Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə55/64
tarix31.08.2018
ölçüsü1,92 Mb.
#65783
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   64

 
 
 
 
172 
b)
 
İmzanın  olması  pasport  və  ya  şəxsiyyəti  təsdiq  edən 
digər  sənədin  təqdim  edilməsi  zamanı  müştəri  – 
vətəndaşdan; 
c)
 
Müştərinin öz mülkiyyətinə sərəncam vermək hüququnu 
etibar  etdiyi  şəxslərdən  (tapşırıqla  nəzərdə  tutulmuş 
əməliyyatların  həyata  keçirilməsi  üçün  etibarnamənin 
olması zamanı).  
Tapşırıq və etibarnamə üzərində olan imzalar metal hesabı 
sahibinin  kartına  uyğun  gəlməlidir.  Bütün  tapşırıqlar  bank 
depozitariyasına  müştəri  və  ya  onun  etibar  etdiyi  şəxs  tərəfindən 
doldurulmuş  blanklar  şəklində  təqdim  edilir.  Müştəriyə  bank 
depozitariyası  tərəfindən  təqdim  edilmiş  tapşırığın  surəti  verilir. 
Bank  depozitariyası  metal  hesabı  üzrə  sirrin  saxlanmasına 
zəmanət verir. Metal hesabının bağlanması müştərinin tapşırığına 
müvafiq olaraq, müştərinin hüquqi varisinin qərarına əsasən və ya 
respublika  qanunvericiliyinə  müvafiq  olaraq  məhkəmənin  qərarı 
ilə  həyata  keçirilir.  Metal  hesabında  qiymətli  metalların  mövcud 
olması zamanı metal hesabı bağlana bilməz. Hesab bağlanmazdan 
əvvəl orada yerləşən qiymətli metal müştərinin digər metal hesa-
bına, onun hüquqi varisinin hesabına və ya metal hesabının bağ-
lanması  əsasına  müvafiq  olaraq  bank  depozitarisinin  xüsusi 
hesabına  köçürülməlidir.  Metal  hesabının  bağlanması  zamanı 
müştəriyə, onun hüquqi varisinə və ya məhkəmə orqanına hesabın 
bağlanması haqqında arayış verilir.  
 
         
 
9.4. Təbii qiymətli daşlarla əməliyyatlar 
 
Qeyd  edilmiş  müddəa  qiymətli  daşlar  adlandırılan  təbii 
almaz, rubin, zümrüd, sapfir, aleksandrit, xammal və emal edilmiş 
şəkildə  mirvari,  nadir  kəhrəba  törəmələri  ilə  həyata  keçirilən 
əməliyyatlara  aiddir.  Bu  qayda  aşağıda  qeyd  edilmiş  qiymətli 
daşlara da şamil edilir: 


 
 
 
 
173 
a)
 
Təbii daşlar – seçilmiş və qiymətləndirilmiş
b)
 
Emal  edilmiş  –  zərgərlik  məmulatları,  yarımfabrikatlar 
və texniki təyinatlı məmulatlar.  
Xam,  seçilməmiş  təbii  qiymətli  daşlarla  əməliyyatların 
keçirilməsinə yol verilmir.  
Qiymətli metalların seçilməsi, ilkin təsnifi və ilkin qiymət-
ləndirilməsi  respublika  qanunvericiliyi  və  normativ-texniki 
sənədlərə  müvafiq  olaraq  hasilat  subyektləri  tərəfindən  həyata 
keçirilir.  Hasil  edilmiş  qiymətli  daşların  ilkin  təsnifatı  və  ilkin 
qiymətləndirilməsini  həyata  keçirmək  imkanı  olmayan  hasilat 
subyektləri müəyyən edilmiş qaydaya əsasən onların seçimi, ilkin 
təsnifatı  və  ilkin  qiymətləndirilməsini  həyata  keçirmək  üçün 
dövlət qorunmasına təqdim edir. Emal müəssisələri əməliyyatları 
aşağıdakı vasitələrlə həyata keçirə bilər: 

 
İstehsalda  istifadə  olunmayan,  emal  edilməmiş  qiymətli 
metallar – qiymətli daşların emal edilməsi üçün müvafiq 
lisenziyaya malik digər təşkilatlara və ya qiymətli daşlar 
bircası vasitəsilə; 

 
Emal  edilmiş  qiymətli  daşlar  –  öz  fəaliyyətində  birbaşa 
qiymətli daşlardan istifadə edən digər müəssisələrə və ya 
qiymətli daşlar bircası vasitəsilə.  
Qiymətli  daşların  istifadəsi  və  dövriyyəsinə  dövlət  nə-
zarətini  həyata  keçirmək  məqsədilə  Maliyyə  Nazirliyi  hasilat 
subyektləri ilə emal təşkilatları, eləcə də emal təşkilatları arasında 
emal  edilməmiş  qiymətli  metallarla  aparılan  sövdələşmələrin 
uçotunu həyata keçirir. Maliyyə Nazirliyi və Mərkəzi Bank hər il 
qiymətli daşların əldə edilməsi sifarişini verir və cari ilin 1 yanvar 
tarixinədək  hökumətə  gələn  il  dövlət  ehtiyatlarının  artırılması 
üçün  təbii  qiymətli  daşların  alınması  həcmini,  onların  satın 
alınacağı  hasilat  təşkilatının  adını,  eləcə  də  qiymətli  metallar  və 
qiymətli  daşların  dövlət  fondundan  satış  limitləri  (kvota) 
haqqında xəbər verir.  
Azərbaycanın  Mərkəzi  Bankı  və  xüsusi  səlahiyyətli 
banklar  təbii  qiymətli  daşların  alqı-satqı  əməliyyatlarını  öz 


 
 
 
 
174 
hesabına  və  öz  müştəriləri  hesabına  yerinə  yetirmək  hüququna, 
girov  əməliyyatları  və  qüvvədə  olan  qanunvericiliklə  nəzərdə 
tutulmuş  digər  növ  əməliyyatları  həyata  keçirmək  hüququna 
malikdir.  Mərkəzi  Bank  xüsusi  səlahiyyətli  banklara  respublika 
ərazisində  təbii  qiymətli  daşlarla  əməliyyatlar  aparılması 
haqqında  Müddəa  ilə  ona  verilmiş  hüquqlar  çərçivəsində  həyata 
keçirə  biləcəyi  əməliyyatların  siyahısı  və  xarakterini  müəyyən 
edir.  Bunlara  həmçinin  aşağıda  adları  qeyd  edilmiş  təşkilatlarla 
bağlanmış komissiya və ya tapşırıq müqavilələri üzrə özhesabına 
və müştərilərin hesabına alqı-satqı müqaviləsi də daxildir: 
Emal təşkilatlar ilə; 
Digər xüsusi səlahiyyətli banklarla; 
Sənaye təşkilatçıları ilə; 
İnvestorlarla.  
Bundan  başqa  xüsusi  səlahiyyətli  banklar  yuxarıda  qeyd 
edilmiş  Müddəanın  tələblərinə  müvafiq  olaraq  girovun  satışı 
şərtilə  təbii  qiymətli  daşlarla  əməliyyatların  aparılmasını  həyata 
keçirmək  hüququna  da  malikdir.  İnvestorlar  emal  olunmuş 
qiymətli  daşların  alqı-satqı  əməliyyatlarını,  onların  saxlanmasını 
və  zərgərlik  məmulatlarının  alınmasını  yalnız  xüsusi  səlahiyyətli 
banklar  vasitəsilə  onlarla  bağlanmış  tapşırıq  müqaviləsi  əsasında 
həyata  keçirə  bilər.  Qiymətli  daşların  sahibləri  onlardan  girov 
olaraq  istifadə  edə  bilər.  Girov  saxlayanın  tələblərinin  yerinə 
yetirilməsi  təbii  qiymətli  daşların  satışı  nəticəsində  əldə  edilmiş 
pul vəsaitləri hesabına həyata keçirilə bilər.  
Təbii  qiymətli  daşlardan  ödəniş  vasitəsi  kimi,  eləcə  də  öz 
məhsullarının  istehsalında  qiymətli  daşlardan  istifadə  edən  fərdi 
sahibkarlara  və  hüquqi  şəxslərə  kommersiya  bankları  tərəfindən 
verilmiş  kreditlərin  hesabatı  zamanı  istifadə  edilməsinə  yol 
verilmir.  Mərkəzi  Bank  və  Maliyyə  Nazirliyi  «Azərbaycan 
ərazisində  qiymətli  daşlarla  əməliyyatların  həyata  keçirilməsi 
haqqında Müddəanın tətbiq edilməsi qaydası haqqında» müştərək 
məktubu  ilə  respublika  ərazisində  banklar  tərəfindən  təbii 
qiymətli  daşlarla  həyata  keçirilən  əməliyyatların  siyahısını  təsdiq 


Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə