Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə52/64
tarix31.08.2018
ölçüsü1,92 Mb.
#65783
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   64

 
 
 
 
162 
findən  qəbzin  verilməsini  tələb  edə  bilər.  Bu  zaman  veksel  sax-
layan ödənişin bir qismini qəbul etməkdən imtina edə bilməz.  
 
Qismən ödəniş edildikdə ödəyici vekseldə belə bir ödəniş 
barədə qeyd olunmasını və bu barədə qəbzin verilməsini tələb edə 
bilər.  
 
Veksel  saxlayan  müddət  başa  çatmayana  kimi  köçürmə 
veksel  üzrə  ödənişi  qəbul  etməli  deyildir.  Ödəyici  indossantların 
imzalarını 
deyil, 
indossamentlərin 
sıra 
ardıcıllığının 
düzgünlüyünü yoxlamalıdır.  
 
Əgər  köçürmə  veksel  ödəniş  yeri  ilə  əlaqəsi  olmayan 
valyuta  ilə  yazılmışdırsa,  onda  onun  məbləği  ödəniş  günü  başa 
çatdıqda məzənnə üzrə digər valyuta ilə ödənilə bilər. Əgər borclu 
ödəniş vaxtını gecikdirmişdirsə, veksel saxlayan öz mülahizəsi ilə 
köçürmə vekselin məbləğini  ya ödəniş vaxtı başa çatdıqda, ya da 
ödəniş  günü  məzənnə  üzrə  digər  valyuta  ilə  ödənilməsini  tələb 
edə bilər.  
 
Maliyyəçi xarici valyutanın məzənnəsinin Mərkəzi Bankın 
rəsmi məzənnəsi ilə müəyyən edilməsinə diqqət yetirməlidir. Belə 
ki,  veksel  verən  müəyyən  edə  bilər  ki,  ödənilməli  olan  məbləğ 
vekseldə göstərilən məzənnə ilə hesablanır. Belə ki, veksel verən 
müəyyən edə bilər ki, ödənilməli olan məbləğ vekseldə göstərilən 
məbləğlə hesablanır. Bu qayda veksel verənin vekseldə göstərilən 
və  müəyyən  olunan  valyuta  ilə  ödənişinin  həyata  keçirilməsinə 
tətbiq  edilmir.  Bu  hər  hansı  xarici  valyuta  ilə  səmərəli  ödəniş 
qeydi adlandırılır.  
 
Müəyyən olunmuş vaxtda köçürmə veksel ödənişə təqdim 
edilmədiyi  halda  borclu  veksel  saxlayanın  hesabına  müvafiq 
hökumətin  orqanında  veksel  məbləğini  depozit  qismində  daxil 
edə bilər.  
              
8. 7. Vekselin ödənilməməsi və qeyri-aksept əməliyyatı 
 
Qeyri-aksept  və  ya  ödəniş  edilmədiyi  halda  iddia  verilə 
bilər.  Veksel  saxlayan  aşağıdakı  hallarda  öz  iddiasını 


 
 
 
 
163 
indossantlara,  veksel  verənə  və  digər  borclu  şəxslərə  qarşı 
yönəldə bilər: 

 
Ödəniş  edilmədiyi  və  ödəniş  müddəti  başa  çatdığı  təq-
dirdə; 

 
Ödəniş  müddəti  başa  çatana  kimi  akseptdən  tam  və  ya 
qismən imtina edildikdə; 

 
Vekseli  aksept  edib-etməməsindən  asılı  olmayaraq 
ödəyicinin  müflisliyi  məhkəmə  tərəfindən  müəyyən 
edilmədiyi  halda,  ödəniş  dayandırıldıqda  və  ya  onun  əm-
lakına yönəlmiş cəriməyə nəticəsiz davranış olduqda;  

 
Aksept  edilməyən  veksel  üzrə  veksel  verənin  müflisliyi 
halında.  
Qeyri-akseptə  protest  akseptə  təqdim  edilmə  üçün 
müəyyən  edilmiş  müddət  ərzində  həyata  keçirilir.  Əgər  birinci 
təqdimetmə  müddətin  son  günü  edilməli  idisə,  onda  protest 
sonuncu  günü  edilə  bilər.  Müəyyən  gündə,  tərtib  edildiyi  və 
yaxud  təqdim  edildiyi  andan  müəyyən  tarixə  kimi  köçürmə 
vekselin  ödənilməməsinə  görə  protest  köçürmə  vekselin  ödəniş 
tarixindən  sonrakı  iki  iş  günündən  birində  həyata  keçirilməlidir. 
Qeyri-akseptə  protest  ödənişə  təqdim  etməkdən  və  ödəniş 
edilməməyə protestdən azad edir.  
Müəssisənin  maliyyə  xidməti  nəzərə  almalıdır  ki,  vekseli 
aksept  edib-etməməsindən,  həmçinin  ödəyicinin  əmlakına 
cərimənin  yönəldilməsinə  nəticəsiz  davranışdan  asılı  olmayaraq 
ödəyici ödənişi dayandırdığı halda, veksel saxlayan ancaq vekseli 
ödəniş üçün ödəyiciyə təqdim etdikdən və protest verdikdən sonra 
öz  hüquqlarını  reallaşdıra  bilər.  Ödəyicinin  vekseli  aksept  edib-
etməməsindən  asılı  olmayaraq  müflisliyi  halında,  həmçinin 
akseptə aid edilməyən veksel üzrə veksel verənin müflisliyini elan 
edildikdə, veksel saxlayanın öz hüquqlarını həyata keçirməsi üçün 
müflisliyin elan edilməsi barədə məhkəmənin qərar qəbul etməsi 
kifayət edir.  
Veksel verən, indossant və ya avalist sənədə daxil edilmiş 
və  imzalanmış  «gecikməsiz  dövriyyə»,  «protestsiz»  və  s.  oxşar 


 
 
 
 
164 
qeydlərin  köməyi  ilə  veksel  saxlayanı  qeyri-aksept  və  ödəməmə 
zamanı  reqress  hüquqlarının  həyata  keçirməsi  üçün  protest 
verməkdən  azad  edəcəkdir.  Bu  zaman  veksel  saxlayan  müəyyən 
edilmiş  müddətdə  köçürmə  vekseli  təqdim  etməlidir.  Əgər  qeyd 
veksel  verən  tərəfindən  daxil  edilmişdirsə,  onda  vekseli 
imzalamış  bütün  şəxslərə  münasibətdə  hüquqludur,  əgər  qeyd 
indossant və ya avalist tərəfindən daxil edilmişdirsə, onda o ancaq 
özünə münasibətdə hüquqludur.  
 
8.8. Veksel dövriyyəsində iştirak edən şəxslərin 
hüquq və vəzifələri 
 
Axırıncı  indossamentdən  sonra  surəti  çıxarılana  kimi  əsl 
sənəddə  «buradan  indossolamaq»  «başlama  ancaq  surətlər  üçün 
etibarlıdır» və ya digər oxşar qeydlər qoyula bilər. Bundan sonra 
əsildə qoyulmuş indossament etibarlı hesab edilmir.  
Veksel  dövriyyəsi  üçün  iddia  müddəti  mühüm  əhəmiyyət 
kəsb  edir.  Köçürmə  vekseldən  akseptə  qarşı  yaranan  iddia  tələbi 
ödəniş günündən üç il müddət keçməklə ödəmə başa çatır. Veksel 
saxlayanın indossanta və veksel verənə qarşı iddia tələbi müəyyən 
olunmuş  müddətdə  edilmiş  protest  günündən  və  ya  gecikməsiz 
dövriyyə  barədə  qeyd  mövcud  olduğu  halda  ödəniş  günündən 
sonra  bir  il  başa  çatması  ilə  ödənilir.  İndossantın  bir-birinə  və 
veksel  verənə  qarşı  iddia  tələbi  indossant  vekseli  ödədiyi  və  ya 
ona  iddia  irəli  sürüldüyü  gündən  hesablamaqla  altı  ay  başa 
çatdıqda ödənilir.  
Köçürmə  veksel  üzrə  ödəniş  müddəti  qeyri-iş  gününə 
düşərsə,  onda  ancaq  ilk  növbəti  iş  günü  tələb  oluna  bilər.  Əgər 
istənilən  əməliyyat  müəyyən  müddət  ərzində  edilməlidirsə  və 
sonuncu gün qeyri-iş günü müəyyən edilmişdirsə, onda belə müddət 
yaxın,  bitən  iş  gününə  kimi  uzadılır.  Bitən  müddətin  gününə  düşən 
qeyri-iş günü müddətdən hesablanır.  
 
 


Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə