Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə7/64
tarix31.08.2018
ölçüsü1,92 Mb.
#65783
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   64

 
 
 
 
19 
pozulmasının  aşkar  edilməsi  zamanı  (məsələn,  bank  və 
onun  iştirakçıları  tərəfindən  nizamnamə  kapitalının  həcm 
normativinə əməl edilmədikdə); 

 
Bankın ödəmə qabiliyyətinin olmamasının elan edilməsi.  
Kommersiya  bankının  ləğv  edilməsi  könüllü  şəkildə  də 
həyata  keçirilə  bilər.  Könüllü  şəkildə  ləğv  edilmə  kommersiya 
bankı  və  onun  kreditorlarının  bankın  səhmdarlar  cəmiyyətində 
təsdiq  edilmiş  müştərək  qərarı  əsasında  həyata  keçirilir. 
Kommersiya  bankı  onun  dövlət  reyestrindən  çıxarılması  anından 
etibarən ləğv olunmuş hesab edilir.  
Bank  əhalinin  sərbəst  pul  vəsaitlərini  cəlb  edən  və  onları 
qaytarılma əsasında yerləşdirən bir müəssisədir.  
 Bank  aktiv-passiv  əməliyyatların  məzmununa  görə  öz 
fəaliyyətini tənzimləyir. Passiv əməliyyatların mahiyyəti müxtəlif 
növ  yatırımların  cəlb  edilməsi,  digər  kommersiya  banklarından 
kreditlərin alınması, qiymətli kağızların emissiyasından ibarətdir.  
Aktiv  əməliyyatların  mahiyyəti  bankın  likvid  ehtiyatları-
nın gəlir əldə edilməsi və pula çevrilə bilməsinin təmin olunması 
məqsədilə  yatırılmasından  ibarətdir.  Aktiv  əməliyyatlara  bankın 
ehtiyat  bazasının  yaradılması  sahəsində  onun  aktiv  fəaliyyətinin 
əsasını  təşkil  edən  ssuda  əməliyyatını,  qiymətli  kağızlara 
investisiya yatırımlarını, kassa və digər əməliyyatları qeyd etmək 
olar.  
Banklar  və  bank  fəaliyyəti  haqqında  qanunda  bank 
əməliyyatlarına aşağıdakılar aiddir: 
1)
 
Fiziki və hüquqi şəxslərin pul vəsaitlərinin yatırımlara cəlb 
edilməsi (tələb olunanadək və müəyyən müddətədək); 
2)
 
Cəlb  olunmuş  vəsaitlərin  öz  adından  və  öz  hesabına 
yerləşdirilməsi; 
3)
 
Fiziki və hüquqi şəxslərin bank hesablarının açılması və 
aparılması; 
4)
 
Fiziki  və  hüquqi  şəxslərin,  eləcə  də  müxbir-bankların 
tapşırığı üzrə onların hesabatlarının hayata keçirilməsi; 
5)
 
Fiziki  və  hüquqi  şəxslərin  pul  vəsaitlərinin,  veksellə-


 
 
 
 
20 
rinin,  ödəmə  və  hesablaşma  sənədlərinin  inkassasiyası  və  onlara 
kassa xidmətinin göstərilməsi; 
6)
 
Xarici valyutanın nağd və nağdsız formada alqı-satqısı; 
7)
 
İnvestisiyaların  cəlb  olunması  və  qiymətli  metalların 
yerləşdirilməsi; 
8)
 
Bank zəmanətlərinin verilməsi.  
 Kommersiya  bankları  yuxarıda  qeyd  edilmiş  bank  əməliy-
yatlarından  başqa  aşağıdakı  müqavilələri  də  bağlamaq  hüququna 
malikdir: 
1)
 
Üçüncü  şəxslərin  əvəzinə  öhdəliklərin  pul  formasında 
həyata keçirilməsini nəzərdə tutan zəmanətin verilməsi; 
2)
 
Üçüncü  şəxslərdən  öhdəliklərin  pul  formasında  həyata 
keçirilməsini tələb etmək hüququnun əldə edilməsi; 
3)
 
Fiziki  və  hüquqi  şəxslərlə  müqavilə  əsasında  pul  və-
saitləri və digər əmlakın etibarlı şəkildə idarə edilməsi; 
4)
 
Azərbaycan  Respublikasının  qanunvericiliyinə  müvafiq 
olaraq  qiymətli  metallar  və  qiymətli  daşlarla  əməliyyatların 
həyata keçirilməsi; 
5)
 
Fiziki  və  hüquqi  şəxslərə  xüsusi  yerlərin  və  onların 
daxilində  olan  sənəd  və  qiymətli  vəsaitlərin  saxlanması  üçün 
seyflərin icarəyə verilməsi; 
6)
 
Lizinq əməliyyatları; 
7)
 
Məsləhət və informasiya xidmətlərinin göstərilməsi.  
Kommersiya  bankları  Azərbaycan  Respublikasının  qa-
nunvericiliyinə  müvafiq  olaraq  digər  əməliyyatları  həyata 
keçirmək hüququna malikdir.  
Bütün  bank  əməliyyatları  manatla,  Mərkəzi  Bankın  lisen-
ziyasının  olduğu  halda  isə  həm  də  xarici  valyutada  həyata 
keçirilir.  Bank  əməliyyatlarının  keçirilmə  qaydaları,  eləcə  də 
onların maddi-texniki təminatı qaydaları Mərkəzi Bank tərəfindən 
qanuna müvafiq olaraq təyin edilir.  
Mərkəzi  Bank  tərəfindən  verilən  bank  əməliyyatlarının 
həyata keçirilməsi üçün lisenziyaya müvafiq olaraq bankın ödəmə 
sənədi funksiyasını həyata keçirmək, pul vəsaitlərinin yatırımlara 
və  bank  hesablarına  cəlb  edilməsi,  qanunlara  müvafiq  olaraq 


 
 
 
 
21 
əməliyyat aparılması üçün xüsusi lisenziyanın əldə edilməsi tələb 
olunmayan  qiymətli  kağızların  buraxılması,  alışı,  satışı, 
qeydiyyatı,  saxlanması  və  digər  əməliyyatları,  eləcə  də  fiziki  və 
hüquqi  şəxslərlə  sövdələşmə  əsasında  qeyd  edilmiş  qiymətli 
kağızların  etibarlı  şəkildə  idarə  edilməsini  həyata  keçirmək 
hüququ vardır.  
Banklar  haqqında  qanunlara  müvafiq  olaraq  kredit  təş-
kilatının  qiymətli  kağız  bazarında  peşəkar  fəaliyyət  həyata 
keçirmək  hüququ  vardır.  Kredit  təşkilatına  istehsal,  ticarət  və 
sığorta fəaliyyəti ilə məşğul olmaq qadağan olunur.  
Banklar  xüsusi  kredit  təşkilatı  kimi  qanunvericiliyə  görə 
aşağıdakı qaydalar əsasında fəaliyyət göstərirlər: 
1.
 
 Bank  əməliyyatlarının,  eləcə  də  digər  müəssisələrə 
qadağan  olunan  əmanət  əməliyyatının  həyata  keçirilməsi  üçün 
bankların müstəsna hüquqları vardır. Digər kredit təşkilatları əmanət 
əməliyyatından  başqa  bank  əməliyyatlarını  yalnız  Mərkəzi  Bankın 
lisenziyası əsasında həyata keçirə bilər.  
2.
 
Bankların  icbari  şəkildə  ixtisaslaşdırılması.  Bu  qaydaya 
əsasən bankın  maddi istehsal  və maddi qiymətli əşyalarla ticarət 
etmə  sferasında  fəaliyyəti,  eləcə  də  valyuta  və  kredit  riskinin 
sığortasından  başqa  bütün  sığorta  növləri  ilə  məşğul  olması  qa-
dağan edilir.  
 
  


Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə