Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə6/64
tarix31.08.2018
ölçüsü1,92 Mb.
#65783
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   64

 
 
 
 
16 
lələrin  həll  olunması  üçün  çağırılan  səhmdarların  ümumi 
yığıncağından  ibarətdir.  Bu  məsələlərə  aiddir:  nizamnaməyə  və 
nizamnamə  kapitalına  dəyişikliklərin  edilməsi,  bankin  İdarə 
Heyəti  sədrinin  seçilməsi,  illik  fəaliyyət  nəticələrinin  təsdiq 
edilməsi,  bankın  gəlirlərinin  bölüşdürülməsi,  bankdan  asılı 
müəssisələrin  yaradılması  və  ləğv  edilməsi  və  bankın 
fəaliyyətinin bəzi digər mühüm məsələləri.  
Müşahidə  Şurası  nümayəndələrindən  ibarət  olan  ümumi 
yığıncaq  bankın  sədrini  təyin  edir.  Onun  üzərinə  bankın  idarə 
edilməsi öhdəliyi qoyulur.  
Bankın  Müşahidə  Şurasının  üzvləri  öz  funksiyalarını 
yerinə yetirmək üçün əhəmiyyətli səlahiyyətə malikdir. Müşahidə 
Şurası  bankın  məqsədlərini  müəyyən  edir  və  hesablaşma-kredit, 
investisiya, valyuta və digər fəaliyyət növləri üzrə onun siyasətini 
həyata keçirir və digər təşkilatlar ilə fəaliyyəti koordinasiya edir. 
Bank  tərəfindən  həyata  keçirilən  kredit  və  investisiya  siyasəti 
kreditə  tələbatın  dəyişildiyi  halda  bank  tərəfindən  qarşıya 
qoyulmuş məqsədlərin yerinə yetirilməsinə yardım etməlidir.  
Müşahidə  Şurası  kredit  və  investisiya  əməliyyatlarının 
bank  nəzarəti  və  tənzimlənməsi  orqanlarının  qanunlarına  və 
təlimatlarına  uygun  olmasına  görə  məsuliyyət  daşıyır.  Bununla 
əlaqədar olaraq müşahidəçilər bankın fəaliyyətinə ümumi nəzarəti 
və bank əməliyyatlarının yoxlanmasını həyata keçirir.  
Müşahidə  Şurası  kadrların  seçimi,  hazırlanması  və  is-
tifadəsi  məsələlərini  həll  edir.  Bank  direktorları  bankın  strukturu 
haqqında qərar qəbul edir, struktur bölmələrin hesabatlarını təsdiq 
edir.  
Bankın təşkilati strukturunda birbaşa olaraq bank qarşısına 
qoyulan məqsədlərin (kreditləşdirmə, investisiyalaşdırma, etibarlı 
əməliyyatlar,  beynəlxalq  hesablaşmaların  həyata  keçirilməsi, 
eləcə də yatırımların qəbul edilməsi və xidməti) yerinə yetirilməsi 
ilə  əlaqədar  olan  məsələlər  həll  olunur.  Bank  şöbələrinin  sayı 
bankın 
fəaliyyətinin 
həcmindən 
və 
xarakterindən,  bank 
əməliyyatlarının  həcmindən  və  mürəkkəbliyindən  və  müştərilərə 


 
 
 
 
17 
təklif edilən xidmətlərin müxtəlifliyindən asılıdır.  
Kommersiya  bankının  nizamnaməsi  AR-nın  Mərkəzi 
Bankı  tərəfindən  qeydiyyata  alındıqdan  sonra  “bank”  yaradılmış 
hesab  olunur  və  hüquqi  şəxs  statusuna  malik  olur.  Banklar 
Azərbaycanın  Mərkəzi  Bankı  tərəfindən  lisenziyanın  verildiyi 
andan  bank  əməliyyatları  həyata  keçirmək  hüququna  malik  olur. 
Bu zaman bank reyestrinə (dövlət qeydiyyat kitabına) edilən qeyd 
lisenziyanın  verilməsi  ilə  demək  olar  ki,  eyni  zamanda  həyata 
keçirilir.  Kommersiya  banklarının  filial  və  nümayəndəliklərinin 
açılması Mərkəzi Bankın icazəsi ilə həyata keçirilir.  
Kommersiya  banklarının  təsisçiləri,  səhmdarları  istənilən 
səviyyəli  hakimiyyət  orqanı,  onların  icra  orqanlarının,  siyasi 
təşkilatların 
və 
ixtisaslaşdırılmış 
ictimai 
təşkilatların 
nümayəndələri  istisna  olmaqla  bütün  vətəndaşlar  və  hüquqi 
şəxslər  ola  bilər.  Kommersiya  banklarının  təsisçilərinin  sayı 
üçdən az ola bilməz.  
Bundan  başqa  qeyri-likvid  balans  və  ya  ödəmə  qabiliy-
yətinin itirildiyi elan olunmuş müəssisə və təşkilatlar kommersiya 
bankının təsisçiləri, səhmdarları və iştirakçıları ola bilməz.  
Bankın  səhmdarları  nizamnamə  kapitalına  yatırım  olaraq 
pul  vəsaitini  manat  və  ya  xarici  valyutada,  bina  və  tikililər, 
avadanlıq  və  digər  maddi  dəyərlər,  qiymətli  kağızlar,  torpaqdan, 
sudan və digər təbii ehtiyatlardan istifadə hüququ, eləcə də başqa 
mülkiyyət  hüququ  kimi  yatırıla  bilər.  İstənilən  iştirakçının 
nizamnamə kapitalında olan payı 35 % -dən çox ola bilməz.  
Mərkəzi Bank aşağıdakı növdə lisenziyalar verir: 
1.
 
Banklar tərəfindən əməliyyatları manatla həyata keçirmək 
üçün lisenziya (fiziki şəxslərin vəsaitlərinin cəlb olunması hüququ 
olmadan); 
2.
 
Banklar  tərəfindən  əməliyyatları  manat  və  xarici 
valyutada  həyata  keçirmək  üçün  lisenziya  (fiziki  şəxslərin 
vəsaitlərinin cəlb olunması hüququ olmadan); 
3.
 
Yatırımların  cəlb  olunması  və  qiymətli  daşların  yerləş-
dirilməsi üçün lisenziya.  


 
 
 
 
18 
Bank  əməliyyatlarının  hayata  keçirilməsi  və  bankın 
nizamnaməsinin  qeydiyyata  alınması  üçün  lisenziyanın  veril-
məsindən imtina edilməsi aşagıdakı hallarda ola bilər: 

 
Rəhbər və baş mühasib vəzifəsinə təklif edilən namizədələrə 
qoyulan ixtisas tələblərinə qeyri-müvafiqlik; 

 
Təsisçi  müqaviləsinin  və  nizamnamənin  Azərbaycan 
Respublikasının  qüvvədə  olan  qanunvericiliyinə  qeyri-
müvafiqliyi; 

 
Təsisçilərin  bankın  yatırımçılarının  və  kreditorlarının 
maraqları  üçün  təhlükə  yaradan  qeyri-qənaətbəxş 
maliyyə vəziyyəti.  
Hüquqi şəxs tərəfindən bank əməliyyatlarının lisenziyasız 
hayata keçirilməsi həmin əməliyyatın aparılması nəticəsində əldə 
edilən  məbləğin  ondan  bütünlüklə  müsadirə  edilməsinə,  eləcə  də 
dövlət büdcə hesabına həmin məbləğin iki misli həcmində cərimə 
ödənilməsinə  gətirib  çıxara  bilər.  Mərkəzi  Bank  İqtisad 
Məhkəməsinə lisenziyasız bank əməliyyatı həyata keçirən hüquqi 
şəxsin ləğv olunması haqqında iddia vermək hüququna malikdir.  
Lisenziyalaşdırma  həmçinin  xarici  kapitalın  iştirak  etdiyi 
müştərək  banklara,  qeyri-rezidentlərin  xarici  banklarına  və 
filiallara da aid edilir  
Mərkəzi  Bank  həmçinin  lisenziyaların  ləğv  edilməsi 
hüququna  malikdir.  Lisenziyaların  ləğv  edilməsi  bankın  ləğv 
edilməsi  haqqında  qərar  olaraq  fəaliyyət  göstərir.  Bu  tədbir 
aşağıdakı hallarda tətbiq edilir: 

 
Düzgün olmayan məlumatların aşkar edilməsi zamanı; 

 
Lisenziyanın  verilməsindən  bir  ildən  çox  müddət  keç-
dikdən sonra bankın fəaliyyətə başlamaması; 

 
Bank  tərəfindən  hesabatda  qeyri-doğru  məlumatların 
təqdim edilməsi zamanı; 

 
Qanunvericiliklə  qadağan  olunmuş  və  banka  verilən 
lisenziya  çərçivəsindən  kənara  çıxan  əməliyyatların 
həyata keçirilməsi zamanı; 

 
Bank tərəfindən inhisara qarşı qanunvericiliyin tələblərinin 


Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə