başa  gəlir, keçiriləcək beynəlxalq  fo-
ruma nə qədər xərc çəkiləcəkdir və s.  
Bu  suallara  cavab  yalnız  həmin  uçot  obyektinə  çevrilən 
bütün faktiki xərcləri  və yaxud nəzərdə tutulan xərclər hesab-
landıqdan sonra cavab verilə bilər. 
 
14.4. Qiymətin kalkulyasiyalaşdırılması 
 
Məhsulun (işin, xidmətin) plan (normativ) və faktiki ma-
ya  dəyərinin  kalkulyasiyası  məlumatlarından  onların  qiyməti-
nin kalkulyasiyası üçün də istifadə edilə bilər. 
Qiymət təyin edilə bilər: 
1.  İlkin  materialın  (yarımfabrikatların,  komplektləşdirici 
məmulatların) qiyməti və əmək ödənişi tariflərinə əsasən
2.  Məhsul  (iş,  xidmət)  vahidinin  məsrəflərinin  cəminə 
əsasən; 
3. Məhsul vahidinin istehsalat maya dəyərinə əsasən
4. Dəyişən istehsal xərclərinin kəmiyyətinə əsasən. 
Birinci halda alıcı və istehsalçı müəssisədə qiymətin qar-
şılıqlı hesablaşmalar əsasında təyin edilməsi barədə razılaşma-
lar aparırlar. Bu aşağıdakı düsturla hesablanır: 
     
 
         
   
   
 
 
  Ə 
   
   
 
 
    
Q – sifarişin qiyməti; 
Q
r
 – razılaşdırılmış qiymət; 
a – qiymətdə sabit xərclərin xüsusi çəkisi; 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə