Dərs vəSAİTİ Bakı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə61/67
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35191
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   67

 
 
206 
 
b – qiymətdə materialın payı; 
M
1
 – göndərmə anından materialın qiyməti; 
M
0
 – təklif olunan qiymət
T

– hazırlanma anında tarif dərəcəsi
T
0
 – göndərmə anında tarif dərəcəsi 
Ə – qiymətdə əmək haqqının payı; a+b+ə = L 
Üstəlik  xərclərin  faiz  dərəcəsi  məhsul  istehsal  edən 
müəssisə üçün mühüm əhəmiyyətə malikdir. O, mövcud bazar 
qiymətlərinin  qəbul  edilə  bilməsini  qiymətləndirmək  üçün  nə-
zərə alınmalıdır. Rentabellik norması isə adətən müstəqim məs-
rəflərə əsasən təyin edilir. 
Fərdi  istehsalatlarda  mürəkkəb  material  tutumlu  və 
əməktutumlu məhsul üçün qiymət üstəlik xərclər və razılaşdır-
mış mənfəət məbləği nəzərə alınmaqla tam istehsal maya dəyə-
rinə  əsasən  təyin  edilir.  Bu  halda  müəssisə  sifarişçiyə  istehsal 
maya dəyərinin, satış xərclərinin, servis xidməti xərclərinin ge-
niş açıqlanmış kalkulyasiyasını təqdim edir.  
Deməli,  qiymətin  kalkulyasiyası  göstərilən  üç  bölmədən 
ibarət  olur.  Sifariş  üzrə  üstəlik  xərclərin  məbləği  sifarişçi  ilə 
ayrıca razılaşdırılır. O, həmin sahə üçün qəbul edilən bölüşdü-
rülmə  bazasına  (müstəqim  məsrəflər,  istehsal  maya  dəyəri  və 
s.) əsasən təyin edilir. 
Bir  çox  qiymətlər,  xüsusilə  sosial  əhəmiyyətli  əmtəələr 
və xidmətlər, yanacaq enerji resursları üçün yalnız bazarın təsi-
ri altında deyil, müxtəlif dərəcədə mərkəzi və yerli orqanlar tə-
rəfindən  tənzimlənir.  Bu  məişət  və  istehsal  ehtiyacları  üçün 
sərf edilən elektrik enerjisi, qaz, su, poçt xidməti, dövlətin hər-
bi sifarişləri, gündəlik tələbat mallarına (çörək, ət, süd və s.) və 
s.  aiddir.  Bu  qiymətlər  də  “Tam  orta  sahəvi  məsrəflər  üstəgəl 
konkret mənfəət faizi” prinsipi üzrə təyin edilir. Bütün bunlara 
baxmayaraq qiymət təsdiq olunana qədər müvafiq yuxarı təşki-
latlar müəssisələrdən yuxarıda sadalanan xidmətlərə dair ətraflı 
kalkulyasiya tələb edir. 


 
 
207 
 
Normativ qiymətəmələgəlmənin əsas prinsipi ondan iba-
rətdir ki, məhsulun qiyməti  qeyri-müstəqim xərcləri örtməli və 
yaxud onu müəyyən məbləğlə təmin etməlidir. Əmtəənin fakti-
ki  qiyməti  yalnız  məsrəfləri  cəmləməklə,  arzu  edilən  mənfəət 
məbləği almaqla deyil, məhsulun istehlak dəyərindən və bazar 
qiymətindən çıxış edilərək təyin edilməlidir. 
Məmulatın və yaxud xidmətin tam maya dəyərinin müəy-
yən edilməsi qiymətin qəbul edilə bilməsini (məqbul hesab edi-
lən) qiymətləndirilməsi və ilkin formalaşması üçün ilk an hesab 
olunur.  Qiymətin  material  və  əmək  məsrəfləri  əsasında  əmələ 
gələn zaman material və əmək üzrə müstəqim xərclər üçün ay-
rıca qiymətəmələgətirici əmsallar işlənib hazırlanmalıdır. Bun-
ların  hər  biri  özündə  məsrəf  və  mənfəətin  müəyyən  hissəsini 
əks etdirir. Əmək məsrəflərini saatla qiymətə əsasən təyin edir-
lər. İşçi qüvvəsinin müstəqim məsrəfləri (işəmuzd ödəniş + ok-
lad  +  mükafat)  üstəgəl  qeyri-müstəqim  xərclərin  payı,  üstəgəl 
mənfəət məbləği əmək məsrəflərini təşkil edir. 
Qiymətin  kalkulyasiyası  və  yaxud  onun  qəbul  edilməsi-
nin qiymətləndirilməsi ödəmə (örtmə) məbləğləri və dərəcələri 
göstəricilərinə  əsasən  təyin  edilirsə,  müəssisə  məmulatın  ma-
şın-saat, norma-saat kimi dərəcələri də hesablayır. Bütün (tam) 
məsrəflərin  hesablanması  sistemindən  istifadə  edərək  məhsul 
vahidinin maya dəyərini, məsrəflərin hər məmulatına düşən pul 
məbləği,  kapital  qoyuluşunun  dəyəri  və  s.  təyin  etmək  olar. 
Əgər bu və ya digər növ məhsul, xidmət, bazar sektoru lazımi 
səviyyədə  mənfəət  gətirmirsə  ya  ondan  inkar  etməli,  ya  da 
onun  maya  dəyərini  məqbul  sayıla  bilinəcək  səviyyəyə  qədər 
aşağı salmaq lazımdır. 
 
MÖVZU 15. “MƏSRƏFLƏR – HƏCM – MƏNFƏƏT”İN 
QARŞILIQLI ƏLAQƏLƏRİNİN TƏHLİLİ 
 


 
 
208 
 
15.1. “Məsrəflər – Həcm – Mənfəət”in qarşılıqlı 
əlaqələrinin mahiyyəti, rolu və əhəmiyyəti 
 
İstehsal müəssisəsinin rəhbəri iş fəaliyyətində çoxlu say-
da müxtəlif idarəetmə qərarları qəbul etməli olur. İstehsal məs-
rəflərinə, qiymətə, satışın həcmi və quruluşu və s. göstəricilərə 
toxunan  bütün  qərarlar  müəssisənin  maliyyə  nəticəsinə  təsir 
edir. Bu kateqoriyalar arasındakı qarşılıqlı əlaqəni və qarşılıqlı 
asılılığı təyin etməyin ən sadə və dəqiq yolu zərərsizlik nöqtə-
sinin müəyyən olunması, yəni müəssisənin gəlirinin onun xərc-
lərini tam ödəməsi (örtməsi) anının təyin edilməsidir. 
Zərərsizlik nöqtəsinin təyin edilməsində müəssisə rəhbə-
rinin (menecerin) ən güclü aləti, istehsalın zərərsizliyinin təhlili 
metodudur və yaxud “Məsrəflərin – Həcmin – Mənfəətin (Cost 
– Volume – Profit: CVP - analiz)” qarşılıqlı əlaqələrinin təhlili-
dir. 
Təhlilin  bu  növü  müəssisənin  fəaliyyətinin  planlaşdırıl-
ması  və  proqnozlaşdırılmasının  ən  səmərəli  vasitələrindən  biri 
hesab  olunur.  O,  sabit  və  dəyişən  məsrəflər,  qiymət  və  satışın 
həcmi  arasında  optimal  nisbətin  aşkara  çıxarılmasında  və  sa-
hibkarlıq riskinin minimuma endirilməsində müəssisə rəhbərlə-
rinə şərait yaradır. Mühasiblər, auditorlar, ekspertlər və məslə-
hətçilər bu metoddan istifadə  edərək maliyyə  nəticələrini  daha 
dərindən  və  ətraflı  qiymətləndirə  bilər  və  müəssisənin  işini 
yaxşılaşdırmaq  üçün  daha  dəqiq  əsaslandırılmış  təkliflər  verə 
bilərlər. 
“Məsrəf – Həcm – Mənfəət”in qarşılıqlı əlaqələrinin təh-
lilinin əsas elementləri (açarı) marjinal gəlir, rentabelliyin asta-
nası zərərsizlik nöqtəsi, istehsalat leverici və dayanıqlığı marji-
nal ehtiyat kimi kateqoriyalar hesab olunur. 
Marjinal  gəlir  dedikdə  -  müəssisənin  məhsul  (iş  və  xid-
mət) satışından əldə etdiyi pul  gəliri ilə dəyişən məsrəflər ara-
sındakı fərq başa düşülür. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə