Dərs vəSAİTİ Bakı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/67
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35191
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   67

 
 
76 
 
Məhsul istehsalının texnoloji proseslərinə uyğun olmayan 
materiallar  anbardan  buraxılarsa,  kənarlaşmanı  adətən 
materialların  anbardan  buraxılmasını  özündə  əks  etdirən 
sənədlər vasitəsilə təyin edirlər. Bu sənədlərdə materialların bir 
qayda  olaraq  normadan  kənarlaşmalar  miqdar  və  dəyər 
ifadəsində həmçinin səbəblər də göstərilir. Bir materialın digər 
materialla yalnız bir dəfə əvəz edilməsi hallarında materialların 
anbardan buraxılmasının xüsusi (siqnal) sənədlərlə (əvəzedilmə 
tələbnamələri)  rəsmiləşdirilməsi  tövsiyə  edilir.  Əksər  hallarda 
materialların əvəz edilməsi ilə onların maya dəyəri bahalaşır və 
emalın  əmək  tutumu  artır.  Ona  görə  də  sənədlərdə  həmçinin 
əvəzedilmənin səbəbləri, kənarlaşmanın miqdar üzrə həcmi və 
s. göstərilir. 
İstehsal  fəhlələrinin  əmək  haqqı  üzrə  kənarlaşmaların 
aşkara çıxarılmasında sənədləşdirmə üsulu mühüm rol oynayır. 
Bunun mahiyyəti ondan ibarətdir ki, müəssisədə qəbul edilmiş 
sənəd  üzrə  mövcud  normalara  əsasən  işçilərə  əmək  haqqı 
hesablanır.  Bütün  hallarda  işçilərə  hesablanan  əlavə  əmək 
haqqı  üçün  xüsusi  sənədlər  tərtib  edilir:  əlavə  ödəniş  sənədi, 
boşdayanmalar  haqqında  məlumat,  kənarlaşma  haqqında 
tapşırıq  və  s.  Vaxtamuzd  işləyən  işçilərin  əmək  haqqı  üzrə 
kənarlaşmalar  hesablanmış  əmək  haqqının  normativ  dərəcələr 
(stavkalar)  üzrə  bölüşdürülməsi  nəticəsində  aşkara  çıxarılır. 
Faktiki  və  normativ  dərəcələrə  əsasən  hesablanmış  fərq 
kənarlaşma hesab olunur. 
Bir çox müəssisələrdə normadan kənarlaşma səbəblərinin 
nomenklaturasından  istifadə  edilir  ki,  burada  da  yəni  ilk 
sənədlərdə  kənarlaşmanın  kodu  göstərilir.  Əmək  haqqının 
məmulatlar  üzrə  bölgüsü  mühasibat  uçotu  registrlərində 
kənarlaşma ayrıca sütunda (qrafada) göstərilir. 
Qeyri-müstəqim  xərclər  üzrə  kənarlaşmalar  hesablama 
yolu  ilə  aşkara  çıxarılır.  Uçota  alınmamış  kənarlaşmalar  ilk 
uçotun təşkilindəki çatışmazlıqlar və xərclər üzrə əməliyyatları 


 
 
77 
 
sənədləşdirərkən baş verir və bitməmiş istehsalı inventarizasiya 
etdikdən  sonra  aşkara  çıxarılır.  Normadan  kənarlaşmaların 
analitik uçotu: 
1. Baş verdikləri yerlər üzrə
2. Baş vermə səbəbləri üzrə
3. Buraxılan məhsulların növləri üzrə aparılır. 
Materialların  istehsalda  faktiki  sərfiyyatı  üzrə  9  N-li 
cədvəldən daha aydın görmək olar. Sexdən buraxılan məhsullar 
üzrə  normadan  kənarlaşmaların  maşinoqramması  məmulatın 
maya dəyərinin kalkulyasiyası üçün verilir. Kənarlaşmalar üzrə 
yekun  məlumatları  məsrəflərin  məmulatlar  üzrə  uçotu 
cədvəlinə köçürülür. 
Normadan  kənarlaşmaların 
aşkara  çıxarılması  və 
uçotunun  xüsusiyyətləri  müəssisənin  istehsal  xərclərinin 
mühüm maddələri üzrə nəzərdən keçirək. Xammal və material 
məsrəfləri 
üzrə 
hər 
şeydən  əvvəl  müəssisə  üçün 
kənarlaşmaların  səbəblərinin  və  onlara  məsul  şəxslərin  vahid 
nomenklaturası  və  rəqəmlə  ifadə  olunma  işarələri  (kodları  və 
şifrələri)  sistemi  işlənib  hazırlanır.  Kənarlaşmaların  aşkara 
çıxarılma  metodları  istifadə  edilən  materialın  növündən, 
istehsalın təşkili və texnologiyasından asılıdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
78 
 
Materialların istehsalata faktiki xərcinin maşinoqram cədvəli 
(1 N-li sex üzrə) 
Cədvəl 9. 
 
Məs-
rəf 
mad-
dələr

Mate-
rialların 
kalkulya-
siya 
qrupları 
No-
menkla-
tura 
nömrəsi 
Dövrün əvvəlinə 
qalıq 
Daxil olub 
qaytarılan 
çıxılmaqla 
Dövrün sonuna 
qalıq 
İstehsala faktiki 
xərc 
Miqdar 
kq 
Məbləğ 
man. 
Miqdar 
kq 
Məbləğ 
man. 
Miqdar 
kq 
Məbləğ 
man. 
Miqdar 
kq 
Məbləğ 
man. 


105021 
489 
7335 
20000 
300000 
3374 
50610 
171115 
256725 


1058078 
145 
12250 
17000 
850000 
882 
44100 
16363 
818150 


1059362 
103 
10300 
6900 
690000 
118 
11800 
6885 
688590 


1053004 
272 
23120 
19000 
1615000 
1082 
91970 
18190 
1546150 


1054436 
338 
5070 
23000 
345000 
813 
12195 
22525 
337875 
 
 
 
1447 
58075 
85900 
3800000 
6269 
210675 
81078 
3647400 


1201923 
138 
2760 
15000 
300000 
1400 
28000 
13738 
274760 


1202437 
100 
2500 
6700 
167507 
214 
5350 
6586 
164650 
 
 
 
238 
5260 
21700 
467500 
1614 
33350 
20324 
439410 


 
 
79 
 
Kənarlaşmaların  aşkara  çıxarılmasının  əsas  metodları 
aşağıdakılardır: 
1. Xəbərdarlıq sənədləşdirilməsi
2.  Materialın  partiyalar  üzrə  və  fasiləsiz  biçilməsinin 
uçotu; 
3. Materialın istehsalata faktiki buraxılması resepturasına 
əsasən  kənarlaşmanın  öncədən  hesablanması  (hesablama-
analitik metod); 
4. İnventar metodu. 
Normadan 
kənarlaşmaların 
aşkara 
çıxarılmasının 
xəbərdarlıq  sənədləşdirmə  metodu  materialların  məcburi  əvəz 
olunması  və  ədədi  materialların,  yarımfabrikatların  və 
komplektləşdirici  məmulatların  normadan  (limitdən)  artıq 
buraxıldıqları  hallarda  tətbiq  edilir.  Belə  hallarda  materialları 
istehlak  edən  sexlərə  xüsusi  işarəsi  olan  xüsusi  sənəd 
(Tələbnamə,  əvəz  edilmə  haqqında  əmr)  yazırlar.  Bu 
sənədlərdə  kənarlaşmanın  səbəbləri  və  məsuliyyət  daşıyan 
şəxsin  adı  yazılır.  İstehsalatda  xəbərdarlıq  sənədləşdirmənin 
üstünlüyü  onun  sadəliyindən,  universallığından  və  istənilən 
hallarda  tətbiq  mümkünlüyündən  ibarətdir.  Müəssisənin 
rəhbəri,  sexlərin  rəisləri  bu  sənədlərə  imza  edərkən  müvafiq 
informasiyalarla  təmin  olunur  və  artıq  xərclərin  qarşısının 
alınması  barədə  tədbirlər  görürlər.  Bu  metodun  çatışmayan 
cəhəti ondan ibarətdir ki, burada materialın normadan artıq sərf 
edilməsi  deyil,  istehsalata  limitdən  artıq  buraxılan  material 
aşkara çıxarılır. 
Materialın biçilməsinin partiyalı və fasiləsiz metodu daha 
səmərəli üsul hesab olunur. Burada kənarlaşma hər bir partiya 
materialın  biçilməsi  üzrə  aşkara  çıxarılır.  Partiyalı  biçmənin 
uçotu sexin plan dispetçer bürosu tərəfindən, materialın hər bir 
partiyası  üçün  açılmış  uçot  kartlarında  aparılır.  Bu  kartda  işçi 
yerinə  verilən  materialın  miqdarı,  bu  partiyadan  hazırlanmış 
detalların  miqdarı,  alınmış  tullantıların  miqdarı,  istifadə 
edilməmiş materialın miqdarı və s. göstərilir. 
Materialın  norma  üzrə  sərf  edilən  miqdarı  istehsal  edilmiş 
məhsulun  detalların  və  yarımfabrikatların  miqdarına  sərfiyyat 
normasına  vurmaqla  hesablanır.  Faktiki  sərf  edilmiş 
materialların miqdarını material sərfinin müəyyən edilən norma 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə