Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə58/64
tarix31.08.2018
ölçüsü1,92 Mb.
#65783
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   64

 
 
 
 
182 
f)
 
Zəmanətli xidmət; 
g)
 
Rahatlıq; 
h)
 
Etibar.  
 
11.3. Fərdi şəxslərə fərdi bank xidmətinin təşkili 
(«Private Bankinq») 
 
Private banking – fiziki şəxslərə fərdi bank xidmətlərinin 
göstərilməsidir.  Bu  XVII  əsrin  sonlarında  –  XVIII  əsrin  əv-
vəllərində  Qərbi  Avropa  ölkələrində  yaranmışdır.  Tədricən  o, 
yüksək səviyyədə etibarlılıq və yığcamlılıqdan ibarət olan xüsusi 
instituta  çevrilmişdir.  Bir  çox  banklar  yüzilliklər  ərzində  zəngin 
ailələrin  kapitallarını  idarə  edirdi.  Burada  private  bankinq-in  iki 
əsas  prinsipi  inkişaf  etmişdir:  kapitalın  mövcudiyyət  müddətinin 
artırılması,  nəsildən-nəsilə  ailənin  maliyyə  sabitliyinin  təmin 
edilməsi  və  bank  ilə  müştəri  arasındakı  münasibətlərdə 
maksimum  etibar.  Private  banking  çərçivəsi  təcrübəsində  fiziki 
şəxs  olan  müştəriyə  onun  aktivlərinin  idarə  edilməsi  ilə  məşğul 
olan  bank  meneceri  təhkim  edilir.  Xaricdə  bu  xidmətin  qərb 
nümunələri tətbiq edilir, lakin, bu xidmət sektorunun inkişaf etmiş 
iqtisadiyyata  malik  ölkələrdə  və  bizdə  inkişaf  səbəbləri  müxtəlif 
idi.  Məsələn,  ABŞ-da  təklif  edilən  xidmətlərin  müxtəlifliyi  və 
keyfiyyətinə  xüsusi  diqqət  yetirilirdi.  Bizdə  isə  banklar 
məlumataların məxfiliyini daha çox qiymətləndirirdi. İnsana onun 
menecerinin təhkim edilməsi üçün  «kritik minimum» məbləği də 
fərqli idi.  
Zəngin  müştəriyə  bank  xidmətinin  göstərilməsinin  hamı 
tərəfindən  qəbul  edilmiş  nümunəsi  private  banking  xidmətlərini 
təklif edən İsveçrə fərdi bankıdır. Demək olar ki, son illər ərzində 
private banking respublikamızda geniş inkişaf etmişdir.  
 
İsveçrədə  fərdi  banklar  XVIII  əsrin  ortalarında  yaran-
mışdır.  Bu  zaman  təsisçi-fiziki  şəxslər  öz  kapitallarını  bank 
fəaliyyətinin  həyata  keçirilməsi  üçün  birləşdirmişdir.  «Fərdi 
bank»  anlayışı  özü  bankın  yalnız  fərdi  müştərilərə  xidmət 


 
 
 
 
183 
göstərməsi səbəbindən deyil, bankın fərdi şəxslərə mənsub olması 
səbəbindən  yaranmışdır.  Təsisçilərin  yanına  onlara  öz  pullarını 
verən  müştərilər  gəlirdilər.  Bank  səhmdarları  isə  bu  yatırımlara 
görə  bütün  əmlakı  ilə  cavab  verirdi,  ona  görə  tam  məsuliyyət 
daşıyırdılar.  
 
Hal-hazırda  İsveçrə  fərdi  bankları  öz  öhdəlikləri  üzrə 
məhdud  məsuliyyət  daşımır.  Lakin  onlar  əvvəlki  kimi  zəngin  in-
sanların  ailəvi  maliyyə  işləri  ilə  məşğul  olur.  Bir  qayda  olaraq, 
İsveçrə  fərdi  bankı  illik  üzvlük  haqlarına  malik olan  bir  struktur 
kimi  yaradılmışdır.  Əksər  hallarda  bu  növ  kredit  təşkilatları 
zəngin  ənənələrə  malikdir.  Bəzən  eyni  bir  bankda  iki  üç  ailə 
nəslinə xidmət göstərilir.  
Azərbaycan  təcrübəsində  «fərdi  bank»  termini  istənilən 
qeyri-dövlət bankı kimi qəbul edilir. «Klassik İsveçrə fərdi bankı» 
anlayışı  nə  deməkdir?  Burada  müştəri  –  təsisçilər  də  fərdi 
şəxslərdirlər.  Müasir  Azərbaycanda  bunun  hələki  analoqu 
olmamışdır.  Təbii  ki,  təsisçilərin  fiziki  şəxslərdən  ibarət  olduğu 
banklar  da  mövcuddur,  lakin  bu  zaman  banklar  universal  hesab 
olunur:  onlar  həm  fiziki  şəxslərə,  həm  də  şirkətlərə  xidmət 
göstərir.  
Azərbaycanda  private  banking  bəzi  universal  bankların 
«ən varlı müştərilər üçün» VİP xidməti olaraq yaranmışdır. Lakin 
son illər bu təcrübə bank fəaliyyəti istiqamətində inkişaf etmişdir.  
Təbii ki, private banking anlayışı altında İsveçrədə olduğu 
kimi  Azərbaycanda  da  fərdi  zəngin  müştərilərə  fərdi  xidmət 
göstərilməsi  bank  xidmətləri  və  məhsullarının  toplusu  başa 
düşülür.  Yalnız  bəzi  banklar  maliyyə  planlaşdırılması 
xidmətlərini  də  göstərə  bilər,  bu  isə  imkanlı  müştəriyə  təklif 
edilən bütün bank məhsullarını vahid kompleksdə birləşdirir.  
Fərdi  bankların  əsas  fərqli  cəhəti  ondan  ibarətdir  ki,  artıq 
xidmət  göstərilmiş  müştərilərə  tövsiyyələr  verməli,  müştərilərin 
axtarışı  ilə  məşqul  olmalı  və  şəxsi  kapitalın  peşəkar  şəkildə  və 
risksiz idarə edə biləcəyini təsdiq etməlidir.  


 
 
 
 
184 
Milli fərdi banklar bir müddətdir ki yaranmışdır, o iki yüz 
illik  tarixə  malik  deyildir.  Axı,  bizim  banklarda  əməkdaşların 
yüksək  peşəkarlığından  başqa  yerli  müştəriləri  də  vardır. 
Həmyerlilər bankın ən yaxşı müştəriləridir. Onlar banka bağlıdırlar, 
öz üzərinə götürdükləri öhdəlikləri yerinə yetirİrlər.  
Private  banking  bütöv  xidmətlər  paketidir.  Bura  daxildir: 
bank  hesabları,  plastik  kartlarla  aparılan  müxtəlif  əməliyyatlar, 
fərdi vergi planlaşdırılması və maliyyə kosaltinqi üzrə xidmətlər, 
investisiya-bank  xidmətləri,  müştəri  aktivlərinin  idarə  edilməsi, 
fərdi  mülkiyyətin  idarə  edilməsi.  Əlbəttə  ki,  müştəri  bütün  bu 
xidmətləri  ayrılıqda  da  əldə  edə  bilər.  Lakin  onların  maliyyə 
planlaşdırılması  çərçivəsində  birləşdirilməsi  daha  səmərəlidir. 
Maliyyə planı sxematikdir – müştərinin bir neçə il öncəki gəlir və 
xərclərin siyahısından ibarətdir. Həmin siyahıda  müştərinin vergi 
öhdəlikləri,  vərəsənin  qorunması,  vərəsə  qoyulmuş  mülkiyyətin 
idarə  edilməsi,  aktivlərin  idarə  edilməsi  də  nəzərə  alınır. 
Mühasibat  dili  ilə  desək,  maliyyə  planlaşdırılması  müştərinin 
aktiv  və  passivlərinin  şəxsi  balansının  tərtib  edilməsi  deməkdir. 
(Bu  qərbdə  «profit  and  losses»  termini  ilə  ifadə  edilir).  Maliyyə 
planı müsbət və mənfi pul axınlarının bərabər şəkildə bölünməsi-
nin  təsvirini  verir,  müştərinin  nə  vaxt  kredit  götürməsinin  daha 
əlverişli  olduğunu,  azad  pul  vəsaitlərini  nə  vaxt  yatırmağı 
proqnozlaşdırmağa  imkan  verir.  Maliyyə  planında  vəziyyət 
dəyişildikcə dövrü olaraq düzəlişlər edilir.  
Beləliklə,  maliyyə  planlaşdırılması  –  müştərinin  kapita-
lının  idarə  edilməsi  zamanı  kompleks  həll  yoludur,  private  ban-
king-in daha yüksək səviyyəsidir. İsveçrədə bu tip xidmət «family 
office» adlanır. Müştəri yalnız özü üçün maliyyə planlaşdırılması 
sifarişi  verir,  onun  çərçivəsində  də  bank  məhsulları  kompleksini 
əldə etmiş olur.  
 
11.4. Banklarda kredit məsləhəti xidmətinin təşkili 
 


Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə