Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə2/64
tarix31.08.2018
ölçüsü1,92 Mb.
#65783
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   64

 
 
 
 

FƏSİL 10. İnternet – bank sisteminin mahiyyəti… 
 
FƏSİL 11. Kommersiya banklarında müştərilərə 
xidmətinin təşkili…………………. . . . . . . . . . . . . . .  
11. 1. Kommersiya banklarında xidmətin təşkilinin mahiyyəti 
11. 2. Bank marketinqinin üsulları…………………… 
11. 3. Fiziki şəxslərə fərdi bank xidmətlərinin təşkili. . .  
11. 4. Banklarda kredit, məsləhət xidmətinin təşkili. . .  
11. 5. Fərdi şəxslərə kredit verilməsi əməliyyatları. . . .  
 
FƏSİL 12. Bankın investisiya və kredit siyasəti….  
12. 1. Bankın investisiya siyasəti. . . . . . . . . . . . . . . .  
12. 2. Birbaşa və portfel investisiyası. . . . . . . . . . . . .  
12. 3. Bankın kredit siyasəti…………………………... 
 
FƏSİL 13. Bank əməliyyatları üzrə risklər…………….  
13. 1. Sənədli əməliyyatlar üzrə risklər. . . . . . . . . . . .  
13. 2. Bank zəmanəti ilə risklərin sığortalanması. . . . 
 
ƏDƏBİYYAT. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .  
177 
 
 
178 
 
180 
183 
186 
191 
 
197 
197 
200 
201 
 
206 
206 
208 
210 
 
 
 
 
 
  


 
 
 
 

GİRİŞ 
 
Bank  sisteminin  fəaliyyəti  qəbul  olunmuş  “Mərkəzi  Bank 
haqqında” və “Banklar və bank fəaliyyəti haqqında” Azərbaycan 
Respublikasının 
qanunları 
ilə 
nizamlanır. 
Azərbaycan 
Respublikasının  ərazisində  kommersiya  banklarının  açılması, 
qeydə  alınması  və  ləğvi  həmin  qanunlarla  müəyyən  olunur. 
Azərbaycan  ərazisində  bu  qanuna  görə  lisenziyalaşdırılmış  bank 
fəaliyyəti  qaydası  mövcuddur,  yəni  bank  fəaliyyəti  yalnız 
Mərkəzi  Bankın  xüsusi  lisenziyası  əsasında  aparıla  bilər.  Bank 
fəaliyyətinə Mərkəzi Bank tərəfindən xüsusi icazə verilməsi bank 
əməliyyatları  üzrə  yüksək  dərəcəli  risklə  əlaqədardır.  Bankın 
nizamnaməsi  Mərkəzi  Bankdan  qeydiyyatdan  keçdikdən  sonra 
kommersiya  bankı  yaradılmış  hesab  edilir  və  hüquqi  şəxs  statusu 
qazanır.  Kommersiya  banklarının  yaradılması  təşəbbüsünü  onun 
təsisçiləri irəli sürürlər.  
 
Qanuna  görə  kommersiya  bankları  istənilən  mülkiyyət 
formasında yaradıla bilər. Onun təsisçiləri isə bankın nizamnamə 
kapitalının formalaşmasında iştirak etməyə tam hazır olan hüquqi 
və  fiziki  şəxslər  ola  bilərlərdir.  Qanuna  görə  siyasi  təşkilatlar  və 
ixtisaslaşmış  ictimai  fondlar  müstəsna  olmaqla  bütün  hüquqi  və 
fiziki  şəxslər  kommersiya  banklarının  təsisçiləri  ola  bilərlər. 
Likvid  balansı  olmayan  və  eləcə  də,  ödəmə  qabiliyyətsiz  elan 
olunmuş müəssisə və təşkilatlar bankın təsisçisi ola bilməzlər.  
Təsisçilər  bankın  yaradılması  üçün  lazım  olan  bütün 
sənədlərin hazırlanmasını öz üzərlərinə götürürlər. Təsisçilər, yəni 
fiziki  və  hüquqi  şəxlər  təsis  müqaviləsini  hazırlayır  və  onu 
imzalayırlar.  
 
Təsis  müqaviləsində  bankın  xarakteri  (pay  və  ya  səhm-
dar),  nəzərdə  tutulan  nizamnamə  kapitalının  məbləği  və 
təsisçilərin  həmin  kapitalda  olan  payı,  üzərlərinə  götürdükləri 
öhdəliklər  üzrə  tərəflərin  cavabdehlik  səviyyələri,  mövcud  ola 
biləcək münaqişələrin həlli qaydası və s. öz əksini tapmalıdır.  
  Kommersiya  banklarının  yaradılmasında  əsas  sənəd  kimi 
onun nizamnaməsi qəbul edilir və nizamnamədə bankın adı, onun 
hüquqi ünvanı, apara biləcəyi əməliyyatların siyahısı, nizamnamə 


 
 
 
 

fondunun və bank tərəfindən yaradılacaq digər fondların məbləği, 
təsisçilər  haqqında  məlumat  və  bankın  idarəçiliyi  haqqında 
əsasnamə təqdim olunmalıdır.  
  Bazar  iqtisadiyyatına  keçid  dövründə  banklar  iqtisadiy-
yatın  daha  sürətlə  inkişaf  edən  sahəsinə  çevrilmişdir.  Güclü 
maliyyə  potensialına  malik  banklar  olmasa  iqtisadiyyatı  inkişaf 
etdirmək olmaz. Onlar ölkənin sosial – iqtisadi inkişafına maliyyə 
təminatı yaratmaqla iqtisadi islahatların reallaşmasında böyük rol 
oynaya  bilərlər.  Mahiyyət  etibarilə  bankların  başlıca  funksiyası 
ölkənin iqtisadi inkişafına xidmət etməkdir.  
  Banklar  yerinə  yetirmiş  olduqları  əməliyyatların  xarakte-
rinə  görə  üç  əsas  tipə  bölünürlər:  emissiya,  səhmdar  –  kom-
mersiya və ixtisaslaşdırılmış banklar.  
  Mərkəzi  Bank  adətən  ayrı-ayrı  müəssisələr,  firmalar  və 
sahibkarların  kreditləşdirilməsi  ilə  məşğul  olmur.  Bu  əməliyyat-
ların  həyata  keçirilməsi  səhmdar  –  kommersiya  banklarının 
səlahiyyətlərinə aid  edilir.  Belə  ki, səhmdar  – kommersiya bank-
ları  müəssisələr,  firmalar  və  ayrı-ayrı  vətəndaşların  kredit-
ləşdirilməsini həyata keçirir.  
  Səhmdar  –  kommersiya  bankları  əmanətlərin  kredit  sis-
teminə  cəlb  edilməsi,  müəssisələrə,  firmalara,  şirkətlərə  kreditin 
verilməsi,  göstərilən  strukturlar  arasında  haq  –  hesablar  üzrə 
yuxarıda göstərilən əməliyyatların mühüm kütləsini yerinə yetirir, 
həmçinin  də  fond-komisyon  və  valyuta  əməliyyatları  ilə  məşğul 
olur.  
  Səhmdar  –  kommersiya  banklarının  şəbəkəsi  bazar 
iqtisadiyyatına  keçidlə  əlaqədar  olaraq  genişlənir.  Lakin,  eyni 
zamanda  maliyyə  vəsaitinin  çatışmazlığı  və  ölkə  iqtisadiyyatının 
böhran  keçirməsi  ilə  əlaqədar  olaraq  tez  bir  zamanda  iflasa 
uğrayırlar. Bunlarla yanaşı bir sıra xarici özəl banklar güclü rəqabət 
aparma qabiliyyətinə malik olduqlarına görə respublikanın maliyyə - 
kredit sistemində aparıcı mövqe tuturlar.  


Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə