Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə54/64
tarix31.08.2018
ölçüsü1,92 Mb.
#65783
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   64

 
 
 
 
169 
1.
 
Qiymətli  metallarla  bank  əməliyyatlarının  keçirilməsi 
zamanı  banklar  qiymətli  metalların  manatla  dəyər-
ləndirilməsi  tələbləri və  öhdəliklərinin  nisbətinə  nəzarət 
etməlidir. 
Daha 
doğrusu, 
qiymətli 
metallarla 
əməliyyatlar  üzrə  açıq  mövqeyə  malik  olmalıdır.  Açıq 
mövqenin  tənzimlənməsi  qaydası  Mərkəzi  Bank 
tərəfindən müəyyənləşdirilir.  
2.
 
Banklar qiymətli metallarla bank əməliyyatlarını nağdsız 
metal  hesabları  vasitəsilə  yalnız  qiymətli  metallarla 
əməliyyatlar  üzrə  açıq  mövqenin  Mərkəzi  Bank 
tərəfindən  müəyyənləşdirilmiş  limitinin  olması  zamanı 
həyata keçirir.  
3.
 
Mərkəzi  Bank  qiymətli  metallarla  əməliyyatların  müha-
sibat  uçotunun  aparılması,  qiymətli  metalların  he-
sablanması  hesablarının  yenidən  qiymətləndirilməsi 
qaydası,  hesabat  forması,  onun  verilmə  qaydası  və 
müddəti  üçün  vahid  qayda  müəyyənləşdirir,  eləcə  də 
qiymətli  metallarla  əməliyyatlar  üzrə  bankların  digər 
fəaliyyət  normativlərini  müəyyən  edir  və  onların  yerinə 
yetirilməsinə nəzarət edir.  
4.
 
Mərkəzi Bank qiymətli metalların bank tərəfindən qəbul 
edilməsi,  saxlanması  və  verilməsi  qaydalarını  müəyyən 
edir.  
5.
 
Bank  tərəfindən  Mərkəzi  Bankın  tələblərinin  pozulması 
zamanı  banka  qarşı  «Azərbaycan  Respublikasının 
Mərkəzi  Bankı  haqqında»  qanunda  nəzərdə  tutulmuş 
tədbirlər həyata keçirilir.  
Mərkəzi  Bankın  tələblərinin  yerinə  yetirilməməsi  qiymətli 
metallarla  əməliyyatlar  aparılmasına  verilmiş  lisenziyanın  geri 
alınmasına  səbəb  ola  bilər.  Qiymətli  metallarla  əməliyyatlar 
aparılması  üçün  bank  Mərkəzi  Bankdan  lisenziya  almalıdır. 
Maliyyə  Nazirliyi  ilə  razılıq  əsasında  Mərkəzi  Bank  qiymətli 
metallarla  əməliyyat  aparılması  üçün  “xüsusi  səlahiyyətli 


 
 
 
 
170 
kommersiya  bankı”  statusunu  əldə  etmiş  olur.  Bu  tip  bank 
aşağıdakı əməliyyatları həyata keçirə bilər: 

 
Xüsusi  səlahiyyətli  banklar,  Mərkəzi  Bank,  sənaye 
istehlakçıları,  investorları  ilə  həm  öz  hesabına,  həm  də 
müştərilərin  hesabına  qızıl  və  gümüş  külçələrinin  alqı-
satqı sövdələşmələri; 

 
Beynəlxalq  Bank  təcrübəsinə  müvafiq  olaraq  açılmış 
xüsusi  hesablar  üzrə  qızıl  və  gümüş  külçələrlə  əmə-
liyyatlar; 

 
Girov  predmetinin  xüsusi  səlahiyyətli  banklar  vasitəsilə 
satılması  şərtilə  qızıl  və  gümüş  külçələri  ilə  girov 
əməliyyatları; 
 
9.3. Banklarda metal hesabı 
 
Metal  hesabı  bank  tərəfindən  qiymətli  metallarla  əmə-
liyyatlar  həyata  keçirilməsi  üçün  açılır.  Metal  hesabı  bank 
hesabıdır.  Burada  müəyyən  miqdarda  qramla  metal  yerləşdirilir. 
Bu  hesab  depozitaridə  açılır  və  özündə  bir  rəqəmdən  –  xalis 
kimyəvi qiymətli metalın qramla miqdarından başqa heç nəyi əks 
etdirmir.  Beləliklə,  metal  hesabında  fiziki  metalın  miqdarı  qeyd 
edilir,  bank  depozitarisində  isə  metalın  həmin  ekvivalenti 
saxlanılır.  Hesabat  qramla,  sikkələrin  hesabatı  ilə  onların  sayına 
əsasən  aparılır.  Troya  unsiyasının  qrama  çevrilməsi  zamanı  bir 
troya unsiyasının 31, 1034807 q. təşkil etməsindən istifadə edilir. 
Nəticə  troya  unsiyasının  1/1000  hissəsinədək  dəqiqliklə  və 
yuvarlaqlaşdırma  qaydasının  tətbiq  edilməsi  ilə  müəyyən  edilir. 
Metal hesabların iki növü mövcuddur: 

 
Məsuliyyətli saxlanma şərtli metal hesabı; 

 
Sahibsiz göstərilmiş metal hesabı.  
Məsuliyyətli  saxlanma  şərtli  metal  hesabı  (allocated 
account)  –  banka  məsuliyyətli  saxlanma  üçün  verilmiş  qiymətli 
metalların hesabatı üçün müştəri hesabıdır. Müştəridən saxlanmaq 
üçün  qəbul  edilmiş  qiymətli  metallar  bankın  cəlb  edilmiş 


 
 
 
 
171 
vəsaitləri  hesab  edilmir  və  onun  öz  adından  və  öz  hesabına 
yerləşdirilə  bilməz.  Metalın  saxlanması  üçün  metal  sahibi,  daha 
doğrusu bank müştərisi ödəniş edir.  
 Sahibsiz  metal  hesabı  (unallocated  account)  qiymətli 
metalların fərdi əlamətləri qeyd edilmədən hesabatı, onların cəlb 
olunması  və  yerləşdirilməsi  üzrə  əməliyyatların  aparılması  üçün 
bank  tərəfindən  açılmış  hesabdır.  Bu  hesab  yalnız  bir  növ 
qiymətli  metalın  (qızıl,  gümüş,  platin  və  platin  qruplu  metallar) 
hesabatı üçün nəzərdə tutulmuş ola bilər. Hüquqi şəxslər – bank 
müştəriləri  qiymətli  metallarla  əməliyyat  aparılması  üçün 
lisenziyaya  malik  olmalıdırlar.  Hüquqi  və  fiziki  şəxslər  üçün 
metal  hesabına  yerləşdirilən  vəsaitlərin  həcmi  bank  tərəfindən 
müəyyən  edilir.  Bu  adətən  minimum  50  q.  qızıldan  ibarət  olur. 
Bank  tərəfindən  metal  hesabı  üzrə  faiz  hesablanmır.  Müştərinin 
gəliri  dünya  bazarında  qızılın  qiymətinin  artmasından,  Mərkəzi 
Bank əmanətçisi üçün isə – ABŞ dolların manata nisbətdə məzən-
nəsindən  asılıdır.  Xüsusi  səlahiyyətli  bankda  metal  hesabının 
açılması müştərinin tapşırığı əsasında həyata keçirilir.  
Metal hesabının açılması üçün tapşırığın verilməsi zamanı 
təsərrüfat  subyekti  banka  hesab  sahibinin  pul  hesablarının  tam 
rekvizitləri,  Nizamnamənin,  Təsis  Müqaviləsinin,  Qeydiyyat 
şəhadətnaməsinin,  əmrlərin  və  vəzifəli  şəxslərin  digər 
fərmanlarının  surətləri  daxil  olan  notarial  qaydada  təsdiq  edilmiş 
kartını  təqdim  edir.  Metal  hesabı  müştəri  ilə  bank  depozitariyası 
arasında  metal  hesabının  açılması  və  ona  xidmət  göstərilməsi 
haqqında  bağlanmış  müqavilə  və  hesab  açılması  üçün  verilmiş 
tapşırıq  əsasında  açılır.  Metal  hesabının  açılması  zamanı 
müştəriyə  belə  hesabın  açılması  haqqında  şəhadətnamə  verilir. 
Metal hesabları üzrə bütün əməliyyatlar bank depozitariyası tərəfin-
dən  təsbit  edilmiş  və  müştəridən  icra  olunması  üçün  alınmış  nü-
munəvi tapşırıqlar əsasında həyata keçirilir. Tapşırıqlar alınır: 
a)
 
Təsərrüfat  subyekti  rəhbərinin  və  mühasibinin  möhürlə 
təsdiq  edilmiş  imzaları  olduğu  halda  müştəri  -  hüquqi 
şəxslərdən; 


Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə