Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə4/64
tarix31.08.2018
ölçüsü1,92 Mb.
#65783
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   64

 
 
 
 
10 
1.  Kreditləşdirilmənin  müddətli  olması  kreditin  vaxtında 
geri  qaytarılmasından  ibarətdir.  Müddətlilik  prinsipi  o  deməkdir 
ki,  kredit  sadəcə  qaytarılmalı  deyil,  ciddi  şəkildə  müəyyən-
ləşdirilmiş müddətə  qaytarılmalıdır, daha  doğrusu,  burada zaman 
amili konkret ifadə olunur.  
2. Fərqli yanaşma bankın öz müştərilərinə kredit verilməsi 
məsələsinə  birmənalı  olaraq  yanaşmamalı  olduğu  deməkdir.  Bu 
səbəbdən 
diferensial  münasibət  kreditvermə  qabiliyyəti 
göstəriciləri  əsasında  həyata  keçirilməlidir.  Kreditvermə 
qabiliyyəti  borc  alanın  krediti  müəyyənləşdirilmiş  müddətə 
qaytarma  qabiliyyəti  və  hazırlığına  əminlik  hissi  verən 
müəssisənin maliyyə vəziyyətidir.  
 
3. Kreditin  təminatlılıq prinsipi:  «Banklar  və  bank fəaliy-
yəti haqqında»  Qanunun  qəbul edilməsi  ilə  kommersiya  bankları 
öz  müştərilərinə  müxtəlif  formalı  təminatlarla  kredit  vermək 
imkanı  əldə  etdilər.  Kredit  təminatının  xarici  ölkələrdə  geniş 
şəkildə  istifadə  edilən  və  banklar  tərəfindən  götürülmüş  mühüm 
növləri aşağıdakılardan ibarətdir: girov, zəmanət, zaminlik, kredit 
riskinin  sığortalanması,  bankın  xeyrinə  üçüncü  şəxslərə  satılma, 
sessiya.  
4.  Kreditin  ödənclik  prinsipi  kredit  alan  tərəfin  pul  və-
saitlərindən  müvəqqəti  olaraq  öz  ehtiyacları  üçün  istifadə  etməsi 
müqabilində  banka  müəyyən  ödəniş  həyata  keçirməsidir.  Bu 
prinsipin  təcrübədə  həyata  keçirilməsi  bank  faizi  mexanizmi 
vasitəsilə həyata keçirilir.  
 
Bank  kreditləşdirilməsinin  bütün  prinsiplərinin  təcrübədə 
həyata  keçirilməsi  həm  ümumdövlət  maraqlarına,  həm  də  kredit 
müqaviləsinin  hər  iki  subyektinin  (bank  və  kredit  alanın) 
maraqlarına səbəb olur.  
 
  


 
 
 
 
11 
1. 3. Mərkəzi Bank, onun quruluşu və hüquqi mövqeyi 
 
 
Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  –  ölkənin 
əsas  bankıdır.  Onun  statusu  Azərbaycan  Respublikasının 
Konstitusiyası,  «Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı 
haqqında» Qanunla və digər qanunlarla tənzimlənir.  
 
Mərkəzi  Bank  hüquqi  şəxsdir  və  vergi  orqanlarında  qey-
diyyata  alınmır.  Gəlir  əldə  olunması  Mərkəzi  Bankın  fəaliyyət 
məqsədi deyildir.  
 
Mərkəzi  Banka  rəhbərliyi  Mərkəzi  Bankın  İdarə  Heyəti 
edir. İdarə Heyəti və onun digər stukturları aşağıdakı kimidir:  
 
1. Mərkəzi Bankın sədri və onun müavinləri; 
 
2. Əsas departament direktorları.  
İdarə  Heyəti  və  onun  strukturları  aşağıdakı  funksiyaları 
həyata keçirir: 
1)
 
Azərbaycan Respublikasının hökuməti ilə birlikdə vahid 
pul-kredit  siyasətinin  əsas  istiqamətlərinin  yerinə  yetirilməsini 
işləyib hazırlayır və təmin edir; 
2)
 
Mərkəzi  Bankın  illik  hesabatını  təsdiq  edir  və  onu 
Azərbaycan Prezidentinə təqdim edir; 
3)
 
Cari  ilin  (31  dekabr  tarixindən  gec  olmayaraq)  Mərkəzi 
Bankın  növbəti  il  üçün  xərc  smetasını,  eləcə  də  smetada  nəzərə 
alınmamış xərcləri nəzərdən keçirir və təsdiq edir; 
4)
 
Mərkəzi Bankın strukturunu müəyyən edir
5)
 
Mərkəzi  Bankın  Sədrinin,  Mərkəzi  Bankın  Sədr  müa-
vinlərinin və Mərkəzi Bankın digər əməkdaşlarının əməkhaqlarının 
forma və həcmini təsbit edir
6)
 
Aşağıdakı qərarları qəbul edir: 

 
Mərkəzi  Bankın  idarə  və  təşkilatlarının  yaradılması  və 
ləğv olunması haqqında;  

 
kredit  təşkilatları  üçün  mütləq  normativlərin  təsbit  edil-
məsi  haqqında;  ehtiyat  tələblərinin  həcmi  haqqında; 
Mərkəzi Bankın faizlərinin dəyişilməsi haqqında və s.  

 
Mərkəzi  Bankın  idarələrinin,  təşkilat  və  həmkarlarının 


 
 
 
 
12 
fəaliyyətini  təmin  etmək  üçün  daşınmaz  əmlakın 
alınması  və  satılması  haqqında;  birbaşa  kəmiyyət 
məhdudiyyətlərinin  tətbiq  edilməsi  haqqında;  banknot 
və  qəpiklərin  dövriyyəyə  buraxılması  və  dövriyyədən 
çıxarılması  haqqında;  nağd  pulların  buraxılma  həcmi 
haqqında; 

 
Kredit  təşkilatları  tərəfindən  ehtiyatların  yaradılması 
qaydası haqqında.  
7)
 
Milli  Məclisə  bankların  nizamnamə  kapitalına  dəyişik-
liklər haqqında təkliflərin verilməsi; 
8)
 
Struktur bölmələrinin işləmə qaydalarını təsdiq edir.  
Beləliklə, Mərkəzi  Bank  ikili  hüquqi  istiqamətə malikdir və  eyni 
zamanda  həm  xüsusi  səlahiyyətli  dövlət  idarə  orqanı,  həm  də 
təsərrüfat fəaliyyətini həyata keçirən hüquqi şəxs kimi çıxış edir.  
Mərkəzi  Bank  Azərbaycan  Respublikasının  pul-kredit 
sisteminin  idarə  edilməsini  iki  vasitə  ilə,  birincisi,  hakim  təli-
matlar vasitəsilə, ikincisi, iqtisadi metodlarla, daha doğrusu, kom-
mersiya  bankları  və  digər  təşkilatlarla  müxtəlif  müqavilələrin 
bağlanması vasitəsilə həyata keçirir.  
Mərkəzi  Bankın  hüquqi  mövqeyinin  hal-hazırkı  əsas  xü-
susiyyəti  ondan  ibarətdir  ki,  onun  inzibati-hüquqi  və  təsərrüfat 
fəaliyyətinin həyata keçirilməsi eyni bir məsələnin həllinə – kredit 
sisteminin idarə olunmasına təhkim edilmişdir.  
Mərkəzi  bankın  inzibati  funksiyalarını  şərti  olaraq  aşa-
ğıdakılara bölmək olar: təşkilati (pul dövriyyəsinin təşkili və idarə 
edilməsi)  və  mülki  dövriyyənin  (investorların  və  kommersiya 
banklarının 
digər 
kreditorlarının 
maraqlarının) 
müdafiə 
funksiyası. Mərkəzi Bank bu iki səlahiyyət çərçivəsində normativ 
aktlar  nəşr  etmək  hüququna  malikdir,  daha  doğrusu,  normativ 
funksiyası bilavasitə bu səlahiyyətlərlə əlaqədardır.  


Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə