Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə18/64
tarix31.08.2018
ölçüsü1,92 Mb.
#65783
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   64

 
 
 
 
53 
yatlardır.  
Fond əməliyyatlarına aşağıdakılar aiddir: 

 
Veksellərlə  aparılan  əməliyyatlar  (hesablaşma  və  təkrar 
hesablaşma  əməliyyatları,  veksellərin  iddiası  üzrə 
əməliyyatlar,  veksellərin  inkassasiyası,  aksepti, 
indossasiyası  üzrə  əməliyyatlar,  veksel  tapşırıqlarının 
verilməsi,  onların  saxlanması  və  hərracda  satışı  üzrə 
əməliyyatlar); 

 
Fond  bircalarında  qiymətlənən  qiymətli  kağızlarla 
aparılan əməliyyatlar.  
Zəmanət  əməliyyatları  –  bank  tərəfindən  müəyyən  ha-
disənin  baş  verməsi  zamanı  müştərinin  üçüncü  şəxsə  borcunu 
ödəməsi  haqqında  zəmanətin  (zaminliyin)  verilməsi  üzrə 
əməliyyatlardır.  Bu  əməliyyatlar  banklara  həm  də  komissiya 
şəklində də gəlir gətirir.  
 
Bundan əlavə, bank tərəfindən aparılan aktiv əməliyyatlara 
aiddir:  

 
Risk səviyyəsindən asılı olaraq – riskli və qeyri­ riskli 
əməliyyatlar; 

 
Vəsaitlərin  yerləşdirilməsi  xüsusiyyətindən  (istiqa-
mətindən)  asılı  olaraq  –  birincidərəcəli  əməliyyatlar 
(vəsaitlərin  müxbir  hesablarda,  kassada  yerləşdirilməsi 
ilə,  müştərilərə,  digər  banklara  ssudaların  verilməsi  ilə 
bağlı  olan  və  bəzi  digər  əməliyyatlar),  ikincidərəcəli 
əməliyyatlar  (vəsaitlərin  ehtiyat  və  sığorta  fondlarına 
köçürülməsi  ilə  bağlı  olan  əməliyyatlar)  və  investisiya 
əməliyyatları (bank vəsaitlərinin şəxsi qiymətli kağızlar 
portfelinə, əsas fondlara yatırılması, digər müəssisə və 
təşkilatların  təsərrüfat  fəaliyyətində  iştirakı  üzrə  əməliy-
yatlar); 

 
Gəlirlilik səviyyəsindən asılı olaraq – gəlir gətirən əməliy-
yatlara  (yüksək  gəlirli  və  aşağı  gəlirli,  sabit  gəlir  gətirən 
və  qeyri-sabit  gəlir  gətirən  əməliyyatlar)  və  gəlir 
gətirməyən 
əməliyyatlara 
(nağd 
pulla 
aparılan 
əməliyyatlar, müxbir hesabı üzrə, Mərkəzi Bankın ehtiyat 


 
 
 
 
54 
fonduna  köçürmələr  üzrə,  faizsiz  ssudaların  verilməsi 
üzrə, ssudaların vaxtının  uzadılması  və möhlət verilməsi 
üzrə əməliyyatlar) bölünür.  
3.  Bankların  aktiv-passiv  əməliyyatları  –  müştərilərin 
tapşırığı  ilə  müəyyən  ödəniş  –  komissiya  müqabilində  həyata 
keçirilən  komisyon  və  vasitəçilik  əməliyyatlarındən  ibarətdir. 
Bank  əməliyyatlarının  məhz  bu  qrupu  adətən  xidmətlər 
adlandırılır.  Bu  növ  əməliyyatlara  daxili  və  beynəlxalq  he-
sablaşmaların  həyata  keçirilməsi  ilə  əlaqədar  olan  hesablaşma 
əməliyyatları,  müştərilərin  tapşırığı  ilə  bank  tərəfindən  qiymətli 
kağızların,  xarici  valyutanın,  qiymətli  metalların  alqı-satqısı  üzrə 
trast 
əməliyyatları,  səhmlərin  və  istiqraz  vərəqələrinin 
yerləşdirilməsində  vasitəçilik  əməliyyatları  və  müştərilərə 
mühasibat, məsləhət xidmətlərinin göstərilməsi və s. aid edilir.  
 
Komissiya əməliyyatları – banklar tərəfindən müştərilərin 
tapşırığı,  onların  adından  və  onların  hesabına  həyata  keçirilən 
əməliyyatlardır; banklara komissiya haqları şəklində gəlir gətirir. Bu 
kateqoriya əməliyyatlara aşağıdakılar aiddir: 

 
Debitor  borcunun  inkassasiyası  üzrə  əməliyyatlar 
(müştərinin tapşırığı ilə müxtəlif pul sənədləri əsasında 
pulların alınması); 

 
Köçürmə əməliyyatları; 

 
Ticarət-komissiya (cari vasitəçilik) əməliyyatları (müş-
tərilər üçün qiymətli kağızların, qiymətli metalların alqı 
satqısı, lizinq, faktorinq və s. ); 

 
Trast əməliyyatlar; 

 
Müştərilərə  hüquqi  və  digər  xidmətlərin  göstərilməsi 
üzrə əməliyyatlar.  
Trast  əməliyyatlarının  həyata  keçirilməsi  zamanı  banklar 
müştərinin xarici valyuta ilə olan hesablarına xüsusi diqqət yetirir. 
Adətən  belə  hesablarda  olan  vəsaitlərin  daha  sabit  valyutaya 
çevrilməsi  tövsiyə  edilir  (məsələn,  50%  ­  ABŞ  dolları,  30%  - 
EURO,  20%  -  funt  sterlinq).  Bu  növ  diversifikasiya  bu  və  ya 
digər  valyutanın  məzənnəsinin  kəskin  şəkildə  dəyişməsi ilə  bağlı 
olan  itkilərin  qarşısını  almağa  imkan  verir.  Hesablaşmaların 


 
 
 
 
55 
aparılmasının  asanlaşdırılması  üçün  bir  çox  banklar  müştərilərin 
bütün valyutalarda olan vəsaitlərini ümumi şəkildə qəbul edilmiş 
vahidə  çevirir.  Müştərinin  depozit  valyutasının  seçimi  haqqında 
banka xüsusi tapşırıq vermədikdə onun hesabına xarici valyutada 
daxil olan məbləğlər istənilən valyutaya çevrilir.  
  
2. 3. Bank əməliyyatlarının təsnifatı 
 
Bütün bank əməliyyatları aşağıdakılara bölünür: 

 
Likvid və qeyri-likvid əməliyyatlar; 

 
Valyuta əməliyyatları; 

 
Müntəzəm  (bank  tərəfindən  dövri  olaraq,  daim  həyata 
keçirilən  əməliyyatlar)  və  qeyri-müntəzəm  (bank  üçün 
təsadüfi, epizodik xarakter daşıyan əməliyyatlar); 

 
Balans və qeyri-balans əməliyyatları.  
Sonuncu  əməliyyat  kateqoriyasından  daha  ətraflı  bəhs 
etmək lazımdır. Belə ki, aparıcı dünya bankları tərəfindən həyata 
keçirilən  qeyri-balans  əməliyyatlarının  həcmi  hal-hazırda  surətlə 
artmaqdadır.  
«Qeyri-balans»  əməliyyatları  bir  qayda  olaraq  rəsmi 
şəkildə  dərc  edilən  bank  balanslarında  əks  olunmayan  və  ya 
«kontur  hesablar»  (qeyri-balans  hesabları)  bölməsində  verilən 
geniş  əməliyyatlardır.  Qeyri-balans  əməliyyatları  banklar 
tərəfindən  həm  vəsaitlərin  cəlb  edilməsi  məqsədilə  (passiv 
əməliyyatlar),  həm  də  onların  yerləşdirilməsi  məqsədilə  (aktiv 
əməliyyatlar)  həyata  keçirilə  bilər.  Bundan  başqa,  əgər  banklar 
qeyri-balans  əməliyyatlarını  müştərinin  tapşırığına  əsasən 
müəyyən  haqq  (komissiya)  müqabilində  həyata  keçirirsə,  onlar 
aktiv-passiv əməliyyatlara və ya bank xidmətlərinə aid edilir.  
Qeyri-balans  əməliyyatlarının  əsas  xüsusiyyəti  ondan 
ibarətdir  ki,  onların  əksər  hissəsi  əvvəlcədən  razılaşdırılmış 
müəyyən şərtlərin baş verməsi zamanı bankın aktiv (bəzi hallarda 
passiv)  əməliyyatlar  həyata  keçirmək  öhdəliyindən  ibarətdir. 
Beləliklə, qeyri-balans  əməliyyatlarının əksər hissəsinin xüsusiyyəti 
onların  şərti  xarakter  daşımasından  ibarətdir,  bu  səbəbdən,  onlar 
adətən şərti öhdəliklər adlandırılır.  


Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə