Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə56/64
tarix31.08.2018
ölçüsü1,92 Mb.
#65783
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   64

 
 
 
 
175 
etmişdir.  Həmin  əməliyyatlara  qeyd  edilmiş  müddəada 
göstərilmiş əməliyyatlardan başqa aşağıdakılar da aiddir: 
1.
 
Emal  təşkilatları,  xüsusi  səlahiyyətli  banklar,  sənaye 
istehlakçıları,  investorlarla  bağlanmış  komissiya  və  ya 
tapşırıq  müqavilələri  üzrə  özhesabına  və  müştərilərin 
hesabına alqı-satqı müqaviləsi; 
2.
 
Yuxarıda qeyd edilmiş müddəanın tələblərinə müvafiq -
olaraq girovun satışı şərtilə təbii qiymətli daşlarla həyata 
keçirilən girov əməliyyatları.  
Bank hüquqi şəxslərə qiymətli əşyaları (pul nişanlarını, qiy-
mətli metalları və daşları, sikkələri, zərgərlik məmulatlarını və s.), 
eləcə  də  qiymətli  sənədləri  (nizamnamə  sənədlərini,  vekselləri, 
sertifikatları,  lisenziyaları  və  s.)  fərdi  bank            ,seyflərində 
saxlamaq imkanı təklif edir.  


 
 
 
 
176 
FƏSİL 10. İNTERNET — BANK  
SİSTEMİNİN MAHİYYƏTİ 
 
İnternet-bank  sistemi  distansion  bank  xidmətinin  xüsusi 
sistemindən  və  hesabların  internet  vasitəsilə  idarə  olunması 
sistemindən ibarətdir.  
«İnternet-bank»  sistemi  bankla  ünsiyyət  sahəsində  azad 
recim  seçimi  təqdim  edərək,  ödənişlərin  həyata  keçirilməsi  üzrə 
şirkətin imkanlarını genişləndirir.  
 «İnternet-bank» sistemi üçüncü şəxslərin köməyi olmadan 
müstəqil  şəkildə  bank  əməliyyatlarının  əksəriyyətini  həyata 
keçirməyə  və  internetə  çıxışlı  kompyuter  olan  istənilən  yerdə  sizə 
gərəkli olan məlumatı əldə etməyə imkan verir.  
İnternet-bank  Mərkəzi  Bankın  bütün  tələblərinin  nəzərə 
alınması  ilə  həyata  keçirilmişdir,  bu  isə  korporativ  müştərilər 
üçün  banka  aşağıdakı  maliyyə  sənədlərini  göndərmək  imkanı 
verir: 

 
Ödəniş tapşırığı; 

 
Ödəniş tələbi; 

 
İnkasso tapşırığı; 

 
Akkreditiv; 

 
Akseptdən imtina haqqında ərizə;  

 
Kassa ərizəsi; 

 
İnkasso üçün ötürülmüş hesablaşma sənədləri reyestri; 

 
Valyutanın dəyişdirilməsi üçün ərizə; 

 
Valyutanın alınması tapşırığı; 

 
Valyutanın satılması tapşırığı; 

 
Valyutanın müstəqil surətdə satılması tapşırığı; 

 
Valyutanın dəyişdirilməsi tapşırığı; 

 
İdxal akkreditivinin açılması üçün ərizə; 

 
Nağd valyutanın verilməsi üçün ərizə; 

 
Valyuta əməliyyatları haqqında arayış; 
Korporativ  müştərilər  bankdan  aşağıdakı  növdə  sənədləri 
ala bilərlər: 

 
İstənilən müddət üçün hesab üzrə çıxarış; 

 
İstənilən müddət üçün dövriyyəyə yekun çıxarışı; 

 
Müştəriyə verilmiş ödəniş tələbi. 


 
 
 
 
177 
FƏSİL 11. KOMMERSİYA BANKLARINDA 
MÜŞTƏRİLƏRƏ XİDMƏTİN TƏŞKİLİ 
 
11.1. Kommersiya banklarında xidmətin 
təşkilinin mahiyyəti 
 
İstənilən ölkənin iqtisadiyyatında bank sistemi xüsusi  yer 
tutur.  Banklar  istehsal  infrastrukturu  elementindən  ibarət  olaraq 
öz  fəaliyyəti  ilə  müasir  bazar  iqtisadiyyatının  səmərəli  şəkildə 
işləməsinə imkan yaradır.  
Azərbaycanda  bazar  münasibətlərinin  inkişafı,  konkret 
xidmətlərə  tələbatın  yaranmasında  istehlakçının  artmaqda  olan 
rolu, bankların idarə sisteminə, bank məhsullarının satış həcminin 
artmasına,  mövcud  xidmətlərin  mükəmməlləşdirilməsinə,  eləcə 
də  hesabat  və  digər  sənədlərin  müştəriyə  ötürülməsi  sahəsində 
yeni texnologiyaların tətbiq edilməsinə yeni tələblər irəli sürür.  
Son  illər  ərzində  kommersiya  banklarının  sayının  feno-
menal  şəkildə  artması  onların  arasında  təbii  olaraq  rəqabətin 
yaranmasına  gətirib  çıxarmışdır.  Bank  rəhbərləri  qarşısında 
bankın inkişafının strateci şəkildə idarə edilməsi, qlobal məqsədin 
yaradılması və onun əsas bölmələri qarşısında konkret vəzifələrin 
qoyulması,  bank  fəaliyyətinin  bütün  sferalarının  taktika  və 
siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi kimi problemlər 
yaranmışdır.  Bu  problemlərin  həll  edilməsi  üçün  bank 
rəhbərliyinə  bütün  inkişaf  variantlarını  nəzərdən  keçirmək 
lazımdır.  Diqqət  yetirilməli  olan  aspektlərdən  biri  də 
marketinqdir.  
Bank  məhsulunun  istehlakçıya  çatdırılması  marketinqin 
həll  etməli  olduğu  mühüm  məsələlərdən  biridir.  Bu  məsələnin 
həll  edilməsi  keyfiyyətindən  bankın  fəaliyyətinin  müvəffəqiyyəti 
də  asılıdır. Bank  məhsulunun  istehlakçıya çatdırılması  çatdırılma 
sistemlərinin 
fəaliyyəti 
vasitəsilə 
həll 
edilir.  Çatdırılma 
sistemlərinin  növləri  geniş  hüdudlara  malik  ola  bilər.  Bu 


 
 
 
 
178 
səbəbdən  marketinq  qarşısında  onlardan  birini  seçmək  problemi 
durur.  
Xarici  ölkələrin  təcrübəsində  bank  marketinqi  iri  sənaye 
və  ticarət firmalarının bu sahədə  əldə  etdiyi nailiyyətlər  əsasında 
yaranmışdır.  Azərbaycanda  isə  marketinqin  yaradılması  və 
öyrədilməsi,  demək  olar  ki,  bütün  kommersiya  strukturlarında 
eyni  zamanda  başlanmışdır.  Ədəbiyyatda  marketinqin  müəyyən 
edilməsi kifayət qədər müxtəlifdir. «Marketinq – yalnız məhsulun 
satışı  aktından  ibarət  deyldir.  Bu  bankın  strategiyası  və 
fəlsəfəsidir».  «Bank  marketinqi  –  müştərilərin  real  tələbatlarını 
nəzərə  almaqla  bank  məhsulları  üçün  daha  sərfəli  bazarların 
axtarışıdır».  «Bank  sferasında  marketinq  kredit  ehtiyatları 
bazarının  öyrənilməsinə,  müştərilərin  maliyyə  vəziyyətlərinin 
təhlilinə  və  bu  bazarda  banka  vəsaitlərin  cəlb  edilməsinin  və  bankın 
gələcək  fəaliyyətinin  yaradılmasına  istiqamətləndirilməlidir».  «Mar-
ketinq  –  məhsulların  yaradılması,  irəli  sürülməsi  və  satılması  üzrə 
bazar  strategiyasıdır.  Bank  marketinqi  bank  üçün  gəlirli  yolla  müş-
tərilərin bank xidməti sahəsindəki tələbatlarını ödəmək məqsədilə bir 
toplu texniki vasitələrin istifadəsindən ibarətdir».  
Bank  marketinqi  konsepsiyasını  ilk  dəfə  1950-ci  illərdə 
ABŞ-da  işləməyə  başlamışlar.  Qərbi  Avropada  banklarda 
marketinqdən  istifadə  etmək  zərurəti  bir  qədər  gec  başlamışdır  -
(1960-cı  illər).  1970-ci  illərin  ortalarında  bank  marketinqi  anlaşı 
geniş vüsət alır. Məsələn, 1960-cı illərdən İtaliyada bank sistemi 
və  bank  qanunvericiliyi  nisbətən  sabit  olmuşdur.  Banklar  azad 
rəqabət  recimində  fəaliyyət  göstərirdi.  1970-ci  illərdə  isə  bu 
vəziyyət  bir  qədər  dəyişdi.  Texnoloci  inqilab  bankların  yeni 
müştərilər  axtarmasına  gətirib  çıxarmışdır.  Müəssisələr  bank 
vasitəsilə  aparılan  hesablaşmalara  üstünlük  verməyə  başladı,  bu 
isə  bankla  müştəriləri  xeyli  yaxınlaşdırdı.  Müştərilər  isə,  öz 
növbəsində  yeni  xidmətlər  üçün  banka  daha  da  tez-tez  müraciət 
etməyə  başladılar.  1980-ci  illərdən  etibarən  İtaliya  bank  sistemi 
əhəmiyyətli dəyişikliklərə məruz qalmış, bankların üzərindən bəzi 
məhdudiyyətlər  götürülmüşdür,  bu  isə  banklararası  rəqabəti  güc-


Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə