Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə64/64
tarix31.08.2018
ölçüsü1,92 Mb.
#65783
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   64

 
 
 
 
201 

 
Qarşılıqlı  öhdəliklər,  müqavilə  şərtlərinin  lazımi  qaydada 
yerinə yetirilməməsinə görə məsuliyyət; 

 
Zəmanətli  kreditin  vaxtında  qaytarılmasını,  kredit  üzrə 
faizlərin  ödənişini  nəzərdə  tutan  borc  alanın  (həmçinin 
üçüncü  şəxsin)  vəzifəsi,  borc  üzrə  digər  məsuliyyət 
növləri; 

 
Təminatın  və  kreditin  məqsədli  istifadəsini  yoxlama 
üsulları və formaları; 

 
Müqavilə üzrə mübahisələrin baxılma qaydaları; 

 
Tərəflərin razılığı ilə digər şərtlər.  
Kredit müqaviləsinin forması bank tərəfindən tərtib edilir. 
Kredit  müqaviləsinin  şərtləri  bank  və  borc  alan  tərəfindən  icra 
olunması  zəruridir.  Kredit  müqaviləsində  zəruri  hallarda  bank 
tərəfindən  borc  alanın  təsərrüfat  fəaliyyətinin,  onun  maliyyə 
vəziyyətinin,  borc  alanın  fəaliyyətinin  iqtisadi  səmərəliliyinin 
öyrənilməsinin mümkünlüyü nəzərdə tutulur.  
Kredit  müqaviləsi  qüvvədə  olduğu  müddət  ərzində 
aşağıdakı tədbirlər vasitəsilə kredit monitorinqi keçirilir: 

 
Kredit vəsaitinin məqsədli istifadəsinin yoxlanılması; 

 
Girovun vəziyyətinin tədqiqi üçün Borc alanın vəziyyə-
tinin qiymətləndirilməsi

 
Borc  alanın  hesablaşma  hesabına  pul  vəsaitlərinin  orta 
gündəlik  daxilolmalarına,  gündəlik  və  ay  ərzində 
daxilolmaların dövrülüyünə nəzarət; 

 
Borc alanın faizlərin ödəniş qrafikinə riayət etməsinə n-
əzarət.  
Bank əsasən kredit risklərinin idarə olunması məsələlərinə 
diqqət  yetirir.  Kredit  vəsaitinin  verilməsi  barədə  yekun  qərar 
ancaq  kredit  vəsaitinin  təminatı  tam  öyrənildikdən  sonra  qəbul 
edilir.  Kreditin  təminatı  –  kreditora  kreditdən  istifadəyə  görə 
kredit və faizlərin lazımi qaydada qaytarılmasına əminlik yaradan 
şərtlər  və  öhdəliklər  məcmusudur.  Bank  tərəfindən  verilən 
kreditlər istehsalat  avadanlıqları, hazır məhsullar, mal ehtiyatları, 


 
 
 
 
202 
qiymətli  kağızlar,  əmlak  hüquqları,  cərimə  (dəbbə  pulu), 
həmçinin  bank  zəmanəti  hüquqi  və  ya  fiziki  şəxslərin  zaminliyi 
ilə  təmin  edilə  bilər.  Təklif  edilən  təminatın  qiymətləndirilməsi 
zamanı  bank  digər  təşkilatın  xidmətlərindən  istifadə  edə  bilər. 
Yuxarıda  qeyd  olunanlara  əsasən  bankda  kreditləşmənin  əsas 
şərtləri aşağıdakılardır: 

 
Satış üçün (likvid) təminatın mövcudluğu; 

 
Bankda hesablaşma hesabının mövcudluğu; 

 
Overdraft  üzrə  kredit  vəsaitinin  məbləği  hesablaşma 
hesabı  üzrə  pul  vəsaitinin  dövriyyəsindən  əldə  edilən 
müəyyən faizdən yüksək olmamalı; 

 
Sabit maliyyə vəziyyəti.  
Kreditləşmə  məsələləri  üzrə  bank  hər  bir  müştəriyə  fərdi 
qaydada  yanaşır.  Bank,  həmçinin  digər  xidmətlər,  mənaca  daha 
yaxın  olan  kreditləşmə  xidməti  göstərir,  bank  zəmanətini  və 
akkreditivlərlə 
əməliyyatları  təklif  edir.  Kreditləşmənin 
mümkünlüyü  məsələsinin  həlli  üçün  potensial  borc  alana  bank 
tərəfindən  müəyyən  edilmiş  qaydada  sənədlər  toplusunu  təqdim 
etmək zəruridir.  


 
 
 
 
203 
Banklar  tərəfindən  kredit  ehtiyatlarının  formalaşdırılması, 
eləcə də onların istifadəsi kreditin funksiyası və hər şeydən əvvəl, 
bölüşdürmə  funksiyasından  asılıdır.  Bölüşdürmə  prosesi  bir 
tərəfdən  kredit  ehtiyatlarının  təmərküzləşməsi,  digər  tərəfdən  isə 
onların ssudalara yerləşdirilməsi ilə bağlıdır.  
Əvvəl fəaliyyət göstərən ssuda fondunun formalaşmasının 
və  istifadəsinin  mərkəzləşdirilmiş  sistemi  bank  sferasında ehtiyat 
bazasının formalaşması məsələsinə lazımi diqqət yetirilməməsinə 
gətirib  çıxarmışdır.  Bank  idarələri  tərəfindən  qısamüddətli  və 
uzunmüddətli  ssudaların  verilməsi  zamanı  onlarda  kredit 
ehtiyatlarının  olması  asılılğı  nəzərə  alınmamışdır.  Bankların 
maliyyə 
vəziyyətinin 
sabitliyinə 
və 
onların 
balansının 
dəyərliliyinə nəzarət həyata keçirilmirdi.  
Kredit əməliyyatlarının aparılması sahəsində bank inhisarı 
müvafiq  müştərilərin  yalnız  onlara  aid  olması,  smeta 
maliyyələşdirilməsində  bank  idarələrinin  axtarılması,  onların  iş-
çilərinin  ehtiyatların  cəlb  edilməsi  üzrə  əməliyyatların  ge-
nişləndirilməsi  və  mükəmməlləşdirilməsinə  marağının  artmasına 
səbəb olmamışdır.  
Kredit  ehtiyatlarının  formalaşması  və  istifadəsinin hazırki 
təcrübəsi  bazar  iqtisadiyyatının  tələblərinə  cavab  vermirdi.  Bu 
səbəbdən  bazara  keçid  şəraitində  bankların  kommersiya 
hesablanması prinsipləri ilə fəaliyyət göstərməsi, sabit keyfiyyətli 
ehtiyat  bazasının  yaranması  istəyi  onların  fəaliyyətinin  əsas 
məqsədlərindən biri idi.  
 
 
 
 
 
 


 
 
 
 
204 
FƏSİL 13. BANK ƏMƏLİYYATLARI ÜZRƏ RİSKLƏR 
 
          13.1. Sənədli əməliyyatlar üzrə risklər 
 
Xarici  iqtisadi  fəaliyyət  sahəsində  iştirak  etmək  müxtəlif 
növ  risklərin  -  kommersiya,  siyasi,  valyuta  və  digər  risklərin 
yaranması  deməkdir.  Siz  beynəlxalq  hesabatları  sənədli 
əməliyyatların  istifadəsi  ilə  həyata  keçirərək  minimuma  endirə 
bilərsiniz. 
Bu 
sizə 
əməliyyatın 
keçirilməsinin 
bütün 
mərhələlərində  yarana  biləcək  problemləri  öncədən  nəzərdə 
tutmaq  və  işgüzar  əməkdaşlığın  etibarlılığını  qiymətləndirmək 
imkanı verəcəkdir.  
 
Sənədli  akkreditiv  –  bir  çox  ölkələrdə  xarici  ticari 
əməliyyatlar  üzrə  ümumi  ödəniş  vasitəsidir.  Akkreditiv  bankın 
dəqiq  şərti  pul  öhdəliyindən  ibarətdir.  Burada  o,  akkreditiv 
şərtlərinə  müvafiq  sənədlərin  vaxtında  təqdim  edilməsi  zamanı 
ixracçıya  pul  vəsaitlərinin  göstərilən  məbləğini  ödəməyə  hazır 
olduğunu  təsdiq  edir.  Bu  zaman  bank  alıcı  ilə  satıcı  arasında 
vasitəçi rolunu oynayır, belə ki, onun vasitəsilə sənədlərin təqdim 
edilməsindən sonra ödəniş həyata keçirilir.  
Qeyd  etmək  lazımdır  ki,  öhdəliyi  öz  üzərinə  məhz  bank 
götürür.  Alıcı  ilə  hər  hansı  hadisənin  belə  baş  verdiyi  təqdirdə 
müqavilə  üzrə  hesabat  hər  bir  halda  baş  verəcəkdir.  Sənədli 
akkreditivlərin  vahid  unfikasiya  olunmuş  qaydalara  təhkim 
edilməsi  sövdələşmə  üzrə  partnyorları  yerli  qanunvericiliyin  və 
biznesin  həyata  keçirilməsi  üzrə  ölkə  xüsusiyyətinin  yerinə 
yetirilməməsi ilə əlaqədar olan mümkün risklərdən qoruyur.  
Akkreditiv – mövcud hesabat formalarından ən çevik, hər 
iki  tərəfin  –  ixracçının  və  idxalçının  maraqlarını  və  gəlirlərini 
nəzərə  alan  bir  formadır.  Akkreditiv  şərtlərinin  detallarını  da 
şərtləşdirmək  olar:  malın  keyfiyyətini,  tədarük  müddəti  və 
nəqliyyatı,  tədarükün  bir  partiya  ilə  və  ya  hissələrlə  həyata 
keçirilməsini,  sənədlərin  kimin  tərəfindən  yoxlanmasını  (alıcının 
bankı  və  ya  satıcının  bankı),  bu  və  ya  digər  bankın 


 
 
 
 
205 
komissiyalarının  kimin  tərəfindən  –  satıcı  və  ya  alıcı  tərəfindən 
ödənilməsini və s.  
Akkreditiv  –  risklərdən  ən  etibarlı  müdafiə  usulu  və 
fəaliyyətinizin  ticarətlə  əlaqədar  olduğu  təqdirdə  hesabatların  ən 
üstün  formasıdır.  Sənədli  akkreditiv  formasının  istifadəsi 
ixracçılar və idxalçılar tərəfindən gəlirin alınmasının ən etibarlı və 
tez şəkildə həyata keçirilməsini təmin edir.  
Sənədli akkreditivlər sahəsində xidmətlər: 

 
akkreditivin  açılması,  təsdiq  edilməsi  və  açılmış 
akkreditiv şərtlərinə dəyişikliklərin daxil edilməsi; 

 
akkreditivin  və  ona  edilən  dəyişikliklərin  avizo  edil-
məsi; 

 
sənədlər  komplektinin  akkreditiv  şərtlərinə  müvafiq 
gəlməsinin yoxlanması; 

 
ticarət  maliyyələşdirilməsi  ilə  əlaqədar  olan  əməliy-
yatların həyata keçirilməsi; 

 
xarici banklar tərəfindən maliyyələşdirmənin istifadəsi 
ilə akkreditivin açılması; 

 
back-to-back,  «qırmızı  qeyd»,  möhlətli  ödəniş  şərtli, 
transferabel  akkreditivləri,  revolver  akkreditivlər, 
seessiyalı  akkreditivlər,  Standby  akkreditivləri  kimi 
akkreditiv növləri ilə iş; 

 
aparıcı xarici banklar tərəfindən akkreditivlərin təsdiq 
edilməsi; 

 
akkreditivin  ödəniş  və  ya  xərclərin  aksept  edilməsi 
vasitəsilə  yerinə  yetirilməsi  və  ya  akkreditiv  üzrə 
ödənişin  tələb  edilməsi  (ramburs),  akkreditivin  ləğv 
edilməsi.  
Sənədli inkasso – akkreditivin iqtisadi alternatividir.  
Bank-remitent  rolunda  çıxış  edərək  bank  idxalçının 
bankına  müqavilədə  qeyd  edilmiş  inkasso  sənədlərini  (məsələn, 
hesab-fakturaları,  nəqliyyat,  sığorta,  gömrük  sənədlərini  və  s.  ) 
göndərir, o isə, öz növbəsində təlimatlara uyğun olaraq ödəniş və 
ya  aksept  müqabilində  sənədləri  ödəyiciyə  ötürür.  İnkassonun 


 
 
 
 
206 
üstün  cəhəti  bank  komissiyalarının  ödənilməsi  üçün  müştərinin 
xərclərinin aşağı səviyyədə olmasından ibarətdir.  
İxracatçının alıcının ödəmə qabiliyyətinə şübhəsi olmadığı 
və  idxalçının  isə  satıcının  malı  vaxtında  çatdıracağına  əmin 
olduğu  halda  sənədli  inkassodan  istifadə  edin,  belə  ki,  sənədli 
inkasso tapşırığının  yerinə  yetirilməsi zamanı bankın məsuliyyəti 
ödəniş və ya aksept müqabilində sənədləri ödəyiciyə göndərilməsi 
və  təqdim  edilməsi  ilə  məh-dudlaşır.  Bank  alıcının  inkasso  üzrə 
öz  öhdəliklərini  yerinə  yetirməməsi  təqdirində  ödənişi  həyata 
keçirmək öhdəliyini öz üzərinə götürür.  
Bank  öz  müştərilərinə  inkasso  üzrə  tam  xidmət  kom-
pleksini təklif edir, eləcə də: 

 
inkasso sənədlərinin qəbul edilməsi və göndərilməsi; 

 
inkasso tapşırığı üzrə təlimatların dəyişdirilməsi; 

 
ödənilməmiş sənədlərin etibar edənə geri qaytarılması; 

 
inkasso sənədlərinin daxil olması haqqında xəbərdarlıq; 

 
ödəniş (aksept) müqabilində sənədlərin verilməsi.  
 
13. 2. Bank zəmanəti ilə risklərin sığortalanması 
 
 
Bank  zəmanətinin  verilməsi  zamanı  bank  qeyd  edilmiş 
şəraitlərin  baş  verdiyi  zaman  benefisiara  müəyyən  edilmiş  pul 
məbləğini ödəməkhaqqında  yazılı öhdəlik verir. Bank müştərinin 
öz  özdəliklərini  yerinə  yetirmədiyi  təqdirdə  zəmanət  məbləğini 
ödəmək öhdəliyini öz üzərinə götürür.  
Bank  zəmanətləri  ənənəvi  olaraq  xarici  iqtisadi  fəaliyyət 
zamanı  müxtəlif  ölkələrdə  yerləşən  partnyorlar  arasında 
sövdələşmələrin  həyata  keçirilməsinə  yardım  etmək  üçün  tətbiq 
edilir.  Zəmanət  müqavilə  öhdəliklərinin  alıcı  tərəfindən  vaxtında 
və  tam  olaraq  yerinə  yetirilməsi  bacarığına  tədarükçünün 
şübhələndiyi təqdirdə istifadə edilir.  
Bank  zəmanətləri  hesablaşma  instrumentləri  deyildir  və 
prinsipalın  əsas  öhdəliklərinin  təminatı  kimi  istifadə  edilir. 
Risklərin  minimuma endirilməsi  üçün  bank  aşağıdakı beynəlxalq 


 
 
 
 
207 
unifikasiyaedilmiş  qaydalara  tabe  olunmuş  bank  zəmanətlərinin 
verilməsi və avizo olunması üzrə xidmətlər təklif edir: 
ödəmə zəmanətləri; 
avans ödənişinin geri qaytarılması zəmanəti; 
müsabiqə ərizəsinin zəmanəti (tender zəmanətləri); 

 
rezerv akkreditivi şəklində zəmanət (Standby tipli) və s.  
Müqavilənizin  şərtlərinə  əsasən  siz  bank  zəmanətini 
təqdim etməlisinizsə, bank mütəxəssisləri ilə məsləhətləşin. Bank 
zəmanət  mətnini  elə  tərtib  edəcəkdir  ki,  sizin  maraqlarınız 
maksimum  şəkildə  qorunmuş  olsun  və  onların  sizin  partnyorun 
(benefisiarın) istəklərinə müvafiq gəlməsini təmin edəcəkdir.  
Sizin  tələblərinizdən  asılı  olaraq  bank  birbaşa  olaraq 
benefisiarın  xeyrinə  zəmanət  verəcək  və  zəmanətin  verilməsini 
idxalçının ölkəsindəki müxbir banka həvalə edəcəkdir. Müştərinin 
istəyi  ilə  zəmanət  rezerv  akkreditivin  gmissiya  formasında  ola 
bilər.  
 
 
 
 
 
  


 
 
 
 
208 
ƏDƏBİYYAT 
 
1.
 
E.F.Cukov, Denqi, kredit, banki, Moskva, 1999. 
2.
 
İ.V.Pehanskaə,  Orqanizaüiə  deətelğnosti  kommer-
çeskoqo banka, Moskva, 2001. 
3.
 
V.İ.Kolesnikova,  L.P.Kroliveükoy.  Bankovskoe  delo, 
Moskva, 2002. 
4.
 
Q.İ.Kravüovoy,  Denqi,  kredit,  banki,  Minsk:  BQGU, 
2003. 
5.
 
O.Ö.Sviridov,  Denqi,  kredit,  banki,  Moskva  –  Rostov–
na –Donu, 2005. 
6.
 
N.İ.Valenüevoy. 
Operaüii 
kommerçeskoqo 
banka, 
Moskva, 2005. 
7.
 
N.İ.Valenüevoy. Bankovskoe menedcment (çastğ vtoraə 
)Moskva, 2005. 
8.
 
Q. N. Beloqlazova. Denqi, kredit, banki, Moskva, 2005. 
9.
 
Q. N. Beloqlazova. Denqi, kredit, banki, Moskva, 2007. 
10.
 
 O. İ. Lavruşin. Bankovskoe menedcment, Moskva, 2009. 
11. Q.N.Beloqlazova,  L.  P.  Kroliveükaə,  Bankovskoe  delo, 
Sankt- Peterburq, 2009. 
12. T.P.Varlamova.  M.A.Varlamova,  Valötnıe  operaüii, 
Moskva, 2009. 
13.
 
 L. P.Kroliveükaə. Bankovskoe delo, Moskva, 2010. 
14. N. Q. Malaxova. Finansı i kredit, Moskva 2010.  
15. V.A.Slepova,  E.A.Zvonova.  Mecdunarodnıy  finansovıy 
rınok. Moskva. 2007. 
16. Curnal  “Bankovskoe  delo”  Üentralğnıy  bank  Ros-
siyskoy Federaüii, Moskva 2010. 
17. Curnal “Denqi i kredit” Moskva. 1. 2010.  
18. Jurnal “Bank və biznes” Azərbaycan. 2010. 
19.
 
 Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  haqqında  Azər-
baycan Respublikasının Qanunu. Bakı 10 dekabr 2004-cü il. 
20.
 
 Banklar  haqqında  Azərbaycan  Respublikasının  Qanunu. 
Bakı, 16 yanvar 2004-cü il.  
 


 
 
 
 
209 
 
Nəşriyyatın müdiri 
Kamil Hüseynov 
 
Baş redaktor 
İsmət Səfərov 
 
Redaktor 
İsabə Hüseynova 
 
Korrektor 
Südabə Manafova 
 
Kompyuter operatoru 
Çinarə Xalacova 
 
 
Dizayner 
Vüsalə Axundova 
 
 
 
 
i.e.d., prof. Elnur Sadıqov 
 Bank əməliyyatları 
--------------------------------- 
 Dərs vəsaiti 
 
 
 
 
 
Çapa imzalanıb    . 05. 2010. Kağız formatı 60x84 1/16. 
Həcmi       ç.v. Sifariş      . Sayı      . 
--------------------------------------------------------------------------- 
" İqtisad Universiteti " Nəşriyyatı. 
AZ 1001, Bakı, İstiqlaliyyət küçəsi, 6 
____________________________________________________ 
 
 
 


 
 
 
 
210 
MÜƏLLİF HAQQINDA 
 
 Sadıqov  Elnur  Məhəmməd  oğlu  1963-cü  ildə  anadan 
olmuşdur.  
1980-cı  ildə  D.  Bünyadzadə  adına  Azərbaycan  Xalq 
Təsərrüfatı İnstitutunun maliyyə-kredit fakültəsinə daxil olmuş və 
1987-ci ldə oranı bitirmişdir.  
1981-1983-cü  illərdə  Sovet  Ordusu  sıralarında    həqiqi 
hərbi xidmət kecmişdir.  
1987-1988-ci  illərdə  SSRİ  Dövlət  Əmanət  Bankı,  Azər-
baycan  Respublikası  Bankında  nağdsız  hesablaşmalar  və  əhaliyə 
kassa  hesablaşma  xidməti”  şöbəsində  müfəttiş  vəzifəsində 
çalışmışdır.  
1988-1991-ci  illərdə  N.  A.  Voznesenski  adına  Leninqrad 
Maliyyə  İqtisad  İnstitutunun  Pul  tədavülü  və  kredit  kafedrasının 
əyani aspiranturasında təhsil almışdır.  
 
1991-ci ildə 08. 00. 10 maliyyə, pul tədavülü və kredit ix-
tisası  üzrə  müdafiə  edərək  iqtisad  elmləri  namizədi  alimlik  də-
rəcəsinə layiq görülmüşdür.  
1991-ci  ildən  Azərbaycan  Dövlət  İqtisad  Universitetinin 
Bank  işi  kafedrasında  loborant,  müəllim,  baş  müəllim,  dosent 
vəzifələrində çalışmışdır.  
2001-2005-ci ildə Sankt-Peterburq Dövlət Maliyyə İqtisad 
Universitetinin  Pul  və  qiymətli  kağızlar  kafedrasının  dok-
toranturasında təhsil almışdır.  
2005-ci ildə Sankt-Peterburq Dövlət Maliyyə İqtisad Uni-
versitetində  08.  00.  10  maliyyə,  pul  tədavülü  və  kredit  ixtisası 
üzrə  müdafiə  edərək  Rusiya  Federasiyasının  iqtisad  elmləri 
doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.  
2009-cu ildən Azərbaycan Respublikasının iqtisad elmləri 
doktorudur.  
Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “Bank 
işi”kafedrasında professor vəzifəsində çalışır.  
Ailələdir, iki övladı var. 


 
 
 
 
211 
 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə