Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə5/64
tarix31.08.2018
ölçüsü1,92 Mb.
#65783
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   64

 
 
 
 
13 
Mülki  dövriyyənin  müdafiəsi  funksiyası  və  kredit  siste-
minə  inamın  möhkəmlənməsi  Mərkəzi  Bank  fəaliyyətinin  əsas 
məzmununu  təşkil  edir.  Bu,  yalnız  Azərbaycan  Respublikasının 
maliyyə-kredit 
sisteminin 
xüsusiyyəti 
deyildir. 
Bazar 
iqtisadiyyatında  olan  istənilən  müasir  dövlətin  Mərkəzi  Bankı 
həmin  məsələləri  həll  etmək  məcburiyyətindədir.  Ölkənin  bütün 
kredit 
sistemi 
funksiyalarının 
yerinə 
yetirilməsinin 
müvəffəqiyyəti əsasən cəmiyyətin bu sistemə inamını təmin edən 
müvafiq  hüquqi  və  institusional  şəraitlərin  olmasından  ibarətdir. 
Əgər  bu  cür  inam  itirilmişsə,  vətəndaşlar,  təşkilatlar  və  firmalar 
öz vəsaitlərini başqa yerə yatırmağa çalışar. Bu isə mütləq surətdə 
bankın  müflis  olmasına  və  bankdan  vəsaitlərin  müsadirə 
olunmasına  gətirib  çıxaracaqdır.  Bu  səbəbdən  vəsaitlərin 
təhlükəsizliyinə  zəmanət  verən  maliyyə  strukturları  sistemi 
mövcud olmalıdır.  
Mərkəzi bank sistemli bank çətinliklərinin yaranmamasına 
xüsusi  diqqət  yetirir.  Bu  məqsədlə  problemli  bankların  ilk 
mərhələdə aşkar edilməsi qaydası tətbiq edilmişdir. Bu isə kredit 
təşkilatlarının  maliyyə  sabitliyinin  müntəzəm  olaraq  sistemli 
təhlilini aparmağa və daha operativ şəkildə təsir tədbirlərini tətbiq 
etməyə imkan yaradır.  
 
          1. 4. Kommersiya bankları və digər kredit təşkilatları 
 
 
Hal-hazırda  kommersiya  bankları  digər  kredit  təşkilatları 
ilə  birlikdə  Azərbaycan  Respublikasının  kredit  sistemində  ikinci 
səviyyəni tutur.  
 
«Banklar  və  bank  fəaliyyəti  haqqında»  AR  Qanununda 
bank  hüquqi  şəxs  olan  və  Mərkəzi  Bank  tərəfindən  verilən 
lisenziya  əsasında  fəaliyyət  göstərən  kommersiya  təşkilatı  kimi 
xarakterizə edilir. Bu maddədə «bank» anlayışına aiddir: fiziki və 
hüquqi  şəxslərdən  pul  vəsaitlərini  cəlb  etmək,  onları  öz  adından 
qaytarılma,  ödənişlilik  və  müddətli  olmaq  şərtləri  ilə 
yerləşdirmək, digər bank əməliyyatlarını həyata keçirmək hüququ 


 
 
 
 
14 
verir.  
Qanun  kreditləşmə  sahəsində  fəaliyyət  göstərən  sub-
yektləri iki növə bölür: banklar və digər kredit müəssisələri. Kre-
dit müəssisələrinə müxtəlif bank əməliyyatlarını həyata keçirmək 
hüququ verilir.  
 
Kommersiya  banklarının  aşağıdakı  növlərini  qeyd  etmək 
olar: 
1.
 
Universal (geniş bank əməliyyatlarını həyata keçirən) və 
ixtisaslaşmış  (əsasən, hər-hansı  bir  növ  bank  əməliyyatını həyata 
keçirən,  məsələn,  depozit  əməliyyatları)  banklar.  Azərbaycanda 
əsasən universal banklar üstünlük təşkil edir. .  
2.
 
Filialları olan və filialsız banklar.  
3.
 
Müxtəlif  məqsədli  proqramların  maliyyələşdirilməsi 
üçün  yaranan banklar (inkişaf bankları  adlanan) və fəaliyyəti bir 
təsərrüfat  sahəsi  və  ya  konkret  proqram  miqyası  ilə  məh-
dudlaşmayan banklar.  
4.
 
Səhmdar və pay bankları.  
5.
 
İri, orta və kiçik banklar.  
6.
 
Nizamnamə  kapitalı  rezidentlərin  –  Azərbaycan  Res-
publikasının fiziki və hüquqi şəxslərinin vəsaiti hesabına və qeyri-
rezidentlərin  –  xarici  fiziki  və  hüquqi  şəxslərin  vəsaiti  hesabına 
yaranan banklar («müştərək banklar»); 
7.
 
Nizamnamə kapitalı qeyri-rezidentlərin – xarici fiziki və 
hüquqi  şəxslərin  vəsaiti  hesabına  yaranan  banklar  (şərti  olaraq 
«xarici banklar» adlandırılır); 
8.
 
Qeyri-rezident bankların filialları («AR ərazisində xarici 
investisiyaların iştirakı ilə açılan banklar»). Mərkəzi Bank xarici 
investisiyanın  ölkənin  bank  sistemində  iştirakına  limit  tətbiq 
etmişdir.  Bu  limit  Azərbaycan  Respublikasında  qeydiyyata 
alınmış xarici investisiyalı bankların ümumi kapitalının bir hissəsi 
olaraq  hesablanır.  Bu  limitin  keçməsi  halında  Mərkəzi  Bank  xarici 
investisiyalı  bankları  bank  əməliyyatlarını  keçirmək  hüququna 
verilmiş lisenziyadan məhrum edir.  
9.
 
İstənilən müştəri ilə kredit əməliyyatları aparan banklar və 


 
 
 
 
15 
qarşılıqlı  kredit  bankları.  Bu  təşkilatların  fəaliyyəti  kredit 
kooperasiyası  prinsiplərinə  əsaslanır.  Onlar  öz  iştirakçılarının 
(payçılarının,  səhmdarlarının)  vəsaitlərini  cəlb  edərək  yalnız  həmin 
şəxslərin kreditləşdirilməsini həyata keçirir.  
10.
 
Regional (fəaliyyəti kokret ərazi ilə məhdudlaşır) və qeyri-ərazi 
bankları (fəaliyyəti konkret ərazi ilə məhdudlaşmayan).  
Banklar  haqqında  qanunvericilik  kommersiya  banklarının 
hüquqi  şəxs  olmayan  filiallarını  və  nümayəndəliklərini  açmaq 
hüquqlarını nəzərdə tutur.  
Bank  filialları  haqqında  müddəada  filial  öz  səlahiyyətləri 
çərçivəsində  əməliyyatlar  həyata  keçirmək  hüququna  malikdir. 
Filial  rəhbəri  etibarnamə  əsasında  bankın  adından  müqavilə 
bağlaya bilər.  
Nümayəndəlik  bank  əməliyyatları  həyata  keçirmək  hü-
ququna  malik  olan  və  kommersiya  bankının  olduğu  yerdən 
kənarda yerləşən xüsusi bölməsidir. Bir qayda olaraq kommersiya 
banklarının  nümayəndəlikləri  potensial  müştərilər  arasında  öz 
banklarının xidmətlərini təbliğ edir.  
Azərbaycan  Respublikasının  müasir  kommersiya  bankları 
öz  hüquqi  mövqeyinə  əsasən  dövlət  banklarının  islahatlardan 
əvvəl  etdikləri  kimi  müştərilərə  münasibətdə  inzibati-nəzarət 
səlahiyyətlərini  həyata  keçirməli  deyillər.  Lakin  bu  halda 
kommersiya  banklarının  üzərinə  müştərilərin  fəaliyyətinə  nəzarət 
üzrə  öhdəlik  qoyulmuşdur.  Lakin  bu  nəzarət  mülki-hüquqi 
xarakter  daşıya  bilməz,  belə  ki,  o  bankın  kommersiya  maraqları 
ilə əlaqəli deyil.  
Beləliklə, bankların üzərinə sistematik olaraq müəssisələr, 
təşkilatlar və idarələr tərəfindən kassa əməliyyatlarının aparılması 
qaydalarına riayət olunmasını yoxlamaq öhdəliyi qoyulmuşdur.  
Kommersiya  banklarının  təşkilati  və  idarəetmə  strukturu 
onun  nizamnaməsi  ilə  müəyyən  olunur.  Həmin  nizamnamədə 
bankın  idarə  orqanı,  onun  strukturu,  yaranma  qaydası  və 
funksiyaları haqqında müddəalar vardır.  
Kommersiya  bankının  ali  orqanı  hər  il  aşağıdakı  məsə-


Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə