Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə16/64
tarix31.08.2018
ölçüsü1,92 Mb.
#65783
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   64

 
 
 
 
47 
nəzərdən  keçirir.  Bu  əməliyyat  «kreditin  bağlanmaması  riskinin 
sığortalanması» adını daşıyır. Onu kredit müqaviləsi məbləğindən 
müəyyən faiz əldə edərək sığorta cəmiyyəti həyata keçirir.  
Kreditləşdirmə müddəti üzrə ssudalar

 
qısamüddətli (bir gündən bir ilədək olan müddətə verilən 
ssudalar); 

 
ortamüddətli  (bir  ildən  üç-beş  ilədək  müddətə  verilən 
ssudalar); 

 
uzunmüddətli  (üç-beş  ildən  yuxarı  müddətə  verilən  ssu-
dalar) növlərə bölünür.  
Banklar  ssuda  verərək  onları  qısamüddətli  (bir  ilədək)  və 
uzunmüddətli  ssudalara  (bir  ildən  yuxarı)  bölür.  Qısamüddətli 
ssuda  müəyyən  bir  müddət  üçün  (bir  ilədək)  və  ya  tələb 
olunanadək  müddətə  rəsmiləşdirilə  bilər.  Tələbolunanadək 
ssudalar  müəyyən  bir  müddətə  malik  deyildir,  bank  onun 
bağlanmasını  istənilən  zaman  tələb  edə  bilər.  Bu  növ  ssudanın 
təqdim edilməsi zamanı borc alanın maliyyə vəziyyətinin normal 
olması  və  onun  aktivlərinin  qısa  müddət  ərzində  nağd  pula 
çevrilmə qabiliyyəti müəyyənləşdirilir.  
Kreditləşdirmə obyektləri üzrə: 
 Respublikamızda ssudalar məqsədli və məqsədsiz ssudalar 
olmaqla iki yerə bölünür.  
 Məqsədli  ssudalara  istehsal  prosesinin  təminatı  üçün 
maddi  dəyərlərin  ödənilməsinə  verilən  kreditlər,  cari  vasitəçilik 
əməliyyatlarının həyata keçirilməsi üçün verilən kreditlər, yaşayış 
yerlərinin tikilişi və əldə edilməsi üçün verilən kreditlər, dövriyyə 
vəsaitlərinin formalaşdırılmasına verilən kreditlər və s. aid olunur.  
 Məqsədsiz  kreditlərə  isə  misal  olaraq  müvəqqəti  eh-
tiyacların ödənilməsi üçün verilən kreditləri göstərmək olar.  
Şərqi  Avropa  ölkələrinin  və  Azərbaycanın  təcrübəsi  onu 
göstərir  ki,  bazar  münasibətləri  və  bankların  müstəqilliyi  inkişaf 
etdikcə  onların  kredit  yatırımlarının  quruluşu  dəyişir  və  yeni 
kreditləşdirmə  obyektləri  meydana  gəlir.  Bu  isə  öz  növbəsində 
kommersiya  bankının,  eləcə  də  bütünlükdə  bank  sisteminin 


 
 
 
 
48 
təşkilati quruluşuna təsir edir.  
Sahəvi əlamət üzrə:  
ssudalar banklar tərəfindən sənaye, kənd təsərrüfatı, ticarət, 
nəqliyyat və s. müəssisələrə verilən ssudalara bölünür.  
Açılan hesab növü üzrə: 
 ayrı-ayrı  ssuda  hesablarında  təqdim  edilən  və  ya  müş-
tərinin  bank  qarşısındakı  öhdəliklərin  müəyyənləşdirilməsini 
nəzərdə  tutan  xüsusi  ssuda  hesablarında  kreditləşdirmədən  ibarət 
olan bir dəfəlik ssudalar mövcuddur.  
Ssudanın bağlanması metodu üzrə: 
birdəfəlik  bağlanan  və  möhlətli  ödənişlə  verilən  ssudalar 
mövcuddur.  Möhlətsiz  ödənişli  kreditlər  mühüm  xüsusiyyətə 
malikdir:  bu  kreditlərə  əsasən  ssuda  üzrə  borcun  və  faizlərin 
bağlanması eyni zamanda həyata keçirilir.  
Möhlətli  ödənişlə  verilən  ssudalara  aşağıdakılar  daxildir: 
ssudanın bərabər şəkildə ödənilməklə bağlanması (hər ay, hər rüb 
və  s.  );  ssudanın  qeyri-bərabər  şəkildə  ödənilməklə  bağlanması 
(ssudanın bağlanması üçün ödənişin məbləği müəyyən amillərdən 
asılı  olaraq  dəyişir;artır  və  ya  azalır);  ssudanın  qeyri-bərabər  və 
qeyri-dövri  şəkildə  ödənilməklə  bağlanması.  Möhlətli  ödənişli 
ssudanın  verilməsi  zamanı  müqavilənin  qüvvədə  olduğu  müddət 
ərzində ssuda məbləğinin hissələrlə ödənilməsi  prinsipi fəaliyyət 
göstərir.  Ssudanın  bu  növ  bağlanma  qaydası  borc  alan  üçün 
borcun  birdəfəlik  ödənilməsi  qaydasına  nisbətən  daha  asandır. 
Bank  üçün  ssudanın  dövri  olaraq  müqavilənin  qüvvədə  olduğu 
müddət  ərzində  bağlanması  daha  sərfəlidir,  çünki  bu  kreditin 
dövriyyəsini tezləşdirir və yeni yatırımlar üçün kredit ehtiyatlarını 
azad edir.  
Bundan  əlavə  ssudaların  imtiyazlı  müddətli  və  imtiyazsız 
müddətli ssudalara bölünməsi də mümkündür.  
Faizlərin hesablanması və bağl 
anması qaydasına görə 
ssudalar aşağıdakı kimi təsnif edilir:  
Ssudanın  təqdim  edilməsi  zamanı  faizlərinin  ödənilmə-


 
 
 
 
49 
sinin saxlanması;  
Kreditin  bağlanması  anında  faizlərin  ödənilməsi  və  bütün 
istifadə  müddəti  ərzində  bərabər  ödənişlərlə  faizlərin  ödənilməsi 
(hər  rüb,  yarım  ildə  bir  dəfə  və  ya  xüsusi  olaraq  razılaşdırılmış 
qrafik üzrə).  
Bundan  başqa  həmçinin  annuitet  ödənişli  ssuda,  daha 
doğrusu, ssudadan istifadə müqabilində əsas borcun faizlərlə eyni 
zamanda  ödənilməsinin  həyata  keçirilməsi  ilə  olan  ssuda  kimi 
anlayış da mövcuddur.  
Vəsaitlərin 
dövriyyə 
xarakteri 
üzrə 
ssudalar 
aşağıdakılara bölünür: 
 a) mövsümi və qeyri mövsümi,  
b) birdəfəlik və bərpa olunan (revolver, rollever).  
 Revolver  kreditlər  qrupuna  bir  qayda  olaraq  müştərilərə 
kredit  kartları  üzrə  təqdim  edilən  kreditlər  və  ya  vahid  aktiv-
passiv  hesablar  üzrə  overdraft,  kontokorrent  kredit  və  s. 
formasında  verilən  kreditlər  daxil  edilir.  Buna  misal  olaraq 
istehlak  ssudalarının  üç  qrupa  bölündüyü  (möhlətli  ödənişli 
ssudalar, revolver və möhlətsiz ödənişli ssudalar) ABŞ təcrübəsini 
göstərmək olar.  
Möhlətli  ödənişli  kredit  faizlərin  dövri  olaraq  bağlanma-
sından ibarətdir. Bir çox hallarda borcalan bu növ krediti malların 
alınması və ya digər xərclərin ödənilməsi üçün əldə edir və krediti 
hər  ay  bərabər  hissələrlə  bağlamaq  öhdəliyi  götürür.  Kredit 
kartları  üzrə  verilən  kreditlər  və  cari  hesablar  üzrə  overdraft 
formal  olaraq  möhlətli  ödənişli  kreditlər  qrupuna  aid  edilə  bilər, 
çünki kartlar üzrə də dövri ödənişlər həyata keçirilir. Lakin kartlar 
bir  sıra  digər  xüsusiyyətlərə  malikdir  ki,  bu  xüsusiyyətlər  də 
kartları kreditlərin ayrıca bir qrupuna ayırmağa imkan verir.  
Möhlətli ödənişli ssudaların bağlanma müddəti    ABŞ-da 
adətən  iki  ildən  beş  ilədək  təşkil  edir.  Ssudaların  həcmi  geniş 
miqyasda  dəyişir.  Bu  növ  kreditlər  bir  çox  hallarda  kiçik 
məbləğlərə  verilir,  lakin  eyni  zamanda  onlar  üzrə  kreditləşdirmə 
obyekti  avtomobil,  yaxta,  təyyarə  və  dəyəri  100  min  ABŞ 


Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə