Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə53/64
tarix31.08.2018
ölçüsü1,92 Mb.
#65783
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   64

 
 
 
 
165 
 


 
 
 
 
166 
FƏSİL 9. QİYMƏTLİ METALLAR  VƏ  QİYMƏTLİ 
DAŞLARLA  BANK  ƏMƏLİYYATLARI 
 
9.1. Bankın qiymətli metallarla əməliyyatlarının 
növləri 
 
 
Banklar  qiymətli  metallarla  aşağıdakı  əməliyyatları  və 
sövdələşmələri həyata keçirmək hüququna malikdir: 
1.
 
Həm  öz  hesabına,  həm  də  müştərilərin  hesabına  (ko-
missiya  müqavilələri  və  tapşırıqlar  üzrə)  qiymətli 
metalların alınması və satılması; 
2.
 
Fiziki və hüquqi şəxslərdən qiymətli metalları yatırım-
lara cəlb etmək; 
3.
 
Öz  hesabına  və  öz  adından  qiymətli  metalları  digər 
banklarda  açılan  depozit  hesablarına  yerləşdirmək  və 
qiymətli metallar şəklində istiqrazlar təqdim etmək; 
4.
 
Qiymətli  metalların  girov  qoyulması  ilə  manat  və  xarici 
valyutada kreditlərin verilməsi və əldə edilməsi; 
5.
 
Sertifikatlaşdırılmış  anbarda  qiymətli  metalların  sax-
lanması və daşınması üzrə xidmətlərin göstərilməsi; 
6.
 
Qiymətli  metalların  tədarük  olunması  ilə  qiymətli 
metalların  alqı-satqı  əməliyyatlarının  fiziki  formada 
və  ya  hesabda  əks  olunması  formasında  həyata  ke-
çirilməsi; 
7.
 
Qiymətli metallarla alqı-satqı əməliyyatlarının aşağıdakı 
formada həyata keçirilməsi: 
7.1.
 
Dərhal çatdırılma ilə alqı-satqı sövdələşmələri    (na-
ğd  əməliyyatlar).  Bu  zaman  qiymətli  metallar  və  pul 
vəsaitlərinin  çatdırılması  tarixi  sazişin  bağlanması 
tarixindən  etibarən  iki  iş  günü  ərzində  müəy-
yənləşdirilir.  Metal  və  pul  vəsaitlərinin  çatdırılması 
üzrə  hesabatlar  müxtəlif  valyuta  tarixlərindən  həyata 
keçirilə  bilər,  bu  isə  xüsusi  olaraq  tərəflər  arasında 
sazişin bağlanması zamanı razılaşdırılır.  


 
 
 
 
167 
7.2.
 
Müddətli  alqı-satqı  sövdələşmələri.  Bu  zaman  söv-
dələşmə  üzrə  hesablaşma  müddəti  sazişin  bağlanması 
tarixindən etibarən iki iş günündən çox təşkil edir.  
8.
 
Azərbaycan  Respublikasının  qanunvericiliyinə  və 
beynəlxalq  bank  təcrübəsinə  müvafiq  olaraq  qiymətli 
metallarla digər əməliyyatların aparılması; 
9.
 
Azərbaycan 
Respublikası 
rezidentləri 
arasında 
qiymətli  metallarla  əməliyyatların  aparılması  zamanı 
yaranan 
bütün  pul  tələbləri  və  öhdəlikləri 
ödənilməlidir.  
 
9.2. Qiymətli metallarla bank əməliyyatlarının 
xüsusiyyətləri 
 
Banklar  qiymətli  metallarla  əməliyyatları  metal  hesabları-
nın  açılması  ilə  həyata  keçirir.  Metal  hesabları  banklar  da  daxil 
olmaqla  fiziki  və  hüquqi  şəxslər  üçün  açılır.  Qiymətli  metalların 
qorunması  üçün  banklar  məsuliyyətli  qorunma  şərtilə  metal 
hesabları açır. Müştəridən saxlanmaq üçün alınmış qiymətli metallar 
bankın cəlb edilmiş vəsaiti hesab edilmir və onun öz adından və öz 
hesabına yerləşdirilə bilməz.  
Qiymətli  metalların  yerləşdirilməsi  üçün  cəlb  edilməsi  və 
əməliyyatların  həyata  keçirilməsinin  təmini  səbəbilə  banklar 
nağdsız  metal  hesabları  açır.  Həmin  qiymətli  metallar  metal 
kütləsinin  kəmiyyət  xüsusiyyətinə  və  dəyərli  balans  qiymətinə 
malikdir.  Nağdsız  metal  hesabları  müqaviləsində  bu  hesab  üzrə 
aparılan  əməliyyatlar,  hesaba  yerləşdirmə  şərtləri  və  qiymətli 
metalların  hesabdan  qaytarılması,  eləcə  də  hesabın  aparılması, 
qiymətli  metalların  fiziki  formada  hesabdan  verilməsi  və  hesaba 
daxil  edilməsi  zamanı  fərdi  xüsusiyyətlərinin  dəyişilməsi  və 
nağdsız metal hesabında olan metal kütləsinin bu hesabdan fiziki 
formada  qaytarılmalı  olan  metal  kütləsindən  fərqləndirilməsi  ilə 
əlaqədar 
məbləğlərin 
ödənilmə 
həcmi 
və 
qaydası 
müəyyənləşdirilir.  Banklar  müxtəlif  növdə  nağdsız  metal 


 
 
 
 
168 
hesablarının  açılmasını  həyata  keçirir:  müştəri  hesabları,  o 
cümlədən,  bankların  müxbir  hesabları,  eləcə  də  müştərilərə 
verilmiş qiymətli metallarla əks olunmuş istiqraz hesabı.  
Nağdsız  metal  hesabları  üzrə  qiymətli  metalların  köçü-
rülməsi  ilə  əlaqədar  əməliyyatların  aparılması  üçün  banklar 
müxbir  münasibətləri  qurmaq  hüququna  malikdir.  Qiymətli 
metalların  nağdsız  metal  hesablarına  cəlb  edilməsi  və 
yerləşdirilməsi,  qiymətli  metalların  digər  nağdsız  metal  he-
sablarından  köçürülməsi,  qiymətli  metalların  nağdsız  metal 
hesabına  daxil  edilməsi,  eləcə  də  müştəriyə  satılmış  qiymətli 
metalların və  ya bank tərəfindən  əldə edilmiş qiymətli metalların 
qəbul  edilməsi  yolu  ilə  həyata  keçirilə  bilər.  Qiymətli  metalların 
müştərilərin  nağdsız  metal  hesablarından  çıxarılması  qiymətli 
metalların  digər  nağdsız  metal  hesablarına  köçürülməsi,  qiymətli 
metalların  fiziki  formada  hesabdan  çıxarılması,  eləcə  də  hesabda 
olan  qiymətli  metalların  alqı-satqı  əməliyyatlarının  həyata 
keçirilməsi yolu ilə mümkündür.  
Qiymətli  metallarla  borclar  qiymətli  metalların  müştəriyə 
fiziki  formada  təqdim  edilməsi  və  ya  müqavilə  ilə  müəyyən 
edilmiş  müddətin  bitməsinədək  qiymətli  metalların  tədarük 
olunması  öhdəliyinin  müqabilində  nağdsız  metal  hesablarına 
köçürülməsi  vasitəsilə  təqdim  edilir.  Qiymətli  metallarla  borc 
məbləğinin  ödənilməsi  qiymətli  metalların  fiziki  tədarük 
formasında  və  ya  qiymətli  metalların  borcalanın  nağdsız  metal 
hesablarından köçürülməsi yolu ilə həyata keçirilir. Nağdsız metal 
hesablarına,  komissiya  haqqlarına  və  nağdsız  metal  hesablarının 
aparılması  ilə  əlaqədar  olan  digər  haqqlara  hesablanmış  faizlər 
Azərbaycan  Respublikası  valyutasında  hesablanır  və  ödənilir. 
Lakin  nağdsız  metal  hesabları  üzrə  faizlər  qiymətli  metallarla  da 
ödənilə  bilər,  bu  isə  bank  və  hesab  sahibi  arasında  imzalanmış 
müqavilədə razılaşdırılmalıdır.  
Mərkəzi Bank qiymətli metallarla aparılan əməliyyatlara -
aşağıdakı nəzarəti həyata keçirir:  


Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə