Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə63/64
tarix31.08.2018
ölçüsü1,92 Mb.
#65783
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   64

 
 
 
 
198 
mənbə hesab olunur.  
2.
 
Dövlət həmişə layihədən iqtisadi gəlir əldə etmək məq-
sədi güdmür. O, sosial əhəmiyyətli ola bilər.  
4.
 
Bankın riski minimaldır.  
Beləliklə,  investisiya  layihəsinə  büdcə  daxil  etməsi  – 
passivlərin  ən  yaxşı  növüdür.  Onların  cəlb  edilməsi  üçün 
maksimal səy göstərmək lazımdır.  
Yuxarıda qeyd olunanlar əsasında kommersiya bankları üçün 
investisiya siyasətinin mahiyyətini ifadə etmək olar: 
Kommersiya  banklarının  investisiya  siyasəti  –  maksimal 
mənfəət  əldə  etməyə  və  bazarda  öz  vəziyyətini  sabitləşdirməyə 
yönəldilmiş, fərdi qaydada işlənib hazırlanmış strategiyaya əsasən 
investisiya bazarında bankların hərəkətlərinin məcmusudur.  
 
12.2. Birbaşa və portfel investisiyarı 
 
İnvestisiya  (kapital  qoyuluşu)  –  iqtisadiyyatın  bütün 
sahələrində  əsas  ehtiyatların  təkrar  istehsalının  genişləndi-
rilməsinə  yönəldilmiş  maddi,  əmək  və  pul  ehtiyat  xərclərinin 
məcmusudur. İnvestisiya – Azərbaycan iqtisadiyyatı üçün yeni bir 
termin  deyil.  Mərkəzləşdirilmiş  planlı  sistem  çərçivəsində  təmir 
xərcləri  daxil  olmaqla  əsas  ehtiyatların  təkrar  istehsalına  olan 
bütün  xərclər  kimi  başa  düşülən  «ümumi  kapital  qoyuluşu» 
anlayışı  istifadə  edilirdi.  İnvestisiya  anlayışı  mahiyyətinə  görə 
«kapital  qoyuluşu»  və  «maliyyə»  (portfel)  investisiyası 
terminlərinə  yaxın  olan  real  investisiyanı  əhatə  edir,  yəni 
səhmləri,  istiqraz  vərəqələri,  digər  qiymətli  kağızları  yerləşdirmə 
mülkiyyətindən mənfəət  əldə  etmə hüququ verən mülkiyyətçinin 
titulu  ilə  əlaqədardır.  Maliyyə  investisiyası  həm  kapital 
qoyuluşunun  əlavə  mənbəsinə,  həm  də  qiymətli  kağızlar 
bazarında  birca  oyunun  predmetinə  çevrilə  bilər.  Lakin  portfel 
investisiyasının  bir  hissəsi  (maddi  istehsalatın  müxtəlif 
sahələrində  müəssisənin  səhmlərinə  kapital  qoyuluşu)  təbiətinə 
görə  istehsalatda  heç  nəyinə  görə  birbaşa  investisiyadan 


 
 
 
 
199 
fərqlənmir.  
Birbaşa  və  portfel  investisiyaları  oxşar,  lakin  müxtəlif 
motivlərlə  hərəkət  edir.  Hər  iki  halda  investorlar  sahib  olduqları 
səhmlərin  hesabına  şirkətin  mədaxilindən  mənfəət  əldə  etmək 
istəyir.  Belə  ki,  portfel  investisiyası  həyata  keçirilən  zaman 
investor  şirkəti  idarə  etməkdə  deyil,  gələcək  dividentlərin 
hesabına gəlir əldə etməkdə maraqlıdır. Birbaşa kapital qoyuluşu 
edən  xarici  investor  (bir  qayda  olaraq,  iri  şirkət)  müəssisənin 
idarəçiliyini ələ keçirməyə çalışır.  
Birbaşa  xarici  investisiya  –  ölkə  iqtisadiyyatında  kapital 
qoyuluşunun  sadə  maliyyələşdirilməsindən  də  üstündür.  Birbaşa 
xarici  investisiyada,  həmçinin  müəssisənin  istehsalatının  və 
texniki  səviyyəsinin  yüksəldilməsinin  üsulları  vardır.  Ölkədə  öz 
kapitalını  yerləşdirən  xarici  şirkət  texnologiya  və  istehsalatın 
təşkilinin  yeni  üsullarını  tətbiq  edir  və  birbaşa  dünya  bazarına 
çıxır.  
Portfel  investisiyası  üzərində  nəzarət  hüququnu  verməyən 
xarici  müəssisələrin  səhmləri,  istiqraz  vərəqələri  və  xarici 
dövlətlərin və ya beynəlxalq valyuta-maliyyə təşkilatlarının digər 
qiymətli kağızları ilə kapital qoyuluşudur. Həqiqi investisiyalar da 
mövcuddur.  Bu  –  torpağa,  daşınmaz  əmlaka,  avtomaşınlara  və 
avadanlıqlara,  ehtiyat  hissələrinə  və  s.  kapital  qoyuluşudur. 
Həqiqi investisiyaya dövriyyə kapitalının xərcləri də daxil edilir.  
 
12.3. Bankın kredit siyasəti 
 
Bank  mövcud  qanunvericiliyə  və  özünün  nizamnaməsinə 
əsasən  müstəqil  balansa  və  şəxsi  vəsaitinə  malik  olan  istənilən 
mülkiyyət  formalı  müəssisələrə,  təşkilatlara  və  idarələrə,  hüquqi 
şəxs  yaratmadan  fəaliyyət  göstərən  sahibkarlara  qısamüddətli, 
ortamüddətli 
və 
uzunmüddətli  kreditlər  verir,  həmçinin 
Azərbaycan Respublikasının vətəndaşlarına istehsal kreditləşməsi 
üzrə xidmətlərini təklif edir. Bank tərəfindən kredit verilən zaman 
pərakəndə  və  topdan  satış  ticarət  fəaliyyəti,  turist  biznesi, 


 
 
 
 
200 
həmçinin  istehsalat  sahəsi  ilə  məşğul  olan  müəssisələrə  üstünlük 
verilir.  Bu  bank  tərəfindən  riskin  azaldılmasının  tamlığı  ilə 
əlaqəlidir. Bankda kreditləşmə formaları: 

 
Kredit (istehlak kretidləşməsi); kredit xətti; 

 
«Overdraft»  hesablaşma  hesabında  vəsait  çatışmazlığı 
zamanı kreditin verilməsi.  
Kreditlər  borc  alanlara  təminat,  müddətlilik,  ödənclik  və 
qaytarılma  prinsiplərinə  əməl  etməklə  kommersiya  müqaviləsi 
əsasında verilir. Kredit işinin koordinasiyası və kreditin verilməsi 
barədə  qərarın  qəbulunu  Kredit  Komitəsi  həyata  keçirir.  Kredit 
Komitəsi  -  kreditin  verilməsi  barədə  qərar  qəbul  edən,  Kredit 
Komitəsi  haqqında  müddəalara  əsasən  fəaliyyət  göstərən  bankın 
daimi  kollegial  işçi orqanıdır.  Kredit  Komitəsinin  yaradılmasının 
məqsədi  kreditin  verilmə  imkanları  barədə  ədalətli  qərarın  qəbul 
edilməsi, həmçinin bankın əlverişli kredit portfelini yaratmaqdır.  
Kredit  siyasətinə  əsasən  bank  öz  nizamnaməsində  kredit 
və  investisiya  fəaliyyətinin  həyata  keçirilməsi  üçün  göstərilmiş 
məqsədlərlə  borc  alana  kreditlər  verir.  Kredit  portfelinin 
yaradılması  bankda  əmanətləri  və  hesablaşma  hesabları  olan  və 
onlarla  əməliyyatlar  həyata  keçirən  borc  alan  üçün  xüsusi 
üstünlüyə  malikdir.  Bank  tərəfindən  kredit  verilməsi  borc  alanın 
pul vəsaitinə müvafiq tələbatın və banka müvafiq vaxtda kreditin 
qaytarılması  üçün  kifayətedici  zəmanətin  mövcudluğunun 
qeydiyyatı  əsasında  aparılır.  Bank  şəxsi  kapitalı  və  cəlb  edilmiş 
vəsaitləri  kreditin  verilmə  müddəti  və  həcmi  üzrə  yerləşdirir  və 
cəlb  edilən  ehtiyatların  balanslaşdırılmasını  təmin  etməklə 
kreditlər  verir.  Kreditin  verilməsi  ilə  əlaqədar  bütün  məsələlər 
borc alan və bank arasında kredit müqaviləsi əsasında həll olunur. 
Həmin müqavilədə aşağıdakılar öz əksini tapır: 

 
Müqavilənin predmeti; 

 
Kreditləşmə obyekti; 

 
Kreditin müddəti və məbləği; 

 
Verilmə qaydası və kreditin ödənişi; 

 
Faiz tarifi, dəyişdirilmə şərtləri və dövriliyi; 


Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə