Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə8/64
tarix31.08.2018
ölçüsü1,92 Mb.
#65783
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   64

 
 
 
 
22 
1. 5. Bank nəzarətinin mahiyyəti 
 
Mərkəzi  Bankın  ali  orqan  kimi  zəruri  funksiyası  maliyyə 
və  kredit  sahəsində  qanunvericiliyə  və  maliyyə  intizamına  riayət 
olunmasıdır.  
 Maliyyə  nəzarətinin  xüsusiyyəti  ondan  ibarətdir  ki,  onun 
obyekti  hər  bir  zaman  pul  vəsaitlərinin  səfərbər  edilməsi  və  ya 
istifadəsi  ilə,  daha  doğrusu,  maliyyə  ehtiyatlarının  istifadəsi  ilə 
əlaqədar olan münasibətlərdən ibarətdir.  
Bank  sisteminin  pərakəndəliliyi  kommersiya  banklarının 
müstəqillik  səviyyəsinin  artmasına  gətirib  çıxarmışdır.  Bununla 
yanaşı,  dövlət  bank  fəaliyyətinin  tənzimlənməsini  həyata  keçirir. 
Onun  məqsədi  bankların  sabit,  təhlükəsiz  şəkildə  fəaliyyət 
göstərməsini təmin etməkdən, qeyri sabitlik ənənələrinin qarşısının 
alınmasından  ibarətdir.  Dövlət  tənzimlənməsi  müxtəlif  hüquq 
sahələrinə  (inzibati,  maliyyə,  mülki)  sirayət  edən  hüquqi  təlimatlar 
formasında fəaliyyət göstərir.  
Mərkəzi  Bankın  əsas  məqsədlərindən  biri  də  bank  sis-
temində  idarə  olunmanın  təşkilindən  ibarətdir.  Mərkəzi  Bank 
mahiyyətcə  dövlət  və  kommersiya  bankları  arasında  vasitəçi 
rolunda  çıxış  edir  və  bank  tənzimlənməsi  vasitəsilə  dövlətin  iqtisadi 
siyasətini həyata keçirir. İdarəetmənin təsir obyektləri kredit idarələri, 
ilk növbədə isə kommersiya banklarıdır.  
 
1. 6. Mərkəzi Bankın pul-kredit siyasətinin 
əsas alətləri və metodları 
 
Mərkəzi  Bankın  pul-kredit  siyasətinin  əsas  alətləri  və 
metodları aşağıdakılardan ibarətdir: 
1)
 
Kommersiya  bankının  əməliyyatları  üzrə  faiz  dərə-
cələrinin müəyyən edilməsi
2)
 
Kommersiya  banklarında  depozitə  qoyulmuş  icbari 
ehtiyat normativləri üzrə tələbləri müəyyən etmək
3)
 
Açıq bazarda həyata keçirilən əməliyyatlar; 


 
 
 
 
23 
4)
 
Bankların yenidən maliyyələşdirilməsi; 
5)
 
Valyuta tənzimlənməsini həyata keçirmək
6)
 
Pul kütləsinin artırılması istiqamətlərinin müəyyən edilməsi; 
7)
 
Birbaşa kəmiyyət məhdudiyyətlərinin tətbiqi.  
Mərkəzi Bank müxtəlif əməliyyat növləri üzrə bir və ya bir 
neçə faiz dərəcəsini müəyyən edə bilər və  ya  faiz siyasətini  faiz 
dərəcəsi  müəyyənləşmədən  həyata  keçirə  bilər.  Mərkəzi  Bankın 
faiz  dərəcələri  əməliyyatların  həyata  keçirildiyi  minimal 
dərəcələrdən ibarətdir.  
Məcburi  ehtiyat  normaları  kredit  təşkilatı  öhdəliklərinin 
20%-ni  keçə  bilməz.  Məcburi  ehtiyat  normalarına  əməl  olun-
maması zamanı Mərkəzi Bank kredit təşkilatından köçürülməmiş 
vəsaitlərin  məbləğini,  eləcə  də  maliyyələşdirmənin  iki  misli 
dərəcəsindən  artıq  olmamaq  şərtilə  onun  tərəfindən  müəyyən 
edilmiş  həcmdə  cərimə  ödənilməsini  tələb  etmək  hüququna 
malikdir.  Bank  əməliyyatlarının  həyata  keçirilməsi  hüququnu 
verən  lisenziyanın  ləğv  edilməsi  zamanı  Mərkəzi  Bankda 
depozitə  qoyulmuş  vəsaitlər  kredit  təşkilatının  səhmdarlar  və 
kreditorlar  qarşısındakı  öhdəliklərinin  yerinə  yetirilməsi  üçün 
istifadə edilir.  
Açıq  bazarda  həyata  keçirilən  əməliyyatlar  dedikdə 
Mərkəzi Bank tərəfindən dövlət qiymətli kağızların alqı-satqısı və 
onlarla  qısamüddətli  əməliyyatların  aparılması  nəzərdə  tutulur. 
Açıq  bazarda  həyata  keçirilən  əməliyyatların  limiti  Mərkəzi 
Bankın sədri və onun müavinləri tərəfindən müəyyən edilir.  
Yenidən  maliyyələşdirmə  dedikdə  Mərkəzi  Bank  tə-
rəfindən  kommersiya  banklarının  kreditləşdirilməsi,  eləcə  də 
veksellərin hesabatı nəzərdə tutulur. Yenidən maliyyələşdirmənin 
normaları,  qaydası  və  şərtləri  Mərkəzi  Bank  tərəfindən  müəyyən 
edilir.  
Valyuta tənzimlənməsi dedikdə hər şeydən əvvəl Mərkəzi 
Bankın  müdaxilələri  ilə  manatın  məzənnəsinə  təsir  etmək 
məqsədilə  onun  tərəfindən  valyuta  bazarında  xarici  valyutanın 
alqı-satqısı nəzərdə tutulur.  


 
 
 
 
24 
Mərkəzi  Bankın  birbaşa  kəmiyyət  məhdudiyyətləri 
dedikdə, bankların yenidən maliyyələşdirilməsi limitlərinin müəy-
yən  edilməsi,  kredit  təşkilatları  tərəfindən  müxtəlif  bank 
əməliyyatlarının  həyata  keçirilməsi  nəzərdə  tutulur.  Mərkəzi 
Bank  vahid  pul-kredit  siyasətinin  həyata  keçirilməsi  məqsədilə 
müstəsna hallarda və  yalnız AR hökuməti ilə məşvərətdən sonra 
birbaşa  kəmiyyət  məhdudiyyətlərini  tətbiq  etmək  hüququna 
malikdir.  
«Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  haqqında» 
Qanuna  müvafiq  olaraq  Mərkəzi  Bank  kredit  təşkilatlarının  bank 
tənzimlənməsi və onların fəaliyyətinə nəzarəti həyata keçirir.  
Mərkəzi Bank kredit təşkilatları tərəfindən  

 
Bank qanunvericiliyinə; 

 
Mərkəzi  Bankın  normativ  aktlarına,  xüsusilə  də 
onların  təsbit  etdiyi  icbari  normativlərə  riayət  olun-
masına daim nəzarət edir.  
 
Bank  tənzimlənməsinin  və nəzarətinin əsas məqsədi  bank 
sisteminin  sabitliyinin  qorunub  saxlanması,  səhmdarlar  və 
kreditorların maraqlarının müdafiəsindən ibarətdir.  
 
Kredit  təşkilatlarının  fəaliyyətinin  tənzimlənməsi  və  on-
lara  nəzarət  üzrə  Mərkəzi  Bankın  funksiyaları  müxtəlif 
aspektlərdə özünü büruzə verir, o cümlədən: 
1)
 
Kredit  təşkilatları  üçün  mütləq  olan  bank  əməliyyatla-
rının  həyata  keçirilməsi,  mühasibat  hesabatlarının  aparılması, 
mühasibat  və  statistik  hesabatların  tərtib  edilməsi  və  təqdim 
edilməsi  qaydalarını  müəyyən  edir.  Mərkəzi  Bankın  kredit 
təşkilatlarından  onların  fəaliyyəti  haqqında  məlumat  almaq  və 
əldə etmək, alınmış məlumatın izah edilməsini tələb etmək; 
2)
 
Kredit  təşkilatlarını  qeydiyyata  almaq,  onlara  bank 
əməliyyatlarının  həyata  keçirilməsi  hüququ  verən  lisenziyalar 
vermək və onları ləğv etmək; 
3)
 
İcra  orqanları  rəhbərlərinə,  eləcə  də  kredit  təşkilatı 
mühasibinə ixtisas tələbləri qoymaq; 
4)
 
Kredit  təşkilatının  iştirakçıları  (səhmdarları)  tərəfindən 


Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə